Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə35/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
İmam Əlinin fəzilətləri

İyirmi altıncı fəzilət: Cinn və heyvanların o Həzrətdən itaət etməsidir. Bu mətləb şir və Cüveyriə ibn Müshər (جويرية بن مسهر) hədisində aydınlaşır.
1 - Cüveyr öz səfərində şiri görüb ona salam verərək dedi: Əmirəl-möminin (ə) mənə sənin zərərindən aman verib. Şir bunu eşidən kimi, geri dönüb beş dəfə nərə çəkərək getdi.1
2 - Həzrətin Kufə minbərində əjdaha ilan ilə danışması;
3 - Quşlar, canavar və balıqların Həzrət ilə söhbəti;
4 - Fərat cayının balıqlarının Həzrətə salam verməsi;
5 - Həzrətin ayaqqabısını qarğanın götürməsi və onun içindən ilanın düşməsi;
6 - Azərbaycanlı kişi və onun xam dəvəsinin hekayəsi;
7 - Yahudi kişinin mallarının itməsi və Əli (ə)-ın əmri ilə cinlərin onları gətirməsi;
8 - Əqiq və sair vadilərdə Həzrətin cinlərdən beyət götürməsi.
Bunların hər biri başqa kitablarda şərh olunubdur.1
İyirmi yeddinci fəzilət: Həzrətin cansız təbiət və bitkilər üzərində bir çox möcüzələri müşahidə olunmuşdur. Məsələn: Mədinədə Peyğəmbərin (s) yaşadığı dövrdə günəş o Həzrət üçün geri qaytarıldı. Həmçinin Peyğəmbər (s) dünyadan gedəndən sonra «Babil» ərazisində günəş geri qaytarıldı.
Sünni və şiə alimləri «Günəşin geri qaytarılması» hədisini nəql ediblər. Bəzi alimlər günəşin geri qaytarılmasını mümkün olması haqqında kitab yazıbdır. Sünni və şiə şairləri bu hədisi şeirə də çəkiblər. Həzrət üçün günəşin geri qaytarılması, çoxlu kitablarda yazılıbdır.2
Əbu Bəkrin dövründə Mədinədə güclü bir zəlzələ baş verdi. Zəzələ dayanmırdı, Həzrətin hökmü ilə zəlzələ dayanı, yer sakitləşdi.3
Əmirəl-möminin (ə)-ın əlində kiçik bir daş dilə gəldi.
Həzrət «Teyyül-ərz»4 vasitəsi ilə Mədain şəhərinə Salmanın cənazəsinin yanına getdi. Ona qüsl verdi, kəfənə büküb və dəfn etdi.

Həzrətin möcüzələrindən biri də «Besət» hədisidir.5


Əbu Hüreyrə Həzrət Əli (ə)-ın yanına gəlib öz ailəsi üçün darıxdığını və onları görmək istədiyini bildirdi. Həzrət onu «Teyyül-ərz» vasitəsiylə evinə apardı.
Həzrətin zifaf1 gecəsində, yer öz xəbərləri haqqında onunla apardı.
Bir şəxs Həzrətdən borc almağa gəlmişdi. Həzrət kəsəyi qızıl edib ona verdi.
Əli (ə) bir divarın kənarında oturmuşdu. Divar aşmaq istəyirdi. Həzrət «Dayan!» - deyə, ona əmr etdi və divar dayandı.
Bir dəfə dəmir zireh Həzrətin əlində yumuşaldı. Xalid deyir: Gördüm ki, Həzrət zirehin həlqələrini əli ilə təmir edirdi. Mənə buyurdu: Ey Xalid! Allah bizim bərəkətimizə görə, Davud (ə)-ın əlində dəmiri yumşaltdı.
Mədinədə xurma ağacları Əli (ə) və Peyğəmbərin (s) fəzilətinə şəhadət verdilər. Həzrət həmin xurma ağaclarının adını «Seyhani» qoydu.
Həzrətin möcüzəsi ilə quru armud ağacı yaşıllaşdı.
Əli (ə)-ın əmri ilə yay (kaman) əjdaha ilana çevrildi.
Yəmən ərazisində ağac və daş-kəsək o Həzrətə salam verirdilər.
Fərat çayı daşıb-coşan zaman Əli (ə) onun sakitləşməsinə və suyun azalmasına əmr etdi.2

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə