T ofiq s eyidzadə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix21.04.2018
ölçüsü0,62 Mb.
#39770
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

43 



(Feyzabaddan Kabula bir- baĢa təyyarə uçmurdu.) 

Səhər təyyarə meydançasına gələrkən Mortəzanın kəndini seyr etdi və öz - 

özünə mızıldandı: “HəmiĢə yolunda yaĢıl iĢıq yansın, Mortəza, deyəsən biz üz - 

üzə gəlməyəcəyik.” Onu fikirdən sürücünün “Gəldik çatdıq” sözü ayırdı. 

Hərbi  kəĢfiyyatçılar  və  azərbaycanlı  Əlibaba  ilə  salamat-  laĢdıqdan  sonra 

vertolyota qalxdı. 

Hündür  dağlar  bir  xatirə  kimi  arxada  qalırdı.  ElĢadın  ürəyinə  elə  bil 

dammıĢdı  ki,  bir  də  buralara  qayıtmayacaq.  Bu-  rada  keçən  narahat  həftələr, 

aylar,  qızğın  döyüĢlər,  BədəxĢanın  hündür,  qarlı  dağları  Kokcanın  dumduru, 

soyuq  suyu,  Ģəhid  olmuĢ  gənc  döyüĢçülər,  14  -  15  yaĢlı  döyüĢçü  -  mücahidlər 

onun beynində əbədi həkk olundu, həyatında dərin, qəmli izlər buraxdı. 

Kunduz  təyyarə  meydanında  ElĢadı  DTK-nın  müĢavirləri  qarĢıladılar    və  

qərargahlarına  apardılar.  Onların  çoxu  ElĢad 

  

haqda  eĢitmiĢdi.  Zona  üzrə  baĢ  müĢavirlə  görüĢdən  sonra,  o,  bəzi 



müĢavirlərlə  -  milliyyətcə  tatar  olan,  Özbəkistanlı  Rovkat,  Gürcüstanlı  Valeri 

Çeidze və baĢqaları ilə tanıĢ oldu. Onların əksəriyyəti ElĢaddan 4 - 5 yaĢ böyük 

idilər.  Adını  eĢidib,  üzünü  görmədikləri  “MüĢavir  ƏrĢad”  haqda  çox  əfsanələr 

eĢitmiĢ- dilər. 

Əməliyyat  qrupunda  müĢavirlərdən  yeganə  müsəlman  olan  Səmərqəndli 

Rovkat onu gecələməyə  dəvət  etdi.  Səhər  ayrılanda ona təzə bir özbək xalatı  - 

çapan  verib  dedi:  Yaralısan,  hava  da  soyuqdur,  bu  xalatı  geyin,  sənə 

bağıĢlayıram. Çapan təptəzə idi. GeyilməmiĢdi. ElĢad əvvəl götürmək istəmədi, 

ancaq  Rovkadın  təkidindən  sonra  çiyninə  saldı.  Cibindən  xırda  bir  daĢ  parçası 

çıxarıb,  ona  uzatdı:  “Məndən  yadigar  olsun,  lazuritdir.  SSRĠ-yə  qayıdandan 

sonra üzüyə qaĢ kimi saldırarsan, görüĢümüzü xatırlayarsan.” 

Rovkat onu təyyarə meydanından Kabula yola saldı. Sovet təyyarəsi təyyarə 

meydanına enərkən raket əleyhinə xü- susi nurslar buraxmağa baĢladı. Təyyarə 

sağ  -  salamat  iki  dağın  əhatəsində  olan  Kabul  təyyarə  meydanının  təkcə  yük 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

44 



təyya- rələri olan hissəsinə endi. 

Məlum oldu ki, axır vaxtlar mücahidlər xeyli fəallaĢ- mıĢlar. Kabul təyyarə 

meydanını,  Ģəhərin  sovet  hərbi  hissələri  və  mülki  mütəxəssislərin  yaĢadıqları 

ərazini  raket  atəĢinə  tutublar.  Minik  avtomobillərini  minalayaraq  dövlət 

idarələrinin,  nazirliklərin  yaxınlığında  müəyyən  məsafədə  onu  partladır, 

günahsız  insanların  qanını  axıdırdılar.  Köhnə  mikrorayon  adlı  sovet  və  əfqan 

ordusunun zabitlərinin yaĢadıqları ərazini atəĢə tutur, marketləri partladırdılar. 

ElĢad Kabulda bir neçə vaxt hərbi hospitalda, sonra isə nümayəndəliyin tibb 

məntəqəsində  müalicə  olundu.  AxĢamlar  isə  digər  əməkdaĢlarla  birlikdə 

müvəqqəti  sakini  olduğu  “Taqiyevski  villa”  deyilən  DTK-nın  qonaq  evinə 

qayıdırdı. Bu qonaq evunə ona görə “Taqiyevski villa” deyirdilər ki, inqi- labın 

ilk illərində bu 2 mərtəbəli evdə azərbaycanlı, DTK-nın 

  

zabiti  Zülfüqar  Tağıyev  öz  ailəsi  ilə  yaĢamıĢdı.  Ev  imkanlı  bir  əfqanın 



olmuĢ, o, çevriliĢdən sonra xaricə mühacirət etmiĢdi. 

O,  burada  çox  qala  bilmir.  Həyəti  qoruyan  avçarka  -  it  bu  saqqallı,  üst  - 

baĢından əfqan iyi gələn müĢaviri heç cür qəbul etmirdi. Bu, xüsusi hazırlanmıĢ 

itlər  iyindən  və  paltarlarından  insanları  seçirdilər.  ElĢadın  yerini  köhnə 

mikrorayonda olan 5 mərtəbəli binada yerləĢən qonaq evinə dəyiĢdilər. 

ElĢad  BədəxĢanla,  orada  keçirdiyi  döyüĢlərlə  bağlı  həyat  tərzindən  sonra 

Kabul həyatına, buradakı insanlara uyğunlaĢa bilmirdi. Adamlardan uzaq olmağa 

çalıĢır, tənhalıq axtarırdı. Kabul elə bil onu sıxırdı. Elə bil vuruĢmaq istəyir, hiss 

edirdi ki, onda döyüĢ sindromu əmələ gəlməkdədir. 

Nəhayət onu Kadrlar Ġdarəsinə - rəhbərliyə dəvət etdilər. Kadrlar Ġdarəsinin 

rəisi Nikolay Karteyeviç bildirdi ki, onun bir də BədəxĢan vilayətinə qayıtması 

məqsədə  uyğun  deyil.  Və  onun  müavini  Dosenko  ElĢadın  fikrini  soruĢdu.  O, 

cavabında  “Mən  əsgərəm,  əmr  gözləyirəm”  -  dedi,  sonra  isə  əlavə  etdi: 

“Səhhətim  yaxĢıdır,  xahiĢ  edirəm  məni  hərbi  əməliyyatların  getdiyi  “qaynar 

nöqtələrdən” birinə göndərəsiniz.” 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

45 



Belə  bir  “qaynar  nöqtə”  Əfqanıstanın  cənubunda  yerləĢən,  Pakistan 

sədhədindəki  ərazisinin  70%-dən  çoxu  mücahidlərin  nəzarətində  olan  Zabol 

vilayəti oldu. 

O vaxt məzuniyyət, vəziyyətlə əlaqədar, iki hissəyə bölünürdü: 15 sutka və 

30 sutka. ElĢada 15 sutkalıq SSRĠ-yə - Vətənə məzuniyyət təklif olundu. 3 ildə 

xüsusi  kurslarda  oxu-  duğu  və  Əfqanıstanda  xidmət  elədiyi  illər  ərzində  ElĢad 

ailəsi ilə 2 dəfə görüĢmüĢdü. Həyat yoldaĢı və 2 körpəsi Vətəndə - Qaxda idilər. 

15 sutkanın 1 həftəsi yola gedəcəkdi, bir də ki, yaralı vəziyyətdə ailəsinin üstünə 

getmək istəməzdi. O, etiraz etdi. 

Bir  -  iki  gün  nümayəndəliyin  müəyyən  Ģöbələrində  ola-  raq,  yeni 

təlimatlarla tanıĢ oldu, məsul iĢçilər ilə görüĢüb lazım- lı təlimatları aldı. Zabol 

vilayəti, orada yaranmıĢ əməliyyat Ģə- raitini əks etdirən sənədlərlə tanıĢ oldu. 

  

Ġkinci  günün  axırında  əməliyyat  qrupu  üçün  nümayəndəli-  yin 



mağazasından apara biləcəyi qədər ərzaq aldı, karton qutulara qablaĢdırdı. 

Əfqanıstanın cənubundakı bir neçə əyalətdə yerləĢən əməliyyat qruplarının 

mərkəzi  Qəndahardan  20  -  25  km  aralı,  təyyarə  meydanının  yaxınlığında 

yerləĢirdi. Bu mərkəzə Zabol vilayəti də daxil idi. 

Hava  Ģəraiti  ilə  əlaqədar,  təyyarələr  Qəndahara  uçmadı.  ElĢad  iki  dəfə 

təyyarə  meydanından  qayıtdı.  Üçüncü  gün  onu  Sovet  Ordusunun  təyyarəsi  ilə 

yola saldılar. Təyyarə  meydana endi. Hərbçilər hərə öz adamlarını qarĢılayırdı. 

ElĢadı  isə  qarĢılamağa  çıxan  yox  idi.  Hava  limanında  qarmaqarıĢıqlıq  idi.  Bir 

tərəfdə  göyə  qalxan  hərbi  “SU”  markalı  döyüĢ  təyyarələri,  vertolyotlar,  digər 

tərəfdə döyüĢdə həlak olmuĢ əsgərlərin tabutları, yaralılar... 

ElĢad  özünü  itirmədi.  O,  əfqan  paltarında  idi.Əlində  təsbeh,  çiynində 

avtomat silahı vardı. GiriĢdə əfqan zabitləri ilə görüĢdükdən sonra özünü təqdim 

edərək  dedi  ki,  mənə  XAD-ın  təyyarə  meydanı  təhlükəsizliyi  üzrə  çalıĢan 

əməkdaĢlar lazım- dır. Zabit saqqallı, barmağında mücahid üzüyü, əlində təsbeh 

olan  ElĢadı  süzdü,  kim  olduğunu  deyəsən,  baĢa  düĢdü  və  dedi:  “Rəfim,  rəfiq 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə