Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları


Böyüklərdə ƏYD -Əsas Yaşam Dəstəyi Əsaslarının anlaşılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
1   2   3   4   5   6   7   8   9   ...   20

Böyüklərdə ƏYD -Əsas Yaşam Dəstəyi Əsaslarının anlaşılması 

 

Əsas Yaşam Dəstəyi aşağıdakı əsas hissələrdən ibarətdir (Şəkil 3): 

 

Döş qəfəsi kompressiyaları (ürək massajı) 



 

Tənəffüs yolları 

 

Tənəffüs 



 

Defibrillasiya 



 

 Bu kurs ərzində ayrılıqda bütün hissələri öyrənəcəsiniz. 

 

Tək yardımedən yanaşmadan fərqli olaraq,  iş yerlərinin və təcili tibbi yardım təşkilatlarının 



çoxunda, klinika daxilində, reanimasion tədbirlərin müxtəlif  hərəkətlərini eyni zamanda bir 

neçə şəxs icra edə bilir. Məsələn, xilasedicinin biri təcili yardım sistemini aktivləşdirənə 

(zəng edənə) qədər, ikinci ürək massajını başlayır, üçüncü ventilyasiyanı təmin edir ya 

tənəffüsün təmin edilməsi üçün torba-maskanı quraşdırır, dördüncü defibrillatoru istifadəyə 

hazırlayır. Bu  kurs ÜAR-nın qrup şəraitində aparılmasına aiddir. 

 



 

 

Şəkil 3. 

Tibb işçiləri üçün Böyüklərdə  ƏYD-nin Sadələşdirilmiş Alqoritmi. 

ƏYD-nin Başlanğıc  



Addımlarının İcmalı 

 

Böyüklərdə ƏYD-nin aşağıdakı başlanğıc addımlarını edin: 

 

Addım 


                            Fəaliyyət 

      

Zərərçəkəni cavab verə bilib/bilməməsinə və normal/qeyri-normal tənəffüsə görə 

dəyərləndirin. Zərərçəkən cavab vermir, nəfəs almır, ya boğulursa, köməyə 

çağırın. 

      

Siz təksinizsə, təcili yardım sisteminə zəng edin, AXD ya defibrillatoru 

götürüb, zərərçəkənin yanına qayıdın. 

      

Zərərçəkənn nəbzini təyin edin (buna ən azı 5, amma 10 saniyədən çox vaxt sərf 

etməyin) 

      

10 saniyə ərzində nəbzin təyin edilməsinə əmin deyilsinizsə, 5 dövrə ürək 



massajı və tənəffüslər edin (30:2 nisbəti ilə), kompressiyalardan (massajdan) 

başlamaq şərti ilə (C-A-B ardıcıllığı) 

 

1-ci addım: Qiymətləndirmə və 

fəaliyyət yerinin təhlükəsizliyi 

 

Zərərçəkənin yanına çatan ilk xilasedici az vaxtda fəaliyyət yerinin təhlükəsizliyindən əmin 

olmalıdır. Sonra xilasedici zərərçəkənin cavab verib /verməməsini təyin etməlidir: 

 

Addım 



                            Fəaliyyət 

      

Fəaliyyət yerinin sizin və zərərçəkən üçün təhlükəsizliyindən əmin olun. Siz 

özünüzü zərərçəkən etmək istəmirsiniz.  

      

Zərərçəkənin çiyninə yüngülcə toxunub “Yaxşısanmı?” bərkdən soruşun (Şəkil 

4). 

 

      



Zərərçəkənin nəfəs alıb/almamasını təyin edin. Zərərçəkən  nəfəs almır, ya 

normal nəfəs ala bilmirsə (məsələn, boğulursa), siz təcili yardım sisteminə zəng 

etməlisiniz. 

 

___________________________________________________



 

 

 

Diqqət 

Aqonal tənəffüs (boğulma)  

 

Aqonal (can vermə) tənəffüsü normal tənəffüs sayıla bilməz. Aqonal tənəffüs qəfildən baş verən 

ürək dayanmalarının ilk dəqiqələrində qeyd oluna bilər. Boğulan şəxs nəfəsi tez-tez dərən kimi 

görünür. Ağızı açıq ola bilər, və çənəsi, başı,  boyunu, nəfəs ilə birlikdə hərəkət edə bilər. 

Nəfəsdərmələr güclü ya zəif görünə bilər, onların arasında məsafələr ola bilər, çünki adətən asta 

sürətli olurlar. Aqonal tənəffüs fınxırtı, xorultu, ya inilti kimi səslənə bilər. Aqonal tənəffüs 

normal tənəffüs deyil. Bu sizə cavab verməyən bir şəxsdə ürək dayanmasının əlamətidir. 

 

Əgər zərərçəkən  nəfəs almır, ya normal nəfəs almırsa (məsələn, boğulursa), siz təcili yardım 



sisteminə zəng edib, nəbzi kontrol edib, ÜAR-sı başlamalısınız. 

___________________________________________________



 

 

 



2-ci addım: təcili yardım sisteminin aktivləşdirilməsi 

AXD - Avtomatik xarici defibrillatorun əldə edilməsi 


 

Əgər siz təksiniz və nəfəs almayan zərərçəkən tapmısınızsa, köməyə çağırın. Kimsə cavab 

vermirsə, təcili yardım sistemini aktivləndirin (zəng edin),  AXD ya defibrillatoru götürüb, 

zərərçəkənin yanına qayıdın və onun nəbzini yoxlayıb, ÜAR-sı başlayın (C-A-B ardıcıllığı ilə). 



 

 

 

 

 

Şəkil 4. Cavab verib/verməməsini və tənəffüsü yoxlayıb təcili yardım sistemini aktivləndirin 

(dəyərləndirin və zəng edin ). 



A. Zərərçəkənin çiyninə toxunub  “Yaxşısanmı?” bərkdən soruşun. Eyni zamanda, tənəffüsə 

baxın. 



B. Əgər böyük yaşlı zərərçəkən cavab vermir və nəfəs almır ya tənəffüsü normal deyilsə 

(məsələn, yalnız boğulur), yardıma qışqırın. Əgər başqa bir xilasedici cavab verirsə, onu təcili 

yardım sisteminə zəng etməyə yollayın, və AXD ya defibrillatoru götürün. Kimsə cavab vermədi 

sə, təcili yardım sisteminə zəng edib, AXD ya defibrillatoru götürün, zərərçəkənin yanına 

qayıdıb nəbzini yoxlayın və ÜAR-sına başlayın (C-A-B ardıcıllığı ilə). 

___________________________________________________



 

 

3-cü addım: Nəbzin           Tibb işçiləri nəbzin təyin edilməsinə 



təyin edilməsi                      10 saniyədən çox vaxt sərf etməməli 

___________________________________________________



 

 

Karotid arterial nəbzin  



yerinin təyin edilməsi  

  

   



Böyüklərdə nəbzin təyin edilməsi üçün, karotid nəbzi palpasiya edin (Şəkil 5).Əgər 10 saniyə 

ərzində nəbzi hiss etdiyinizə əmin deyilsinizsə, ÜAR-sını ürək massajından başlayın (C-A-B 

ardıcıllığı ilə). 

Karotid arterial nəbzin yerinin təyin edilməsi üçün aşağıdakı addımları edin: 

Addım 

                            Fəaliyyət 



      

2-3 barmağın köməyi ilə traxeyanın yerini təyin edin 

(Şəkil 5A). 

      

2-3 barmağı boynun yan tərəfində traxeya ilə əzələlər  arasındakı oyuğa 

sürüşdürün ki, karotid nəbzi hiss edəsiniz  (Şəkil 5B). 

 

      



Zərərçəkənin nəbzinin təyin edilməsinə ən azı 5, amma 10 saniyədən çox vaxt 

sərf etməyin. Nəbzi hiss etdiyinizə əmin deyilsinizsə, ÜAR-sına ürək 

massajından başlayın (C-A-B ardıcıllığı ilə). 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə