Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


Osmanlı dövləti. Çin,Hindisdan və Mərkəzi Asiya. Mədəniyyət



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

9.Osmanlı dövləti. Çin,Hindisdan və Mərkəzi Asiya. Mədəniyyət 
XVII əsrin ikinci yarısında Osmanlı dövlətində tənəzzül prosesinin qarşısını 
almaq üçün bir sıra islahatlar keçirildi. İslahatların həyata keçirilməsi sultan IV 
Mehmetin (1648-1687) baş vəziri Körpülü Mahmet paşaya tapşırıldı. Körpülü 
Mehmet paşanın islahatlarının məqsədi aşağıdakılar idi: İdarəçiliyi qaydaya salmaq 
və vergi sistemini tənzimləmək. Ordu və donanmada hərbi intizamı gücləndirmək. 
Körpülü Mehmet paşanın islahatları nəticəsində: İdarəçilik və hərbi intizam 
möhkəmləndirildi. Timar sistemi nizama salındı, əzinənin gəlirləri artırıldı. 

Ordu 
və donanma gücləndirildi. Lakin həyata keçirilən islahatlar Osmanlı imperiyasının 
daxili vəziyyətini müəyyən müddətə yaxşılaşdırsa da, onun tənəzzülünün qarşısını 
ala bilmədi. İqtisadi-siyasi və hərbi tənəzzülünə baxmayaraq, Osmanlı imperiyası 
Avropa qitəsindəki torpaqları əldə saxlamaq uğrunda müharibələr apararaq yeni 
ərazilər fəth etmək siyasətini davam etdirdi. Bu məqsədlə Osmanlı sultanı Avropa 
dövlətlərinə qarşı hərbi yürüşlər təşkil etdi. Yürüşlər nəticəsində Macarıstan 
krallığının əhəmiyyətli hissəsi və Dunay knyazlığı ələ keçirildi. 1664-cü ildə 
Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış Vasvar sülhünün şərtlərinə əsasən 
Avstriya Transilvaniyaya müdaxilə etməyəcəyinə təminat verdi və təzminat ödədi. 
Beş il sonar, 1669-cu ildə Venesiya əksər dəniz mülklərindən məhrum edildi, Krit 
adası Osmanlı dövlətinə birləşdirildi. Osmanlı imperiyasının Ukrayna uğrunda 
Rusiya ilə apardığı müharibə 1681-ci ildə Baxçasaray sülhü ilə başa çatdı. Sülhün 
şərtlərinə əsasən: 1. Sağ sahil Ukraynası Osmanlı dövlətinə, sol sahil Ukraynası isə 
Rusiyaya verildi. 2. Dnepr çayı iki dövlət arasında sərhəd oldu. Bu müharibə 
Osmanlı imperatorluğu ilə Rusiya çarlığı arasında baş verən ilk böyük müharibə 
idi. XVIII əsrin birinci yarısında Osmanlı imperiyasında Sultan III Əhmədin 
(1703-1730) hakimiyyəti illərində baş vəzir İbrahim paşanın həyata keçirdiyi 
islahatlar dövrünü Osmanlı tarixində «Lalə dövrü» adlandırırlar. İbrahim paşanın 
baş vəzirliyi dövründə İstanbulda bir çox saray, köşk inşa olundu və bağçalar 
salındı. Kağızxana dərəsinin iki tərəfi Versaldakı Fontenblo parkı üslubunda gözəl 
bağçalar və köşklərlə bəzədildi və bura Səədabad adını aldı. Parkda yüzlərlə lalə 
növü yetişdirildi. Odur ki, İbrahim Paşanın laləyə vurğunluğu bu dövrə «Lalə 
dövrü» adı verilməsinə səbəb oldu. Osmanlı dövlətinin Səfəvilərə qarşı 
müharibəsindən istifadə edən Avstriya Rusiya ilə ittifaq bağlayaraq ona qarşı yeni 
müharibəyə başladı. İki cəbhədə müharibə aparmasına baxmayaraq, Osmanlı 
dövləti bir sıra uğurlar qazandı. 1739-cu ilin sentyabrında Fransanın vasitəçiliyi ilə 
Osmanlı dövləti ilə Avstriya arasında Belqrad sülhü imzalandı. Sülhün şərtlərinə 
görə: 1. Pojarevatsk müqaviləsi ilə Avstriyaya verilmiş Şimali Serbiya Osmanlı 


dövlətinə qaytarıldı. 2. Avstriya Belqrad şəhərini osmanlılara geri qaytarmağa 
məcbur oldu. Müttəfiqi olan Avstriyanın məğlub olması, İsveçlə yeni müharibə 
təhlükəsi Rusiyanı da sülh bağlamağa vadar etdi. 1739-cu ildə Rusiya ilə Osmanlı 
arasında bağlanmış Belqrad sülhünün şərtlərinə görə: 1. Təkcə Azov qalası 
Rusiyada qaldı. 2. Osmanlı dövləti Qara və Azov dənizlərində ticarət gəmiləri və 
hərbi donanma saxlamaq hüququnu özündə saxladı (Rusiyanın ticarət gəmiləri 
Azov və Qara dənizdə üzə bilməzdi). 3. Hər iki dövlət Şimali Qafqaza müdaxilə 
etməyəcəkləri barədə təminat verdi. Belqrad sülhü Osmanlı dövlətinin imzaladığı 
sonuncu uğurlu sülh oldu. Bu dövrdə Rusiya özünün başlıca xarici siyasətini - Qara 
dəniz sahillərinə çıxışı təmin edə bilmədi. 
XVII əsrin əvvəllərində Hindistanda ictimai və iqtisadi vəziyyət aşağıdakı 
kimi idi: Ölkəni idarə edən türk mənşəli Böyük Moğol imperiyasında çoxlu iri və 
xırda feodal knyazlıqlar yaranmışdı. Hələ də qalmaqda davam edən kasta quruluşu 
cəmiyyətin inkişafına mane olurdu. Daxili ticarət canlanır, ayrı-ayrı vilayətlər 
məhsul istehsalına görə ixtisaslaşırdı. Əhali həm əkinçilikdə, həm də sənətin 
müxtəlif sahələrində xeyli uğurlar qazanmışdılar. Şəhərlər sənətkarlıq və ticarət 
mərkəzlərinə çevrilirdi. Mülki və hərbi hakimiyyətdə yüksək vəzifələrin hamısı 
müsəlmantürk əyanlarının əlində cəmlənmişdi. Feodallar sinfinin hakim təbəqəsini 
cagirdarlar təşkil edirdi. Feodal nərdivanında sonrakı yerdə zəmindarlar dururdu. 
Torpaqlar iri feodalların mülkiyyətində idi. Torpaqdan istifadə müqabilində 
kəndlilər vergini natura şəklində, məhsulla ödəyirdilər. XVIII əsrin birinci 
yarısında Moğol dövləti tənəzzül dövrünü yaşayır və süqutu yaxınlaşırdı. Böyük 
Moğol dövlətini iqtisadi tənəzzülə və siyasi parçalanmaya gətirib çıxardan amillər 
əsasən aşağıdakılar idi: Feodal istismarının güclənməsi nəticəsində kəndlilərin var-
yoxdan çıxması. Daxili çəkişmələr və kəndlilərin aramsız çıxışları. Maharaştra 
əyalətində yaşayan maratxların üsyanı mərkəzi hakimiyyəti xeyli sarsıtdı. 
Hindistanda kəndlilərinin çıxışları 1674-cü ildə Maratx dövlətinin yaradılması ilə 
nəticələndi. Moğol imperatoru Sultan Övrəngzəb (1658-1707) bütün qüvvələrini 
maratxlara qarşı yönəltsə də maratxların müqavimətini qıra bilmədi. XVIII əsrin 
birinci yarısında imperatorluğun daxilində separatçılıq meyilləri gücləndi. Ayrı-
ayrı canişinlər müstəqil hakimlərə çevrildilər. Benqaliya və Heydərabad dövlətləri 
yarandı. Az sonra Aud knyazlığı Moğol dövlətindən ayrıldı. Moğol imperiyasının 
zəifləməsindən istifadə edən Nadir şah Əfşar 1739-cu ildə Pəncabda Moğol 
ordularına qalib gələrək Dehliyə daxil oldu. Nadir şah imperiyası dağıldıqdan 
sonra Əhməd şah Dürraninin başçılığı altında müstəqil Əfqan dövləti yarandı. 
Əfqanlar Şimali Hindistanı - Pəncabı, Kəşmiri, Dehli və Hind çayı arasındakı 


əraziləri ələ keçirdilər. Əfqan qoşunlarına qarşı duran başlıca qüvvə maratxlar idi. 
Lakin 1761-ci ildə Panipat döyüşündə maratxlar əfqanlara məğlub oldular. 
Beləliklə, maratxların Hindistandakı hökmranlığına son qoyuldu. Panipat döyüşü 
Böyük Moğol imperiyasının dağılmasının başlanğıcı oldu. XVIII əsrin ortalarında 
fransızlar və ingilislər Hindistanı zəiflətmək və öz mövqelərini gücləndirmək 
məqsədilə daxili feodal müharibələrini qızışdırırdı. Fransaya məxsus Ost-Hind 
kompaniyası Hindistan ərazilərinin işğalına daha tez başlamışdı. Hindistandakı 
fransız mülklərinin general-qubernatoru burada öz mövqeyini möhkəmləndirmək 
məqsədilə hindli əsgərlərdən ibarət sipahilər adlanan muzdlu dəstələr yaratdı. 
Fransızlardan sonra ingilislərdə sipahi dəstələri yaradaraq onlara Avropa 
qaydasında hərbi təlim verməyə başladılar. İngiltərənin Hindistanda əsas rəqibi 
Fransa idi. XVIII əsrin ortalarında ingilislərlə fransızlar arasında Hindistanda 
ağalıq uğrunda mübarizə sənaye və hərbi cəhətdən üstün olan ingiltərənin 
üstünlüyü ilə gedirdi. İngilislər Hindistanın istilasına onun ən zəngin və iqtisadi 
cəhətdən inişaf etmiş vilayətlərindən olan Benqaliyadan başladılar. 1757-ci ildə 
Plessi döyüşündə ingilislər fransızların kömək etdikləri moğolları məğlub edərək 
Benqaliyada möhkəmləndilər. Bundan sonra ingilislər Şimali Orissanı və Audu 
vassal asılılığına salaraq Hindistanda həlledici qüvvəyə çevrildilər. İngiltərə 
işğaldan sonra Hindistanın idarə olunmasını Ost-Hind şirkətinə tapşırıldı. 
Çində yaranan gərgin vəziyyət kəndli üsyanlarının başlanmasına səbəb oldu. 
1626-cı ildə başlayan kəndli üsyanı, demək olar ki, 20 il davam etdi. 1644-cü ildə 
üsyançılar Pekin şəhərini tutaraq Min sülaləsinin hakimiyyətinə son qoydular. Çini 
bürümüş xalq üsyanını yatıra bilməyən iri feodallar qorxuya düşərək 1644-cü ildə 
əvvəllər də Çini işğal etməyə çalışan macurları köməyə çağırdılar. Mancur və Çin 
feodallarının birgə səyi nəticəsində kəndli orduları məğlub edildi. Lakin mancurlar 
üsyanı yatırdıqdan sonra Çindən getmədilər və mancurların Tsin sülaləsi Çini 250 
ildən çox (1644-1912) öz hakimiyyəti altında saxladı. İlk Tsin imperatorlarının 
hakimiyyəti dövründə qonşu ölkələrlə ticarət əlaqələri genişlənmişdi. XVIII əsrin 
20-ci illərində Rusiya ilə bağlanan sazişlər nəticəsində Çinin Rusiya ilə ticarət 
əlaqələri daha da artdı. Mancur sülaləsi ilk vaxtlar Avropa ölkələrindən gələn 
tacirlərin bu ölkədə alış-veriş etməsinə şərait yaradırdı. Avropadan Çinə hərbi 
sursat, gəmilərin inşası üçün lazım olan avadanlıq gətirilirdi. İngiltərədən, 
Niderlanddan, Fransadan Çin limanlarına çoxlu ticarət gəmiləri gəlir və avropalılar 
bu limanlarda məskunlaşırdı. İmperatorun sarayında məsləhətçi rolunu oynayan 
katolik missionerlər yaşayırdı. Çin bazarlarına İngiltərənin Ost-Hind şirkəti daha 
uğurla daxil olurdu. 1715-ci ildə Kanton şəhərində ilk ingilis məskəni salındı. 


XVIII əsrin ortalarında Mancur-Tsin sülaləsi avropalıların Çinə axınının qarşısını 
almaq üçün «özünütəcrid» siyasəti yeritməyə başladı. Çinin «özünütəcrid» 
siyasətinə əsasən Çinə xaricilərin gəlişini məhdudlaşdıran aşağıdakı qərarlar qəbul 
edildi: Avropalıların Çin limanlarında inşa etdikləri bütün tikililər, xristian kilsələri 
söküldü. Avropalıların ölkəyə girişi qadağan olundu. 1757-ci ildə imperatorun 
fərmanı ilə Kantondan başqa bütün Çin limanlarında avropalıların ticarətlə məşğul 
olması qadağan edildi. Mancur hökuməti Çini «qapalı ölkə»yə çevirib xaricilərin 
bura gəlişini dayandırsa da, Çini xarici aləmdən tamamilə təcrid edə bilmədi. 
Avropa, Rusiya, ABŞ tacirləri müxtəlif yollarla yenə Çinə gəlir və ticarətlə məşğul 
olurdular. Çinin «özünütəcrid» siyasəti (xarici aləmdən «təcrid» olunması) 
nəticəsində: Mancurlar Çində öz hakimiyyətlərini möhkəmləndirdi. Çinin sosial-
iqtisadi inkişafına ağır zərbə vuruldu. XVII əsrin əvvəllərində Çinin iqtisadi 
inkişafı ləngiməyə başladı. Çinin iqtisadi inkişafının geriləməsinin başlıca səbəbi 
aşağıdakı amillərlə bağlı idi: Min sülaləsinin apardığı işğalçı müharibələr. 

Amansız feodal istismar sistemi və saray çəkişmələri. Bu dövrdə Çinin qərb 
əraziləri müsəlman və monqol feodallarının hakimiyyəti altında idi. Odur ki Çin 
1689-cu ildə Cunqariya ilə uzunmüddətli müharibəyə (1689-1758) başladı. 1758-ci 
ildə monqol mənşəli Cunqar (oryat) xanlığı işğal edildi. Uyğurların Qaşqar şəhəri 
də zəbt edilərək Çinə qatıldı. Daha sonra mancurlar Şərqi Tibeti də işğal etdilər. 
Tabe edilmiş ərazilərdə Mancur-Tsin imperatorları hərbi məskənlər yaradır, çinli 
hərbçilərə torpaq sahələri ayırırdı. Bu torpaqlar ölkənin, əsasən, sərhəd hissələrində 
və işğal edilmiş ərazilərdə yerləşirdi. XVIII əsrin sonlarında mancur qoşunları 
Hind-Çinə yürüşlər etdi. Çin orduları həlledici qələbələr əldə etməsə də, Birma, 
Vyetnam, Butan və Nepal mancurlardan asılılığı qəbul etməli oldu. Koreya Çinə 
tabe edildi. Beləliklə, aparılan işğalçı müharibələr nəticəsində geniş ərazilər 
Çindən asılı vəziyyətə düşdü. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə