SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   2   3   4   5   6   7   8   9   ...   56

Melkumyan 
kimi  faşist  xislətlilər  olmuşlar  (bütün  hadisələr, 
onun 
“Adsız” əsərində təsvir olunmuşdur – S.Q.)
1

H
əbs  olunmasının  səbəbini  Əhməd müəllim özü belə 
göst
ərir: “Həbs  olunmağım  üst-üstə  düşən üç hadisə  ilə 
bağlıdır.  Birincisi,  37-ci ildən üzü bu yana o dövrün bütün 
faci
ələri  gözümün  qabağında  baş  verirdi.  Adamların  arasında 
gizli narazılıqlar dolaşır, amma, təbii ki, heç kəs sözünü ucadan 
dey
ə bilmirdi. Mən bu ümumi narazılığı əks etdirən bir qədər 
şeir yazdım. Şeirlərdə konkret olaraq Stalinin adı çəkilməsə də, 
f
əhmli insanlar söhbətin kimdən getdiyini o saat başa düşürdi. 
İosif  adını  dəyişdirib  Yusif eləmişdim. Fikrini öyrənmək 
m
əqsədi ilə  həmin  şeirləri məşhur  bir  yazıçının  yanına  apar-
dım…  Həmin  adam  şeirləri oxuyandan sonra götürüb verir 
lazımi  yerə  ki, bəs bunu filankəs  yazıb…  İkincisi,  müəllim 
işlədiyim kəndin kənd sovetinin sədri hər il xeyli artıq torpaq 
sah
əsi əkdirirdi. Onun rüşvətxorluğundan, zülmündən cana do-
yan bir neç
ə həmkəndlim  yuxarılara şikayət məktubu göndər-
mişdi.  Zərfin də  üstünü rus dilində  mən  yazmışdım.  Bu 
m
əsələ  ilə  bağlı  kolxoza  komissiya  gəlməyini  əvvəlcədən 
bil
əndə  “kolxoz aktivləri”  yüz  hektara  yaxın  zəmini təcili 
şumlatmışdılar.  Gələn komissiya sədrin tərəfini  saxladı, 
t
orpağın  altından  çıxarılıb  sübut  kimi  göstərilən sünbüllərə 
“otdur”  deyib,  bu  işi  böhtan  kimi  qələmə  verdi. Elə  oradaca 
böhtançıları  cəzalandırıb  “Qazaxıstana”  sürgün etməyi qərara 
aldılar…  Bu  iki  məsələyə,  bir də  kəndin komsomol təşkilatı 
katibi kimi rayon komsomol komit
əsinin plenumundakı  çıxı-
şımda  Uduluda sosial vəziyyətin son dərəcə  ağır  olduğunu 
dediyim
ə  görə  günlərin bir günü məni  Bakıdakı  evimizdə 
h
əbs etdilər. Bu işlərin hamısı, demək olar ki, eyni vaxtda baş 
vermişdi  və  mənim taleyimi həll etmək üçün bir-birini 
1
 
“Ulduz” jurnalı, 1989. “Biz Cəfərzadələr”, 2001 

15 

 
                                                           


tamamlayırdı.  Məhkəməsiz, tribunalsız  həbsdən  sonra  beş  il 
seçki hüququndan  m
əhrum edilmək, ömürlük Azərbaycana 
qayıtmamaq  şərti ilə  mənə  yeddi  il  iş  kəsdilər”  (Gənclik, 
199
0, №7)
 
*** 
Bel
əliklə  o, Sovet hökuməti, Stalin  quruluşu  haqqında 
t
ənqidi  şeirlər  yazdığına  –  “antisovet təbliğatına”  görə  10 il 
azadlıqdan məhrum edilmişdir.  
Əhməd müəllim ilk əvvəl Qorki vilayətinin ən bataqlıq 
ərazisi hesab edilən, “qurşağa qədər bataqlıq olan Suxobezvod-
noye” q
əsəbəsinə  göndərilib. Bir müddət sonra isə  Tayşet 
vilay
ətinə, daha sonra Komi  Respublikasının  Maqadan 
vilay
ətinə aparılmışdır. Burada olan sərt iqlim, ağır iş şəraiti, 
d
əhşətli vəziyyət  24  yaşlı  Əhmədi  əldən  salır,  zəiflədir, 
x
əstələndirir… 
Bir az sonra is
ə  işlər  yaxşı  olur.  Belə  ki, nəzarətçilər 
onun teatr texnikumunu bitirdiyini, 
“artist  olduğunu”  bilən-
d
ən  sonra  düşərgədə  bədii-özfəaliyyət dərnəyi təşkil  etməyi 
ona h
əvalə  edirlər. O gündən  Əhməd  müəllim  düşərgədə 
saxlanılır,  ağır  işlərə  aparılmır.  Hətta bu “gözdən-könüldən 
uzaq” yerd
ə  anasından  öyrəndiyi türkəçarələr  də  onun 
köm
əyinə  çatır.  Bitkilərdən  düzəltdiyi məlhəmlərlə  xəstə 
yoldaşlarına  kömək  etdiyi  üçün  onu  düşərgəyə  “feldşer”  də 
t
əyin edirlər. Təşkil  etdiyi  ansamblla  o,  vaxtaşırı,  bayram 
günl
ərində konsertlər verir, tamaşalar göstərir. Odur ki, hər kəs 
cavan  Əhmədə  hörmət bəsləyir. Həmin illəri ürək  ağrısı  ilə 
xatırlayan  Əhməd müəllim ömrünün sonuna kimi dustaq 
yoldaşları barədə danışmaqdan yorulmaz və deyərdi ki, o illər 
m
ənim üçün ən böyük məktəb oldu: mərdlik, kişilik, düzlük, 
paklıq, dostluq, haqqı-nahaqdan seçmək, hər şeydən əvvəl 
sözünün ağası olmaq məktəbi. Əhməd müəllim milliyətindən 
asılı  olmayaraq  o məktəbin üzvlərinin çoxusu ilə  son illərə 

16 

 


q
ədər  (sağ  qalanlarla)  məktublaşar,  əlaqə  saxlayar,  hətta bir 
çoxlarının  övladları  ilə  də  görüşər,  onların  qonağı  olar  və  ya 
onları kəndlərinə qonaq çağırardı. Həmin insanların hamısının 
adı, soyadı, yeri-yurdu ilə birlikdə bu gün də Əhməd müəllimin 
şəxsi arxivində hifz olunur: Ənvər Vəliyev (Qubadlı), Məşədi 
Muradov (Saatlı), Lazım, İbrahim və Xaybulla (Dağıstan), 
Semeçenko K. (Kiyev), Pennon A. (G
əncə), Kaxbaqorov 
Mixail v
ə Azaryanski (Lvov), Əsəd Məmmədov (Amasiya), 
Zeyni A. (Ağcabədi), … 30 nəfər… 
1954-cü ild
ən ölkədə  siyasi  iqlim  yavaş-yavaş  yumşal-
mağa başladı. Bir çox günahsız, böhtan ucbatından həbs olunan 
insanlar  azad  olunmağa  və  ya həbs müddəti  azaldılmağa  baş-
ladı. Əhməd müəllim özünün dediyi kimi, “dörd il səkkiz ay 
Şimalda saxlandıqdan sonra (M.C.Bağırovun məhkəməsin-
d
ən sonra)  azad olunmuş,  ancaq  1956-cı  ildə  isə  tam bəraət 
almışdır”. 
*** 
Əhməd  Məmməd  oğlu  Cəfərzadə  1956-cı  ilin  yayında 
Udulu Sovetliyinin  Tava k
ənd  sakini  Əlimusa  kişinin  qızı 
Zabit
ə  xanımla ailə  qurmuş  və  bu izdivacdan  onların 
Mahmud,  Aydın  və  Elçin  adında  üç  övladı  olmuşdur.  Öv-
ladların  hər üçü ali təhsillidir.  Onlar  atalarının  şərəfli yolunu 
davam etdirirl
ər (Əhməd müəllimin on nəvəsi vardır. Onlardan 
beşi oğlan, beşi isə qızdır).  
*** 
Əhməd azadlığa çıxandan sonra yenidən kənd məktəbinə 
rus dili mü
əllimi təyin edildi. Belə qərara gəldi ki, necə olursa-
olsun, 
yarımçıq qalmış ali təhsilini başa vursun. Nəhayət, arzu-
suna  çatdı  –  1958-ci ildə  ali təhsilini  uğurla  başa  vurdu
Daha  çox  elmi  yaradıcılıqla  məşğul  olmağa,  pedaqoji  sahədə 
t
əcrübəsini  artırmağa  başladı.  Əhməd müəllim  doğma  mək-
t
əbdə  təşkil  etdiyi  sinifdənxaric  işlərlə  -  “rus dili günü”nün 
keçirilm
əsi,  şairlər, alimlər,  əmək bahadırları,  aşıqlar,  sinə-

17 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə