Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


İyirmi səkkizinci fəzilət



Yüklə 0,52 Mb.
səhifə36/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
İmam Əlinin fəzilətləri

İyirmi səkkizinci fəzilət: Əli (ə) xoştəbiət insan idi. Həmişə ona pislik edənləri bağışlayardı. Həzrətin öz düşmənləri ilə etdiyi rəftar bunu da aydınlaşdırır. Mərvan ibn Həkəm, Abdullah ibn Zübeyr Cəməl müharibəsində Həzrətin əsiri oldular, amma Əli (ə) onları azad etdi. Əli (ə) Ayişəyə qələbə çaldıqdan sonra, onunla son dərəcədə mehriban rəftar edib, Mədinəyə qaytardı.
Bəsrə əhalisi Həzrətin və onun övladlarının üstünə qılınc çəkdilər, Həzrət Əli (ə) söyüş verdilər. Lakin Həzrət qələbə çaldıqdan sonra, onlara aman verdi. Mal və övladlarını qarət etməyə qoymadı.
Əli (ə)-ın bu xüsusiyyəti Müaviyə ilə Siffeyndəki döyüşündə daha çox gözəl çarpır. Müaviyə əvvəl suyu ələ keçirtdi. Əli (ə) və onun qoşununu su içməyə qoymadı. Bundan bir az sonra Əli (ə) su olan məntəqəni ələ keçirib onları susuz səhraya qovdu. Həzrətin sahəbələri dedilər: Sən də onlara su içməyə icazə vermə! Qoy susuzluqdan həlak olsunlar və döyüşə ehtiyac olmasın.
Əli (ə) buyurdu: Yox! And olsun Allaha! Mən onlar kimi etməyəcəyəm. Qələbə çalmaq üçün mənə qılınc kifayət edir.
Sonra əmr etdi ki, suyun yolunu bir tərəfdən Müaviyənin qoşunu üçün açıq qoysun.
İyirmi doqquzuncu fəzilət: Həzrətin tədbiri, siyasəti hamıdan çox və Allahın dinində hamıdan ciddi idi. O Həzrət özü buyurmuşdur:

لَو لا التُّقى لَكُنتُ أَدهَى العَرَبِ


«Əgər Allahdan qorxmasaydım və təqvalı olmasaydım, ərəblərin hamısından çox mən hiylə yollarına əl atardım».
Həzrət Əli (ə) din məsələlərində o qədər ciddi idi ki, hətta başqaları ilə öz övlad və qohumları arasında fərq qoymurdu. Bu mətləb Həzrətin «Əqil» və «İbn Abbas» ilə etdiyi rəftarla daha da aydınlaşır. «Əsəl»1 hədisinə və Ümmü Gülsümün boyunbağını ariyə1 almasına diqqət etdikdə görürük ki, Həzrət öz övladı ilə də həmin rəftarı edirdi.2
Həzrət Əli (ə) bəxşiş etdiyi zaman öz bacısı Ümmü Hani və onun əcəm3 kənizi arasında fərq qoymayıb, hər ikisinə 20 dirhəm verdi. Həmçinin Əqil ilə zənci kişinin arasında fərq qoymadı.

قالَ عَقیلُ: لَتَجعَلُنِی وَ اَسوَداً مِن سُودانِ المَدینَةِ واحِداً؟! فَقالَ عليه السلام: وَما فَضلُكَ عَلَيهِ اِلّا بِسابِقَةٍ اَو تَقوى


Əqil dedi: «Məni Mədinənin qara zəncisi ilə bərabər tutursan?»
Əli (ə) buyurdu: «Sənin ondan nə üstünlüyün vardır? İnsanın üstünlüyü tez müsəlman olmaqda və başqasından təqvalı olmaqdadır».

وَ رُوِىَ أَنَّهُ قالَ"عَبدُاللهِ بنِ جَعفَرٍ" لِعَلِيٍّ عليه السلام: يا اَمِيرَ المُؤمِنينَ لَو اَمَرتَنِى بِمَعُونَةٍ اَو نَفَقَةٍ فَوَاللهِ مالِى نَفَقَةٌ اِلَّا اَن اَبِيعَ دَابَّتِى! فَقالَ: لا وَاللهِ ما اَجِدُ لَكَ شَيئًا اِلَّا اَن تَأمُرَ عَمَّكَ اَن يَسرِقَ فَيُعطِيكَ.


Rəvayət olunmuşdur ki, Cəfəri-Təyyarın oğlu Əbdullah Əli (ə)-a dedi: Ey Əmirəl-möminin (ə)! Əgər əmr etsəydin və dolanışığım üçün mənə bir şey versəydilər nə olardı? And olsun Allaha, ailəm saxlamağa bir şeyim yoxdur. Bir atım var, gərək onu satıb ailəmi dolandıram.
Əli (ə) buyurdu:

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə