Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə32/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   28   29   30   31   32   33   34   35   ...   80

YUNESKO-nun  2  noyabr  2001-d  il  "Mə­
dəni  müxtəliflik  haqqında  ümumdünya  bə­
yannaməsinin  2-ci  maddəsində  (mədəni  müx­
təliflikdən  mədəni  plüralizmə  doğru)  mədəniy­
yətin məhz bu meylini nəzərd ə tutaraq göstərilir ki, 
getdikcə daha da çoxcəhətli olan cəmiyyətimizdə 
plüralist, çoxçeşidli və dinamik mədəniyyətə ma­
lik  insanların  və  birliklərin  harmonik  qarşılıqlı 
fəaliyyətini  və  yanaşı  yaşamaq  cəhdlərini  təmin 
etmək  lazımdır.  Bütün  vətəndaşların  inteqrasi­
yasını  və  iştirakını  təşviq  edən  siyasət  vətəndaş 
cəmiyyətinin  və  sülhün  həyatiliyinin,  sosial  bir­
liyin  rəhnidir.  Bu  mənada  mədəni  plüralizm 
mədəni müxtəlifliyin reallıqlarına siyasi cavabdır. 
Demokratiya  ilə  sıx bağlı  olan mədəni plüralizm 
cəmiyyətin həyati gücünün mənbəyi olan mədəni 
mübadilələrin  və  yaradıcılıq  qabiliyyətlərinin 
çiçəklənməsi üçün münbit şərait yaradır.
Multikulturalizm  əleyhdarlan  multikulturaliz- 
min ictimai diskursu etnikləşdirdiyini, ayn-seçkiliyi 
gücləndirdiyini qeyd edir və göstərirlər ki, bunun­
la  da multikulturalist cəmiyyətdəki sosial, iqtisadi, 
siyasi,  regional  maraqlar  arasındakı  ziddiyyətlər 
etnik, dini ziddiyyətlər kimi özünü büruzə verirlər. 
Sosial  münaqişələrə  etnik  don geydirməklə  multi­
kulturalizm  ideoloqları  onların  həllini  uzatmağa, 
cəmiyyətdə  təcridçiliyin  güclənməsinə  səbəb  olur­
lar. Multikulturalizm müəyyən şəraitdə milli-etnik 
insan  birliklərinin  özünə  qapanmasıru  və  insanlar
п>г
Sevda Ağamirzə qızı Əhadova
arasında  stiru  sərhədlər yaradılmasını  şərtləndirir, 
"könüllü qapalı dairə" formalaşdmr. Yaxud mədəni 
identikliyin mütləqiəşdirilməsi, mədəniyyətin arxa- 
ik  cizgilərinə  üstünlük  verilməsi  şəxsiyyətin  azad 
inkişafına əngəllər törədilməsinə gətirib çıxanr [16, 
98].
Müasir  dünyada  milli  identikliyin  (kimliyin) 
qorunub saxlanılması problemi şəxsiyyətin sosial 
identikliyinin tərkib hissəsi kimi çıxış edir. Mədəni 
identiklik milli-etnik identikliklə sıx əlaqədardır, 
lakin onlar eyniyyət təşkil etmirlər. Etnik identik­
liyin  postulat  kimi  qəbul  edilməsi  heç  də  ümu­
mi  vətəndaş  identikliyini  inkar  etmir.  Özünü 
konkret etnosla eyniləşdirmək Azərbaycan xalqı, 
cəmiyyəti, mədəniyyəti ilə eyniləşdirməni istisna 
etməməlidir.
Adı,  gündəlik  səviyyədə  çox  zaman  etnik 
identikliklə  milli  identikliklə  qanşdırılır.  Lakin 
V.Mejuyevin göstərdiyi kimi, "etnosdan fərqli ola­
raq millət mənim doğulduğum andan malik oldu­
ğum fakt deyil,  mənim öz iradəmin və şəxsi seçi­
mimin  nəticəsidir.  Etnosu  mən  seçmirəm,  milləti 
isə seçirəm, seçə bilirəm... Millət fərdin dövlət, so­
sial,  mədəni mənsubiyyətdir,  antropoloji  və  etnik 
müəyyənliyi  deyil"  [144,  16].  Fərdin  özünüdərk 
etməsi  etnosüstü  əsasda  da  formalaşa  bilər 
(məsələn, kanadalı, amerikanlı, isveçrəli, belçikalı, 
azərbaycanlı kimi). Milli identiklik müəyyən siyasi 
(milli dövlət) və mədəni (milli mədəniyyət) birliklə 
özünü eyniləşdirməni nəzərdə tutur [150,673-680].
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Azərbaycan  filosofu  R.Aslanovaya  görə  mil­
li  identiklik  şəxsiyyətin  özünün  müəyyən  millətə 
mənsubluq  hissini  şüurlu  olaraq  dərk  etməsinin 
nəticəsi  olub,  kimliyini  müəyyən  edən  sosial- 
psixoloji  və  sosial-mədəni  fenomendir  [18,  237]. 
Milli  identikliyin  makro  və  mikroidentiklik  müs­
təvilərini vurğulayan müəllifə görə bu müstəvilər 
etnik identiklik səviyyəsindən milli və vətəndaşlıq 
identikliyi səviyyəsinə doğru dinamikam, identik­
liyin məzmununun daha da zənginləşməsini və ta­
mamlanmasım nəzərdə tutur.
R.Aslanova  da  milli  identikliyin  çoxçalarlı 
mahiyyətə malik olduğunu,  buraya  dini,  mədəni, 
mənəvi,  sosial,  siyasi  və  s.  identiklik  qatlanmn 
daxil olduğunu bildirir və göstərir ki, ən vacib olan 
milli  identikliyin  formalaşmasında  bu  qatlar  ara­
sında  balansın  saxlanılmasına  nail  olmaqdır  [18, 
237].
2011-ci  ilin oktyabrında  Bakıda  keçirilmiş  XXI 
əsr:  ümidlər  və  çağmşlar  Bakı  Beynəlxalq  Fo­
rumunun qəbul etdiyi Bəyannamənin bir müddəası 
bu baxımdan diqqəti cəlb edir. Bəyannamədə etnik 
və mədəni özünüdərk arasmda azad seçimin təmin 
edilməsi  və  insanların  əsas  hüquq  və  azadlıqları­
nın  bərqərar  edilməsi  zəruriliyinin  vurğulanması 
identiklik probleminin heç də birmənalı olmadığı­
nı bir daha sübut edir [30].
Milli  identiklik  hər bir  insanın  yaşadığı  ölkə, 
onun xalqı haqqında malik olduğu təsəvvürlər, on­
lara mənsubluq hissidir. Akademik R.Mehdiyevin
m
Sevda Ağamirzə qızı Əhədova
qeyd etdiyi kimi, Azərbaycan dövlətinin identikli­
yi tarixi mahiyyət daşıyır və etnik təməl ünsürün
həmçinin ərazi-coğrafi, mədəni və dini ünsürlərin 
mövcudluğu  nəticəsində formalaşmışdır. Bu gün 
o  "siyasi kredo"  ("Azərbaycan kredosu"  -  Ramiz 
Mehdiyev)  ilə  daha  da  zənginləşmişdir.  Bu  kre­
donun  tərkib  hissəsini  milli  həmrəylik,  insanla­
rın bərabərliyi, şəxsiyyət azadlığı, ədalət, yüksək 
təhsil  və  mədəni  potensial,  demokratiya,  liberal 
iqtisadiyyat,  modemizm, qərbə inteqrasiya  təşkil 
edir [144, 592, 609-610].
"Mədəniyyətlərarası  dialoqa  dair  "Ağ  ki- 
tab"da  hər  bir  insanın  öz  mədəniyyətini  azad 
seçmə  azadlığına  malik  olmasmın  önəmliliyinə 
diqqət  çəkilərək,  hər  kəsin  eyni  vaxtda  və  öz 
həyatlarının  müxtəlif  mərhələlərində  istənilən 
mədəni  birliklərin  üzvü  ola  bilmək  hüququ  da 
təsbit  olunur.  Kitabda  göstərilir  ki,  hər  bir  fərd 
müəyyən  dərəcədə  öz  irsi  və  sosial  mənşəyinin 
məhsulu  olduğu  halda  müasir  demokratiyalar­
da hər kəs müxtəlif mədəni  birliklərə inteqrasiya 
olunmaqla öz mənsubiyyətini  zənginləşdirə bilər 
[70a].
Etnologiyada etnik identikliyin (kimliyin) müx­
təlif növləri, aspektləri, səviyyələri (monoetnik, bi- 
etnik, marginal, hipertrofik (ifrat), kosmonolit, nor­
mal, etnosentrik, etnodomınant, etnik fanatizm, et­
nik indifferantlıq, etnonihilizm, ambivalent, şüurlu 
və şüursuz, tam və natamam identiklik və s.) möv­
cuddur  [119].  Özünü  ümumvətəndaş  birliyinin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
а 5


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə