Sistem anlayişi logiSTİk sistemin strukturu və SƏRHƏDLƏRİ logiSTİk sistemləRİn təSNİfati



Yüklə 266 Kb.
səhifə3/12
tarix19.10.2023
ölçüsü266 Kb.
#128249
1   2   3   4   5   6   7   8   9   ...   12
M-vzu-61

2.Bütövlük və hissələrə bölünmə. Sistemin bütövlüyü dedikdə sistem qarşısında duran məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün onu təşkil edən elementlərin qarşılıqlı əlaqəsi və vəhdəti nəzərdə tutulur. Sistem məhz hər bir daxili hissənin-elementin bir-birilə qarşılıqlı əlaqəsinə əsaslanır. Daha doğrusu, sistemi o vaxt bütöv hesab etmək olar ki, sistemi təşkil edən hər bir element digər - qonşu elementə qarşı həssas olsun və bu və ya digər səbəbdən hissədə və bütünlüklə sistemdə baş verən hər hansı ixtiyari dəyişilik bu elementə də müvafiq təsir göstərsin və ya əksinə. Deməli, sistem bir–birilə qarşılıqlı təsirdə olan elementlər məcmusundan ibarətdir. Nəzərə almaq lazımdır ki, elementlər yalnız sistem daxilində mövcuddur. Sistemdən kənarda onların hər biri sistem yaratmaq qabiliyyətinə malik obyektlər kimi fəaliyyət göstərirlər. Daha doğrusu, müxtəlif keyfiyyətlərə malik sistemin elementləri birgəlik təşkil etməklə bərabər istənilən an sistemin tələbi və ya obyektin tədqiqi baxımından hissələrə bölünərək sistem daxilində «alt sistem», ondan kənarda isə «müstəqil sistem» yarada bilmək qabiliyyətinə malik olmalıdır. Əksər hallarda, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi və ya idarə etmənin operativliyini təmin etmək məqsədilə «alt sistem» və ya «müstəqil sistemlərə» aid edilən elementlər də ümumi sistemlə müqayisədə yenidən hissələrə bölünən ola bilər. Ümumi sistemdən ayrılan hər bir alt sistem özünün giriş və çıxış elementləri vasitəsilə başqa sistemlərlə əlaqədə olub, fəaliyyət göstərir. Bu baxımdan istehsal, tədarükat, nəqliyyat, anbar, ehtiyatlar, informasiya, bölüşdürmə və satış kimi elementlər bütöv şəkildə logistik sistemləri yaratdıqları üçün onlar arasında dialektik əlaqələr mövcuddur.
3. Əlaqələr. Sistemin elementlərini öyrənən və onlar arasında əlaqəni formalaşdıran zaman sistemin giriş və çıxışına aid edilən «məhsulları» mütləq müəyyənləşdirmək lazımdır. Sistemin girişi vasitəsilə xarici mühitdən sistemə təsir edilir, çıxışı vasitəsilə isə xarici mühitə təsir olunur. Sistemin element­lərindən xarici tə'sirləri xarakterizə edən kəmiyyət giriş dəyişənləri (vəziyyəti) və çıxışın vəziyyətini əks etdirən kəmiyyət isə çıxış kəmiyyəti adlanır. Məsələn, istehsal prosesini fasiləsiz davam etdirmək və istehlakçı tələbini ödəmək üçün logistik sistem giriş vasitəsilə müxtəlif məhsulgöndərənlərdən zəruri xammal, material və avadanlıqları tədarük edir, logistik servis xidmətindən istifadə etməklə onları istehsal yerlərinə çatdırır, çıxış vasitəsilə isə əmtəəlik məhsulları müxtəlif səviyyəli bölüşdürmə kanallarından istifadə etməklə satış bazarlarına yönəldir (xarici mühitə - satış bazarlarına təsir edir).
Buradan göründüyü kimi həm sistemin elementləri, həm də sistemlə xarici mühit arasında qarşılıqlı əlaqələr mövcuddur. Logistik sistemi yaradan elementlər arasında qeyd olunan bu əlaqələr bir tərəfdən «bazar-məhsul satışı, satış-bölüşdürmə, bölüşdürmə–istehsal»,ikinci tərəfdən «istehsal-ehtiyat, ehtiyat-anbar, anbar-nəqliyyat», üçüncü tərəfdən isə «nəqliyyat - tədarükat, tədarükat - istehsal, istehsal - tələbat, tələbat - bazar» sxemi üzrə bir-birini tamamlayan birləşmiş keyfiyyətə malikdir.

Yüklə 266 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə