Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


QƏDİİM MİSİR VƏ İKİÇAYARASI QƏDİM İRAN VƏ HİNDİSTAN



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

2.QƏDİİM MİSİR VƏ İKİÇAYARASI QƏDİM İRAN VƏ HİNDİSTAN. 
BÖYUK HUN İMPERİYASI VƏ QƏDİM ÇİN. QƏDİM YUNANISTAN VƏ 
ROMA.MƏDƏNİYYƏT 
Tarixdə ibtidai icma quruluşu dağıldıqdan sonra qədim dövlətlər yarandı. İlk 
dövlətlər Şərqdə yaranmışdır. Bu dövlətlərdən biri də qədim Misir dövlətidir. Misir 
Afrikanın şimal-şərqində yerləşir. Misirin ərazisindən Aralıq dənizinə tökülən və 
misirlilər tərəfindən Böyük çay adlanan Nil çayı axır. Nil vadisində əkinçi və 
maldar tayfalar məskunlaşmışdı. Həmin tayfalar öz aralarında birləşərək ayrı-ayrı 
təşkilatlar yaradırdılar. Bu təşkilatlar «nom» ( yunanca vilayət deməkdir) adlanırdı. 
İlk vaxtlar nomların sayı çox idi. Hər bir nomun öz hökmdarı, özünəməxsus dini və 
tanrıları var idi. Nomların mərkəzi müdafiə divarları ilə əhatə olunurdu. Nomların 
mərkəzində hökmdara, əyanlara məxsus saraylar, baş tanrının məbədi yerləşirdi.
Nomlar arasında daim rəqabət gedirdi. Hər bir nomun hökmdarı istəyirdi ki, zəif 
nomları özünə tabe etsin. Nomlar birləşdikcə onların sayı azaldı. Nəticədə e.ə. IV 
minilliyin 2-ci yarısında iki müstəqil padşahlıq - Yuxarı Misir və Aşağı Misir 
dövləti yarandı. Bu iki padşahlıq arasında uzun müddət vahid Misir dövləti 
yaratmaq uğrunda mübarizə getmişdi. E.ə. IV minilliyin sonunda Yuxarı Misir ilə 
Aşağı Misir padşahları arasında müharibə nəticəsində: İqtisadi cəhətdən güclü 
olan Yuxarı Misir qalib gəldi. E.ə II minilliyin əvvəllərində firon I Tutmos 
hakimiyyətə gəldiyi zamandan başlayaraq Misir işğalçılıq müharibələrini 
genişləndirməyə başladı. I Tutmosun hakimiyyəti dövründə: Misir işğalçılıq 
müharibələrini genişləndirdi. Şərqi Aralıq dənizi ölkələrinə uğurlu hərbi yürüşlər 
təşkil edildi. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə uğurlu yürüşləri nəticəsində 
Misirin ərazisi Fərat çayına qədər çatdı. I Tutmosun nəvəsi III Tutmosun (1504-
1450) hakimiyyəti dövründə Misirin siyasi hakimiyyəti altında olan Ön Asiya 
ölkələri firona tabe olan canişinlər tərəfindən idarə edilirdi. Firon II Ramzes (1301-
1235) hakimiyyətə gələn zaman Misirin Ön Asiyada nüfuzu zəifləmiş, Fələstin, 
Finikiya və Suriya Misirin itaətindən çıxmışdı. Lakin II Ramzesin hakimiyyəti 
dövründə: Misirin yenidən geniş işğalçı yürüşləri başlandı. E.ə. XIII əsrin 
əvvəllərində II Ramzes het tayfalarını məğlub edərək onlarla sülh bağladı. 

Fələstin, Finikiya və Suriyanın cənubu yenidən Misirin hakimiyyəti altına düşdü. 
Beləliklə, II Ramzes III Tutmos kimi işğalçı müharibələr apararaq Fələstini, 
Finikiyanı və Suriyanı Misirə tabe etdi. Lakin II Ramzesin vəfatından sonra 
Misirin mövqeyi Ön Asiyada zəiflədi. II Ramzes 66 il fironluq etdiyi dövrdə 
Misirdə aşağıdakı quruculuq işləri həyata keçirdi: Yeni şəhərlər saldırdı, Misir və 
Nubiyada böyük sərdabələr, saraylar və məbədlər tikdirdi. Nubiyadakı məbəddə


24 metrlik heykəli ucaldıldı. E.ə. IV minilliyin sonunda qədim Misirdə dövlətin 
yaranması ilə eyni vaxtda yazı meydana gəlmişdir. Bu, şəkli yazı idi. Sonralar 
Misirdə heroqliflər yaranmışdır. Heroqlif yazı növünə aiddir: ―Müqəddəs 
işarələr‖ adlandırılırdı. Müxtəlif anlayışlardan ibarət şəkli yazı idi. İşlədilən 
işarələrin sayı 700-750-yə çatırdı. Heroqlif daş, ağac, dəri və papirus üzərinə 
yazılırdı. Yazı yazmaq üçün əsas material papirus idi. Misirdən başqa Mannada 
və Çində də geniş istifadə olunmuşdu.
Qədimdə Dəclə və Fərat çayları arasındakı düzənlik Mesopotamiya 
adlanırdı. Mesopotamiya yunan dilində «İkiçayarası» deməkdir. Bu ərazi münbit 
və məhsuldar torpaqlara malik idi. Türkdilli xalq olan şumerlər e.ə. VII-VI 
minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək 
Mesopotamiyada məskən salmışdılar. Mesopotamiyanın cənub hissəsi Şumer 
ölkəsi adlanırdı. Erkən Şumer şəhər-dövlətləri e.ə. III minilliyin əvvəllərində 
yaranmağa başladı. Bu dövrdə yaranan Şumer şəhər-dövlətləri Uruk, Kiş, Eredu, 
Laqaş, Umma, Nippur, Ur (Ay allahının məbədi burada yerləşirdi) şəhər dövlətləri 
idi. Erkən Şumer şəhər-dövlətlərini «en»si adlanan kahin idarə edirdi. «En»si 
aşağıdakı sahələrə rəhbərlik edirdi: Şəhər-dövlətlərə və məbəd işlərinə. Ölkənin 
təsərrüfat həyatına. Suvarma kanallarının çəkilməsinə. Hərbi işlərə. Tədricən 
Şumer şəhər-dövlətlərində hökmdar meydana gəldi. Şumer şəhər-dövlətlərində 
hökmdar «ensi», yaxud «luqal» adlanırdı. Mesopotamiyada istifadə olunan ən 
qədim yazı şəkli yazı idi. Şumerlər e.ə. III minilliyin əvvəllərində mixi yazı 
növünü yaratdılar. Şumerlərdən sonra akkadlar, babillər və aşşurlar da mixi yazını 
mənimsədilər. Şumer memarları əzəmətli, gözəl məbəd və saraylar tikməyi 
bacarırdılar. E.ə III minillikdə Şumer şəhər dövlətlərinin mərkəzlərində məbədlər 
və saraylar itikilməyə başlanıldı. Qədim Mesopotamiya memarlığında zikkurat 
formalı pilləli məbədlər geniş yayılmışdı.
Türk mənşəli olan hunlar Orxan və Selenqa çayları arasındakı ərazidə 
yaşamış və burada tayfa ittifaqı yaratmışdılar. Hunların əsas məşğuliyyəti ovçuluq, 
sonralar isə köçəri maldarlıq olmuşdur. Ona görə də geniş otlaq sahələrinə olan 
ehtiyac hunları daim yeni ərazilər ələ keçirməyə sövq edirdi. Böyük Hun dövləti 
Mərkəzi Asiyada yaranmış ilk türk dövləti olmuşdur. Vahid Hun dövləti e.ə. 220- 
ci ildə 21 tayfanın birləşməsindən yaranmışdır. Bu tayfa ittifaqına Teoman tanhu 
başçılıq edirdi. «Tanhu» sözü sonralar yabqu, kağan, xaqan şəklində işlənmişdir.
eoman Tanhunun hakimiyyəti (e.ə. 220 - e.ə. 209) dövründə: Qüvvətli ordu 
yaradıldı. Hunlar Çinə hücum edərək Çin torpaqlarını tutdular. Çin imperatoru ilə 
qohumluq əlaqələri yaradıldı. Çinlilər hunlara qarşı Böyük Çin səddini inşa etməyə 


başladılar. Çinlilərin inşasına e.ə. 214-cü.ildə başlamış Böyük Çin səddini inşa 
etdirməkdə məqsədi hunların hücumlarının qarşısını almaq idi. Hunların Çin 
imperatoru ilə qohumluq əlaqələri yaratmasından istifadə edən çinlilər Hun 
ordusunun döyüş üsullarını öyrəndilər. Teoman tanhudan sonra hakimiyyətə oğlu 
Mete xan gəldi. Metenin hakimiyyəti (e.ə 209-e.ə 174) dövründə: İntizamlı, güclü 
süvari (atlı) qoşun yaradıldı. Hunlar Çin üzərinə hücumlarını davam etdirdilər.
Çin ərazisində sinifli cəmiyyət və ilk dövlət e.ə II minillikdə Xuanxe çayı 
vadisində yaranmışdır. İlk Çin dövlətini e.ə XIV əsrdə Şan qəbilələri yaratmışdılar. 
Buna görə də həmin dövlət Şan dövləti adlanırdı. E.ə. IV-III əsrlərdə Çində bir 
neçə müstəqil quldar dövlət mövcud idi. Bu dövlətlər arasında tez-tez uzun sürən 
müharibələr baş verirdi. Ona görə də Çin tarixində e.ə IV-III əsrlər “vuruşan 
padşahlıqlar dövrü” adlanır. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. E.ə III əsrdə 
Sin sülaləsi Çin dövlətləri arasında gedən mübarizədə qələbə çalaraq hakimiyyətə 
gəldi. E.ə. 221-ci ildə Sin dövlətinin padşahı imperator titulunu qəbul etdi. O 
özünü Sin Şixuandi (Çinin birinci imperatoru) adlandırdı. Sin sülaləsi e.ə 206 - e.ə 
206- cı illərdə hakimiyyətdə oldu. İlk Sin hökmdarı Sin Şixuandi hakimiyyəti 
dövründə: Bütün Çin ilk dəfə olaraq vahid dövlətdə birləşdirildi. Çinin Şimalında 
yaşayan türk tayfaları ilə (hunlarla) mübarizəsi başladı. Hunların qarşısını almaq 
üçün Böyük Çin səddinin inşasına başlanıldı. Çində kəndlilərin vəziyyəti çox ağır 
idi. Dözülməz vəziyyət eramızın I və II əsrlərində Çində kəndli və qulların 
üsyanına səbəb oldu. Bu üsyanlardan biri eramızın I əsrinin əvvəllərində baş verən 
«Qırmızıqaşlılar» üsyanıdır. Üsyançılar döyüşdə seçilmək məqsədi ilə qaşlarına 
qırmızı rəng çəkdikləri üçün üsyançılar ―Qırmızıqaşlılar‖ adlandırılırdı. 184-cü 
ildə Çində daha böyük «Sarısarıqlılar» üsyanı baş verdi. «Sarısarıqlılar» üsyanına 
aiddir: Kəndlilər və qullar tərəfindən qaldırılmışdı. Üsyana Çjan qardaşları 
başçılıq edirdi. Üsyançılar tanınmaq üçün başlarına sarı sarıq bağlayırdılar. Üsyan 
20 il davam etsə də çətinliklə yatırıldı. Sarısarıqlılar üsyanı nəticəsində: Çin 
dövləti xeyli zəiflədi, Çin padşahı öldürüldü. Çində Xan sülaləsinin hakimiyyəti 
devrildi. Çin dövləti yenidən bir-neçə dövlətlərə parçalandı. Çində quldarlıq 
quruluşu feodalizmlə əvəz olundu.
Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın 
şimalında Himalay dağları ucalır. E.ə. II minillikdə köçəri ari tayfaları Hindistana 
gələrək burada məskunlaşdılar. Ari tayfalarının Hindistana yürüşü nəticəsində:
Hind xalqı yarandı. Əhali oturaq həyata keçdi. Hindistanda ilk dövlətlər e.ə. I 
minillikdə meydana gəlmişdir. E.ə. 317-ci ildə Hindistanda Mauriya sülaləsindən 
olan padşah Çandraqupta Mauriya dövlətinin əsasını (e.ə 317 – e.ə 180) qoydu. 


E.ə. III əsrin ikinci yarısında padşah Aşokanın hakimiyyəti dövründə: Bütün 
Hindistan ilk dəfə vahid dövlətdə birləşdirildi. Vahid Hind dövləti yaradıldı. 
Aşokanın ölümündən sonra Mauriya dövləti tədricən dağıldı.
Qədim Yunanıstan Avropanın cənubunda, Balkan yarımadasında yerləşirdi. 
E.ə VIII-V əsrlərdə Yunanıstanda və onun koloniyalarında aşağıdakı ilk şəhər 
dövlətlər meydana gəldi: Orta Yunanıstanda - Afina şəhər dövləti. Cənubi 
Yunanıstanda – Korinf və Sparta şəhər dövləti. Egey dənizi sahillərində - Milet, 
Efes və Rodos şəhər dövləti. Yunan şəhər-dövlətlərindən nisbətən güclüsü Afina 
və Sparta şəhər dövlətləri idi. E.ə. II minillikdə Orta Yunanıstanın cənub-
şərqindəyerləşən Attika yarımadasında Afina şəhəri salınmışdır. Şəhərin ən hündür 
təpəsinin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. 
Akropolun yanında aqora (bazar meydanı) yerləşirdi. E.ə. VIII əsrdə Akropolda 
yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe etdilər. Afina 
(Attika) əhalisi iki yerə bölünmüşdür. 1. Aristokratlar - qədim Afinada adlı-sanlı 
yunanlar idilər. Onlar öz idarə üsullarını «aristokratiya» (yaxşıların hakimiyyəti) 
adlandırırdılar. 2. Demos - qədim Afinada Attikanın aristokratlardan başqa bütün 
azad əhalisi (sənətkarlar, günəmuzdçular, dənizçilər) idilər. Afina əhalisi əkinçilik 
və maldarlıqla məşğul olur, sənətkarları şərab və zeytun yağını saxlamaq və 
daşımaq üçün amfora adlanan gil küplər düzəldirdilər. E.ə. VII əsrdə Qədim 
Afinada demosla aristokratlar arasında mübarizə kəskinləşdi. demosun üsyana 
hazırlaşmasından qorxan aristokratlar demosa güzəştə getməyə məcbur oldu. E.ə. 
594-cü ildə aristokrat, siyasətçi Solon islahatlar keçirdi. Solon islahatının 
keçirilməsində əsas məqsəd aristokratiya ilə demosu barışdırmaq idi. Solon 
islahatına əsasən: Kəndlilərin borcları ləğv edildi. Borca görə qul edilən afinalılar 
azad edildilər. Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan edildi.
Attikanın yerli əhalisi olan bütün kişilər vətəndaşlıq hüququ aldılar. Solon islahatı 
nəticəsində aristokratlarla demos arasındakı gərginlik aradan qaldırıldı, Attikanın 
yerli əhalisi olan bütün kişilər Afina vətəndaşı hüququ aldılar. E.ə. VI əsrin 
sonlarından başlayaraq Afina xalq yığıncağı ordu və donanmaya başçılıq edən 
strateqlər seçməyə başladı.
Roma dövləti Avropanın cənubunda, yunanların İtaliya adlandırdığı Balkan 
yarımadasının qərbində Apennin yarımadasında yaranmışdır. ədqiqatçılar qədim 
Roma tarixini üç dövrə bölürlər: 1. Padşahlıq dövrü - e.ə 753 – e.ə 509-cu illəri 
əhatə edir. 2. Respublika dövrü - e.ə. 510 - e.ə. 30-cu illəri əhatə edir. 3. İmperiya 
dövrü - e.ə. 30 – e. 476-cı illəri əhatə edir. Parşahlıq dövründə Romanın azad 
əhalisi iki yerə bölünürdü: 1. Patrisilər (latınca «pater» ata deməkdir). 2. Plebeylər 


(azad əhalinin yoxsul təbəqəsi idi). Respublika quruluşu bərqərar olduqdan sonra 
da plebeylər hüquqsuz qaldılar. Belə ki, Patrisilər onlara icma torpaqlarından 
istifadə etməyə və dövlətin idarə işində iştirak etməyə icazə vermirdilər. Bu səbəbə 
görə də qədim Romada e.ə V əsrdən - e.ə III əsrədək patrisilərlə plebeylər arasında 
iki yüz ildən çox müddətdə mübarizə getmişdi. Plebeylər belə olduqda orduda 
xidmət etməkdən imtina edərək, Romanı tərk edib başqa yerlərdə şəhər salacaqları 
ilə patrisiləri hədələdilər. Patrisilər plebeylərsiz ordunun zəif olacağından ehtiyyat 
edərək onlara güzəştə getdilər. E.ə V əsrədə plebeylər xalq tribunu (öz 
müdafiəçilərini) seçmək hüququ qazandılar. Xalq tribununu öldürmək Romada ən 
ağır cinayət sayılırdı. Xalq tribunu: Romada plebeylərin mənafeyini müdafiə etmək 
üçün seçilirdi. Xalqa arxalanaraq onların xeyirlərinə qanunlar qəbul edirdilər. 
Konsul və senatın plebeylərə aid hər bir sərəncamına veto qoymaq (ləğv etmək) 
hüququna malik idi. Plebey istədiyi zaman tribundan kömək istəyə bilərdi. 
Beləliklə, iki yüz ildən çox (e.ə 509-265) davam edən patrisilərlə plebeylərin 
mübarizəsi nəticəsində plebeylər qalib gələrək aşağıdakı hüquqları qazandılar:
Romanın tamhüquqlu vətəndaşına çevrildilər. Xalq tribunu seçmək və konsul 
vəzifəsini tutmaq hüququ aldılar. İcma torpaqlarından torpaq payı almaq hüququ 
qazandılar. Patrisilər plebeyləri daha borca görə qul edə bilməzdilər. Hər bir Roma 
vətəndaşı istənilən vəzifə tutmaq hüququ qazandı. Plebeylərin xalq tribunu seçmək 
hüququ almasından iki əsr sonra Romanın tamhüquqlu vətəndaşına çevrilərək 
istənilən vəzifə tutmaq hüququ qazanmışdılar.Lakin vəzifəyə görə əməkhaqqı 
verilmədiyi üçün yoxsullar vəzifə tutmaq istəmirdilər. Romada kəndlilərin çoxu 
torpaqsız idi. E.ə. 133-cü ildə xalq yığıncağında xalq tribunu seçilən Tiberi Qrakx 
kəndlilər üçün yeni torpaq qanunu təklif etdi. Tiberi Qrakxın torpaq qanunu 
quldarların mənafeyinə zidd idi. Buna görə də varlı quldarlardan ibarət olan Senat 
bu təklifi rədd etdi və qanunu qəbul etmədi. Buna baxmayaraq, Tiberinin çağırdığı 
xalq yığıncağı torpaq qanununu qəbul etdi. Tiberi Qrakxın torpaq qanununa əsasən 
torpaqlar quldarlardan alınıb yoxsullara paylanmağa başlanıldı. Senat xalqdan 
qorxub Xalq yığıncağının qanununa qarşı çıxmadı. Tiberinin düşmənləri ona 
böhtan ataraq padşah olmaq istəməkdə günahlandırdılar. Bundan istifadə edən 
senat xalqı “respublikanı xilas etməyə” çağırdı. Onlar isə Tiberini və onun 300 
tərəfdarını öldürdülər. Ölənlərin meyitini cinayətkar kimi Tibr çayına atdılar. 
Tiberi Qrakxın torpaq qanunu isə tam həyata keçmədi. E.ə. 123-cü ildə Tiberinin 
qardaşı Qay Qrakx xalq tribunu seçildi. Qay Qrakx tribun seçildikdən sonra 
kəndlilərə torpaq paylanmasını davam etdirdi. Lakin qardaşı kimi, o da öldürüldü 
və islahat yarımçıq qaldı.


E.ə. VIII əsrdə Yunanıstanda kor şair Homer «İliada» və «Odisseya» 
dastanlarını yaratdı. E.ə. VI əsrdə «İliada» və «Odisseya» dastanları yazıya alındı. 
Afinada yaxşı məktəblər açılmışdı. Azad yunanların uşaqları 7 yaşından məktəbə 
gedirdilər. Onlar bir ucu iti olan stil adlanan metal çubuqla mum üzərində hərfləri 
cızır, küt olan o biri ucu ilə isə yazını pozurdular. Milet və İoniya şəhərləri 
Yunanıstanın elm mərkəzlərinə çevrilmişdi. Yunan alimləri elmə böyük töhfələr 
vermişdilər. Onlardan bəziləri aşağıdakılardır: Demokrit. Bütün dünyanın ən xırda 
zərrəciklərdən - atomlardan ibarət olduğunu söyləyirdi. Hippokrat. Həkim idi. 
Onun düzgün qidalanma, dərmanlar və cərrahiyyə əməliyyatları haqqında əsərləri 
tibbin inkişafına böyük töhfə olmuşdur. Heredot. Onun “Tarix” əsəri ilə e.ə V 
əsrdə tarix elminin əsası qoyulmuşdur. Buna görə də Heredotu bu gün tarixin atası 
adlandırırlar. Herdeotun Yunan-İran müharibələrinə həsr edilmiş ―Tarix‖ əsəri 
Yunanıstan, Ön Asiya, Misir, eləcə də Azərbaycanın qədim tarixini öyrənmək üçün 
qiymətli mənbə hesab olunur. Aristotel. Qeyri-adi biliyə malik şəxs olan Aristotel 
ilk dəfə bütün elmi bilikləri ayrıayrı sahələr üzrə bölmüş və onlara botanika 
(yunanca bitki), fizika (təbiət), politika və s. adlar vermişd.
Roma qüdrətli dövlətə çevrildikdən sonra onun paytaxtı Roma şəhəri 
Aralıq dənizi hövzəsində ən böyük şəhər oldu. O dövrdə Roma “Əbədi qızıl şəhər” 
adlanırdı. İmperatorlar şəhərin forum adlanan mərkəzi meydanında və onun 
ətrafında abidələr ucaldır, möhtəşəm məbədlər və başqa ictimai binalar 
tikdirirdilər. Qədim Romada aşağıdakı memarlıq abidələri inşa edilmişdir:
Panteon məbədi – “Bütün allahların məbədi” sayılırdı. Kolizey amfiteatrı – 
Burada qladiator döyüşləri keçirilir, tamaşalar göstərilirdi. Yupiter məbədi – Tanrı 
Yupiterin şərəfinə Kapitoli təpəsində ucaldılmışdır. Trayan sütunu - İmperator 
Trayanın Dunay çayı ətrafındakı iqələbələrinin şərəfinə ucaldılmışdı. 

Zəfər 
tağları ( triumf ) – Qədim Romada imperatorların qələbələrini şöhrətləndirmək 
üçün tikilirdi. Müasir dövrə qədər Parfenon məbədi və Kolizey amfiteatrı 
qalmaqda 
olan 
qədim 
memarlıq abidələridir. Romada ac-yalavacların 
həyacanlarına yol verməmək üçün onlara imperatorların adından çörək və xırda pul 
paylanılır, termlər – hamamlar tikilirdi. Termlərdə istirahət zalları və kitabxanalar 
olurdu. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə