Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə15/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   11   12   13   14   15   16   17   18   ...   92

45
də onun Allah eşqli bəndələri! Rusiyaya isə mənim yazığım gəlir, ona görə 
yazığım gəlir ki, o boyda dövlətin başbilənləri Yekaterina dövrünün fikir 
və  düşüncələrilə  yaşayırlar.  Düşünmürlər  ki,  hələ  daxillərində  nə  qədər 
muxtar vilayət və mərkəzlər var ki, azadlıq eşqilə çalxalanırlar. Bir gün bu 
çalxalanma başqasına quyu qazıyan imperiyanın özünü tar-mar edər! Axı 
dünya dünənki dünya deyil, indiki zəmanədə heç ailədə övlad öz validey-
ninin sözünə qulaq asmır…
“Yaddaşın izi qalır…” sənədli povestində törədilmiş qırğınların gətirdiyi 
fəlakətlər maraqlı bir dillə əsər boyu işıqlandırılır. Bu fəlakətlərin davamı 
isə sovet dövründə qanlı repressiyalarla özünü büruzə verir. Müəllifin əmisi 
1937-ci  il  ziyalı  qırğınının  ilk  qurbanlarından  biri  olur.  Nəzərlilər  ailəsi 
də, başqa əsilli ailələr kimi haqsızlıqlara və fəlakətlərə düçar olurlar. Nə 
idi bu insanların günahı? Vaxtilə öz bacarıq və istedadları hesabına layiq 
olduqları halal titul və varidata görə niyə ölümə, təhdidə, sonu görünməyən 
haqsızlıqlara düçar oldular? Rus imperiyası qırmızı bolşevik adıyla hələ 
70 il sonra da millətlərin başına fəlakətlər açdı. İnsanları öz əqidəsindən, 
dinindən,  dilindən  uzaq  saldı.  Ruslaşma  siyasəti  soy  adın  sonuna  əlavə 
edilən “ov, yev, ova, yeva” şəkilçilərindən tutmuş canımızda, qanımızda, 
mənəviyyatımızda cövlan etdi. İndi də hələ bu ağrıların məngənəsindən tam 
xilas ola bilmirik. Necə deyərlər, jorjiklər mənəviyyatımızda elə dərin kök 
atıblar ki, onlardan qopmaq üçün hələ bizə neçə-neçə illər lazım gələcək. 
Müstəqilliyimizin başı sağ olsun, bu yaralar da zaman gələr, sağalar. Atalar 
demişkən, təkcə ölümə çarə yoxdur. 
Ustadım  Ənvər  Nəzərliyə  heyranlığım  ədəbi  dilimizin  təmizliyini 
qoruyub saxlamasıyla da bağlıdır. Bu onun həm nəzm dilində, həm nəsr 
dilində, həm də şifahi danışığında adamı valeh edir. Baxmayaraq ki, uzun 
müddət sovet dönəmində məsul vəzifələrdə çalışmış, ancaq ana dilimizə 
sadiq  qalmış,  onun  keşiyində  daim  bir  əsgər  kimi  durmuşdur.  Məsul 
vəzifələrdə  işləyənlərin  çoxu  vaxtilə  ana  dilimizdə  danışmağı  özünə  ar 
bilərdi, nəinki özlərini, həm də uşaqlarını bu dildən uzaq salardılar. Ənvər 
müəllim əsərin bir yerində hələ bələkdə ikən anasının onun bələyində yad-
dan çıxardıb qoyduğu təsbehi sonralar rəhmətlik anasına xatırladır. Anası 
bu kiçik epizodu xatırlayanda təəccüb qalır. Oğlunun bu qeyri-adi yaddaşı 
qarşısında heyrətlənir, uca Tanrının şərəfinə namaz vaxtı olmamasına bax-
mayaraq üç rükət namaz qılır. Mən də Ənvər Nəzərlinin yazdığı “Yaddaşın 
izi qalır…” sənədli-povestini oxuyarkən hədsiz qibtə hissi keçirtdim. Yaşı 


46
80-ni keçmiş bu ixtiyar kişinin hafizəsi önündə heyrət hissimi gizlətmirəm. 
Artıq çoxdan tarixə dönmüş hadisələri yenidən gündəmə gətirib bu yaşında 
kitab  səhifələrinə  düzmək  böyük  cəfa,  zəhmət  və  məhəbbət  tələb  edir. 
Müəllif bu alimanə işilə həm biz oxucularını, həm də dünyasını dəyişmiş 
nakam  insanların  ruhunu  şad  edib.  Əslində  vəzifədə  işləmək  insandan 
hədsiz bacarıq və dözüm tələb edir. Ənvər müəllim bu bacarıq və dözümü 
yəqin gənc yaşlarından özündə əxz edib. İndi də o dözümün vərdişini dad-
maq şərəfinə nail olub. Əsər boyu müasir dövrümüzün ziyalıları olan elm 
adamları, mədəniyyət işçiləri, yüksək çinli insanları barədə söhbətlər açılır. 
Yeri düşdükcə adları sadalanır. Rusiya, Türkiyə, İraq, İran və sair ölkələrə 
səfərlərindən bu səfərlər zamanı baş verən maraqlı hadisələrdən bəhs ed-
ilir. Şər və xeyir arasında çapalayan dünyamızda cövlan edən bir sıra hali-
hekayətlər nəsr boyu şirin nağıl dili ilə nəql olunur. Biz bu sənədli-povestdə 
insan həyatının uğurlu və uğursuz anlarıyla üzbəüz qalırıq, bu anlar qabarıq 
şəkildə  vərəqlər  üstündən  boy  göstərir,  üzümüzə  gülümsəyir,  bəzən  də 
sonu görünməyən hıçqırtılarla hönkür-hönkür ağlayır. Ümumiyyətlə, insan 
həyatı məzmunlu və maraqlı olanda ağrı-acılar da onu cilalayır. Taleyim 
qara gətirdi deyib, onun qarşısında diz çökməyənlər həyatda uğurlar qa-
zana bilirlər. Bu uğurlar baş işlədəndə daha mükəmməl, daha inamlı olur, 
məhz sənədli povest də bu məqsədə çıraq tutur.
Hörmətli  ustadım  Ənvər  Nəzərlinin  “Bu  dünyanı  belə  gördüm” 
kitabında  “Eşitdiklərim,  bildiklərim”  hekayəsi  əsasında  araya-ərsəyə 
gələn “Yaddaşın izi qalır…” sənədli-povestlə bahəm, şeirləri, publisistik 
qeydləri, bir də müəllif haqqında yazılmış məktub və məqalələr yer alır. 
Müəllifin şeirlər bölməsində qəzəllərlə yanaşı, elegiya (məsnəvi), mürəbbe, 
heca vəznində şeirlər sıralanır. Xüsusən Ənvər müəllimin istiqlal şairimiz 
Əhməd Cavada həsr etdiyi əruzun məsnəvi formasında yazdığı mərsiyəsini 
yaratdığı titrəyiş ürəyi ehtizaza gətirir. Şeirdən ilk parçaları əziz oxucuların 
diqqətinə yetirməyi özümə borc bildim:
                               
     Ey Vətən oğlu, əziz şairimiz,
  Qəlbi pak, eşqi təmiz şairimiz.
 
  Ey sevən candan əziz millətini,
  Ey çəkən millətinin qeyrətini!
 


47
Gəlmişik biz səni yad etmək üçün,
Müztərib ruhunu şad etmək üçün. 
Müəllifin bu misralarını həyəcansız, bəzən də göz yaşı tökmədən  oxu-
maq mümkün deyil. 32 beytlik bu məsnəvi əruzun su kimi axan bəhriylə 
ürəyimizi riqqətə gətirir. Hesab edirəm ki, bu şeir parçası bəxti qara, şəhid 
şairimiz Əhməd Cavadın timsalında istiqlal aşiqlərimizə söz ilə yazılmış 
bir simfoniyadır, çünki bu beytlərin içində zəngin bir musiqi var, bu mu-
siqi  insanı  ruh  və  paklıq  dünyasına  çəkib  aparır.  Ənvər  Nəzərlinin  bu 
paklıq dünyasından boylanan mehriban baxışları beytlər içində sıralanan 
misralardan  od  götürür,  neçə-neçə  sabahlara  öz  şöləsini  salmaq  üçün… 
Ədəbiyyatımızın  sayılıb-seçilən  mütəfəkkir  fikirli  adamlarıyla  bir  arada 
qalmaq üçün…
Hörmətli  ustadım,  mən  Sizin  bu  kitabı  oxudum  ki,  dərin-dərin  mət-
ləblərdən  hali  olum,  ağrılı  keçmişinizin  acı  dastanı  mənim  də  nəslimin, 
soy-kökümün oxşar fəlakətidir. Deməli, bu təkcə sizin nəslin yox, bütöv 
Azərbaycanın  taleyinin  sənədli-povestidir.  Bu  kitabınızı  oxuya-oxuya, 
qeyzləndim də, həyəcanlandım da, sevindim də! Qeyzim, həyəcanım sizə 
bəllidir,  sevincimi  isə  mən  özüm  sizə  söyləyəcəm.  Sevindim  ki,  şükür 
Allaha, elmimiz var, savadımız var və sizin kimi gözəl yaddaşı, dərin bil-
iyi olan şairimiz, yazıçımız, ziyalımız var. Yoxsa bu dəyərli kitablar necə 
yazıla bilərdi? Bəs qədirbilən oxucular bu mətləblərdən necə xəbər tutub 
feyzyab  olardı?  Türk  qardaşlarımız  demişkən  əlinizə  sağlıq!  Sizi  “Bu 
dünyanı  belə  gördüm”  kitabınız  münasibətilə  can-dildən  təbrik  edirəm. 
Allah Vətən eşqli-işıqlı insanlarımızı qorusun! Vətənsiz millətin gələcəyi 
yoxdur, əks halda qeyri-millətlərin içində əriyib-itməyə məhkum olarıq. 
Allah Vətənimizi, İstiqlalımızı və onu göz-bəbəyi kimi bəsləyib sevənləri 
hifz etsin! Amin!..
  29.04.2009 
ŞERİMİZ – SEYRİMİZ
Haqqın  dərgahına  üz  tutan  bir  yol  var…  Bu,  Böyük  Yaradanın  öz 
bəndələrindən  gizli  saxladığı  ruh  dediyimiz  gözəgörünməz  məfhumun 
Ulu Tanrıya uzanan yoludur. Bu yol insanın müvəqqəti yaşam haqqından 
başlayır.  Yaşam  haqqının  müddəti  cismimizdə  özünə  məkan  tapan  can 
dediyimiz  varlığın  vasitəsilə  olur.  Sağlığımızda  tənimizdə  can  şəkilində 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə