31
QALXIN Kİ, QALXAQ
Ön cəbhə xəttində ayıq-sayıq dayanan əsgərlərimizə
Siz ey bu torpağın ər oğulları,
mətin insanları, nər oğulları.
Hələ qarşımızda ağır imtahan,
hələ çiynimizdə əzablı yük var.
Qalxın, nərənizdən qızışsın meydan,
qalxın, zərbənizdən titrəsin dağlar.
Siz ey cəbhə boyu ayıq olanlar,
gecəni sübhətək oyaq qalanlar,
gözünüz rəqibdə olsun həmişə,
əliniz tətikdə olsun həmişə.
Cəsurlar ölməyə, uduzmağa yox,
qələbə əzmiylə girir döyüşə.
Siz ey şir biləkli, qartal gözlülər,
yolundan dönməzlər, kişi sözlülər.
Rəqib önünüzdə duruş gətirməz,
əgər qarşısında sipər olsanız.
Vətən sərhəddindən quş səkə bilməz,
siz orda keçilməz çəpər olsanız.
Siz ey and yerimiz, güvənc yerimiz,
səcdəgah yerimiz, söykənc yerimiz.
Uyduq hiyləsinə kələkbazların,
onların istəyi, sevgisi üzdə.
Marağı ayrıymış bu işbazların,
ümid də sizədir, qüvvət də sizdə.
Siz ey mələk kimi təmiz əsgərlər,
övlad, qardaş qədər əziz əsgərlər.
Sizin çiyninizdə qorunur Vətən,
sizin adınızla tanınır Vətən.
Amandı, sıx durun səf sıranızda,
əsgər gücsüz olsa, tez sınar Vətən.
32
Siz ey ön cəbhədə xidmət edənlər,
özünü Vətənə qurban deyənlər.
Kimsə deyə bilməz qurbanlıq sizə,
qəhrəman oğullar, igid oğullar.
Bütün bu el-oba qurbandır sizə,
ey torpaq uğrunda şəhid oğullar.
Siz ey döyüşlərdə ad qazananlar,
ayaq izləriylə tarix yazanlar.
Min ilin tarixi ibrətdir bizə,
qorunur o yurd ki, qorxmazı çoxsa.
Qalxın, örnək olun bir-birinizə,
Allahın izniylə qalxın ki, qalxaq!
MƏN SARAY ŞAİRİ OLA BİLMƏRƏM
Məni dost-doğmalar qınamasın, qoy,
tanımır çoxları, tanımasın, qoy.
Tutduğum yolumu aza bilmirəm,
fəxriyyə, mədhiyyə yaza bilmirəm.
İstərəm görünəm olduğum kimi.
yazam hər misramı duyduğum kimi.
Süni şan-şöhrətə çəkməyir meylim,
mənim xarakterim bu cürdü, neynim?
Öyrəşə bilmərəm yalaq olmağa,
təhqir uda-uda calaq olmağa.
Yarınıb pay ummaq-şərəfsiz hünər,
o hörmət gətirər yaltaqlıq qədər.
Mənə cah-calalsız bir ömür yetər,
könlüm dostluğu da minnətsiz istər.
Çox gördüm vaxt-bivaxt mədh deyənləri,
axır xəcalətdə keçdi günləri.
Ortaya çıxmağa üzü olmadı,
özü xəcil oldu, sözü qalmadı.
Şair öz-özünü dərk edən anda
33
minnət götürməsin Allahından da.
Hamıya bir baxsa şairin gözü,
onda heç bir qüvvə sındırmaz bizi.
Şairlər dünyanın söz sərkərdəsi,
dinsin avazında, qoy xalqın səsi.
Mədh deyən şairin özü fəlakət,
boğazdan yuxarı sözü fəlakət.
Şeiri söykənmirsə səmimiyyətə,
demək satılıbdır şair şöhrətə.
Başını dik tutmur, əyirsə, əlbət
keçir urəyindən mənsəb, var-dövlət.
Gərək silkələsin haray şairi,
mən ola bilmərəm saray şairi!
Mədh üçün sarayda qalsam, ölərəm,
harınlardan «ilham alsam», ölərəm.
Yalandan xəyala dalmaq nə çətin,
hiyləgər mehriban olmaq, nə çətin!
Məqsədli ağlaya-gülə bilmərəm,
mən saray şairi ola bilmərəm.
Heç yerdə, heç zaman ola bilmərəm,
əlaman, əlaman, ola bilmərəm!
KİŞİLİK
Kişilik təkcə güc-qüvvətdə,
comərdlikdə və cəsarətdə deyil.
Kişilik nə də gözəl surətdə, şux qamətdə
və ya şan-şöhrətdə deyil.
Kişilik həm də işgüzar olmaqdı,
fərasətlilikdi, pul qazanmaqdı.
Kişilik geniş ürəklilikdi,
mərhəmətlilikdi, səxavətlilikdi.
Bunun üçün insan gərək hər yaşında
çalışıb pul qazansın
həm də onu şövq ilə xərcləməyi bacarsın.
34
Çünki müəyyən yaşdan sonra
ətrafı ixtiyar kişidən
köməklik və imkan umur.
Kömək umanlar da bir-iki dəfə ilə
usanmır, durmur.
İxityar kişi olmaq istedadlı,
elmli, hətta qəhrəman olmaqdan da çətindi.
Bunun üçün gərək, ən əvvəl,
yaxşı qazana biləsən.
Sonra da səndən köməklik umanların
fərqinə varmayasan,
bu yaddı, bu doğmadı
və ya külfətindi.
Kişisən hamısına eyni gözlə bax,
əzizin kimi dinlə, dindir.
Bu cür məqamlarda çalış öz içində
bütövlük, böyüklük ara.
Gözlərini yumub, sağ əlini
ürəyinin üstünə qoy sonra!
Əgər ürəyin beyninə səxavət və mərhəmət sevgisi
diqtə edə bilirsə, əhsən.
Demək o anda sən imam, peyğəmbər
məqamınacan yüksəlmisən.
Demək sən də səxavətdə, ədalətdə
müdriksən, mürşidsən, öndərsən, dahisən,
ətrafın üçün ucalıq mücəssəməsi olan
əsl kişisən!
Eh, əsl kişi olmaq da bir ayrı dərddi,
çünki zaman onlara qarşı həmişə sərtdi.
əsl kişinin ürəyinə gizli göz yaşı damar.
Əsl kişi çətin bir kimsədən
özü üçün nəsə umar.
Əsl kişi imkansızlaşanda
hamıdan gizlicə,
əlini sakitcə
ürəyinin üstünə qoyar
və ... həyata gözlərini əbədi yumar!
35
YERİYİN DÜŞMƏN ÜSTÜNƏ
(Döyüşən əsgərlərimizə)
Savaşda zəfər qazanın.
Məhəmməd peyğəmbər (s.a və a.s.)
Haydı igidlərim, cürət vaxtıdır,
yeriyin, yeriyin düşmən üstünə.
Ya olum, ya ölüm – qeyrət vaxtıdır,
yeriyin, yeriyin düşmən üstünə.
Yenə qan içində Turan, qardaşım,
nə qədər yurd-yuvan viran, qardaşım.
Düşmənlə üz-üzə duran qardaşım,
yeriyin, yeriyin düşmən üstünə.
Aldandıq vədlərə, “bu gün-sabaha”,
vaxt indi bizimçün hər şeydən baha.
Biz ala bilməsək, qayıtmaz daha
*
,
yeriyin, yeriyin düşmən üstünə.
Yaşlılar xiffətdən düşdülər dərdə,
getdi həya, abır, götürüldü pərdə.
Qız-gəlin o tayda, “qanunsuz ərdə”,
yeriyin, yeriyin düşmən üstünə.
İndi xalqın güvənc yeri sizsiniz,
Babəkin, Həzinin biri sizsiniz.
Bu cansız torpaqda diri sizsiniz,
yeriyin, yeriyin düşmən üstünə.
*
90-ъы иллярин яввялляриндя ермяни ишьалчылары тяряфиндян зябт едилмиш 20%
яразийя ишарядир.
Dostları ilə paylaş: |