Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə12/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

 
52
 
 
 
YAXŞILAR 
 
Yaxşılıq etməyə tələsin. 
Məhəmməd peyğəmbər (s.a və a.s.) 
 
Dünya elə yaranışdan yaxşıdır, 
yaxşı səma, yaxşı Günəş, yaxşı Ay. 
Ömrümüzün, bəxtimizin naxşıdır 
yaxşı sutka, yaxşı həftə, yaxşı ay. 
 
Xoş günlərin carçısıdır, əl eylər
dağda-daşda cığır salar, yol eylər. 
Nemət adlı ruzisini bol eylər 
yaxşı payız, yaxşı bahar, yaxşı yay. 
 
Bardan qalar onsuz bostan, bağ, zəmi, 
elimizin, obamızın zəmzəmi. 
İsti gündə təşnəmizin məlhəmi 
yaxşı bulaq, yaxşı kəhriz, yaxşı çay. 
 
Bir dəmət tut bağından gül dərilsə, 
sözdən yarat, ömür qəsrin hörülsə. 
Müdriklikdir, təmannasız verilsə 
yaxşı bəxşiş, yaxşı sovqat, yaxşı pay. 
 
Ay Fəxrəddin, ötüşdükcə ruzgar
hər arzudan, kaş doğa bir xoş qərar. 
Nə yaxşı ki, hələ vardır yaxşılar, 
yaxşıların yaxşısını yaxşı say! 
 
 
 
 
 


 
53 
BİZİ BAĞIŞLAYAN OLARMI 
 
Məni bağışlayan olarmı? – Çətin! 
                              Məmməd Araz 
 
Heyvanlar arasında belə bir “təbii əxlaq” qaydası mövcuddur. 
Dəstə halında  yaşayan heyvan növlərinin əksəriyyətində nəsil 
artırma zamanı erkək cinslər arasında “ata” olmaq haqqını qazan-
maq uğrunda bir vuruş başlanır. Çünki erkək cinslərdə olan bu 
“şüursuz” adlandırdığımız qısqanclıq və ya qürur hissi dişi heyvan-
larla cinsi əlaqəyə girməyə çalışan hər hansı bir erkəyə qarşı düş-
mən, rəqib hissi yaradır. Bu da onların arasında sərt vuruşa səbəb 
olur. Və nəticə etibarı ilə “təbii əxlaqda” cinsi əlaqəyə ən güclü er-
kəklər girə bilir. 
Bu vuruş bir sıra heyvanlar –  ələxüsus, canavarlar, dəvələr eləcə 
də dağ keçiləri, atlar və s. arasında daha şiddətli keçir. Uduzub dəstə-
dən qovulan canavarın Yalquzaq, dəvə döyüşünün “nər döyüşü”, qa-
lib dəvənin Nər adlandırılması, həm də bu sözlərin aforizmə, məsəl 
hədəfinə çevrilməsi heç də təsadüfü deyildir. 
Deməli təbii seçmədə zəif, xəstə heyvanlara “ata” olmağa, övlad 
dünyaya gətirməyə imkan verilmir! 
Bəzi yırtıcı heyvanlar isə, bu təbii məntiqlə, öz zəif balalarını hə-
lə körpə ikən parçalayıb öldürür. 
Bəlkə də ağıl yox, instinkt adlandırdığımız bu hiss təkcə eqoizm 
deyil, həm də canlıların öz gələcək nəsillərini daha güclü və sağlam 
yaratmaq istəyidir? 
Bax, budur sərt, qəddar və müdrikcəsinə düşünülmüş yaşamaq 
uğrunda mübarizənin məntiqi davamı... 
 
Sən bir təbiətin məntiqinə bax, 
bu dəmir qanunu yazana şükür. 
Təbii seçimdə nəsil artırmaq, 
yalnız güclülərin payına düşür. 
 
Sən demə, hər dəfə cütləşmə vaxtı 
dəstənin içində başlar bir vuruş. 
Didər bir birini qızmış erkəklər, 
qorxutmaz onları bu qanlı yarış. 


 
54
 
Bu ər savaşına baxar qıraqdan, 
bir sürü, bir ilxı, bir naxır heyvan. 
Qorxaqtək tanınar meydandan qaçan
güclülər vuruşar, ta axıracan. 
 
Gücsüzün, acizin burda yeri yox, 
yalnız qüvvətlilər ər ola bilər. 
Dəvə dəstəsində erkəklər nə çox, 
fəqət onda biri Nər ola bilər. 
 
Vuruşar dəvələr qan-tər içində, 
vuruşar taqətdən düşənə qədər. 
Təbii əxlaqda, qanlı seçimdə, 
demək güc hər şeyi həll edə bilər. 
 
Qalib erkəkləri dişi heyvanlar 
qəbul eyləyirlər ixtiyar kimi. 
Dəstənin içində həmişə onlar 
gəzirlər hər şeyə haqqı var kimi. 
 
Vuruşda uduzan erkəyin isə 
haqqı yox dişiyə yaxın durmağa. 
Bəlkə də gələcək nəsil naminə 
gücsüzü qoymurlar “ata” olmağa. 
 
Zəifə heç harda yer yoxmuş, heyhat 
ya ər olmalısan, ya da ölməli. 
Ana dediyimiz cahanda həyat 
həm ağlamalıdı, həm də gülməli. 
 
Bu acı həqiqət, bu ağır hökm 
nə qədər düzgündür, bilə bilmərəm. 
Ancaq ali həzzdən məhrum olanın 
tapdanmış haqqına gülə bilmərəm! 
 


 
55 
 
Fəqət bir həqiqət gün kimi aydın:  
– Ər ola bilməzlər zəif erkəklər. 
Qoy bu sözlərimi yersiz saymasın 
qızəndam kişilər, zərif erkəklər. 
 
Döl verə bilsəydi qorxaq Yalquzaq, 
nəsli yer üzündən silinəcəkdi. 
Dəvənin belində güc olmasaydı, 
Uzaqdan-uzağa bilinəcəkdi. 
  
Nə çoxmuş dünyada təzadlı rənglər, 
vəhşilər seçilir hər işləriylə. 
Didib parçalayır ana pələnglər 
xəstə ənikləri öz dişləriylə. 
 
Bu yolla çoxalıb canavar nəsli
bu yolla artıbdı nər oğlu nərlər. 
Bu qədər kölətək yaşadıq bəsdi, 
qoy qalxsın ayağa ər oğlu ərlər! 
 
Cəsarət, güc, qüvvət – nə böyük anlam, 
ən böyük amallar burdan başlanır. 
Güclüyəm, deməli haqqım var qalam, 
zəifəm, deməli yurdum daşlanır. 
 
Bu yerdə yaranıb “qeyrət” kəlməsi, 
bu yerdən başlanır “namus” anlamı. 
Heyf, silkələmir bu söz hər kəsi, 
heyf, mənasını anlamır hamı. 
 
Hərdən bu hikmətlə qalıb üz-üzə,  
öz xəcil halıma acıyıram mən. 
Dəstədən qovulan Yalquzaq kimi 
dişimi boşuna qıcayıram mən. 
 


 
56
 
Yüz ildir Vətəndən qovuluruq biz, 
yüz ildir tapdanır qəbirlərimiz. 
Az qala tarixdən silinib təmiz 
neçə and yerimiz, pənah yerimiz. 
 
Qulaq as, yurddaşım, dinlə, qardaşım, 
özgə köməyiylə yarımaq çətin. 
Bu cəfəng xülyadan bir yolluq daşın, 
qorxmaz ol, igid ol, mətin ol, mətin! 
 
Dünyanın dəyişməz qanunudur bu, 
“qadını ər doğmaz qorxaq millətin”.
*
 
Düşmən tapdağına çevrilər yurdu, 
namusu, qeyrəti axsaq millətin! 
 
 
 
QULAQ AS, BALA 
 
Dünya duyğu yeri, nəşə yeridir, 
gəncliyi qəflətlə yatmazlar, bala. 
İnsanda çox şey var zinətdən baha
hər pula gedəni satmazlar, bala. 
 
Həyatda hər şeyin əks üzü var, 
yaxşının pisi var, kəcin düzü var. 
Əməl tarazlanır, geci-tezi var, 
nahaqdan günaha batmazlar, bala. 
 
Qocalar evinə ayaq bas bir gün, 
bənizlər kədərli, baxışlar küskün. 
Can qurban edərlər valideyn üçün
atanı, ananı atmazlar, bala. 
 
                                                 
*
 Misra M.Arazыndы 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə