Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   18   19   20   21   22   23   24   25   26

Saatlı  m əscidinin  interyeri

Ş U Ş A - P Ə N A H A B A D

saraylar,  hamamlar,  karvansaralar  və  məscidlər  tikilib  istifadəyə  verilmişdi. 

Bütün bu işlərin yerinə yetirilməsi  isə burada tikinti  sənətinin müxtəlif sahələ- 

rinin  inkişafım  zəruri  edirdi.  Şuşada  fəaliyyət  göstərən  çoxsaylı  mühəndislər, 

memarlar, bənnalar,  daşyonanlar, dülgərlər, nəccarlar, həkkaklar, yapqı ustaları 

və başqa sənətkarlar şəhərin tikintisi zamam Azərbaycan,  Şərq və Qərb memar- 

lığının nailiyyətlərindən m əharətlə bəhrələnmişdilər.  Elə bunun nəticəsi idi ki, 

Şuşa öz görkəmi  ilə Cənubi Qafqazın digər şəhərlərindən əsaslı  şəkildə fərqlə- 

nirdi.  XIX əsrin ortalarında Şuşada olmuş rus səyyahlarından biri yazırdı ki,  bu- 

rada  evlər  hündür  və  gözəl  olub  çoxsayh  pəncərələrlə  işıqlandırılırlar.  Şəhər 

üzərində yerləşdiyi sıldınm qayalardan götürülmüş daşlardan tikilmişdir.  Küçələr 

Avropa üslubuna uyğun olaraq hər yerdə yastı daşlarla döşənmişdi.171

XIX  əsrin  ikinci  yansında  Şuşanın  sürətlə  inkişafı  burada tikinti-abadlıq  iş- 

lərinin miqyasım xeyli artırdı.  Şəhərin varlı adamlarına məxsus dəbdəbəli yaşa- 

yış evlərinin, imarətlərin tikintisi geniş vüsət aldı.  Kərim bəy Mehmandarovun, 

Hacı  Məmmədovun,  İskəndər  Rüstəmovun,  Səfıbəyovun  və  başqalarmm  bu 

dövrdə inşa edilmiş  imarətləri özlərinin orijinal memarlıq üslublarma və zəngin 

divar rəsmlərinə görə diqqəti cəlb edir.  1864—1865-ci  illərdə Şuşada olmuş məş- 

hur rus  rəssamı  V.V.Vereşşagin  yazırdı:  «Şuşanm  bir  çox  varlı  evlərinin  divar

H eydər Ə liyev Şuşa Rəsm  Qalereyasında

111



B əstəkar Zülfiiqar Hacıbəylirıin  (1 8 8 4 -1 9 5 0 )  evi.  Şuşa -  P ən ah abad

Yaqub Mahmudov,  Camal Mustafayev

Xurşidbanu N atəvanın  (1832 -1897) mülkü.  Şuşa -  P ən ahabad

Ş U Ş A - P Ə I W A   H A B A D

və tavanlan, əsasən, döyüş səhnələrini, hökmdarların və qədim nağıl qəhrəman- 

larının portretlərini  əks etdirən kompozisiyalar və süjetli rəsmlərlə  bəzədilmiş- 

dir».172 Bu rəsmlərin əksəriyyətinin müəllifləri məşhur rəssam Qəmbər Qarabaği 

və onun qardaşı Səfər olmuşdur.173 Azərbaycan incəsənəti qarşısında böyük xid- 

mətləri  olmuş bu  iki  qardaş  Şəki  xan sarayınm bərpasında və bədii  tərtibatında 

da fəal  iştirak etmişdilər.

Qarabağ xanları  Şuşada saray və imarətlərin tikintisinə böyük diqqət yetirir- 

dilər.  Qarabağ tarixçilərinin məlumatlarmdan aydın olur ki,  həm  Pənahəli  xan, 

həm də İbrahimxəlil xan Şuşada özləri və övladları üçün altı saray və imarət tik- 

dirmişdi.174  Bu saraylardan  ikisi -  Pənahəli xana və Qaraböyük xanıma məxsus 

saraylar müasir dövrə  qədər qalmışlar.  Sonuncu  sarayın  giriş  qapısı  üzərindəki 

yazıdan aydın olur ki, həmin saray  1768-ci ildə, daha doğrusu, İbrahimxəlil xanın 

hakimiyyəti  dövründə tikilmişdi.175

Şuşada  tikilmiş  xan  sarayları  özlərinin  həcminə,  formasına  və  memarhq 

üslublarmm  orijinallığına görə  diqqəti  cəlb  edirdi.  Onlar,  əksər  hallarda  şüşəli 

pəncərələrə malik olub yonulmuş daşlardan tikilir və oyma naxışlarla bəzədilmiş 

taxta qapılarla tamamlanırdı.  Saraylarm qapı və pəncərələrinin hazırlanması, on- 

lara tavan və taxtapuş vurulması ilə şəhərdə fəaliyyət göstərən  14 nəfər ağaciş-

Hacıqulların malikanəsi.  Şuşa -  Pənahabad.  XVIII əsr

113



Yaqub Mahmudov,  Camal Mustafayev

ləmə ustası -  dülgər,  xarrat və 

nəccar məşğul olurdu.176 Saray- 

lar,  adətən,  ikitaylı  qapıları 

olan  hündür  divarlarla  əhatə 

olunurdu.

Şuşanın memarlıq abidələri 

içərisində  onun  bulaqları  xü- 

susi  yer  tutur.  Onu  da  göstər- 

m ək  lazımdır  ki,  Şuşanın 

əhalisi uzun müddət özünün iç- 

məli  suya  olan  tələbatını  hər 

bir  həyətdə  qazılmış  quyular 

vasitəsilə  ödəyirdi.  Lakin  bir 

tərəfdən bu  quyulardan  çıxarı- 

lan  suyun  içmək  üçün  elə  də 

yararlı olmaması, digər tərəfdən

M ineral su bulaqları.  Şuşa -  Pənahabad

114

Ş U Ş A - P Ə N A H A B A D

isə XIX əsrin ikinci yarısından şəhərdə əhalinin sayının sürətlə artması  ilə əla- 

qədar yaranan su qıtlığı bu məsələdə ciddi problemlər yaratmağa başlamışdı.  Şə- 

hərin  su  probleminin  həll  edilməsində  xan  qızı  Xurşidbanu  Natəvanm  böyük 

xidməti olmuşdur.  1871-ci ildə onun vəsaiti hesabına Şuşanın 7  kilometrliyində 

yerləşən  Xəlfəli  dağından  saxsı  borularla  şəhərə  su  çəkildi  və  iki  böyük bulaq 

tikildi.  «Xan qızı bulağı» adlanan bu bulaqlardan biri  12 gözdən və  8  guşəli çar- 

hovuzdan  ibarət  olub  Xurşidbanu  Natəvanın  evi  qarşısında  tikilmişdi.  «Şor 

bulaq» adlanan ikinci bulaq şəhərin Gəncə qapısı yaxınlığmda tikilmiş və orijinal 

kompozisiyaya məxsus milli naxışlarla bəzədilmişdi.  1896-cı  ildə  Şuşaya ikinci 

su kəməri çəkildi.  Bu kəmər şəhər sakinlərinin içməli suya olan tələbatım ödə- 

məklə yanaşı, 20-dən artıq küçədə daş çarhovuzların, bulaqların və yeni hamam- 

ların tikilməsinə,  eləcə də şəhərin daha da yaşıllaşmasına şərait yaratdı.177

Şuşa şəhəri burada tikilmiş hamamlann həm sayına, həm də orijinal memar- 

lıq üslubuna görə şöhrət qazanmışdı.  Hamamlara bəzək vurulması zamanı müxtə- 

lif növ kaşılardan, rəngarəng şüşə və mərmərdən geniş istifadə olunurdu. Baharlı 

yazırdı  ki,  Şuşada  ilk  hamamı  İbrahimxəlil  xanın  əmisi  oğlu  Əbdüsəməd  bəy

Xan qızı Natəvamn  çəkdirdiyi bulaq.  «Xan qızı  bulağı»

115



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə