56
bizə qənirsiz fitri istedada malik olmuş böyük şairimiz Səməd Vurğun
sev dirib. Puşkinin məhəbbət poemasından yüksək səviyyəli tərcümələrlə
hələ orta məktəbdə Vurğun fitri istedadının sayəsində bəhrələndik. Ona
görə ki, Səməd Vurğun baxmayaraq sovet ideologiyasına xidmət etmişdi,
böyük ilham sahibi idi. Ona görə Puşkin dühasıyla Vurğunun aşıb-daşan
ilhamı bu tərcümədə özünü bariz şəkildə nümayiş etdirdi. Yaxın tarixə aid
N.V.Qoqolu nümunə gətirmək olar. İndiyə kimi ruslar və ukraynalıların
arasında onu hansı millətin yazıçısı saymaq haqqında mübahisələr gedir.
Qoqolun yazdıqları tamamilə Ukrayna xalqının ruhuyla bağlı olsa da,
yazdığı dil rus dili olub. Bu yazılarda Ukrayna ab-havası qabarıq şəkildə
hiss olunmaqdadır, ancaq rus dilində yazıb-yaratdığı üçün ruslar onun heç
cür Ukrayna xalqına aid olmağını qəbul etmək istəmirlər, çünki bircə yazısı
da Ukrayna dilində yoxdur. Əgər, o, öz dilində də nə isə yazıb qoysaydı, heç
olmasa Ukrayna dilində bir əlyazması qalsaydı bu gün ruslar ona bizimki
deyə bilməzdi. Bütün bunları ona görə misal gətirdim ki, gənc yazıçı və
şairlərimiz öncə öz ana dilini mükəmməl bilməli, sonra bədii yaradıcılıqla
məşğul olmalıdır. Başqa dildə yazıb-yaratmaq həmin dilin ədəbiyyatını
və mədəniyyətini bəhrələndirməkdir. Öz dilində yazıb-yaradanları isə heç
bir imperialist qüvvə gələcəkdə mənimki deyib qamarlaya bilməz. Füzuli
yaradıcılığını ana dilində əsas tutduğu üçün, bu gün onun şeirləri bizə
daha doğma, daha şirindir və heç bir qeyri-millət deyə bilməz ki, o bizim-
dir, çünki dahi Füzuli türk dilində öz kimliyini əsrlər arxasından aləmə
car çəkib. Sübut edib ki, təkcə farsın dili yox, türkün dili də şeir dili ola
bilər. Fars dilinin şərqdə şeir dili kimi qəbul edilməsinin nəticəsi o olub ki,
bu gün Nizami Gəncəvi yaradıcılığını geniş oxucu toplumu tərcümədən
oxumağa məcburdur. Bu orta əsrlərin anlaşılmazlıqlarıdır. Mən bununla öz
Xəmsəsilə dünyanı heyrətdə qoymuş dahi Nizamini mühakimə etmirəm,
onun yaşadığı dövrdə bizim ərazidə təzə təşəkkül tapmış müsəlmançılıq,
şərq hökmdarlarının ərazisi sayılan şahlıq-xanlıq üsul-idarəsi hökm sü-
rürdü. Onun dövrü üçün fars dili şeir, ərəb dili isə dövlət idarəçiliyi dili
sayılırdı. Bu gün isə biz bu məsələlər barədə dərindən düşünməliyik.
Gələcək
nəsillərə öz dilimizin, mədəniyyətimizin əmanəti xatirinə.
Müstəqillik böyük nemətdir. Şükür Allaha ki, indi yazılanlar nə fars, nə
rus adı ilə gedir, nə qalibiyyətlərimiz, nə uğurlarımız varsa hamısı doğma
Azərbaycanımızın adı ilə bağlıdır. Bu günə qədər də Təbriz miniatürləri
və xalçaları qərbə fars adı altında tanıdılır, çünki millətimizin çox hissəsi,