Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə14/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   10   11   12   13   14   15   16   17   ...   92

42
haqq  dünyasına  qovuşmuş  qəzəl  ustadı,  rəhmətlik  Hacı  Mailin  1994-cü 
ildə  yaratdığı  “Füzuli  şeir  məclisi”ndən  əyani  şəkildə  tanıdım.  Sonralar 
onun bu məclisdə müsbət mənada oynadığı rolun canlı şahidlərindən biri 
oldum. Bu məclisə müxtəlif cür ağıl tutumlu insanlar gəlirdi, çoxlarının 
da üzündən-gözündən razılıq töküldüyü halda, Ənvər Nəzərli heç vaxt öz 
təmkinini pozmazdı, başa düşmək istəməyəni də yumşaq bir tərzdə başa 
salmağa cəhd edərdi. 
Dəyərli  ziyalımız,  şair-publisist  Əli  Rza  Xələflinin  baş  redaktor  ol-
du ğu  “Kredo”  qəzetində  2008-ci  ilin  may  ayından  Ənvər  müəllimin 
“Eşit diklərimdən,  bildiklərimdən”  sənədli  həyat  hekayəti  ardıcıl  surətdə 
çap  olunarkən  mən  bu  yazını  heyranlıqla  oxuyurdum,  çünki  həyatı 
dərk  edən  gündən  dədə-babalarımızın  keçdiyi  ağrılı  həyat  yolu,  köləlik 
buxovlarıyla bəndlənmiş başıbəlalı vətənimizin müsibətləri məni həmişə 
düşündürürdü. Düşünürdüm ki, nədən dədə-babalarımız birləşib vahid bir 
dövlət  yarada  bilməyib  və  yaratmaq  istəyəndə  də  cəhdləri  boşa  çıxıb?! 
Tayfa hegemonluğundanmı, ya hamının xan olmaq istəyindənmi və yaxud 
qonşuluqda  olan  amansız  imperiyaların  azğınlığındanmı  ölkəmiz  uzun 
illər zəlalət girdabında çapaladı?! Hissə-hissə, parça-parça doğma yurdlar 
əldən  çıxdı,  ellər,  elatlar  köç  etdi.  Qəbirlərimiz  tapdalandı,  namusumuz 
xırdalandı,  düşünən  beyinlərə  süngü  yeridildi,  say-seçmə  igidlərimizin, 
vətən eşqli ziyalılarımızın ürəyinə dağlar-düyünlər çəkildi. Xan-bəy-tacir 
əsilli insanlarımızın nəinki özləri, balaları, qohum-əqrəbaları bu müsibətin 
acısını  öz  sümüklərində  hiss  etdilər,  üstəlik,  mənlikləri  tapdalandı,  soy 
adları gizlədildi, özləri və yaxınları təkcə Sibirə yox, Orta Asiya səhralarına, 
hətta  okean  adalarına  qədər  sürgün  edildilər.  Əyilib  diz  çökməyənlərin 
izləri-tozları yox edildi, bu azğınlıqların xofu millətimizin ürəyinə ox edil-
di. Vaxt olub ki, yazını oxuyarkən Ənvər müəllimə demişdim: “Allahdan 
arzu edirəm, ömür sizə vəfa qılsın bu yazını kitab şəkilində buraxa biləsiz”. 
Şükür ki, bu günü Tanrı həm müəllifin özünə, həm də bu sənədli-povestin 
müştağında olan oxucularına, o cümlədən mənə, qismət etdi.
Ustadım  Ənvər  Nəzərlinin  “Bu  dünyanı  belə  gördüm”  kitabında  yer 
alan “Yaddaşın izi qalır…” sənədli povesti obrazlar bolluğu ilə zəngindir, 
məhz  povestin  özəlliyi  və  gözəlliyi  ondadır  ki,  bu  obrazlar  real  həyatın 
ağrı-acıları ilə yaşamış vətən övladlarıdır. Əsərin əvvəlində cərəyan edən 
hadisələr çar Rusiyasının son illərinə təsadüf edir. İnqilabi özbaşınalıqların 
və imperiyaların toqquşduğu zamanlar milliyyətindən asılı olmayaraq in-


43
sanlar böyük müsibətlərə düçar olur. Onda da ola ki, dini, dili, mədəniyyəti 
tamamilə sənə yad olan hegemon bir dövlətin köləsi olasan. Həmin köləlik 
ağrılarından keçdi binəva vətənimiz. Bu gün də o ağrının yaraları bitişmir! 
Həm canımızda, həm qanımızda, həm də paramparça olmuş yurdlarımızın 
odu sönmüş ocaqlarında! Bu ocaqların tüstüsü burula-burula göyün yeddi 
qatında haray dolu şırımlar açıb. 
Demokratiyanın beşiyi adlandırdığımız Avropada, hətta azsaylı millət-
lərin  belə  müstəqil  dövlətləri  olduğu  halda,  bu  boyda  məmləkətimizin 
müstəqillik  arzuları  dönə-dönə  ölüm,  qırğın,  qanla  müşayiət  olundu. 
İnsa nımızı manqurtlaşdırmaq üçün şimalda rus imperiyası, cənubda fars 
imperiyası ilan kimi min bir dəfə dəridən-qabıqdan çıxdı. Bu gün müs-
təqillik  arzusuna  yetişsək  belə,  yenə  də  imperiyalar  fürsət  düşən  kimi 
pıçhapıçdadırlar, arzularımızı gözümüzdə qoymaq üçün, fəqət, bütöv bir 
dünyaya  səpələnmiş  50  milyonluq  Azərbaycan  türkünün  ümid  yeridir 
müstəqil Vətənimiz! Elə müəllif də sənədli povestində vətən övladlarının 
ötən  əsrin  əvvəllərindən  üzü  bəri  başlarına  gəlmiş  müsibətləri  yanıqlı 
bir  dillə  oxucusuna  nəql  edir.  Əsərdə Abbasqulu  ağa  Bakıxanovla  bağlı 
maraqlı  bir  məqam  diqqətimi  cəlb  etdi.  1847-ci  ildə  Şamaxıdan  və 
Qubadan  Həcc  ziyarətinə  gedən  zəvvarların  arasında Abbasqulu  ağa  da 
olubmuş. Əsərdə ağanın yolboyu sadə insanlarla mehriban rəftarından, in-
san nəvazişkarlığından söhbət açılır. Məşhur alim, şair və dövlət xadiminin 
humanistliyi onunla yol yoldaşı olan zəvvarlarda həm heyranlıq, həm də if-
tixar hissi doğurmuşdu. Abbasqulu ağanın o müqəddəs yerdə vəfatı oxucu-
lar üçün maraqlı və tarixi bir faktdır. Müəllifin əmisi nakam Həbibullahın 
başına  gələn  fəlakət  həm  oxucunu  mütəəssir  edir,  həm  də  millətin  say-
seçmə oğullarına qarşı törədilmiş cinayətlərin təşkilatçılarına qarşı insanda 
sonsuz nifrət hissi yaradır. Əslində ölkəmizdə erməni azğınlıqları rusların 
birbaşa dəstəyi və əliylə törədilirdi və bu gün də o davam edir. Öz idbar 
siyasətlərini həyata keçirmək üçün əslində imperiyalar azsaylı xalqlardan, 
dinlərdən  və  bu  dinləri  min  bir  yerə  parçalayan  məzhəblərdən  istifadə 
etmişdilər. Ermənilər də bu qanlı oyunun təşkilatçılarının əlində iki əsrdir 
ki, oyuncaqdırlar. Qan tökə-tökə bu idbar oyunun gələcəyinə inanmışdılar. 
Ermənilər özlüklərində, yəqin başa düşməmiş deyillər ki, Azərbaycan adlı 
məmləkətin ərazisində nə keçmişdə, nə eradan əvvəl dövlətləri olmayıb. 
Özləri  də    ta  qədimdən  gəzinti  bir  qövm  olduğu  üçün  müxtəlif  yerlərə 
köçlər ediblər. Bu gün gəlmə haylar bir ovuc alban əsilli nankor xristian 


44
azərbaycanlıların kirli və məkrli kürkünə bürünüb nəinki torpaqlarımızı, 
mədəniyyətimizin müxtəlif sahələrini zəbt etməklə məşğuldurlar. Əslində 
ermənilər  (haylar)  rus  siyasətinin  əlində  oyuncaq  olduğu  kimi,  alban 
əsillilər də hayların əlində oyuncaqdır! Bilən bilir ki, nə dünən, nə sabah, nə 
də min il sonra haylar onları öz qanından hesab etməyib və etməyəcəklər. 
Ümumiyyətlə, ermənilərdə dədə-babadan belə bir adət var ki, hara qon-
dular  oranı  özlərinə  vətən  sayır  və  özününküləşdirməyə  başlayırlar.  Bu 
özününküləşdirmə isə sonralar qanla, qırğınla, xəyanətlə boy göstərir. Elə 
keçən  əsrin  əvvəllərində  də  həm  qardaş Türkiyə  ərazisində,  həm  də  bi-
zim ərazidə bu xəyanətlər və qırğınlar kənd-kənd, şəhər-şəhər tüğyan etdi. 
Dünyanın başbilənləri “yazıq erməni” simasına çoxdan bələddir, sadəcə 
olaraq,  xristian  Avropaya  müsəlman  Azərbaycanın  inkişafı  sərf  eləmir. 
Ona görə həm dünən, həm bu gün erməni xainliyi və iyrəncliyilə üzbəüz 
qalmışıq. Bizə isə bu xainlikdən xilas olmaq üçün iqtidarlı-müxalifətli bir 
olmaq lazımdır, çünki bizim bir düşmənimiz var, o da erməni toplumu-
dur. O topluma qarşı bu gün də, sabah da, gələcəkdə də ayıq-sayıqlığımızı 
itirməməliyik.  Bəli,  onlar  qoltuq  altında  yaşamağı  xoşlayandır.  Hansı 
millətin  qoltuğunun  altında  daldalanırlarsa,  o  millətin  də  oyuncağına 
çevrilirlər. Necə ki, bu gün rusların oyuncağına çevriliblər, farsların ətəyini 
öpürlər.  Elə  əsərdə  müəllif  də  ermənilərin  fitvasıyla  əzizlərinin  başına 
gələn müsibətləri nəql edir. 1900-cü illərdə barmaqla sayılası ziyalılarımız 
var  idi,  vətənimiz  belə  insanlara  sonsuz  ehtiyac  duyurdu.  Ali  təhsilli 
Həbibullahın vətənə dönməsi erməni əsilli xəyanətkarları açmırdı. Ona görə 
onun qətlinə fərman verdilər və cavan həyatı nakam sonluqla bitdi. Əslində 
mənə elə gəlir ki, torpaqlarımızın bir qismi əlimizdən müvəqqəti çıxsa da 
ermənilər bu dəfə oyunda uduzublar, çünki vaxtilə Azərbaycanın mərkəzi 
olan Bakıda ən yaxşı yerləri və vəzifələri onlar zəbt etmişdilər. Ölkənin 
şah damarı isə onun paytaxtıdır. Bu şah damarın əsas lingləri onların əlində 
idi.  Bu  gün  müvəqqəti  yardımlarla  yaşayan,  torpaqlarımızın  bir  parçası 
olan, indiki Ermənistan, yəqin ki, belə getsə bir müddətdən sonra süqu-
ta uğrayacaq, çünki bütünlüklə yal yeyən bir dövlət nə Avropanın, nə də 
onun havadarlarının ömürlük pul kisəsindən asılı qala bilməz. Avropalılar 
heç öz övladlarının nazı ilə oynamağı sevmirlər, o ki olsun ermənilərin. 
Ermənistanda yaşayan ermənilər isə belə getsə yenə də qazanc və güzəran 
eşqilə dilənçi dövləti tərk etməli olacaqlar. Beləliklə, Ermənistan dediy-
imiz qurama dövlət öz ömrünü başa vuracaq, çünki xaini nə Allah sevər, nə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə