Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə40/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   35   36   37   38   39   40   41   42   43
İmam Əlinin fəzilətləri

ON DÖRDÜNCÜ FƏSİL

Keçən fəsil Əli (ə)-ın nəsli və övladları haqqında olduğuna görə, yadıma düşdü ki, Bətha Seyyidi, Qüreyşin rəisi Əbu Talibin haqqını unutmayı. Əbu Talib, Əbul-Əimmə1 (ə)-dır. Onun islama etdiyi xidmət, Peyğəmbər (s)-ə etdiyi köməklər o qədərdir ki, ondan təşəkkür etmək lazımdır. Həqir bəndə, bu kitabın savabını canab Əbu Talibdən istəyirəm. Ümidvaram ki, bizə mərhəmət edərək müşküllərimizi həll etsin. Çünki o, səxavətli və kərimdir.


فَإِنَّهُ جَوادٌ كَرِيمٌ


Əbu Talib, Peyğəmnbərin atası Abdüllah və Zübeyr ibn Əbdülmütəllib ilə anadan bir qardaşdır. Onların anası Fatimə binti Əmr ibn Aiz Məxzumidir. Peyğəmbər (s) səkkiz yaşında olanda Əbdülmüttəlib dünyadan getdi. Vəfat etməmişdən qabaq Mühəmməd (s)-i Əbu Talibə tapşırdı. Peyğəmbəri (s) qorumağı ona çox sifariş etdi.
Əbu Talib ömrünün son anına qədər dili və gücü ilə Peyğəmbərə (s) kömək edib, onu qorudu. Peyğəmbər (s) qorumaq üçün öz imanını aşjar etmədi. Dünyadan gedəndə isə İslama iman gətirməsini aşkar etdi. Buna xatir onun haqqında rəvayət olunmuşdur ki, Əbu Talib imanlı saxlamaqda Əshabu-Kəhfə bənzəyir. Buna görə də Allah-Təala onun savabını iki bərabər verdi.1
«Kafi» kitabında rəvayət olunmuşdur ki, Əbu Talib peyğəmbərlərin vəsiyyətlərini əmanət saxlayırdı və onu Peyğəmbər (s)-ə təhvil verdi.2
Əbu Talib, Peyğəmbər (s)-ə kömək etməkdən əlavə, başqalarını ona kömək etməyə dəvət edirdi. Əbu Talib, Əli (ə)-a buyurdu: Ey mənim oğlum! Əmin oğluna həmişə kömək et və ona dayağ ol! Əgər onun yolu ilə getsən bütün xəta-bəladan, əyri yoldan nicat taparsan.
Sonra dedi:

اِنَّ الوَثِيقَةَ فِى لُزُومِ مُحَمَّدٍ (ص) فَشدُد بِصُحبَتِهِ عَلِىُّ يَدَيكا


«Mühəmməd (s) ilə bir yerdə olmaq etibarlı bir işdir. Bəs, ey Əli! Hər iki əlinlə ondan yapış və onun həmdəmi olmaqda möhkəm ol!»
Peyğəmbər (s) namaz qılanda Əli (ə) ona iqtida edirdi. Bir gün Əbu Talib onların yanından keçirdi. Cəfərə (Əbu Talibin oğludur) üzünü tutub dedi: Oğlum, sən də əmin oğlunun bir tərəfindən dur, ona iqtida et!
Cəfər Həzrət Rəsulun başqa bir tərəfində durdu. Peyğəmbər (s) belə görəndə, bir az qabaqa getdi: Əli (ə) və Cəfər ilə camaat namazı qıldı. Əbu Talib çox şad oldu. Hətta şadlığın əsəri, onun sifətində aşkar olmuşdu. Əbu Talib buyurdu:

إِنَّ عَليّاً وَ جَعْفَراً ثِقَتي عِنْدَ مُلِمِّ الزَّمانِ وَ الْكَرْبِ


لا تَخَذُ لا وَانْصُر ابْنَ عَمَّكُما أَخِي لِاُمِّي مِنْ بَيْنِهِمْ وَ اَبِي
وَاللهِ لا اَخْذُلُ النَّبِيَّ وَ لا يَخْذُلُهُ مِنْ بَنِي ذُوحَسَبٍ
«Əli (ə) və Cəfər müsibət və çətin günlərdə mənim güvəndiyim şəxslərdir. Əminiz oğlu tək və köməksiz qoymayın, ona kömək edin! Qardaçlarımın arasında bu mənim doğma qardaşım oğludur.
And olasun Allaha! Peyğəmbəri (s) tənha qoymayacağam. Övladlarımın şərəflisi də onu tənha qoymayacaq».
Rəvayət olunmuşdur ki, Peyğəmbər (s) namazı qurtarandan sonra Cəfərə buyurdu: Ey Cəfər! Əmin oğlunun qolundan yapışdığına görə (yəni ona dayağ olduğuna görə) həqiqətən, Allah-Təala bunun müqabilində sənə iki qanad verəcək və onun vasitəsi ilə Behiştdə uçacaqsan.1
Peyğəmbər (s) aşkara dəvət etməyə başladı və müsəlmanlar günbə-gün çoxalmağa başladı. Bu iş Qüreyşin kafirləri üçün çox ağır idi. Onlar qərara aldılar ki, hər qəbilədə müsəlman olsa, həmin qəbilədən olan müsəlmanın tayfası və qohum-əqrabası, onu cəzalandırsınlar. Onları elə qorxutsunlar ki, daha bir kəs müsəlman olmasın. Həmin vaxt mübarək ayə nazil oldu.

أَلَمْ تَكُنْ أَرْضُ اللَّهِ وَاسِعَةً



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə