SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

                                            
108 
MƏNZUMƏ 
Məsnəvi 
Şükrlillah ki, yetişdim kamə,  
Müşkriz olctn bəyazə xamə.  
Hali-məxluqi-əzəl oldu bəyan,  
Can-biçcan gətirdim ünvan.  
Bir neçə dövrlər itmam oldu,  
Gərçi möhnətlə günüm şam oldu.  
Bir tərəf dəğdəğeyi-fikri-məaş,  
Bir tərəf vəsvəseyi-səyü təlaş.  
Bir tərəfdən qəmi-hicrani-nigar,  
Bir tərəf cövri-sipehri-qəddar.  
Gecələr rişteyi-canım yandı,  
Şəm tək ruhi-rəvanım yandı.  
Vəqt kim, mənzilinı oldu xali,  
Düşdü yadimə nigarın xali.  
Xalmı- nöqtə görüb yad elədim,  
Nöqtədən xatirimi şad elədim.  
Qisseyi-Adəmi etdim təhrir,  
Şeysin əhvalını qıldım təstir.  
Oldu təhrir sifati-İdris,  
O ki, hikmətlər edərdi tədris.  
Salehü Hud hekayətlərini,  
Söylədim cümlə rəvayətlərini.  
Eylədim qisseyi-Qabili bəyan,  
Möhnətü kürbəti-Habili əyan.  
Gəldi izharə Xəlilür-rəhman,  
Nəqli-Nəmrudi-ənud oldu əyan.  
Nəqli-Şəddadi-şədid etdi zühur,  
Qoymadım qisseyi-Babildə qüsur.  
Bütşikən ol şəhi-dövran oldu,  
Həzrətə nar gülüstan oldu.  
Ey xuda, dərdimə dərman eylə,  
Atəşi-hiçri gülüstan eylə!  
Masıva hübbini dildən pak et, 
   


                                            
109 
  
Könlümü ayineyi-idrak et!  
Kəbəni qoyma ki, bütxanə ola,  
Dil gərək mənzili-cananə ola.  
Bizə bəs eşqi-xudavəndi-əhəd,  
"Laşərikə ləhu əllahü səməd"*,  
Mustafa haqqına, ey bari-xuda,  
Şərəfi-mərtəbeyi-ali-əba  
Seyyidi eyləmə məhşərdə zəlil,  
Çün olub itrəti-Zəhrayə dəxil.  
Bir üzüqarə qulundur bu fəqir,  
Əfv qıl, hər nə edibdir təqsir! 
  


                                            
110 
HƏSƏDİN MƏZƏMMƏTİ 
Məsnəvi 
Bu ziba nüktəni Şeyxi-Şəbüstər,  
Edibdir "Gülşəni-raz"ında müzmər.  
Əgərçi farsidir ol məani,  
Mən etdim türkiyə təhrir ani.  
Deyib qardaşə etmə etiban,  
Həsəddir qardaşın qardaşə kan.  
Həsudi-canə ad qoydum bəradər,  
Deyirsən naqisin namını xahər.  
Çü şəhvət aralıqda kargərdir,  
Biri fərzənddir, biri pədərdir,  
Məsih-asa atadan sən iba qıl,  
Nişiməngahuvu övci-səma qıl.  
Həsəddən qətl edib Habili Qabil,  
Batıb qanə təni-biçarə Habil.  
Həsəd viranə eylər xanimanı,  
Həsəddir eyləyən viran cahanı.  
Nələr tutdu görün ixvani-Yusif,  
Həsəddən çah olub zindani-Yusif. 
  


                                            
111 
ARZU 
Məsnəvi 
Nə xoşdur yetsə aşiq vəsli-yarə,  
Çəkə can kimi dildarın kənarə!  
Ona şərh eyləyə hicran bəlasın,  
Sirişki-çeşmi-zarın macərasın.  
Xudavənda, behəqqi-İsü Yəqub,  
Məni hicran əlində qoyma məğlub!  
Yetir bu xəstəni vəsli-nigarə,  
Mübəddəl qıl xəzanini bəharə.  
Gözüm görsün rüxi-zibayi-yarı,  
Görüm bəzmimdə yari-gülüzarı.  
Qalıbdır hicrdə avarə Seyyid,  
Bu dərdi-hicrə bilməz çarə Seyyid. 
  


                                            
112 
SEYYİDİN MÜNACATI 
Qəsidə 
Cahan cəhəndədun, ey dustlər, kinayətdir,  
Təsəvvür eyləmə kim, çayi-istirahətdir,  
Əbəs cahan ona ad qoymadılar, ey arif,  
Cahan çü bərqi-cəhəndə məqami-sürətdir.  
Yüz il gər ömr edəsən, can yetən zamanda sona,  
Belə təsəvvür olur, doğduğun bu saətdir.  
Əgər min il edəsən ömr son də Nuh kimi,  
Səfineyi-əməlin qərqi-bəhri-rehlətdir.  
Cahan nə Xızra vəfa eyləyər, nə İlyasə,  
Bu bivəfayə ümid eyləmək səfahətdir.  
Qiyamətin qopar ol gün ki, rehlət eylərsən,  
Cahanda hər nəfəsin bəlkə bir qiyamətdir.  
Xoş ol ki, xitteyi-əcsamo basmayıbdı qədəm,  
Məqami-ruhdə bilqeyb cism rahətdir.  
Nə gəlməyibdi cahanə, nə çəkməyib möhnət,  
Diyari-paki-ədəmdə yatıb, fəraqətdir.  
Nə yarə aşiq olub, nə çəkir qəmi-hicran,  
Nə kan ahü fəğandır, işi nə möhnətdir.  
Təsəvvür eyləmə kim, dövlət ilə rahət olur,  
Kimin ki dövləti çoxdur, qərini-zəhmətdir.  
Puli-məcazdü dünya, əgər onu keçəsən,  
Könül, o səmtə yolun kişvəri-həqiqətdir.  
Zəmanə məzrəədir, onda ək əməl töxmin,  
O töxm bansıdı? Bil: taətü ibadətdir.  
Üzü qara, əli boş, çakərindi Seyyidi-zar,  
Ümidi səndən onun lütfdür, inayətdir.  
Əgər behıştə aparsan, təfəzzülündəndir,  
Əgər cəhənnəmo salsan, yenə ədalətdir.  
Bu qədr cürm ilə səndən deyil könül novmid,  
Bilibdi dərgəhi-mövlani babi-rəhmətdir.  
Cəza günündə bizim kimi rusiyahlərə,  
Mühəmmədi-ərəbi sahibi-şəfaətdir 


                                            
113 
  
A.S. PUŞKİN HAQQINDA  
Qəsidə 
Təaləlla, zəhi-qadir, əlimü əqdəsü əla- 
Ki, məcmui-cahanı altı gündə eylədi peyda. 
Qılıb altımcı gün öz surətində xəlq insani,  
Ədən bağında qoydu şadü xürrəm yavəri Həvva. 
Onun nəslində qoydu bır nicat əhlin ki, aləmdə  
Onunla pak oldu məsiyətdən mərdümi-dünya. 
Nizami-aləmin icrasına hər qərndə bir kəs,  
Rəisül-qövm olubdur ki, dolansın aliyü ədna. 
Vücudə gəldi rusi-pürhünər Nuh oğlu Yafəsdən,  
Dəmi-təqsimdə mülki-şimali etdilər məva. 
Həman rusun adilə adlanıbdır mülki-Rusiyyə  
Və lakin dillərində var idi çox kəsrlər peyda. 
Zəbani-rusi asan etməyə təqrirü təhrirə,  
Əgərçi xeyli zəhmətlər çəkib hər arifü dana. 
Vəli bu axırıncı dəfədə bir əfsəbü əkməl  
Lisanü həm lüğati-rusi etdi tazədən ehya. 
Aleksandr kim oldur Sergeycviç Puşkin ləğəb şair,  
Neçə nafe kitab etmişdi ol şirinsüxən inşa, 
Məcalislər tapıb ziynət o pakın nəsrü nəzmindən- 
Ki, guya hər kitab İncildir, təhrir edən Luqa. 
Romanlar kim edib təhrir ol sərdəftəri-ürfan,  
Əgər guş etsə zövqündən onun Məcnun olur Leyla. 
   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə