Peyk sistemlərinin nəzəri əsasları



Yüklə 91,56 Kb.
tarix29.03.2023
ölçüsü91,56 Kb.
#103524
Peyk sistemlərinin nəzəri əsasları


Peyk sistemlərinin nəzəri əsasları
İlk əvvəllər peyklər sadə transponderlər idi, hal-hazırda isə onlar uçan marşrutlaşdırıcılara oxşayırlar. Transponderlər hər hansı tezlikdə siqnalı qəbul edir, onu gücləndirir, sonra isə başqa tezlikdə göndərirlər. Əvvəllər, yalnız analoq gücləndir­ məsi mümkün idi, lakin rəqəm siqnallarından istifadə etməklə də verilənləri bərpa etmək mümkündür. Peyk, siqnalı bitlər selinə dekodlayır, sonradan yenə siqnala kodlanılır. Analoq gücləndirilməsi ilə müqayisədə rəqəm bərpa olunması - yerdə qəbul olunan siqnalın daha yüksək keyfiyyətini təmin edir.
Müasir rabitə peykləri yüksək səviyyə rabitəsinin bir çox funksiyalarını da, məsələn, peyklərarası marşrutlama, səhvlərin korreksiyası və s. yerinə yetirə bilirlər. Şəkil 1 - də qlobal mobil rabitəni həyata keçirən peyk sisteminin strukturu göstərilmişdir. Növündən asılı olaraq peyklərdən hər biri öz şüası ilə Yerdə müəyyən ərazini - xidmət zonası adlandırılan sahəni örtə bilir.

Şəkil 1.
Xidmət zonası daxilində peyk və mobil istifadəçilər arasındakı rabitə mobil istifadəçilər kanalları (MUL - Mobile User Link) vasitəsilə həyata keçirilir. Peyk və digər şəbəkələr arasında şlüz kimi təsir göstərən baza stansiyası (BS), peyki şlü z k an alı (GWL - Gate Way Link) vasitəsilə idarə edir. Bundan başqa, bəzən peyklər birbaşa öz aralarında peyklərarası kanallarla (İSL - inter Satellite Link) əlaqəndirilə bilirlər. Bu, müxtəlif xidmət zonala-nndakı abonentlərə BS-dən və ya digər yerüstü şəbəkələrdən istifadə etmədən öz aralarında birbaşa rabitə yaradılmasına im­ kan verir. Əlavə peyk kanallarının saxlanması nitqin və veri­ lənlər paketinin ləngiməsini azaltmağa imkan verir.
Bəzi peyklərdə xüsusi antenalar tətbiq etməklə fokus-lanmış şüaların köməyilə az sayda manqalar yaradılmasına nail olunur (məsələn, İCO - “intermediate Circular Orbit - aralıq dairəvi orbit” sistemində hər peykə fokuslanmış şüa uyğun gəlir). Peyk sistemləri bir çox mövcud yerüstü şəbəkələrə qiy­ mətli əlavələr olmaqda davam edəcəkdir, istifadəçilər öz aralaında ISDN (integrated Services Digital Network -xidmətlərin inteqrasiyası ilə rəqəm rabitə) şəbəkəsi, PSTN-nin (Public Switched Telephone Network - kommutasiya olunan ictimai telefon şəbəkəsi) digər şəbəkələri və yaxud hətta şanı şəbə­ kələri vasitəsilə (məsələn, GSM sistemi ilə) öz aralarında rabitə yarada bilirlər. İstifadəçi informasiyası Qlobal mobil rabitənin sadələşdirilmiş struktur sxemi Bir çox şlüzlər, bu müxtəlif növ şəbəkələr arasında birbaşa əla­ qəni təmin edə bilir. Burada əsas problem - şanı şəbəkəsi ilə peyk sistemi arasında birbaşa səlis çevrilmənin təmin edil­ məsidir.

Yüklə 91,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə