Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

I
»
ali  təhsillilərin  23%-ni  (2512  ali  təhsillidən  539-u  qadın  idi), 
mühəndislərin  10%-ni (134- 14), kənd təsərrüfatı mütəxəssislərinin 
7%-ni (163-12), həkimlərin 39% -ni(169 -  66), iqtisadçılann 5%-ni 
(101  -   15),  mədəni-maarif  işçilərinin  25%-ni  (1682  -   425)  təşkil 
edirdilər.  Orta  ixtisas  təhsilli  mütəxəssislər  arasında  qadınlar  28% 
(251.1  -   739),  kənd  təsərrüfatı  mütəxəssisləri'arasında  3%  (417  -  
13), tibb işçiləri arasında 57% (804 -  462), mədəni-maarif mütəxəs­
sisləri arasında 24% (832-203) təşkil edirdilər [109, s. 29].ı  •
Lakin  bununla  belə  həmin  dövrdə  kənd. qadmlarr  ilə  şəhər 
qadınları  arasında  təhsilin  səviyyəsinə  görə  kəskin  fərq  var  idi. 
Məsələn,  1970-ci  il  siyahıyaalnmaısna  görəj  Naxçıvan  MSSR-də 
şəhərlərdə  540  ali,  251  natamam  ali,  1287  orta  ixtisas,  3078  orta, 
3369  natamam  orta,  4548  ibtidai  təhsilli  qadın yaşayırdısa,  həmin 
ildə kəndlərdə  137 ali,  122 natamam ali, 905 orta ixtisas,  3539 orta, 
11930  natamam  orta,  16278  ibtidai  təhsilli  qadın  yaşayırdı.  Hər 
1000 nəfər qadına şəhərdə  31  ali  (kənddə 3), 452 orta (kəndə  321), 
258 ibtidai (kənddə 317) təhsilli qadlın düşürdü [162, s.  258].
Göstərilən  dövrdə  qadın məsələsinin həlli  sahəsində fəaliyyətin 
• əsas  istiqamətlərindən  biri 
də  Naxçıvanda  qadın 
əmək 
ehtiyatlanndan  səmərəli  istifadə  edilməsi  və  qadınların  məşğulluq 
probleminin həll edilməsi idi.
Respublikada  xalq  təsərrüfatı  sahələrinə  qadınların  cəlb 
olunması  sahəsindəki uğurlara baxmayaraq,  ümumiyyətlə fəhlə və 
qulluqçular  arasında  onların  xüsusi  çəkisi  Azərbaycan  və  SSSR-i 
üzrə orta göstəricilərdən  aşağı idi.  1980-cı illərdə qadınların xüsusi 
çəkisi  ittifaq  üzrə  51%,  Azərabycanda  isə  43%  təşkil  etdiyi  halda 
[150,  s.  53],  Naxçıvanda  bu  göstərici'1970-ci'ildə  39,8%,  1980-cı 
ildə  isə  42%  idi.  80-cı  ilin  ortalarında  iqtisadiyyatda  muzdla 
işləyənlər  arasında  qadınların  xüsusi  çəkisi  bir  qədər  artsa  da 
(1985-ci  ildə 44,9%),  1990-cı ildə bu rəqəm yenidən düşərək 42,2% 
təşkil etmişdi [112, s.  61].  Qeyd etmək lazımdır ki,  1980-cı ildə fəhlə 
və  qulluqçular  arasında  qadmiann  xüsusi  çəkisinə  görə 
Azərbaycan  yalnız  Özbəkistan,  Tacikistan  və  Türkmənistandan 
irəlidə idi. 

1959-cu  ildə  Naxçıvan  MSSR-da  qadınlar  əhalinin  52,6%-ni 
(141  min  əhalinin  74337 nəfəri  qadın idi),  1970-ci  ildə isə 51,3%-ni 
(202187 əhalinin  103707  qadın idi),  (hazırda  50,7%-dir-S.A.)  təşkil 
etdiklərinə  baxmayaraq,  məşğul  əhali  arasında  onlar  39,8%  (36,7
89
.!
I


I
minin  14,6 mini qadınlar idi) təşkil edirdilər [112, s. 61].  '  •
Ş.Muradovun  hesablamalarına  görə,  1960-cı  illərin  sonunda 
Naxçıvanda  əmək  ehtiyatlarının  ictimai  itehsala  və  təhsilə  cəlb 
edilmə  dərəcəsi  77%,  kişilərinki  91,3%,  qadmlarmkı  isə  63,8% 
təşkil  edirdi.  İstehsala  cəlb  edlilməyən  əhali  arasında  qadınlar 
81,9%  təşkil  edirdi.  (Azərbaycanda  90%),  1980-cı  ildə  bu  rəqəm 
Naxçıvanda  89,4%-ə  bbrabər  idi;  [82,  s.  100-101].  Ev  və  şəxsi 
yardımçı  təsərrüfatlarda  məşğul  olanların  82,7%-i  qadınlar idi  [82,
s. 71]. 
•  '
Qadınların  ictimai  istehsala  cəlb  edilməsinin  sosial-iqtisadi  və 
demoqrafik  göstəriciləri  ilə  yanaşı,, bir  sıra  başqa  xüsusiyyətlər,  o 
cümlədən  mənəvi-etik,  aspektləri  də  mövcud  idi.  Belə  ki,  qadın 
əməyindən  istifadənin  spesifik  xüsusiyyətlərindən  biri  də  onların 
ictimai  Jstehsalda'  iştirakı  ilə  yanaşı,  analıq  vəzifələrini  yerinə 
yetirməsi  idi.  Bu  səbəbdən  də  qadın  əmək  ehtiyatlarının  yeri  və 
rolu  təkcə  onların  sayı  ilə  deyil,  həm  də  əhalinin  təkrar  istehsal 
prosesindəki  iştirajcı  ilə  müəyyən  edilir.  Lakin  təəssüflə  qeyd 
edilməlidir ki,  sovet dövründə qadınların istehsala cəlb edilməsi  və 
məşğulluq  problemi  ön  plana  çəkilmiş,  onların  analıq  vəzifəsi  isə 
arxa  planda  qalmışdır.  Nəticədə  SSRİ-nin  bütün  bölgələrində 
olduğu  kimi,  Naxçıvanda  da  əmək  ehtiyatlarının  artımının 
qadınların  hesabına ı  baş  verməsi  cəmiyyətdə  qadının  rolunun 
artmasının əsas göstəricisi kimi qələmə verilmişdir.
Bu  dövr  qadınların  maddi  istehsala  cəlb  edilməsinin  get-gedə 
artması,  qadın,  əməyinin  tətbiqinin  xarakterinin  dəyişilməsi, 
onların  əmək  və  məişət  şəraitinin  yaxşılaşdırılması,  bərabər  əmək 
üçün  bərabər  əmək  haqqı  verilməsi,  ana  və  uşaqların 
mühafizəsinin  və  sosial  yardımların  və  s.  , tədbirlərin  həyata 
keçirilməsi ilə.müşayiət olunurdu.
Bu  məqsədlə  Naxçıvan  MSSR-də  qadınların  ictimai  istehsalda 
iştirakının  artırılmasına  kömək  edən  müəssisələrin  tikilməsi  və 
inkişafı  üçün  tədbirlər  görülmüşdü.  Qadın  əməyinin  tətbiq 
edilmədiyi  və  nisbətən  az  tətbiq  edildiyi  yerlərdə,  onun  geniş 
surətdə tətbiqi üçün əl əməyinin həlledici yer tutduğu əsas köməkçi 
sahələrdə mexanikləşdirmə səviyyəsinə geniş fikir verilirdi.
1959-cu  ilin  siyahıyaalma  məlumatlarına  görə,  Naxçıvan 
MSSR-də  ictimai  istehsala  cəlb  edilmiş  qadınların  89,2%  maddi 
istehsal sahələrindəı işləyirdi.  Maddi  istehsalda çalışanların  84,2%-i
I * 
I
1


kənd  təsərrüfatında,  3,6%-i sənayedə,  1,4% isə ticarət, ictimai-iaşə, 
tədarük,  satış,  maddi-texniki  təchizat  sahələrjndə  çalışırdı.  Qeyri- 
istehsal  sahələrində  çalışanların  yalnız  8,2%'maarif,  elm,  mədə­
niyyət, incəsənət sahələrində fəaliyyət göstərirdi  [161, s.  71].
1960-cı  illərin  sonunda  Naxçıvanda  ictimai  istehsala  cəlb 
olunmuş  qadınların  sahələr  üzrə  bölünməsi  aşağıdakı  kimi  idi: 
kənd  təsərrüfatı  -   70,7%,  maarif  8,2%,  səhiyyə  8,4%,  sənaye  -  
5,6%,  tikiş -  0,6,% nəqliyyat -  3,7%,  ticarət və ictimai iaşə -   1,9%, 
məişət xidməti -  0,4%, mənzil təsərrüfatı -  0,7% [89, s. 41].
1959-cu  ildə Naxçıvan MSSR-də məşğul  qadınların  8%-i fəhlə, 
8,3%  qulluqçu,  83,7%-i  kolxozçu  idisə,  1979-cu  ildə  bu  rəqəmlər 
müvafiq  olaraq  34,6%,  16,4%,  47,8%  təşkil  edirdi.  Göründüyü 
kimb  20  il  ərzində  Muxtar  Respublikada  fəhlə  qadınların  xüsusi 
çəkisi  26,6%,  qulluqçu  qadınların  xüsusi  çəkisi  8,1%  artmış, 
kolxozçu qadınlarını sayı isə 35,9% azalmışdı.
Göstərilən dövrdə qadın əməyinin istehsala tətbiqinə görə kənd 
təsərrüfatı  birinci  yeri  tuturdu.  Kənd  təsərrüfatında  qadın 
əməyinin sənayeyə nisbətən  daha geniş olmasının bir çox səbəbləri 
var idi.  Burada birinci növbədə 50-80-cı illərdə Muxtar Respublika 
əhalisinin  əksəriyyətinin  (1970-ci illərdə  75%)  kəndlərdə yaşaması, 
kənd  təsərrüfatında  ixtisaslı  kadrlara  tələbin  olması,  kənd
t
təsərrüfatı  işlərinin  mövsümü xarakter daşıması  və  başqa  bu  kimi 
obyektiv  amillərlə  yanaşı,  bir  sıra  subyektiv  amillər  də  az  rol 
oynamırdı.  Kənd  təsərrüfatında  əmək  haqqının  aşağı  olması 
Naxçıvanın  kəndlərində  yaşayan  kişilərin  iş  dalınca  başqa 
respublikalara,  Azərbaycanın  digər  şəhərlərinə  getməsinə,  eyni 
zamanda  Muxtar  Respublikanın  daxilindəki  şəhər  və  rayon 
mərkəzlərində  yerləşən  sənaye  müəssisələrində  işləməsinə  gətirib 
çıxarırdı.  Nəticədə  kəndlərdə  ağır  fiziki  işlərin  (pambıq,  üzüm, 
tütün,  meyvə  yığımı,  alaq etmək,  suvarma,  budama və  s.)  90%-ini 
qadınlar görməli olurdular.
Ümumiyyətlə,  60-80-cı  illərdə  Azərbaycanda  kolxozçular  ara­
sında  qadınların  xüsusi  çəkisi  artmaqda  idi.  1965-ci  ildə  qadmdar 
kolxozçuların  ümumi  sayının  47%-ni,  1975-ci  ildə 48%-ni,  1980-cı 
ildə  50%-ni  təşkil  edirdilər  [150,  s.  71].  Azərbaycan  kolxozçuları 
arasında qadınların  xüsusi  çəkisi  başqa keçmiş SSRİ respublikala­
rına  nisbətən  (Özbəkistan,  Gürcüstan  və  Moldaviya  istisna  edil­
məklə) üstun olmuşdur.  1980-cı ildə qadınların  xüsusi çəkisi ittifaq
91
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə