T ofiq s eyidzadə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix21.04.2018
ölçüsü0,62 Mb.
#39770
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

40 



qələbənin labüd olduğuna inandırardı. Hər bir islam döyüĢçüsü cəsarətli olmalı 

idi. Qorxaqları isə ancaq ölüm gözləyirdi. Mücahidləri Ģüarı belə idi: “Biz ancaq 

Allahın  yolunda  cihad  etdik.  Ümidimiz  ancaq  Allahadır.Qələbə  yaxındadır!” 

DöyüĢdən  sonra  Qazı  sıraya  düzülmüĢ  döyüĢçü-  lərin  qabağından  keçər, 

ovucunda tutduğu xırda daĢları bir  - bir döyüĢdə qorxaqlıq göstərən mücahidin 

üstünə  atardı.  Üstünə  daĢ  atılan  döyüĢçü  sıradan  çıxarılar  və  hamının  gözü 

qabağında  edam  olunardı.  Bu,  hamıya  dərs  olur  və  düĢmənlə  ölüm  -  dirim 

savaĢına  girməyə  sövq  edirdi.  Qazı  deyirdi  ki,  Ģəhid  olmuĢ  hər  bir  mücahid 

cənnətə düĢəcək. 

ElĢadın  yaralanması  barədə  məlumat  alan  mərkəzin  onun  geri  dönməsi 

barəsində  səyinə  baxmayaraq,  o,  etiraz  edərək  xa-  hiĢ  edir  ki,  əməliyyatı  axıra 

qədər davam etdirsin. O, ağacla 

  

güclə  yerisə  də  özünü  döyüĢçülərin  qabağında  sındırmır,  güm-  rah  aparır, 



bununla da onların döyüĢ ruhunu yüksəldirdi. 

Qazıya qarĢı bölmə  komandirləri ilə əməliyyat planı ha- zırladıqdan sonra 

dekabrın  31  -  Yeni  il  axĢamı  kıĢlakların  Qazı-  nın  dəstəsindən  təmizlənməsi 

əməliyyatı baĢlanır. Əməliyyat 1 həftəyə yaxın davam edir. Xeyli sayda düĢmən 

məhv  edilir,  kəĢfiyyat  qrupu  Qazı  birmərtəbəli  evin  damından  tullanıb  aradan 

çıxmaq istəyərkən onu saxlaya bilir. 

1986-cı  ilin  yanvarın  6-da  Mövləvi  Cəlilə  qarĢı  aparılan  döyüĢ  əməliyyatı 

baĢa  çatır.  Rəsmi  rəqəmlərə  görə  düĢmən  Mövləvi  Cəlillə  birlikdə  320  nəfər 

itirir.  Əsir  mücahidlər  -  cavanlar  əyalətin  mərkəzinə  gətirilir  və  Kokça  çayı 

kənarındakı  həbsxanaya  yerləĢdirilir.  Sonradan  əsgər  yaĢı  çatanlar  Əfqan 

Ordusuna hərbi xidmətə göndərilir. 

Bu  döyüĢ  polkovnik  ElĢad  ġabanovun  Əfqanıstanın  BədəxĢan  vilayətində 

sonuncu döyüĢü olur. 

Polkovnik  ElĢad  ġabanovun  Sovet  sərhədçiləri  ilə  görüĢ-  lərindən  birində 

ona  məlumat  verirlər  ki,  Dağlıq  BədəxĢanda,  sərhəddə,  Murqab  sərhəd 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

41 



dəstəsində  siyasi  Ģöbədə  baĢ  leytenant  Cəlil  Xəlilov  adlı  azərbaycanlı  zabit 

xidmət  edir.  Sərhədçilər  onu  savadlı,  hazırlıqlı  və  cəsarətli  bir  zabit  kimi 

xarakterizə edirlər. DüĢmənlərlə sərhəddə baĢ verən silahlı toqquĢmalarda iĢtirak 

etmiĢ, özünü qorxmaz bir hərbçi kimi göstərmiĢdir. 

ElĢad ġabanov planlaĢdırmıĢdı ki, həmvətəni ilə gö- rüĢsün, lakin Mövləvi 

Cəlilin  silahlı  bandit  birləĢməsinə  qarĢı  aparılan  döyüĢ  əməliyyatlarında 

yaralandığı üçün buna imkan olmur. 

Lakin  7  -  8  il  keçdikdən  sonra  ElĢad  ġabanov  Azərbaycan  Milli 

Təhlükəsizlik Nazirinin Xüsusi TapĢırıqlar və Hərbi Mə- sələlər üzrə köməkçisi 

olduğu dövrdə Cəlil Malik oğlu Xəlilovla tanıĢ olur. Onun göstərdiyi xidmətlərin 

-  keçmiĢ  So-  vet  qoĢunlarından  sərhədin  qəbul  edilməsində  yüksək  Ģücaət 

göstərməsi,  1993  -  1994-cü  illərdə  TalıĢ  -  Muğan  separatçıları-  na  qarĢı 

mübarizəsinin canlı Ģahidi olur. Mayor Cəlil Xəlilovun 

  

dövlətçiliyə  dəyərli  və  əvəzsiz  xidmətləri  barədə  ElĢad  ġabanov  Milli 



Təhlükəsizlik Nazirliyinin rəhbərliyini məlumatlandırır. 

Bu  gün  polkovnik  Cəlil  Xəlilov  həm  alim,  həm  veteran-  ların  dayağı  və 

dəyərli  bir  ziyalı  kimi  Respublika  Veteranlar  TəĢkilatının  sədr  müavini  kimi 

hamının hörmətini qazanıb. Həm respublikada, həm də xarici ölkələrdə keçirilən 

tədbirlərdə  Azərbaycan  həqiqətlərini  dünya  ictimaiyyətinə  çatdırmaqla  dəyərli 

iĢlər görür. Cəlil Xəlilova böyük ümid bəsləyirik. Ġnanı- rıq ki, bundan sonra da 

o, Vətənə layiqli xidmət göstərəcək. 

 

KUNDUZ-KABUL 



 

ElĢadın ayaqlarında Ģiddətli ağrılar baĢlamıĢdı. Burada isə ara həkimlərinin 

müalicəsindən baĢqa bir imkan yox idi. Aya- ğındakı yara mumiyanın təsiri ilə 

sağalmağa baĢlamıĢdı. Lakin zədələnmiĢ diz qapaqları yeriməyə imkan vermirdi. 

Kabuldan müalicəyə getmək üçün xəbər gözləyirdi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

42 



Qazının  taleyinin  də  həll  olunması  məsələsi  qalırdı.XAD-  ın  rəhbərliyi. 

Mərkəzlə  razılaĢdırdıqdan  sonra,  Qazıya  Kabul  və  yerli  radio  ilə  çıxıĢ  edərək 

silahlı  müxalifətin  komandirlə-  rinə  silahlı  müqavimətə  son  qoymaq,  qardaĢ 

qanının  axıdılma-  sını  dayandırmaq,  dövlətin  tərəfinə  keçmək  təklifi  ilə  müra- 

ciyyət  etməsi  planlaĢdırıldı.  Bu  məqsədlə  ElĢad  və  XAD-ın  rəhbərliyi 

həbsxanaya - Qazının saxlandığı kameraya düĢürlər. Kamera adlanan bu məhbus 

saxlama otağı yerin altında düzəl- dilmiĢ yarıqaranlıq bir qazma idi. Qazı namaz 

qılırdı.  Ġçəri  gi-  rənləri  görcək  ayağa  qalxmaq,  namazı  saxlamaq  istədi.  Lakin 

ElĢad  buna  imkan  vermədi,  onun  çiynindən  yerə  basaraq,  na-  mazı  davam 

etdirməyi iĢarə etdi. 

Qazı namazı bitirdikdən sonra ona nə edəcək olduğu elan edildi. O, məğrur 

vəziyyətdə dayanmağa çalıĢırdı. Təklifi din- lədikdən sonra o, bu təklifi yerinə 

yetirməyəcəyini söylədi. Ġti baxıĢları ilə ElĢad ġabanovu süzdü, onların baxıĢları 

tokkuĢdu, sonra nəzərlərini onun sarıqlı qoluna və əl ağacına dikdi və ona 

  

müraciətlə  dilləndi:  “MüĢavir  ƏrĢad,  (mücahidlərin  əksəriyyəti  ElĢad 



ġabanovu  qiyabi  tanıyır,  onu  “MüĢavir  ƏrĢad”  adlan-  dırırdılar),  siz  bacarıqlı 

komandir, qorxmaz döyüĢçüsünüz. Siz gərək mücahid olaydınız. Biz bu hücumu 

əsla gözləmirdik. Al- lah bizi düĢmən kimi qarĢılaĢdırdı. Amma eĢitmiĢəm ki, siz 

mərd və sözünün üstündə duran adamsınız. Məni Kabula gön- dərməyin, burada 

- Vətənimdə cəzalandırın və bir müsəlman kimi dəfn edin.” 

Bu ElĢadla Qazının birinci və axırıncı görüĢü oldu. 

Əldə  olunan  dəqiq  məlumata  görə,  Qazı  otuza  yaxın  gənci  edam  etmiĢdi. 

Müharibə Ģəraitinin qanunlarına görə onu ancaq bir cəza gözləyirdi. 

ElĢad ġabanov onun xahiĢini yerinə yetirdi. Ancaq düĢ- mən də olsa, Vətən, 

əqidə  yolunda  məhv  olan  Qazını,  onlarla  onun  kimilərini  heç  vaxt  unuda 

bilmədi. 

Həmin gün ElĢad əməliyyat qrupunun qərargahına gəldi. Ona xəbər verdilər 

ki,  mərkəz  müalicəyə  icazə  verib,  sabah  Kunduza,  oradan  da  Kabula  uçacaq. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə