SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   2   3   4   5   6   7   8   9   10   ...   56

Bir sözl
ə,  həmin məktub və  başsağlığılar  bir daha təsdiqləyir 
ki, atam 
əsl pedaqoq, əsl xalq müəllimi idi…” 
*** 
T
əbii ki, alimin şəxsi arxivində hifz olunan həmin mək-
tubların hamısının məzmunu barədə bu kitabda geniş məlumat 
verm
ək  mümkün  deyildir.  Amma  Əhməd müəllimin məktub-
laşdığı  pedaqoq,  alim  və  şairlərin  adlarının  burada  verilməsi 
onun öz müq
əddəs sənətinə  necə  bir həvəslə  bağlı  olduğunu 
əyaniləşdirir:  Abdulla  Şabanov,  Tomris  Əliyeva,  C.Qəhrə-
manovZ.BudaqovaA.Klimova, A.Daxanoviç, Q.Qomelski 
(Bakı  şəhəri);  Z.A.Şeyman,  I.P.Xarakov  (Frunze); 
F.Jurbalyova  (Düşənbə); A.Qurbanov, E.Dövlətova 
(Aşqabad);  E.E.Reçitskaya, B.D.Rozova (Peterburq); 
N.Xasanov,  Ş.Əbilov  (Qazan);  V.I.Şepeleva (Poltava); 
Z.Andrezen  (Tallin);  I.Bano  (Budapeşt);  R.Beqzi  (Qızıl-
Orda); 
M.Baysman 
(Kişinyov); 
N.D.Qriqoryeva 
(Çerkassk);  Q.Əliyev,  N.Ayzenşteyn  (Moskva);  A.Metsa 
(Tartu); K.Zakiryanov (Ufa); N.Kuintinski (Nalçik)… 
Bu gün h
əmin müqəddəs  ocağa  –  Cəfərzadə  məktəbinə 
r
əhbərlik edən Hacı Elçin Cəfərzadə deyir: 

Düzdür, atamın dost-tanışlarının hamısı böyük ziyalılar, 
sovet dövrünün 
tanınmış  insanları  olmuşlar.  Özləri də  həqiqi 
pedaqoqlar, v
ətəndaşlar  idi. Onların da demək olar ki, hamısı 
dünyasını  dəyişmişdir.  Məktəbimizdə,  atamın  şəxsi arxivində 
olan yadigarlar is
ə tarixdir. Tarixi özündə yaşadan sənədlərdir. 
M
ən də,  övladlarım  –  atamın  davamçıları  da həmin sənədləri 
yaşadırıq,  uzun  illər də  yaşadacağıq.  Tarix  və  ata  yadigarı 
kimi…” 
*** 
Əhməd müəllim təkcə  SSRİ-də  deyil, eləcə  də  xarici 
ölk
ələrdə  keçirilən elmi-pedaqoji konfranslar, festival və  təd-
birl
ərdə  iştirakı  ilə  Azərbaycanın,  dogma  Şamaxının  təhsil 
şöbəsinin  adını  SSRİ  miqyasında  ucaltmış,  həmişə  də  uzaq 

21 

 


s
əfərlərdən  müxtəlif təltif və  mükafatlarla  doğma  məktəbinə 
dönmüşdür. Bu barədə Şamaxı rayonunun aylıq mətbu orqanı 
olmuş  “Yeni  Şirvan”  qəzetinin 25 aprel 1970-ci il  sayında 
Fazil T
ağıyevin  “Bolqarıstan  dəvət  edir”  adlı  yazısında 
oxuyuruq: 
“İkinci  Udulu  səkkizillik məktəbinin rus dili 

əllimi, pedaqoji elmlər namizədi  Əhməd Cəfərzadənin 
adı  indi  respublikamızdan  kənarda  da  tanışdır.  Peşəsini 
ür
əkdən sevən,  ona  bütün  varlığı  ilə  bağlanan  Əhməd 

əllim  “Milli məktəblərdə  rus dilinin tədrisinə  dair” 
Ümumittifaq n
əzəri konfranslarında  həmişə  müvəffəqiyyətlə 
çıxış  etmişdir.  Onun  elmi məruzələri Mahaçqalada, Le-
ninqradda yüks
ək qiymətləndirilmişdir,  mükafatlara layiq 
görülmüşdür”. 
Başqa  bir  yazıdan  öyrənirik:  …  p.e.n.  Ə.Cəfərzadənin 
Leninqradda Ümumittifaq konfrans
ında  “Milli məktəblərdə 
rus dilind
ə  ədəbi-bədii ongünlüklərin keçirilməsi”  mövzu-
sunda etdiyi mühazir
ə,  SSRİ  Pedaqoji  Elmlər  Akademiyası 
v
ə SSRİ Maarif Nazirliyinin birinci dərəcəli diplomuna və 
pul mükafatına layiq görülmüşdür… 
Yen
ə  də  “Yeni  Şirvan”  qəzetinin  başqa  bir  sayında 
oxuyuruq: “Udulu k
əndinə şad xəbər gəlmişdi”Bolqarıstan 
Xalq  Respublikasının  Sofiya  dairəsindəki Lakatik Tibb-
Pedaqoji Ali M
əktəbi  Əhməd müəllimi  bir  aylığa  Bol-
qarıstana  dəvət  etmişdir.  Alim-müəllim indi səfərə  hazırlaşır. 
O,  Bolqarıstanda  olarkən  orada  respublikamızda  rus dili 
t
ədrisinin  əsas  üsulları,  sinifdənxaric  işlər,  Şamaxı  mədəni-
maarif mü
əssisələri  haqqında  məlumat vermişdir.  Əhməd 

əllim  oradan  da  respublikamıza  təltif və  mükafatla dön-
müşdür…”  
Bu 
uğurlu  səfər  barədə  “Azərbaycan müəllimi” qəze-
tind
ə  də  geniş  bəhs  olunmuşdur.  Bununla  yanaşı  görkəmli 
pedaqoq müxt
əlif vaxtlarda Rumıniya  və  Yuqoslaviyada 
elmi-
pedaqoji  konfranslarda  iştirak  eləmiş,  orada  “rus dili 

22 

 



əllimləri üçün təşkil olunmuş kurslarda dərs demişdir”
Bir sözl
ə,  Əhməd Cəfərzadə  1967-1973-cü  illər  ərzində 
d
əfələrlə  Moskvada XTN  sərgisinin  iştirakçısı  olmuş  və 
t
əşkilatın qızıl, gümüş medallarına layiq görülmüşdür…”  
Ən nəhayət, pedaqoji elmlər namizədi Əhməd Cəfərzadə 
uzun ill
ər ərzində çalışdığı, keçmiş SSRİ-nin və dünyanın bir 
çox ölk
ələrində  keçirilən elmi məclislərdə  müxtəlif hissələri, 
f
əsilləri ilə mütəxəssisləri tanış etdiyi doktorluq dissertasiya-
sını 1973-cü ildə müdafiəyə təqdim edir. Əsər görkəmli alim 
v
ə  pedaqoqlar tərəfindən yüksək qiymətləndirilmiş,  SSRİ-nin 
s
əriştəli mütəxəssislərindən  alimə  təbriklər  –  teleqram və 
m
əktublar göndərmişdi… 
H
əmin məktub və teleqramlar alimin şəxsi arxivində bu 
gün d
ə dəyərli hədiyyə, sənəd kimi qorunur, hifz olunur.  
*** 
Haşiyə: Əhməd Cəfərzadə 1948-ci ildən təqaüdə çıxana 
kimi – 
əlli ildən artıq bir müddətdə müəllimlik peşəsini şərəflə 
yerin
ə  yetirmiş,  10  il  Tağılı  kənd məktəbinin direktoru 
v
əzifəsində işləmişdir… Ötən əsrin 70-ci illərində ilk dəfə əlinə 
jurnal alıb sinfə girdiyi Tağılı kənd məktəbi binasının vəziyyəti 
acınacaqlı  idi…  Rayon rəhbərliyi, təhsil  şöbəsi yeni məktəb 
binasının  tikilməsini  nəyə  görəsə  ləngidirdilər.  Bu,  Əhməd 

əllimi çox narahat edirdi. Kəndini, elini-obasını  dərin 
m
əhəbbətlə  sevən  Əhməd müəllim bu məsələ  barədə  bacısı, 
X
alq yazıçısı, professor Əzizə xanıma məlumat verir, Əhmədin 
xarakterin
ə, xasiyyətinə bələd olan Əzizə xanım onun təlaşını 
görüb t
əsəlli verərək deyir: 

Qardaş, heç narahat olma. Məktəbi mən tikdirəcəm. Bu 
yaxınlarda  “Gənclik” nəşriyyatı  mənim  “Aləmdə  səsim var 
m
ənim” romanımı yenidən 20000 tirajla çap edəcəkdir. Ora-
dan m
ənə  çatacaq  qonorara  yaxşı  bir  məktəb tikdirmək olar. 
H
əmin  qonorarı  mən  anamın  uyuduğu  bu  torpağın 
balalarına – şagirdlərə halallıqla bağışlayacam… Bu sözlə, elə 

23 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə