SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

bil  Əzizə  xanım  qardaşına  dünyanı  bağışladı…  Əhməd 

əllim  yaxşı  bilirdi  ki,  Əzizə  xanım  bir  işdən ötrü söz 
verm
əz, söz versə,  qurtardı.  O,  sözünün  ağasıdır.  Ağası  da 
oldu… 1979-cu t
ədris ilinə Əzizə xanımın qonorarına Tağılıda 
m
əktəb və  bir  klub  hazır  oldu…  Məktəb  binasının  təntənəli 
açılışı  oldu.  Udulu  sovetliyinin  yeddi  para  kəndi  həmin 
günd
ən sonra məktəbə  “Əzizə  bibinin”  və  ya…  “Bibinin 
m
əktəbi”  adını  verdilər… Məktəbin direktoru təyin edilən 
Əhməd müəllim və  həmkarları  o  təhsil müəssisəsini göz 
b
əbəkləri kimi qorudular. Həmin vaxtdan sonra “Əzizə bibinin 
m
əktəbi”  minlərlə  qonaq qəbul etdi, tədbirlər,  yarışlar,  elmi 
yığıncaqlar, görüşlər keçirdi…  
Ən nəhayət,  1999-cu ildə  həmin məktəbin  20 illiyi  də 
qeyd olundu. M
əktəbin  yubiley  şənliyində  respublikamızın 
onlarla dövl
ət adamları, alimlər, pedaqoqlar, deputatlar iştirak 
etdil
ər, təbriklər söylədilər, Əzizə xanımı xeyriyyəçi, mesenant 
Mahmud Ağa yolunu davam etdirən insane kimi alqışladılar… 
Sonra da Əzizə xanım bir az sevincək, bir az da kövrək 
s
əslə dilləndi: 
–  “
İyirmi  ildir  ki,  kəndə  gəlib-gedəndə,  bu  binanı 
gör
əndə, oradan balalarımın şən səslərini eşidəndə sevincimdən 
gözl
ərim dolur, həm də  qəhərlənirəm… Nə  yaxşı  ki,  Əhməd 
m
əni bu işə sövq etdi… Nə yaxşı ki, bu abidəni elimə-obama 
bağışladım… Nə yaxşı ki, uşaqlıq illərimin ayaq izləri dəymiş, 
anamın  uyuduğu,  ruhunun  dolaşdığı  bu  torpağa  az  da  olsa, 
yarıya  bildim…  Halallıqla  oxuyun,  işləyin və  istifadə  edin… 
M
ənim  əzizlərim,  balalarım,  elim-obam,  canım,  qanım, 
Şirvanım!.. 
Haşiyə:  Ustadım,  Əzizə  xanımın  məsləhəti ilə  tədbirin 
aparıcısı mən oldum. Cavan yaşımda o məclis apardığım möh-
t
əşəm məclislərin  birincisi  idi.  Yaxşı  yadımdadır,  arxivimdə 
olan şəkillər də fikrimi təsdiqləyir. O bayram soraqlı tədbirdə 
Hacıqabul rayonunun aktivləri, keçmiş Udulu sovetliyinin beş 

24 

 


para k
əndinin əhalisi, eləcə də Əzizə xanımın şair, alim, ziyalı, 
deputat dost
ları yaxından iştirak etdilər. Deputatlardan Fəttah 
Heyd
ərov, Tərlan Musayeva  və  başqaları  maraqlı  çıxışlar 
etdil
ər. Deputat F.Heydərov dedi:  “Əzizə xanım respublika-
mızın  ictimai-siyasi həyatında  həmişə  yaxından  iştirak  edir. 
Respublik
a Qadınlar Şurasının sədri kimi gördüyü xeyirxah 
işlər hamımıza bəllidir. Bu gün yubileyinə toplaşdığımız mək-
t
əb onun gördüyü xeyirxah işlərin bir damlasıdır… Bu bayram 
münasib
əti ilə  onun həmyerlilərini təbrik edirəm,  alqışlayı-
ram”. 
“M
ən Əzizə xanımın bədii əsərlərinin vurğunuyam. Hə-
min 
əsərlərdən  yaşıdlarımla  çox  mənəvi keyfiyyətlər öyrən-
mişik.  Belə  bir məktəbin tikilib həmyerlilərinə  ərməğan  edil-
m
əsi  Əzizə  Cəfərzadənin böyük xeyriyyəçi  olduğundan  bir 
daha  x
əbər verir. Cəsarətlə deyə bilərəm ki, o, təkcə ata-baba 
yurdu Udulunun 
deyil,  bütün  Şirvanın  Mahmud  Ağası,  Hacı 
Zeynalab
din Tağıyevidir…” (İsgəndər Etibar)
M
ərasim Hacıqabul Mədəniyyət evi və Təhsil şöbəsinin 
hazırladığı maraqlı konsert proqramı ilə sona çatdı…    
***  
Ümumiyy
ətlə, pedaqoji sahədə əldə etdiyi uğurlara görə, 
Əhməd Cəfərzadə bir çox orden, medal, fəxri fərman və müka-
fatlara layiq görülmüşdür: 1967-ci ildə Moskvada XTN sərgi-
sinin 
qızıl  medalına, 1970-ci ildə  “Fədakar  Əməyə  görə” 
medalına, 1971-ci ildə  “Qırmızı  Əmək  Bayrağı”  ordeninə, 
1976-
cı  ildə  “metodist-müəllim”  adına  layiq  görülmüş  və 
otuzdan  artıq  “Fəxri fərmanla” təltif  olunmuş,  üç dəfə  Azər-
baycan mü
əllimləri qurultayına nümayəndə seçilmişdir…  
Əhməd Cəfərzadə  təkcə  pedaqoji sahədə  çalışmaq,  şeir 
v
ə  nəsr  əsərləri  yazmaqla kifayətlənməmişdir.  Onunla  yaxın-
dan tanış olandan (1970-ci il) sonra yəqin etdim ki, o, Şirvanın 
aşıq,  poeziya,  muğam  və  folklor mühitinin  və  tarixinin, dini 
ocaqlarının, tarixi yerlərinin, qədim adət-ənənələrimizin kamil 

25 

 


bilicisi, toplayıcısı, tədqiqatçısıdır. Hər şeydən əvvəl bir də onu 
y
əqin  etdim  ki,  bütün  bunları  əldə  etməkdən ötrü o, bütün 
Şirvanı  payi-piyada,  oba-oba,  kəndbəkənd,  şəhərbəşəhər gəz-
miş,  minlərlə  insanlarla  görüşmüşdür.  O  zamanlar  70-80 ya-
şında  olan  bu  insanların  –  söyləyicilərin  çoxusu  M.Ə.Sabir, 
A.S
əhhət, C.Cəbrayılbəyli,  T.Əlyarbəyov, M.Məhəmməd-
h
əsən, M.Mahmudbəyov,  Aşıq  İbrahim,  Mahmud  Ağa,  Aşıq 
Nur
əddin,  Aşıq  Bilal,  Kalvalı  Əli,  Ə.Qarayev,  S.M.Qənizadə, 
Y.K
ələntərli, A.Gəraybəyli, E.Əfəndiyev, Hacı Məmmədov və 
b. ya tanıyan, onlarla ünsiyyətdə olan, ya da onlarla məclislərdə 
iştirak etmiş insanlarla dost olmuşlar. Bunun nəticəsidir ki, hal-
hazırda Ə.Cəfərzadənin şəxsi arxivində neçə-neçə xatirə, nağıl, 
əfsanə,  aşıq  və  şairlərin  şeirləri, deyimlər,  ağılar,  mərsiyələr, 
baya
tı dəftərləri yaşayır (Onların bir qismini “Şamaxı”, “Şirvan 
folkloru an
tologiyası”,  “Şirvanın  350  şairi”  kitablarında  oxu-
culara çatdırmışıq – S.Q.). Əminəm ki, böyük alimin şəxsi ar-
xivi gec-
tez geniş tədqiqata cəlb ediləcək və öyrəniləcəkdir.  
Ən maraqlısı  bir də  odur ki, təkcə  Azərbaycanı  deyil, 
ümumiyy
ətlə,  bütün  dünyanı  gəzmək, səyahətə  çıxmaq, 
dünyanın  müxtəlif yerlərində  olmaq  Əhməd müəllimin  ən 
böyük  arzularından  olmuşdur  və  gəzmişdir  də!.. Hər  olduğu 
ölk
ədə, məkanda olan kitabxanalara baş vurur, rus, ərəb, fars, 
türk dill
ərini  kamil  bilən alim  oradan müəyyən  maraqlı 
faktlar 
əldə edir, vətənə dönəndə o yeni məlumatlarla oxucuları 
tanış edirdi… 
O, h
ələ 1940-cı ildə bacısı Əzizə xanımla Bakı-Moskva-
Xabarovsk 
marşrutu ilə qatarla yola çıxmış, 12 yaşında ikən ilk 
d
əfə Moskva və Xabarovsk kimi şəhərləri gəzmişdir…  
1957-ci ild
ə Dağıstanın Mahaçqala, Dərbənd, Buynaksk, 
Xasavyurd, Qarabudaqk
ənd və  s.,  1959-cu ildə  Ermənistanın 
Dilican, Leninakan v
ə  Amasiya,  1960-cı  ildə  Pyatiqorsk, 
Kislovodsk,  Mineralnıy  Vodı,  Jeleznovodsk,  Yesentuki  və  s., 
1965-ci ild
ə  Qaraçay-Çərkəz vilayətini, 1966-cı  ildə  Tbilisi, 

26 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə