T ofiq s eyidzadə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix21.04.2018
ölçüsü0,62 Mb.
#39770
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

37 



komandanı olan Əhməd Ģah Məsudun yaxın adamı idi. 

Mərkəzlə  və  XAD-ın  rəhbərliyi  ilə  razılaĢdırıldıqdan  sonra,  ona  qarĢı 

keçiriləcək əməliyyatın planı tərtib olundu. Burada Sovet sərhədçi aviasiyasının 

köməyi də vacib idi. Odur ki, plan onlarla da razılaĢdırılmıĢdı. Hərə öz vəzifəsini 

bilirdi. 

Əməliyyatlar  ElĢad  ġabanovun  müĢavirliyi  və  rəhbərliyi,  XAD-ın  rəisi, 

polkovnik Müəllim Cəlilin və Maqsudun komandirliyi ilə, 600 nəfər döyüĢçünün 

iĢtirakı  ilə  baĢladı.  (2  -  3  gündən  sonra  Moəllim  Cəlil  Feyzabada  -  XAD-a 

qayıtdı).  DöyüĢ  əməliyyatlarına,  planlaĢdırıldığı  kimi,  sərhəd  qoĢun-  larının 

aviasiyası cəlb edildi. 

  

Mövləvi  Cəlil  ona  qarĢı  döyüĢ  əməliyyatların  aparılacağı  haqda  məlumatı 



olduğu barədə E.ġabanova çatdırılmıĢdı. Lakin sonra məlum oldu ki, o, buna yaz 

aylarında qarın əriməsi və soyuqların ötüĢməsindən sonraya hazırlaĢırmıĢ. Qarın 

yağdığı, soyuqların düĢdüyü, dağ keçidlərinin bağlandığı, “ġurəvi”-nin Yeni Ġli - 

1986-cı ili qarĢılayacağı bir məqamda - dekabrın 29- da bu hücumu gözləmirdi. 

Qarın  yağdığı,  soyuqların  düĢdüyü  ilə  bağlı  düĢməndə  döyüĢ  həvəsi  aĢağı 

düĢmüĢ,  onlarda  laqeyd-  lik  və  arxayınlıq  əmələ  gəlmiĢdi.  Heç  kəs  ağlına 

gətirməzdi  ki,  bu  hava  Ģəraitində  döyüĢ  baĢlasın.  YaranmıĢ  hava  Ģəraiti  ilə 

əlaqədar olaraq mücahidlər ərzaq qıtlığı çəkirdilər. 

ElĢad  ġabanov  aviasiyanın  hava  -  raket  -  pulemyot  atəĢlə-  rindən  sonra 

qəflətən hücuma keçməyi planlaĢdırmıĢdı. Hər Ģey ölçülüb - biçilmiĢdi. DüĢməni 

Kokca  çayına  sıxmaq,  mühasirə-  yə  salıb  məhv  etmək.  Çayın  eni  60  -  70m, 

dərinliyi  2m  çatırdı.  Belə  hava  Ģəraitində  onu  üzüb  keçmək,  deməkolar  ki, 

mümkün  deyildi.  Dağ  çayı  Kokça  çox  iti  axırdı.  Çayın  o  biri  sahilindəki  dağ 

keçidləri də qarla örtülərək, keçilməz olmuĢdu. 

Hava Ģəraitinin sərt olmasına baxmayaraq, XAD-ın döyüĢçülərinin əhval  - 

ruhiyyəsi  yüksək  idi.  Onların  əksəriyyəti  döyüĢlərdə  bərkdən  -  boĢdan  çıxmıĢ, 

bir sıra döyüĢ əməliyyat- larından sonra müĢavirləri ElĢad ġabanova inanır, onun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

38 



əmrlə- rini həvəslə yerinə yetirir, bir insan kimi hörmət bəsləyirdilər. ElĢad da öz 

növbəsində,  müĢavirlikdən  əlavə,  insan  kimi  hamıya  Ģəxsi  problemlərində 

kömək etməyə, qayğılarını çək- məyə çalıĢırdı. 

Dekabrın  29-u  səhər  saat  6  radələrində,  aviasiyanın  hava  zərbələrindən 

sonra  düĢmənin  gözləmədiyi  hücum  baĢladı.  Mücahidlərin  hücumu 

gözləmədiklərindən  və  hələ  yuxulu  olduqlarından,  batalyon  müvəffəqiyyətlə 

irəlilədi,  kəndə  daxil  oldu.  ElĢad  döyüĢçülərlə  bir  sırada  olub,  öz  göstəriĢlərini 

verir-  di.  QarĢıda  duran  əsas  məsələ  əhaliyə  toxunmamaq,  Mövləvi-  nin 

qərargahını  ələ  keçirmək  idi.  Artıq  kəĢfiyyat  bölüyünün  xüsusi    qrupu  

qərargahın  yerini  təyin  etmiĢdi.  Əvvəl  nə  baĢ 

  

verdiyini  anlamayan  mücahidlər  yarım  saatdan  sonra  güclü  müqavimət 



göstərməyə baĢladılar. Lakin hava zərbələri, batal- yonun gözlənilməz hücumu, 

döyüĢçülərin  igidliklə  vuruĢması  düĢmənin  müqavimətini  qırır,  sıralarını 

seyrəldirdi. 

Günortadan  bir  az  keçmiĢ  qərargah  alındı,  Mövləvi  Cəlil  atıĢmada 

öldürüldü.  Mücahidlər  mühasirədən  çıxmağa,  yaxın  kıĢlaklarda  əhali  arasında 

gizlənməyə,  bununla  da  canlarını  qurtarmağa  çalıĢırdılar.  Dağ  tərəfə  qaçmaq 

istəyənlər  isə  Kokçanın  sularına  qərq  olur,  qanları  sulara  qarıĢırdı.  DöyüĢ  çox 

amansız  bir  Ģəkil  almıĢdı.  Hər  iki  tərəfdən  itki  var  idi.  Lakin  mücahidlər  daha 

çox  itki  verirdilər.  Xəbər  verildi  ki,  bandanın  qazısı  Molla  Ġbadulla  30  -  40 

nəfərlə,  güclü  müqavimət  göstərə-  rək,  gizli  yolla  mühasirəsən  çıxıb.  Sonra 

məlum oldu ki, dağ kəndində müəyyən lağımlar varmıĢ. Bu yolla Qazının müha- 

sirədən  çıxması  baĢ  tutub.  Ətrafında  olan  döyüĢçülərlə  birlikdə  düĢmənlə 

vuruĢaraq,  güllə  altında  ora  çatmaq  istəyən  ElĢad  ġabanovun  yaxınlığında 

mücahidlərin uzaq məsafədən atdıqları mərmi düĢür, partlayan mərminin qəlpəsi 

ElĢad  ġabanovun  dizdən  yuxarısını  yaralayır.  O,  əvvəl  bunu  hiss  etmir,  sonra 

özünü saxlaya bilməyərək, iki diz üsrə sərt qayaya dəyir. Bu vəziyyətdə gücünü 

sağ qoluna verir, qolu dirsəkdən zədələnir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

39 



AxĢam  qaranlıq  düĢənə  yaxın  atıĢma,  döyüĢ  baĢa  çatır.  Məhv  edilən 

mücahidlərdən  əlavə,  30-dək  silahlı  əsir  düĢür.  Bunlardan  15  -  20-si  16  yaĢlı 

cavanlar olur. 

Çadırda,  lampa  iĢığında  batalyonun  ara  həkimi  -  keçmiĢ  mücahid  qəlpəni 

ElĢad ġabanovun ayağından çıxarır,  öz adətləri ilə ora dərman - mumiya qoyur. 

ÇıxmıĢ qolunu isə yerinə salaraq nazik taxtalarla sarıyır. 

Artıq  qələbə  əldə  edilmiĢdi.  Mövləvi  məhv  edilmiĢdi.  Lakin  onun  dini 

rəhbəri - ideoloqu, cinayətkar Qazı isə baĢına yığdığı adamlarla qaçmıĢdı. 

Səhər döyüĢçülər bir nəfər 13 yaĢlı oğlan uĢağını ElĢadın yanına gətirirlər. 

UĢaq  qıĢqıraraq  bu  sözləri  təkrar  edir:  “Ġnan-  mıram,  siz  məni  tutanmazsınız, 

inanmıram.”UĢağı dindirəndən 

  

sonra məlum olur ki, qaçmıĢ Qazı uĢağın gözlərinə sürmə çək- miĢ, cibinə 



dua  qoymuĢdu  ki,  sən  islamın  düĢmənlərinin  yanına  get.  Sən  o  kafərləri 

görəcəksən,  onlar  səni  yox.  ÇalıĢ  onların  müĢavirini  öldür.  Bunun  üçün  uĢağa 

silah və zəhər də vermiĢdi. 

ElĢad komandirlərin uĢağı cəzalandırmaq təkliflərini rədd edir və zarafatla - 

Məni öldürməyə gəlib, məsələni də mən həll edim - deyir. Sonra uĢağa, çıx get, 

gördünmü,  Qazı  səni  alda-  dıb,  ona  çatdır  ki,  mən  müĢaviri  gördüm,  o  namaz 

qılır, kafir deyil. 

ElĢad uĢağı yola salmağı və onun vasitəsi ilə Qazının olduğu kıĢlakı tapmaq 

tapĢırığını verir. 

Sonra ətrafındakı komandirlərə deyir: Siz əziyyət çəkməyin, Qazı qəddardır, 

onsuz da uĢağı öldürəcək (günahı onun boynuna). Qoy, o, bu günaha da batsın. 

Belə  də  oldu.  KəĢfiyyatçıların  gətirdiyi  məlumata  görə  Qazı  və  silahlı 

tərəfdarları  bir  neçə  kıĢlaqda  qərar  tutublar.  Göndərdiyi  uĢağı  isə  Qazı  edam 

etdirib. 

Qazı  hər  döyüĢdən  əvvəl  mücahidlərə  təlimatlar  verər,  “Ģurəvi”-yə, 

kafirlərə,  inqilabi  dövlətə  qarĢı  dini  çıxıĢlar  edər,  onları  cihada  çağıraraq, 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə