Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Məgər Allahın torpağı geniş deyildimi!»



Yüklə 0,52 Mb.
səhifə41/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   35   36   37   38   39   40   41   42   43
İmam Əlinin fəzilətləri

«Məgər Allahın torpağı geniş deyildimi!»2
Müsəlmanların bir qrupu Cəfər ibn Əbu Talibin başçılığı ilə Həbəşistana hicrət etdilər. Onlar Həbəşistana çatdılar. Həbəşistanın padşahı Nəcaşi onlara çox hörmət etdi. Qüreyşlilər Əmr As və Əmarə ibn Vəlidi çoxlu hədiyyələrlə Nəcaşinin yanına göndərdilər. Ondan istədilər ki, müsəlmanlara kömək etməyib onları Qüreyşin kafirlərinə qaytarsın. Nəcaşi onların hədiyyələrinə etina etmədi. Cəfər və onun dostlarına həddən artıq hörmət və kömək etdi. Bu xəbər Əbu Talibə yetişən zaman, Nəcaşinin tərəfində qasidə dedi. Nəcaşi həmin qasidəni eşidib çox şad oldu. Müsəlmanlara daha da yaxşılıq göstərdi. Bu xəbər Əbu Talibə yetişdi. O, Nəcaşinin müsəlman olmasına ümid bağladı. Onun üçün şeir göndərib, müsəlman olmağa və Peyğəmbərin (s) yolu ilə getməyə dəvət etdi.
Şiə və sünni alimləri rəvayət edirlər ki, Əbu Talib (ə) hər sübh və axşam Peyğəmbərin (s) hal-əhvalı ilə maraqlanır həmişə düşmənlərdən qoruyardı. Qüreyş kafirlərinin o Həzrətə xətər yetirməsindən qorxardı. Bir gün Peyğəmbəri (s) görmədi. Axşam oldu Həzrəti tapa bilmədi. Öz oğlanlarını və nökərlərini toplayıb dedi: Agah olun! Peyğəmbər (s) itib və mən güman edirəm ki, Qüreyş onun üçün bir hiylə qurub. Mən bir yerdən başqa, hər yeri axtarmışam.
Sonra 20 nəfər öz oğlan və nökərlərindən seçib, onlara dedi: Gedin öz xəncərlərinizi hazırlayın və hər biriniz Qüreyş başçılarından birinin yanında oturun. Mən axtarmadığım tərəfə gedirəm. Əgər onu tapıb gətirsəm, bir iş görməyin. Əgər gəldim və Mühəmməd (s) mənim yanımda olmadı, bu zaman hər biriniz öz xəncərinizlə yanınızdakı Qüreyş başçısını vurun. Öz xəncərlərinizi itiləyin ki, onları rahat öldürə biləsiniz. Sonra Əbu Talib Peyğəmbər (s)-i axtarmağa getdi. Onu Məkkənin aşağı tərəfində, bir daşın yanında ibadət ilə məşğul olduğu halda tapdı. Peyğəmbər (s)-i qucaqlayıb, öpdü. Əlindən tutub dedi: Ey qardaş oğlu! Az qalmışdı ki, tayfan sənə görə özlərini ölüm caynaqları altına atsın.
Qüreyşlilərin hamısı Kəbənin yaxınlığında oturmuşdular. Əbu Talib qəzəbli halda öz nökərlərinə dedi: Paltarlarınızın altında gizlətdiyinizi çıxardın.
Nökərlər xəncərləri çıxartdılar.
Cənab Əbu Talib dedi: İki gün idi ki, Mühəmmədi (s) görmürdüm. Qorxurdum siz onu həlakətə yetirmiş olasız. Bununla əmr etdim ki, hər birinizin yanında biri otursun. Əgər Mühəmmədi (s) tapmayıb gəlsəm sizi xəncər ilə vursunlar və məndən izn almasınlar.
Qüreyşlilər dedilər: Aya bu iş baş verəcəkdi?
Əbu Talib dedi: Bəli Kəbənin Allahına and olsun! Sonra o, Peyğəmbər (s) ilə getdi.
Nəql olunub ki, Peyğəmbər (s) məsciddə namaz qıldığı halda Məkkənin kafirləri onun paltarının üzərinə təzək tökdülər. Həzrət (s) Əbu Talibin yanına gedib, buyurdu: Mənim şərəfim, nəsəbim və qədrim sizin yanınızda necədir?
Əbu Talib dedi: Nə olubdur?
Həzrət başına gələn hadisəni onun üçün danışdı. Əbu Talib qəzəbləndi, qılıncını götürüb Həmzəyə dedi: Özünlə bir az təzək götür mənimlə gəl!
Sonra əlində qılınc Məscidül-hərama daxil oldu. Kafirlərə dedi: Kim yerindən qalxsa, boynunu vuracağam. Həmzəyə dedi: Təzəyi bu kafirlərin bığ və saqqallarına sürt!
Sonra Peyğəmbərə (s) üzünü tutub dedi: Sənin şərəfin, nəsəbin və qədrin bizim yanımızda belədir.1
Əbu Talib Peyğəmbər (s)-in tərifi, camaatı onun dininə iman gətirməyə və ona kömək etməyə dəvət etməsi barəsində çoxlu şeir yazıbdır.
Bu nümunə üçün bir necə beyt yazırıq:

یُرَّجُونَ أن نَسْخی بقـَـتـْـل مُحَّمَدٍ وَ لَم نَختَضِبْ سَمْرَ العَوالي مِن الدَّمِ


كَذِبتُم وَ بیتِ اللهِ حَتـّـی تَفَلَّقـُوا جَمَاجِمَ تـُـلـْـقی بِالحَطِیم ِ و زَمْزَمٍ
«Onlar arzu edirlər biz Peyğəmbərin (s) ölümü barəsində güzəşt edək, nizələrin başını al qana boyamaq və heç nə demək. And olsun Allahın evinə! Onlar puç xəyal edirlər. Kəbə və Zəmzəmin ətrafında görünən başlar gərək parçalansın».1

أَلَمْ تَعْلَمُوا أَنّا وَجَدْنا مُحَمَّداً رَسُولاً کَمُوسی خُطَّ فی أَوَّلِ الْکُتُبِ


فَلَسنا وَ بَيتِ اللهِ نُسلِمُ اَحمَداً لِعَزّاءَ مِن عَضِّ الزَّمانِ وَلا كَربٍ
«Bilirsiniz ki, biz Mühəmmədi (s) Musa kimi Peyğəmbər bilirik? Bu keçmiş (əvvəlki) kitablarda yazılmışdır.
And olsun, Allahın evinə! Biz zamanın sıxıntısına və əziyyətinə görə Əhmədi (s) (yəni Məhəmmədi) kafirlərə təslim edən deyilik».2

فَلا تَسفَحُوا اَحلامَكُم فِى مُحَمَّدٍ وَلا تَتبَعُوا اَمرَ الغُواةِ الأَشائِمِ


تَمَنَّيتُم اَن تَقتُلُوهُ وَ اِنَّما اَمانِيكُم هذِى كَاَحلامِ نائِمٍ
وَاِنَّكُمُ اللهِ لا تَقتُلُونَهُ وَلَمّا تَرَوا قَطفَ اللُّحى وَالجَماجِمِ
«Peyğəmbərin (s) barəsində puç xəyallar etməyin! Bədbəxt azğınların arxasınca getməyin...!
Arzu edirsiniz ki, onu öldürəsiniz, sizin bu arzularınız yuxu görən şəxsin xəyalları kimidir. And olsun Allaha! Başların kəsilməsini müşahidə etmədən, onu öldürə bilməzsiniz».1
Rəvayət olunmuşdur: Peyğəmbər (s) səcdə halında idi. Əbu Cəhl Peyğəmbərin (s) yanından keçəndə Həzrəti (s) vurmaq üçün bir daş götürdü. Daş onun əlinə yapışdı.
Əbu Cəhl öz məqsədinə nail ola bilmədi.
Ümumiyyətlə, Əbu Talibin qəsidə və şeirləri çoxdur. Əli (ə) istəyirdi ki, camaat Əbu Talibin şeirlərini rəvayət etsinlər, yazsınlar və buyurdu: Onları öyrənin və öz övladlarınıza öyrədin. Əbu Talib Allahın dinini qəbul etmiş və müsəlmandır. Əbu Talibin şeirlərində elm çoxdur.2
Şair Əmir Əbul Fəvarisdən belə nəql olunur: Vəzir Yəhya ibn Hübeyrənin məclisində idim. Bu məclisdən alimlər və fazillər var idi. O cümlədən, İbn Xəşşab və Əbul Fərəc ibn Cuzi də orada idi. Əbu Talibin şeirlərindən söz düşdü. Vəzir dedi: Əbu Talibin şeirləri əgər iman üzündən olsaydı, çox yaşı olardı. Çünki o, müsəlman olmayıbdır. Şeirlərinin yaxşı olmasının nə faydası var?
Mən öz-özümə dedim: Yaxşıdır onun cavabını Allaha xatir verim.
Mən dedim: Ya Mövlana! (Ey mənim ağam!) Hansı dəlilə əsasən Əbu Talibin imanı yox idi?
Dedi: Əgər imanı var idisə, niyə aşkar etmədi?
Dedim: Əgər aşkar etsəydi, Peyğəmbər (s) köməksiz qalardı.
Bu sözdən sonra vəzir sakit oldu. Heç bir cavab demədi. Mənə verilən hüququ kəsdi. Mən də onun barəsində dediyim şeirləri tapıb, pozdum və məhv etdim.3

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə