Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə10/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

 
41 
 
                                        *** 
Ara, ömrün boyu gəz gözəlliyi
kor olsun, görməsə göz gözəlliyi. 
Harda gözəl varsa ora ocaqdı, 
müqəddəs sayırıq biz gözəlliyi. 
                                        *** 
Dolan, kainatı tanı, nə gözəl, 
anla hər məqamı, anı, nə gözəl. 
Özün bu dünyada bir əsr yaşa, 
adın bu torpağın sanı, nə gözəl! 
                                        *** 
Bir gözəl boylanıb baxır qıyqacı, 
könlüm o baxışın, üzün möhtacı. 
Kaş bir yol o afət olaydı mənim 
yaramın məlhəmi, başımın tacı. 
                                        *** 
Bir nazənin öpüş verdi bir ixtiyar qocaya, 
səksən yaşlı o qocanın dünya döndü gözündə. 
Bu sərməstlik nəşədən çox əzab idi, Xudaya, 
o gözəl özündəydi, nə o qoca özündə! 
                                        *** 
"Can" söylə, bal olsun sözün, bacarasan, 
çək bu gözəllərin nazın, bacarsan, 
arabir oduna qızın, bacarsan, 
çünki gözəllərə gözəldi dünya!  
                                        *** 
Bütün əməllərin gözü yaxşılıq, 
bürüsün, qoy çölü, düzü yaxşılıq. 
Nəcib arzulara körpü salaraq
çəkir arxasınca bizi yaxşılıq. 
                                        *** 
Çətində “Allaha təvəkkül”, dedin, 
tapar öz həllini hər müşkül dedin. 
Ömrü cəhalətdə keçirtdiyindən , 
ancaq din əhlinə sən kamil dedin.   


 
42
   
                                        *** 
Çaşıb, nadanları bəzən el bildik, 
istisi azalan közü kül bildik. 
Taxıl zəmisində bitən laləni 
hərdən alaq bildik, hərdən gül bildik. 
                                        *** 
Yalandan içilir yüz andlar yenə
qalır əl altında quranlar yenə. 
Millətin qanını soran kəslərdir 
millətin başında duranlar yenə. 
                                        *** 
Düzlük azdır, əyri çox, 
dolan şəstlə, nəfsi tox. 
Duyğusuzun yanında  
ağlamağın xeyri yox. 
                                        *** 
Hər insanın sevgi hissi gözlərindən oxunmaz, 
hər qönçənin ətri olmaz, ləçəkləri qoxunmaz.   
Vətən eşqi, el sevdası bir ilahi sehr ki
hər tabloya həkk olunmaz, hər xalıya toxunmaz. 
                                        *** 
Hər bahar sevgiylə oyanır meşə, 
leysan yağışlarla yuyunur meşə. 
Qışın qar yorğanı gətirilməmiş, 
payızdan lüt-üryan soyunur meşə. 
                                        *** 
Bu çöllər yenə də aldı, nə yaxşı, 
hər çiçək üstündə xaldı, nə yaxşı. 
Özüm bu yerlərdə hərdən oluram, 
ürəyim ömürlük qaldı, nə yaxşı. 
                                        *** 
Bu zümrüd çayların aynası gözəl 
üstündə sayrışan sonası gözəl. 
Yazda coşub daşar, dağ daş oynadar
qışda yurğun düşüb donası, gözəl. 


 
43 
 
                                        *** 
Ey yerini, yurdunu qibləgahı bilən dost, 
yaş ötdükcə hamını sıxır bu dərd, bu fikir. 
Qürbətdə yaşamaqdan ürəyi qan olan dost, 
gör, kimsəsiz can verən, qərib ölən nə çəkir. 
                                        *** 
Hiss ilə, duyğu ilə ürək yanıb-yaxılır, 
dünyanın ən qiymətli sözü “xoşbəxtlik” imiş. 
İnsan yaşa dolduqca qayğısı da çoxalır, 
sən demə, qayğısızlıq özü xoşbəxtlik imiş. 
                                        *** 
Bəşərik, Tanrının sevgi payıyıq, 
insanın pisi yox, xeyirxahı var. 
Hamımız peyğəmbər övladlayırıq, 
sadəcə hərənin öz günahı var. 
                                        *** 
Şeir də canlıdır, doğulur, ölür, 
şeir də duyğudan qəmlənir, gülür. 
Bəzən bir ayda bir misra yaranmır, 
bəzən bulaq kimi süzülüb gəlir. 
                                        *** 
Sənət də bir sirli-sözlü səmadır, 
burda hər yolçunun öz izi vardır. 
Ustadlar ən yaxın kəhkəşanlardır, 
qalan hər kəsin öz ulduzu vardır. 
                                        *** 
Haçandır qəlbimdə qəm bardaş qurub, 
bir səbəb yoxdur ki, ürək sevinə. 
Səhərdən axşama işsiz oturub, 
pəncərə açıram qəbir evinə. 
                                        *** 
Yaz gələndə yatağına sığışmır, 
yayılır dörd yana səsi, harayı. 
Bircə an da yavaşımır, səngimir, 
ömür kimi iti axır dağ çayı. 


 
44
 
                                        *** 
Mən elə həyatı əzablı gördüm, 
gözümdən süzülən yaş ilə qaldım. 
Ürəyim əridi keşməkeşlərdə, 
köksümdən asılan daş ilə qaldım. 
                                        *** 
Çiynimdə ağır yük, çəkdiyim əzab
yox bir anlayanım, köməyim, Allah. 
Mənim hər işimin sonu iztirab, 
Sizif zəhmətiymiş əməyim, Allah. 
                                        *** 
İnsan min möhnətə alışa bilir, 
nadanın dərdini daşımaq olmur. 
Qürbətdə birtəhər yaşamaq olur, 
çörəksiz Vətəndə yaşamaq olmur. 
                                        *** 
Bəşərəm, peyğəmbər nuru üzümdə, 
çətin ki, yayınsın nəsə gözümdən. 
qədər göz yumsam, sussam da yenə 
həyatın min üzü yaşar sözümdə. 
 
 
 
SƏKKİZLİK 
 
Hər bir yerdə insanların 
 
 
yaxşısı da, pisi də var. 
Doğmalıqda, qohumluqda 
 
 
hərdən umu-küsü də var. 
Tamah salma gördüyün hər 
 
 
mala, mülkə vaxtlı-vaxtsız, 
harda qiymətli şey varsa, 
 
 
demək onun yiyəsi də var. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə