Sistem anlayişi logiSTİk sistemin strukturu və SƏRHƏDLƏRİ logiSTİk sistemləRİn təSNİfati



Yüklə 266 Kb.
səhifə8/12
tarix19.10.2023
ölçüsü266 Kb.
#128249
1   ...   4   5   6   7   8   9   10   11   12
M-vzu-61

Odur ki, material resurslarının alqı-satqı prosesini həyata keçirən logistik sistemlər adı altında böyük mürəkkəb super sistemlərə aid edilən istehsal sistemlərində bu resursların dövriyyəsi prosesi başa düşülür. Bu növ logistik sistemlər müxtəlif regionlarda yerləşdirilmiş çoxlu sayda təsərrüfat subyekt­lərini əhatə edirlər. Məhz qeyd edilən bu xüsusiyyət logistik sistemlərin ilk xüsusiyyəti hesab olunur.
Beləliklə, logistik sistemlər iki kateqoriyaya: fəaliyyət miqyasına və logistik dövrədə istifadənin növlərinə görə təsnif edilir.
Logistik dövrədə istifadənin növlərinə görə üç mühüm logistik sistemləri fərqləndirirlər:
1.Birbaşa əlaqəli makrologistik sistem. Belə logistik sistemlərdə material axınları məhsul istehsalçılarından və ya məhsulgöndərənlərdən istehlakçılara heç bir aralıq vasitəçilərin iştirakı olmadan xətti qaydada hərəkət edir:


2
.
Eşalonlaşdırılmış makrologistik sistem.
Makrologis­tikanın bu variantı bir qayda olaraq material axınlarının istehsalçı və ya məhsulgöndərənlərdən istehlakçılara hərəkəti yolunda özünün və ya başqasının adından və yaxud özünün və ya başqasının hesabına fəaliyyət göstərən, topdansatış vasitəçilik missiyasını həyata keçirən firmaların çoxluğu ilə xarakterizə olunur. Başqa sözlə bazar üçün nəzərdə tutulmuş məhsulları istehsalçılardan və ya məhsul­göndərənlərdən qəbul edən bu növ vasitəçi firmalar müxtəlif istehlakçıların ayrı- ayrı məhsullar üzrə çeşid tələbinin ödənilməsini öz öhdəsinə götürür və bu işi müvafiq qaydada həyata keçirir:




3
.
Çevik əlaqəli makrologistik sistemlər.
İstehlakçıların anbar sahələrinin mövcud olub - olmamasından, hazır məhsulların hazırlanması tezliyindən, istehsalçı və məhsulgöndərənlər arasında uzunmüddətli təsərrüfat əlaqələrinin xarakterindən asılı olaraq material axınlarının hərəkət istiqamətləri həm birinci, həm də ikinci variantda qeyd edilmiş üsullarla tənzimlənir:
Belə sistemlərə nümunə kimi istehsal yerlərinin ehtiyat hissələri ilə təchizatını göstərmək olar. İstehsal yerlərinin nadir tələb olunan ehtiyat hissələri ilə təchizatı bilavasitə mərkəzi anbarlar hesabına ödənilirsə, istehlakçıların tez-tez istifadə etdikləri standart hissələrlə təchizatı isə vasitəçilərin anbarları hesabına həyata keçirilir.
İqtisadi ədəbiyyatlarda material axınlarının təyinatına və xarakterinə görə bir– birindən fərqli təsnifat əlamətinə malik digər bölgü kanallarından da istifadə edilir.
Logistik sistemlər iki böyük: makrologistik və mikrologistik qruplara bölünür. Mikrologistik sistemlər-məhsul istehsalı, təjhizat satış proseslərində material onunla əlaqədar digər axınların (maliyyə informasiya) idarə edilməsi optimallaşdırılmasını həyata keçirən biznesin təşkil formasıdır.
Mikrologistik sistemlər firmaların strateji məqsədləri baxımından qurulur və əsas operativ proseslərin optimallaşdırılmasını nəzərdə tutur. Bu nöqteyi-nəzərdən mikrolo­gistik sistemlər ayrıca götürülmüş bir müəssisənin fəaliyyət sferasını əhatə etməklə logistik sistemin ayrıca funksional elementi çərçivəsində lokal məsələlərin həllini tə'min edir. Buna uyğun olaraq mikrologistik sistemləri funksional tə-yinatına görə birinci (istehsal daxili və xarici) və ikinci (inteqrativ) səviyyələrə ayırırlar.
İstehsaldaxili mikrologistik sistemlər texnoloji dövr və ya mərhələlər çərçivəsində məhsul istehsalı zamanı material axınlarının idarə edilməsini optimallaşdırır. Hər bir təsərrüfat subyekti hazır məhsul istehsalı proqramına (istehsal cədvəllərinə) malikdirsə bu zaman istehsaldaxili mikrolo­gistik sistemin əsas vəzifəsi:

  • material resurslarından səmərəli istifadə etmək;

  • istehsal resurslarının zəruri səviyyədə ehtiyatını yaratmaq;

  • bitməmiş istehsalın həcmini azaltmaq;

  • firmanın dövriyyə kapitalının dövr sürətini artırmaq;

  • istehsal dövrünü qısaltmaq;

  • material resursları üzrə ehtiyatların səviyyəsinə nəzarət və ehtiyatları idarə etmək;

  • bitməmiş istehsal və hazır məhsulların istehsalçı firmaların anbar sisteminin tələbləri baxımından idarə etmək;

  • texnoloji (sənaye) nəqliyyatın işini optimallaşdır­maq­dan ibarətdir.

İstehsaldaxili logistik sistemlərin fəaliyyət mexanizmini sadələşdirən və ya optimallaşdıran zaman istehsal olunan məhsulların minimum maya dəyəri və hazır məhsulun tələb olunan keyfiyyətini tə'min etməklə istehsal dövrünün qısaldılması əsas meyar kimi götürülür. Mikrologistik istehsaldaxili sistemlər müəssisələrin istehsal (struktur) bölmələ-ri (sex, sahə və ya ayrıca iş yeri) səviyyəsinə qədər detallaşdırılır. Gələcəkdə istehsaldaxili logistik sistemlərə yalnız məhsul istehsal edən müəssisə səviyyəsində baxılacaq.
Mikrologistik sistemlər bazis logistik funksiyaları əhatə etmə dərəcəsindən və sintezin məqsədindən asılı olaraq istehsaldaxili, xarici və inteqrativ logistik sistemlər kimi də fəaliyyət göstərə bilirlər. Bunun üçün isə mikrologistik sistemdə idarəetmə firma səviyyəsində müvafiq qərarlar qəbul edən və sistemin bütün elementlərinin fəaliyyətini əlaqələndirən xüsusi logistik şö'bə və ya inteqral menecerlər tərəfindən həyata keçirilir.

Yüklə 266 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə