T ofiq s eyidzadə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix21.04.2018
ölçüsü0,62 Mb.
#39770
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

28 



DöyüĢün  nəticəsinə  görə  30-a  qədər  mücahid  məhv  edilir,  10  nəfər  isə  ağır və 

yüngül yaralanır və əsir götürülür. Balaca bir qrup isə mühasirədən çıxa bilir və 

Mövləvi Cəlilin bandasına birləĢirlər. Batalyondan isə 2 nəhər həlak olur, 5 nəfər 

yüngül yaralanır. 

Bu döyüĢ ElĢad ġabanovun birinci döyüĢü olur. O, gələ- cəkdə batalyonun 

Ģəxsi heyətinin etibarını və hörmətini qaza- naraq, qələbəyə ruhlandırmaq üçün 

sıravi  döyüĢçü  kimi  onlarla  birlikdə  düĢmənlə  vuruĢur.  Halbuki,  müĢavir  üçün 

bu, qadağan 

  

idi. Amma ElĢad ġabanov hiss edir və görürdü ki, yaranmıĢ Ģəraitdə bundan 



baĢqa yol yoxdur. Bunu mərkəzdə bilirdi... 

Bu  döyüĢdən  sonra  batalyonun  Ģəxsi  heyəti  arasında  söhbət  gedirdi  ki, 

bizim  müĢavir  çox  döyüĢlərdə  iĢtirak  etmiĢ-  dir.  Bu  döyüĢdə  onun  bacarığını 

gördük. ElĢad da özünü o yerə qoymur, öz - özünə fikirləĢirdi ki, yaxĢı ki, etibar 

etməyə, inanmağa baĢlayırlar. 

ElĢadın  ġabanovun  döyüĢ  barəsində  özünəməxsus  fikri  vardı.  DöyüĢçü 

özündə  qələbəyə  inam  yaratmalı,  soyuqqanlı,  cəsarətli  və  qətiyyətli  olmalı, 

düĢmənin gücünü qiymətləndir- məyi bacarmalıdır. 

ElĢadın  ġabanovun  qarĢısında  daha  böyük  bir  döyüĢ  əmə-  liyyat  -  Ġslam 

Cəmiyyəti  Partiyasının  350  -  400  nəfərlik  hərbi  birləĢməsinin  -  bandasının, 

rəhbəri barıĢmaz silahlı müxalifətin nümayəndələrindən biri olan B.Rəbbaninin 

həmvətəni,  Əhməd  Ģah  Məsudun  məsləkdaĢı  Mövləvi  Cəlilə  qarĢı  döyüĢ 

əməliyyatı dururdu. 

 

 



KUROMUN - MUNCAN ƏMƏLĠYYATI 

 

Əyalətin Ģimal - Ģərqdən üç ölkəyə - Çin, Pakistan və Hin- distana çıxıĢı var 



idi.  Bu  çıxıĢa  Sovet  sərhətçiləri-  “Kitayskiy  koridor”  (“Çin  dəhlizi”)  adı 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

29 



verilmiĢdilər. Ərazi silahlı mü- xalifətin dəstələrinin əlində, müəyyən bir hissəsi 

dövlətin  nəzarətində  idi.  Həmin  ərazilər  Kuromun  -  Muncan  adlanırdı.  Orada 

kustar üsulla qiymətli daĢ olan lazurit çıxarılır, narkotik bitkiləri becərilir, bu üç 

ölkəyə gizli yolla ötürülürdü. “Çin dəhlizi” çətin keçilən, hündür qayalı dağların 

arasından  keçən  böyük  bir  cığır  idi.  Qar  yağanda,  o  yol  keçilməz  olurdu. 

Hündür, baĢı qarla örtülü olan Pamir dağları isə buradan görünürdü. 

Mərkəzdən əməliyyat qrupuna Ģifr - teleqram vasitəsilə məlumat verilmiĢdi 

ki, mücahidlər əldə etdikləri böyük həcmdə 

  

yüksək keyfiyyətli lazuritin və narkotik maddələri (tiryək) (sonradan məlum 



oldu  ki,  narkotik  maddə  plastilin  Ģəklindədir.  Pakistana  keçirmək  üçün  Çin 

dəhlizində  Kuromun  -  Muncan  ərazisindədirlər.  Lakin  qar  yağdığına  görə  yol 

bağlanmıĢ,  bir  həftə  olar  ki,  düĢərgə  qurub,  qarın  səngiməsini  gözləyirlər. 

TapĢırıq verildi ki, mücahidlərin həmin qrupu məhv edilməli, lazorit və narkotik 

Kunduz  hərbi  təyyarə  meydanına  çatdırıl-  malıdır.  Əməliyyat  qrupunun  zona 

mərkəzi SSRĠ ilə  sərhəd olan Kunduz vilayətinin Kunduz Ģəhərində yerləĢirdi. 

Burada Sovet Ordusunun bir neçə böyük hərbi hissələri, aviasiyası yerləĢirdi. 

Əmrin icrası ElĢad ġabanova həvalə edilir. TapĢırığı yerinə yetirmək üçün 

ElĢad ġabanovun sərəncamına iki “MĠ - 24” “Krokodil” vertolyotları verildi ki, 

onlar da yük vertolyotu olan “MĠ - 6” (bu vertolyot “LetayuĢaya korova” “Uçan 

inək” ləqəbi almıĢdı, ləng uçurdu. Ġstismar vaxtı  keçmiĢ bu qurğu tez 

-  tez  qəzaya  uğrayırdı)  müĢahidə  etməli,  ElĢadın  qrupunun  desant 

salmasından əvvəl ərazidə cəmləĢən mücahidlərə hava zərbəsi vurmalı idi. Sovet 

pilotlarına baĢqa nə tapĢırıq verildiyi müĢavirə -E.ġabanov məlum deyildi. 

Vertolyota yaralı və əsir düĢmüĢ mücahidlərin – terrorist- lərin götürülməsi 

qəti Ģəkildə qadağan edilirdi. Əmri pozmaq müharibə qanunları ilə cəzalanmaq 

idi... 

Tələsmək lazım idi. Vertolyotlar səhər tezdən Kunduzdan Fəyzabad təyyarə 



meydançasına gəlirdi. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Tofiq Seyidzadə. 

 

 

“Hər an ölümlə üzbəüz” 

 

30 



ElĢadın  ġabanov  əməliyyat  batalyonundan  20  -  25  nəfər  hazırlıqlı, 

döyüĢlərdə  fərqlənmiĢ,  çətin  Ģəraitdə  vuruĢa  biləcək  döyüĢçü  seçdi. 

Komandirlərini  isə  döyüĢlərdə  bərkimiĢ,  müĢa-  virin  etibarını  qazanmıĢ, 

hakimiyyətə  sadiq,  ƏXDP-nın  (onlar  da  sadiq  idilər  və  XAD  özəyi  əsasən 

onlardan təĢkil olunmuĢ- du) pərçəm qanadının üzvü olan Rəfiq Maqsudu təyin 

etdi. 


Vertolyotların  pilotları  həmin  ərazinin  koordinatlarını  bilirdilər.  MüĢavir 

ElĢad  ġabanov  da  həmin  ərazini  yaxĢı  tanı-  yan,  orada  doğulub,  boya  -  baĢa 

çatmıĢ bələdçi - döyüĢçü götür- 

  

müĢdü.  Ərazi,  orada  fəaliyyət  göstərən  silahlı  dəstələr,  onların  rəhbərləri, 



dini  xadimləri,  əgər  vertolyot  vurularsa,  sağ  qalarlar-  sa,  necə  hərəkət  etmək 

lazım gəldiyi ElĢad tərəfindən planlaĢ- dırılmıĢ, ölçülüb - biçilmiĢdi. Lakin ona 

məlum  idi  ki,  vertolyot  vurularsa,  hündür,  qarlı  dağların  qayalıqlarında  məhv 

olacaqlar. Ancaq ElĢadın ġabanovda həmiĢə qələbəyə inam hissi, soyuq- qanlılıq 

və  cəsarət  vardı.  Bu,  XAD-ın  rəhbərliyinə,  hətta  mər-  kəzə  də  məlum  idi.  Elə 

buna görə də tapĢırığı yerinə yetirmək ona həvalə olunmuĢdu. 

ElĢad səhər alaqaranlıqda əməliyyat qrupu ilə hərbi hava meydanına gəlir. 

Müdafiə  Nazirliyinin  BaĢ  qərargahının  Hərbi  KəĢfiyyatının  vilayətdə  fəaliyyət 

göstərən hərbi kəĢfiyyatçılar qrupunun qərargahı təyyarə meydanında yerləĢirdi. 

MüĢavir  ElĢad  əməliyyatın  bəzi  detallarını  araĢdırmaq  üçün  onlarla  əv-  vəldən 

danıĢmıĢdı.  KəĢfiyyatçılarla  DTK-nın  müĢaviri  arasında  yaxĢı  xidməti  və Ģəxsi 

münasibət vardı. 

HəmiĢəki kimi onu kəĢfiyyatçıların tərcüməçisi  - azər- baycanlı  - Bakıdan 

olan  Əlibaba  qarĢıladı.  Əfqan  qaydası  ilə  üç  dəfə  öpüĢdükdən  sonra 

kəĢfiyyatçıların yanına keçdilər. 

Qısa  əməliyyat  müĢavirəsində  əməliyyatın  gediĢi  barədə  müəyyən  detallar 

araĢdırıldı.  Hərbi  kəĢfiyyatçılar  söylədilər  ki,  bir  -  iki  dəfə  onlar  vertolyotla 

həmin  sahəyə  uçmağa,  məlumat  toplamağa  səy  göstərmiĢ,  lakin  güclü  atəĢə 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə