Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


QAFQAZ ÖN ASİYA.HİNDİSTAN VƏ ÇİN TURK DÖVLƏTLƏRİ TURK



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

3.QAFQAZ ÖN ASİYA.HİNDİSTAN VƏ ÇİN TURK DÖVLƏTLƏRİ TURK 
CƏMİYYƏTİNİN QURULUŞU.ƏRƏBLƏR. İSLAM DİNİ VƏ.XİLAFƏT. 
Ərəb işğalları Qafqaz xalqlarının həyatını dəyişdi. Bir çox xalqlar İslam 
dinini qəbul etdi. Onların mədəniyyətində mühüm dəyişikliklər baş verdi. Ərəb 
xilafəti iki əsrdən artıq Qafqazı idarə etdi. Xilafət zəifləyib dağıldığı dövrdə burada 
bir neçə müstəqil dövlət yarandı. Azərbaycanda (keçmiş Albaniya və Atropatena 
dövlətlərinin ərazisində) Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, 
Şəki hakimliyi, Tiflis əmirliyi, Dərbənd əmirliyi kimi dövlətlər yarandı. İndiki 
Gürcüstan ərazisində isə Abxaziya, Kartli-Kaxetiya çarlıqları, Tao-Klarceti 
knyazlığı yarandı. VIII əsrin 30-cu illərində yaranmış Tiflis müsəlman əmirliyi 
varlığını XII əsrin əvvəllərinədək qoruyub saxladı. Ərəb xilafətinin süqutundan 
sonra Azərbaycan torpaqları Sacilər sülaləsinin hakimiyyəti dövründə ilk dəfə 
vahid dövlət halında birləşdirildi. I əsrin əvvəllərində gürcü torpaqları vahid 
dövlətdə birləşdirildi. Bu dövrdə səlcuq türklərinin Qafqaza axınları baş verdi. 
Cənubi Qafqaz və Dağıstan Böyük Səlcuq imperatorluğunun tərkibinə qatıldı. 
Sonralar Səlcuq imperatorluğunun zəifləməsindən istifadə edən gürcü çarı IV 
David (1089-1125) təcavüzkar siyasət yeritməyə başladı. Onun məqsədi 
Azərbaycanın qərb torpaqlarını işğal etmək idi. Gürcü çarı Bizansla ittifaqa nail 
olub səlcuqlara qarşı mübarizəyə başladı. Nəticədə Tiflis, Dəbil və Ani kimi 
müsəlman şəhərləri gürcülər tərəfindən işğal edildi. XIII əsrdə Qafqaza monqol 
yürüşləri başladı. Monqol yürüşləri nəticəsində Qafqaz Hülakü imperatorluğunun 
tərkibinə qatıldı. Şimali Qafqaz Hülakü və Qızıl Ordu dövlətləri arasında 
bölüşdürüldü. XIV əsrin 80-ci illərində Qafqaz Teymurilər tərəfindən işğal olundu. 
Çox keçmədən Teymuri imperatorluğu parçalandı, onların Qafqazda mövqeyi 
zəiflədi. XV əsrin sonlarında Gürcüstanda Kartli, Kaxetiya və İmeret çarlıqları 
kimi müstəqil feodal dövlətləri meydana gəldi. Hücumların dayanması və siyasi 
sabitliyin yaranması Qafqazda təsərrüfatın inkişafına müsbət təsir göstərdi. XV 
əsrdə Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti dövründə Azərbaycan 
bütün Cənubi Qafqazın, Yaxın və Orta Şərqin hərbi-siyasi tarixində mühüm rol 
oynadı. XV əsrin sonlarında bütün Azərbaycan torpaqlarının vahid 
mərkəzləşdirilmiş dövlət halında birləşdirilməsi üçün tarix şərait yarandı. İran 
ərazisində əvvəllər ardıcıl olaraq Midiya, Əhəmənilər və daha sonra Parfiya dövləti 
mövcud olmuşdur. III əsrin əvvəllərində Roma ilə Parfiya arasında uzun müddət 
davam edən müharibə Parfiya dövlətini zəiflətdi. Parfiya dövlətinin zəifləməsi ilə 
yaranmış əlverişli vəziyyətdən Fars vilayətinin hakimi Ərdəşir Babəkan istifadə 


etdi. Bu zaman Sasanilər nəslindən olan I Ərdəşir Babəkan: Parfiya ordusunu 
məğlub edərək paytaxt Ktesifonu tutdu. 226-cı ildə özünü şahənşah elan etdi və 
Sasanilər dövlətinin əsasını qoydu. Ərdəşir Babəkan 226-cı ildə Ktesifonda 
təntənəli şəkildə «şahlar şahı» titulunu qəbul etdi. Beləliklə, Sasanilər dövləti 
yarandı və geniş işğallara başladı. Xarəzm, Xorasan, Mərv və Azərbaycan dövləti 
olan Atropatena Sasanilər dövlətinə qatıldı. Sasanilərin dövlət quruluşu erkən 
feodal monarxiyası idi. Ölkəni şahənşah idarə edirdi. Ölkə əyalətlərə bölünürdü. 
Əyalətləri şəhrdarlar və mərzbanlar idarə edirdi. Onlar müharibəyə öz silahlı 
qüvvələri ilə gedir, mülki və hərbi işlərə başçılıq edirdilər. Şahdan sonra ikinci 
rəsmi şəxs ali maq (baş kahin) hesab olunurdu. Ölkənin rəsmi dini olan zərdüştlük 
dövlətin idarə olunmasında xüsusi rol oynayırdı. Zərdüştlüyün əsas mərkəzi 
Azərbaycanın (Atropatenanın) Qazaka şəhərindəki məbəd hesab olunurdu.
Sasanilər dövlətinin yaranması feodal münasibətlərinin meydana gəlməsini 
sürətləndirdi. Ölkədə feodal münasibətləri III-V əsrlərdə yarandı. Sasani şahları 
hakimiyyətin dayaqlarını möhkəmlətmək, ucqar əraziləri qorumaq üçün hərbçilərə 
torpaq sahələri paylayırdılar. Sasanilərdə feodal torpaq mülkiyyətinin iki forması 
mövcud idi: Dastakert – iri feodallara məxsus əsas irsi torpaq mülkiyyət forması 
idi. Xostak - orta və xırda feodallara məxsus şərti torpaq mülkiyyət forması idi. 
Geniş torpaq sahəsinə (dastakertə) sahib olan iri feodallar - patriklər, xidmət 
müqabilində verilən torpaq (xostak) sahibi olan orta və xırda feodallar - azadlar 
adlanırdı. Azadlardan ibarət süvari qoşun ordunun əsasını təşkil edirdi. Vergini və 
borcunu ödəyə bilməyən kəndlilər asılı kəndlilərə çevrilirdilər. Ölkədə natural 
təsərrüfat hakim idi. Feodal münasibətləri dini idarələri də əhatə edirdi. Dini ibadət 
üçün vergi verilirdi. Kahinlərin əlində çoxlu torpaq və kəndli toplanmışdı. Məbəd 
və nüfuzlu din xadimlərinin əlində iri torpaq sahələri cəmləşmişdi. Sasanilər 
dövründə əsas vergilər aşağıdakılar idi: Xaraq - kəndlililərin məhsulun 1/3-nə 
qədərini təşkil edən torpaq vergisi idi. Gezit - 20-dən 50-yaşa qədər bütün əhalinin 
ödədiyi vergi idi. Bac - sənətkar və tacirlərdən alınan vergi idi..
IV əsrdə Hindistanda Qupta sülaləsi hakimiyyətə gəldi. Qupta sülaləsinin 
hakimiyyət dövrü «Hindistanın qızıl əsri» adlanır. Bu dövrdə ədəbiyyat, incəsənət 
və memarlıq inkişaf etdi. V əsrin sonunda: Qupta dövləti parçalandı. Qupta 
hökmdarları Ağ hunların asılılığı altına düşdülər. VI-XIII əsrləri əhatə edən feodal 
dağınıqlığı dövrü başladı. Kasta sistemi, ölkənin çoxmillətli olması və müxtəlif 
dini etiqadların mövcudluğu ölkədə feodal pərakəndəliyini gücləndirirdi. Qupta 
imperiyasının dağılması nəticəsində Hindistanda 70-ə qədər müstəqil kiçik dövlət 
qurumları yarandı. Belə dövlət qurumlarının başçıları olan racələr hərbi xidmət 


əvəzində torpağın bir hissəsini kəndlilərlə birlikdə yaxın adamlarına paylayırdılar. 
Verilən torpaqlar irsən keçirdi. XII əsrdə türk tayfaları Hindistan ərazilərinə 
aramsız yürüşlər edirdilər. Bu hücumların nəticəsində 1206-cı ildə türk sərkərdəsi 
Qütbəddin Aybək (1206-1210) Hindistanı tutaraq burada Dehli sultanlığının 
əsasını qoydu. Dehli sultanlığı Hindistan ərazisində müsəlman türklərin yaratdığı 
ilk ən böyük dövlət idi.
III-V əsrlərdə şərq ölkələrində yeni təsərrüfat münasibətləri yarandı. III- 
VII əsrlərdə Çində iri xüsusi torpaq sahibləri - «güclü ailələr» (iri feodallar) 
adlanırdı. «Güclü ailələr» dövlət üçün əlverilşi deyildir. Çünki «güclü ailələr»in 
artması və möhkəmlənməsi nəticəsində: Kəndlilərin torpaqsızlaşmasına səbəb olur, 
iri feodallar onları özlərindən asılı olan icarədarlara çevirirdilər. Dövlətə vergi 
verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. «Güclü ailələr»ə qarşı 
mübarizə aparmaqla xüsusi torpaq mülkiyyətinin inkişafını tamamilə dayandırmaq 
əlverişli olmadığı üçün Çində digər Şərq ölkələrində olduğu kimi dövlət feodalizmi 
formalaşırdı. III-VII əsrlərdə Çində ən böyük torpaq sahibi olan imperator hərbi 
xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri 
torpaq sahələri paylayırdı. Həmin torpaqların sahibləri tədricən feodala 
çevrilirdilər. «Sarısarıqlılar» üsyanı və digər amillər III əsrin əvvəllərində Çinin 
zəifləməsinə, Xan sülaləsinin devrilməsinə səbəb oldu, Çin xırda dövlətlərə 
parçalandı və Qədim Çin imperiyasının yerində bir-biri ilə düşmənçilik edən bir 
neçə dövlət yarandı. Çində feodal münasibətlərinin inkişafı yenidən vahid dövlətin 
yaranmasına səbəb oldu. Sərkərdə Yan Szyan rəqiblərinə qalib gələrək: Suy 
sülaləsinin (586-618) əsasını qoydu. Çanan şəhərini dövlətin paytaxtı elan etdi.
Ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətinə son qoydu.
VII əsrin əvvəllərində (618-ci ildə) Çində hakimiyyət Tan sülaləsinin (618-918) 
əlinə keçdi. Tan sülaləsinin dövründə Tan imperatoru «Səma oğlu» adlandırılırdı. 
Tan sülaləsi Çini təqribən 300 il idarə etdi. Tan sülaləsinin hakimiyyəti dövründə:
Çin yenidən vahid dövlətdə birləşdirildi. Çin işğalçılıq siyasəti yeritdi. Koreya və 
Vyetnam Çinə tabe edildi. XIV əsrin ortalarında Çində monqol əsarətinə qarşı 
üsyan - xalq hərəkatı baş verdi. Xalq hərəkatı nəticəsində: Monqollar Çindən 
qovuldu. Hakimiyyətə Min sülaləsi gəldi. Min sülaləsi 1368-1644-cü illərdə Çində 
hakimiyyətdə oldu.
Ərəblərin vətəni Asiya qitəsinin cənub-qərbi, Asiya, Afrika qitələri və 
Aralıq dənizinin qovuşduğu Ərəbistan yarımadası idi. 610-cu ildə İslam dini 
meydana gəldi. Ərəblərdə yeni dinin meydana gəlməsi Məhəmməd Peyğəmbərin 
adı ilə bağlıdır. Bu dini qəbul edənlər müsəlman adlandırılırdı. Məhəmməd 


Peyğəmbər İslam dinini qəbul etmiş tərəfdarları ilə o dövrdə ticarət mərkəzi olan 
Məkkədə müsəlman icmasını yaratdı. Məhəmməd Peyğəmbər İslam dinini 
Məkkədə çətinliklə yayırdı. Odur ki, maneələri aradan qaldırmaq üçün O, 622-ci 
ildə Məkkədən Mədinəyə köçdü. Məhəmməd Peyğəmbərin 622-ci ildə Məkkədən 
Mədinəyə köçməsi ilə Hicri tarixi başlayır. 630-cu ildə Məhəmməd Peyğəmbər 
Məkkədə Ərəb dövlətini yaratdı. Məhəmməd Peyğəmbər (630-632) yeni dinin və 
dövlətin başçısı oldu. Peyğəmbərin vəfatından sonra dövləti xəlifələr idarə etməyə 
başladılarMəhəmməd Peyğəmbər vəfat edəndən sonra dövləti Peyğəmbərin 
müavinləri – xəlifələr idarə etməyə başladılar. Bu dövlətin başçılarına xəlifə, yəni 
Peyğəmbərin davamçısı deyirdilər. 632-ci ildən başlayaraq 661-ci ilədək ölkəni 
bir-birinin ardınca xəlifə Əbu Bəkr, Ömər, Osman və Əli idarə etdilər. Xəlifələr 
dövründə: Ərəb işğalları genişləndi, Bizans və İran (Sasani) torpaqları işğal edildi. 
Ərəblər Bizansın bir çox ərazilərini ələ keçirdilər və Şimali Afrikaya 
yiyələndilərƏrəb xilafətində dövlətin başçısı xəlifə idi. Xəlifə həm də ordunun ali 
baş komandanı idi. Ölkədə ayrı-ayrı sahələri idarə etmək üçün divanlar 
yaradılmışdı. Xilafət ərazisi inzibati cəhətdən vilayətlərə bölünürdü. Vilayətlər 
xəlifə tərəfindən təyin olunan əmirlər tərəfindən idarə olunurdu. Bütün ərazilərdə 
rəsmi danışıq və yazı dili ərəb dili idi. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə