Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   9   10   11   12   13   14   15   16   ...   135

Milli Kitabxana

40

görməyə gedirəm,  amma əsil  fikrim  o  idi  ki,  səndən  alıb  aparıb verəm.  Abrımız



açılmasın.

H a c ı M u r a d. A bacı, sən ki, özgəsi deyilsən, məgər mənim var-yoxumu

bilmirsən? Məndə pul hardandır ki, sənə verim?

Ş ə r ə f x a n ı m. Qardaş, burada xəsislik yeri deyil. Burada bacı namusu var.

Razı  olma  ki,  bacının  paltarları bazarlarda  tökülüb  satılsın və bir  də mən  səndən

borc istəyirəm. Sən gözləyə bilərsən. Amma özgəsi gözləyə bilmir.

H a c ı M u r a d. Axı nə üçün inanmırsan, sənə deyirəm ki, özüm  pul üzünə

həsrətəm.

Ş ə r ə f x a n ı m. Atamdan qalan pul və özün qazandığın pullar necə olmuşdur

ki, mənə beş yüz manat tapılmır. Sandıqların ağzını bərk bağla.

H a c ı M u r a d. A kişi, bu zalım uşaqlarını inandırmaq olmaz ki, buyur, bu

mənim ciblərim, bu da mənim sandığım. (Durub paltar sandığını açır.) Di gəl bax,

gör burada əsgi-üsgüdən başqa nə var. (Qorxa-qorxa o biri sandığa baxır.)

Ş ə r ə f x a n ı m. O biri sandığın ağzını aç.

H a c ı M u r a d. Sən mənim evimə pristav gəlmisən? Asmotr edirsən? Çox da

var, niyə verim. Çöldən tapmışam?

Ş ə r ə f x a n ı m (ayağa galxır.) Daha sənə nə deyim? Qarğış etməyə də yerim

yoxdur, çünki bura mənim atam evidir. Cəfər! Cəfər!

Cəfər daxil olur.

C ə f ə r. Nə buyurursan, xanım?

Ş ə r ə f x a n ı m. Cəfər, bu saat faytonu qoşdur, gedəcəyəm.

C ə f ə r. Xanım, gün keçibdir, gedib çatmaq olmaz.

Ş ə r ə f x a n ı m. Eybi  yoxdur, harada gecələrik, orada qalarıq, burada qala

bilmərəm. Gərək gedək.

C ə f ə r. Baş üstə, xanım. Ancaq faytonçunun pulu qalıbdır, istəyir.

Ş ə r ə f x a n ı m.  Özündə varsa ver,  yox  isə ala  bu  üzüyü  apar  sat ver.

(Barmağından üzüyünü çıxarıb verir.)

C ə f ə r. Xanım, lazım deyil, məndə var, verərəm. (Çıxır.)

G ü l z a r (ağlaya-ağlaya). Bibi, başına dönüm, bu gecə vaxtı getmə.

Ş ə r ə f

x a n ı m.  Yox,  Gülzar,  qala  bilmərəm.  Bu  ev  mənim üçün

cəhənnəmdir. Dur, oğlum, gedək.




Milli Kitabxana

41

G ü l z a r. Bibi, məni də apar. Burada qoyub getmə.



Ş ə r ə f  x a n ı m.  Səni  hara  qoyub  gedirəm.  Belə zalımın evində bir  saat  da

qoymaram. Dur gedək.

H a c ı M u r a d (Gülzarın əlindən tulub özünə tərəf çəkir.) Haraya aparırsan?

Qoymaram.

Ş ə r ə f x a n ı m. Çəkil kənara. Hörümçək kimi yazıq qızın qanını sorub bu

hala salmısan. Belə kafir ataya gözəl balanı vermərəm.



Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə,

İmran gəzinərkən söylənir.

İ m r a n. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb səni dövlətli edəni evindən

qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox,

zor  ilə də olsa,  gərək  bu  gecə aparam.  Nabatdan  bir  xəbər  çıxmadı.  Yoxsa  qoca

kaftar güclə Gülzarın nigahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox

elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən, qaraltı

görünür. Arvaddır.

Nabat gəlir.

N a b a t.  İmran  ağa,  başına  dönüm,  yavaş  danış,  hamı  oyaqdır.  Qoca  kaftar

yenə sandıqlarını yoxlayır. Qara köpək də sən gedəndən bəri hacının hökmünə görə

nə mənə,  nə də Gülzar  xanıma  göz verib,  işıq vermir.  Bir  az  səbir  elə,  görək  bir

yerə gedərmi ki, Gülzar xanımı qaçırdam.

İ m r a n. Yox, Nabat, daha təngə gəlmişəm. Səbir edə bilmərəm. Bu saat zor ilə

də olsa, aparacağam.

N a b a t. Qurbanın olum, İmran ağa, məni xataya salma. Bu gecə nə tövr olsa,

Gülzar  xanımın əlini əlində görəcəksən.  Ancaq  bir  az  səbir  elə.  Gülzar  xanım

Əliquludan fürsət tapan kimi buraya qaçacaqdır...

İ m r a n. Dayan, xışıltı gəlir...

N a b a t. Odur, odur, Gülzar xanımın özüdür.




Milli Kitabxana

42

Gülzar qaçaraq gəlir.



İ m r a n (tez onun əlindən tutub).Gülzar, sənsən?

G ü l z a r. İmran,  daha  dayanmaq  vaxtı  deyil,  qaçaq.  Nabat,  ala  bu  üzük

məndən sənə yadigar olsun (verir.)

İ  m r a n (Nabata pul verir.)  Ala,  Nabat, allah qoysa yenə bir  yerdə olacağıq.

Gülzar gedək. Nabat, xudahafiz.

N a b a t. Gedin, Allah sizi salamat etsin, xoşbəxt olasınız.

İmran və Gülzar gedirlər

N a b a t  (tək).  Qocanın murdar  üzündən  yaxşı  qurtardılar.  Qaldım  mən

bədbəxt. Bundan sonra şəksiz məni də qovacaqdır. İndi bir allah bəndəsi tapılaydı,

məni də bu ilanın ağzından qurtaraydı.

Qulu ağacın dalından çıxır.

Q u l u. Bu allah bəndəsi mən.

N a b a t. Uy, kimsən?

Q u l u.  Nabat  xanım,  deyəsən  məni tanımırsan.  Paltarımın dəyişilməsinə

baxma. Ürəyim yenə sənnəndir.

N a b a t.  Qulu,  sənsən?  Nə heybətli  olmusan.  Lap  quldura  oxşayırsan.  Bu

xəncər nədir?

Q u l u.  Səfeh  qızı  hələ soruşur  da.  Görmürsən  ki,  səni  göturüb  qaçmağa

gəlmişəm.

N a b a t. Heç zarafatdan əl götürməyəcəksən? Burax, gedirəm. Gülzar  xanım

məni axtarar.

Q  u l u.  A  hilləmətənə,  mənə kələk  gəlirsən?  İndi  Gülzar  xanımı  İmranla

qaçırmadınmı? Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun. Ancaq

mən  onlar  kimi  səfeh  deyiləm  ki,  tədarüksüz  gedəm.  Gərək  qabaqca  gedib  Hacı

Muraddan yeddi illik məvacibimi alam, sonra səni aparam.

N a b a t. Qulu, sən allah doğru deyirsən, yoxsa məni aldadırsan?

Q u l u. Vallah, doğru deyirəm. Mən gedəndə sənə nə demişdim, niyə yadından

çıxarmısan?  Tez  get,  nə şeyin  varsa  yığ.  Uçuq  hamamın yanına  get.  Məni  orada

gözlə.

N a b a t. Bəs sən nə edəcəksən?




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə