Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

hazırlanan məişət əşyalanna və əmək alətlərinə olan tələbatım ödəm əklə məşğul 

idi.146

Şuşa Azərbaycanda qiymətli metallardan hazırlanan zinət əşyaları  istehsalı- 



nın  da  əsas  mərkəzlərindən biri  idi.  Burada  ali  silkin  nümayəndələri  çox  oldu- 

ğundan  zərgərlik  məmulatlarma  tələbat  da  böyük  idi.  XIX  əsrin  əvvəllərində 

Şuşada  bu  sahə  üzrə  tələbatın  ödənilməsi  ilə  10  nəfər zərgər  məşğul  olduğu 

halda,147 əsrin sonunda onlarm sayı  artıb  78 nəfərə çatmışdı.148  Şuşalı zərgərlər 

qiymətli  metallardan  müxtəlif növ  baş,  boyun,  sinə,  qulaq,  bel,  qol  və  barmaq 

üçün zərgərlik məmulatı hazırlayırdılar.  Bəzək əşyalarının hazırlanması və bədii 

tərtibatı zamanı qəlibkarlıq, minalama, bəndləmə, aynalama, şəbəkə, qarasavad 

və  başqa üsullardan  istifadə  olunurdu.  Şuşanın zərgərlik  məmulatı  üçün  stilizə 

edilmiş zoomorf və bitki motivləri daha xarakterik idi. XIX əsrin ortalarmda ya- 

şamış şuşalı zərgərlərdən Hacı bəy, Həsən Hüseyn oğlu, Alış kişi zərgərliyin bu 

sahəsində böyük şöhrət qazanmışdılar.  Onların bu üsullarla hazırladıqlan  «Ay- 

nalı  kəmər»,  «Piyaləzənt»  və  «Aypara»  adlı kəm ər və  sırğalar  Şuşanın  hüdud- 

larından çox uzaqlarda məşhur idi.149

Şuşa sənətkarlarmın əksəriyyəti peşə prinsipinə əsaslanan təşkilatlarda -  əs- 

naflarda birləşirdilər.  XVIII  əsrin  son rübündə  burada qalayçıları,  çəkməçiləri, 

papaqçıları, dabbaqları və zərgərləri öz sıralarmda birləşdirən əsnaflar xüsusilə 

seçilirdilər.  Bu əsnaflarm hər birinin on nəfərdən  iyirmi beş nəfərə qədər üzvü 

olurdu.1''0  Hər  bir  əsnafın  özünəməxsus  bayrağı  və  xüsusi  nişanları  var  idi. 

M üxtəlif bayramlar zamanı  keçirilən mərasimlərdə  hər bir əsnaf öz bayrağı  ilə 

iştirak  edirdi.  Əsnaflarm  ali  orqanı  olan  ümumi  yığıncaqda  ustalığa  və  əsnaf 

üzvlüyünə qəbul, günahkar əsnaf üzvlərinin cəzalandınlması, ehtiyacı olan əsnaf 

üzvlərinə  yardım  göstərilməsi,  vergi  və  mükəlləfiyyətlərin  emalatxanalar  ara- 

sında bölüşdürülməsi  kimi m əsələlər həll  edilirdi.

Karvan yola düşür

M əktəblilər Cıdır düzündə



Mahnı bayramı

ŞUŞA SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ

1920-ci il 28 aprel işğalı nəticəsində Azərbaycanda Sovet hakimiyyətinin qu- 

rulması ilə Qarabağın, o cümlədən Şuşanm fəlakətli günləri başlandı.  Sovet rəh- 

bərliyinin  him ayəçiliyi  ilə  Dağlıq  Qarabağda  rəhbər  vəzifələri  ələ  keçirmiş 

ermənilər bu dəfə öz məkrli siyasətlərini «sinfı mübarizə» pərdəsi altında həyata 

keçirir,  bölgənin  azərbaycanlı  əhalisinə  qarşı  repressiyalar  həyata  keçirir,  soy- 

qırımı,  deportasiya  siyasəti  yeridirdilər.  1920—1922-ci  illərdə  Şuşanın  yüzlərlə 

azərbaycanlı sakini ermənilərin fıtvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə 

məruz qalmışdı.  Şəhərin bir çox adlı-sanlı adamları,  o cümlədən ziyalıları  əha- 

linin gözü qarşısında güllələnmişdi.  Azərbaycanlı ailələrin xeyli  hissəsi erməni 

təqiblərindən  xilas  olmaq  üçün  doğma  Şuşanı  tərk  edərək  Irana  və  Türkiyəyə 

qaçmağa m əcbur olurdu.  Həyata keçirilən bu soyqırımları,  repressiyalar, depor- 

tasiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.151

Sovet-bolşevik rejiminin  hakimiyyəti dövründə  Şuşa şəhərinin  inzibati  sta- 

tusu bir neçə dəfə dəyişdirildi. PK(b)P MK Qafqaz bürosu plenumunun  1921-ci 

il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin 

(DQMV) m ərkəzi kimi  müəyyən olundu.  Lakin bu qərar  1923-cü  il  iyulun  7-də 

həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xan- 

kəndi  seçildi.  Erməni  separatçıları  və  Kremldəki  ermənipərəst qüvvələr Azər- 

baycana  qarşı  hazırladıqları  məkrli  planları  Şuşadan  həyata  keçirməyin  asan 

olmayacağmı başa düşərək bu addımı atdılar.  Bunun ardınca isə Moskvanın gös- 

tərişi  ilə  Şuşa  şəhəri  AK(b)P  MK  Rəyasət  heyətinin  1923-cü  il  16  iyul  tarixli 

xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər 

eyniadh  rayonun  və  12  kənddən  ibarət  Malıbəyli  volostunun  mərkəzinə  çev- 

rildi.152 Bununla da Şuşa  170 ilə yaxın yerinə yetirdiyi ənənəvi tarixi statusundan

— bütün  Qarabağın inzibati mərkəzi statusundan məhrum  edildi.




Yaquh Mahmudov,  Camal Mustafayev

Şuşadan -  Pənahabaddan  bir görünüş

İnzibati mərkəz statusundan məhrum edilməsi  Şuşanın sonrakı  taleyinə ağır 

təsir göstərdi.  Respublika rəhbərliyinin  laqeyd münasibəti  və  vilayətin  erməni 

rəhbərliyinin  separatçılıq  fəaliyyəti  nəticəsində  şəhər  sürətlə  tənəzzül  etməyə 

başladı.  Uzun  müddət  burada  heç  bir tikinti-abadhq  işləri  görülmədi.  Əksinə, 

Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu vəhşicəsinə uçurdulub 

dağıdıldı.  İbrahimxəlil  xanın  «Xəzinə qayası»nda inşa etdirdiyi  nadir memarlıq 

kompleksi  hissə-hissə  sökdürüldü.  Şuşanın  Azərbaycan  memarlığınm  inciləri 

olan tarixi-memarlıq abidələrinin dağıdılması sonrakı illərdə də davam etdirildi. 

1965-ci ildə keçmiş Lenin küçəsində xüsusi məqsədlə dördmərtəbəli yaşayış bi- 

nası tikilərkən bir neçə şəxsi imarətlə yanaşı, nadir tarixi-memarlıq abidəsi olan 

bir karvansara və hamam uçurduldu,  11  su quyusu-kəhriz sıradan çıxarıldı.  Ümu- 

miyyətlə, Şuşadakı Azərbaycan memarlığınm nadir incilərindən olan və X V III- 

XIX əsrlərdə inşa edilmiş 20-yə qədər məşhur şərq hamammın əksəriyyəti  Sovet 

hakimiyyəti  illərində ermənilər tərəfındən dağıdılıb yox edildi.

Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyi bütün yuxarıda göstə- 

rilən  vandallıq  aktları  ilə  kifayətlənməyib  1963-cü  il  yanvarın  4-də  Şuşa  ra- 

yonunu  ləğv  edərək  Stepanakert  rayonunun  tərkibinə  qatdı.  Y alnız  1965-ci  il 

yanvarın  6-da Şuşanın rayon  statusunu yenidən bərpa etmək mümkün oldu.153

Sovet  hakimiyyəti  illərində  Şuşa  şəhəri  ilə  bağlı  yeridilmiş  m əqsədyönlü 

ayrı-seçkilik  siyasəti  nəticəsində  burada  yaşayan  əhalinin  sayı  sürətlə  azaldı. 

Vaxtilə Azərbaycanm böyük  və  abad şəhərlərindən  biri  olmuş  Şuşanın əhalisi,



H evdər Ə liyev Şuşada


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə