Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqııb Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

Yaqııb Mahmudov,  Camal Mustafayev

*

Muğam  iiçlüyü:  C abbar Qaryağdıoğlu,  Qurban Pirimov,  Saşa O qanezaşvili.  1905-ci il



Xan Şuşinskinin  ansamblı

Ş U Ş A - P Ə N A H A B A D

pərəstişkarı  idi.  XX  əsrin  əvvəllərində  xa- 

nəndə  «Qrammofon»,  «Sport-rekord»  və 

«Ekstrafon» fırmalarınm dəvəti ilə Varşava,

Riqa və Kiyev şəhərlərində olmuş və səsini 

plastinkaya  yazdırmışdı.  O,  uzun  müddət 

Azərbaycan  Dövlət  Konservatoriyasında 

dərs demiş, Bülbül,  Seyid Şuşinski, Xan Şu- 

şinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli 

kimi  görkəmli  ifaçıların  yetişməsində  mü- 

hüm rol oynamışdı.158

Şuşa musiqi ifaçılıq sənətinin yüksək in- 

kişaf səviyyəsinə  çatmasında  Mirzə  Sadıq 

Əsəd oğlu (Sadıqcan), Məşədi Cəmil Əmir- 

aslan oğlu Əmirov  (məşhur bəstəkar Fikrət 

Əmirovun  atası),  Qurban  Pirimov  mühüm 

rol oynamışlar.  Sadıqcan tərəfındən təkmil- 

ləşdirilmiş  tar  nümunələrindən  bütün  Cə-

nubi Qafqazda, Orta Asiyada və Dağıstanda 

,  , 



.  .  , 

.  .


.  . 

‘ 

A zərbaycan  vokal sənətının  banısı,

genış ıstı  a  ə o unur  u. 



dünva şöh rətli müğənni Bülbülün  büstü

Görkəmli opera müğənnisi və xalq mah- 

mlarının m ahir ifaçısı  Bülbül (1897-1961)  də  Şuşa musiqi  məktəbinin yetirmə- 

sidir. Hələ gənc yaşlarından Şuşada keçirilən musiqi məclislərinin iştirakçısı olan 

Bülbül  öz  yaradıcılığmı  daha  da  təkmilləşdirmək  üçün  daima  yollar  axtarırdı. 

1916-cı  ildə  ilk dəfə opera müğənnisi kimi çıxış edən Bülbül Azərbaycan  Kon- 

servatoriyasını  bitirmiş,  1927-1931-ci  illərdə  Milanda  İtaliyanm  məşhur opera 

müğənnilərindən  dərs  almışdı.  Bülbül  yaradıcılığının  ən  yüksək  zirvəsi  Üzeyir 

Hacıbəylinin ölməz «Koroğlu» operasında  Koroğlu obrazı  olmuşdur.159

Dahi Azərbaycan bəstəkan Üzeyir Hacıbəyli (1885-1948) da Şuşada anadan 

olmuş,  özünün  musiqi  yaradıcılığına  bu  şəhərdə  başlamışdı.  Bəstəkarın  bütün 

Şərqdə ilk opera olan «Leyli və Məcnun» operasının yaranmasında Şuşanın mu- 

siqi  həyatı  həlledici  rol  oynamışdı.  Üzeyir  Hacıbəylidə  belə  bir  opera  yazmaq 

ideyası hələ  1897-ci ildə yaranmışdı.  Həmin il  Şuşada məşhur Azərbaycan dra- 

maturqu  Haqverdiyevin  rəhbərliyi  altında  «Məclisi-fəramuşan»ın  şagirdlərinin 

gücü ilə Füzulinin «Leyli və Məcnun» poemasının motivləri  əsasında «Məcnun 

Leylinin məzarı üstündə» adlı musiqili səhnə tamaşası göstərilmişdi.  Bu tamaşa

101



Yaqub Mahmudov,  Camal Mustafayev

Görkəm li Azərbaycarı şairi,  Q arabağ xanının  vəziri M olla 

Pənah  Vaqifın  evi qarşısındakı  büstü

Ş U Ş A - P Ə N A H A B A D

Üzeyir Hacıbəyliyə  çox  güclü  təsir etmiş  və  onun  1907-1908-ci  illərdə  «Leyli 

və Məcnun» operasım yazmasına səbəb olmuşdu.  Dahi bəstəkarın sonralar yaz- 

dığı «Arşın mal alan», «Məşədi  İbad» operettaları və «Koroğlu» operası dünya- 

nın ən böyük şəhərlərinin səhnələrində dönə-dönə tamaşaya qoyulmuşdu.160

Özünün heyrətamiz gözəlliyi ilə hamım  heyran edən  Şuşa Azərbaycan ədə- 

biyyatına bir çox görkəmli  şair, yazıçı və dramaturq bəxş etmişdir.  Azərbaycan 

realist ədəbiyyatınm banilərindən biri olan Molla Pənah V aqif (1717—1797) Qa- 

zaxda doğulsa da,  Şuşada yaşayıb-yaratmış,  özünün ölməz poeziyası  ilə müasir 

Azərbaycan  ədəbi  dilinin  formalaşmasında mühüm rol oynamışdır.  Onun qəzəl 

və qoşmaları dillər əzbəri idi. Vaqif həm də görkəmli dövlət xadimi idi, qarabağlı 

İbrahimxəlil  xanın vəziri olmuşdu.

Azərbaycanm digər görkəmli şairi Qasım bəy Zakir (1784-1854) Şuşada ana- 

dan olmuş,  ilk  təhsilini  burada almış,  uzun müddət Xındınstanda və Bakıda ya- 

şamışdır.  Lakin  o,  ömrünün  sonlarmda  Şuşaya  dönmüş  və  burada  da  vəfat 

etmişdir.  Qasım bəy Zakir Azərbaycan poeziyasında tənqidi realizmin və satirik 

janrm banilərindən biri hesab edilir.161

Şuşa  özünün  ədəbi  məclisləri  ilə  də  məşhur  idi.  1864-cü  ildə  burada  Hacı 

Abbas Agahinin başçılığı ilə «Məclisi-üns» («Dostluq məclisi») təşkil olunmuşdu. 

Sıralarında 30 nəfərə qədər şairi birləşdirən bu məclis  1872-ci  ildən Xurşidbanu 

Natəvanm  evində  toplaşırdı.  Şuşada  1870-ci  ildə  təşkil  olunmuş  ikinci  məclis 

«Məclisi-fəramuşan» («Unudulmuşlar məclisi») adlanırdı.  XX əsrin əvvəllərinə 

qədər fəaliyyət göstərmiş bu məclisin rəhbəri alim və təzkirəçi Mir Möhsün Nəv- 

vab olmuşdur.  Bu məclislərdə şairlər öz şeirləri ilə çıxış edir, muğamlar ifa olunur, 

fəlsəfə,  tarix,  məntiq, astronomiyaya dair söhbətlər aparılırdı.162

Azərbaycan  ədəbiyyatınm  görkəmli  nümayəndələri  olan  Süleyman  Sani 

Axundov və Y usif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılıqları  Şuşa ilə bağlı 

olmuşdur.  Şuşanın yetirməsi olan yazıçılar arasında Yusif Vəzir Çəmənzəminli 

bu  şəhərin ən  çox təsvirini  vermiş yazıçı  kimi  tanınır.  Onun  «Həyatımın  iyirmi 

ili» və «Bir gəncin dəftəri» adlı romanlarında Şuşanın təkrarolunmaz təbiətinin, 

ictimai  həyatınm,  adət  və  ənənələrinin  müfəssəl  təsviri  verilmişdir.  Yazıçınm 

«Qan  içində»  adlı  sonuncu romanında XVIII  əsrin  ikinci  yarısı -  XIX  əsrin əv- 

vəllərində Qarabağ xanlığında baş vermiş hadisələr əks olunmuşdur.lw

Azərbaycan teatr sənətinin yaranmasında və inkişafında Şuşanın özünəməxsus 

yeri olmuşdur. Hələ  1848-ci ildən şəhərdə həvəskar aktyorlar teatr tamaşaları gös- 

tərirdilər.  XIX  əsrin  80-ci  illərindən  isə  Şuşa  Azərbaycan  teatr  sənətinin  əsas



103


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə