SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

Nəbi ilə Rəsul arasındakı fərq:

Nəbi Allah tərəfindən xəbər veriləndir. O Allahın xəbər verdiklərini çatdırmaq üçündür. Əgər 

Allahın əmrlərinə müxaliflik olarsa və bununla yanaşı yeni bir risalə ilə gəlib təbliğ edərsə, o 

rəsuldur. Özündən əvvəlki rəsulların şəriətləri ilə əməl edən və heç bir kəsə yeni risalə təbliğ 

etməyə gəlməyən nəbidir,  rəsul deyildir.

Sual 43.

Quranda adları zikr olunan nəbilər və rəsullar kimlərdir?



Cavab:

Uca Allah onlardan bir neçəsinin adını zikr etmişdir. Adəm, Nuh, İdris, Nuh, Saleh, İbrahim, 

İsmayıl, İshaq, Yaqub, Yusuf, Lut, Şuayb, Yunus, Musa, Harun, İlyas, Zəkəriyyə, Yəhya, Elyes, 

Zilkifli, Davud, Suleyman, Eyyub və Esbat (ümumi zikr edilmişdir), İsa və Muhəmməd (Onlara 

Allahın salamı olsun)

Uca Allah buyurur:



“Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç 

nə )söyləmədik.”

52

Sual 44.

Rəsullar ibadət olunmaq xüsusiyyətlərinə malikdirlərmi?



Cavab:

İman edirik ki, bütün rəsullar və nəbilər məxluqdur. Heç bir (rububiyyət və uluhiyyət) 

xüsusiyyətlərinə malik deyillər. Uca Allah buyurur:

“De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. 

Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində 

Rəbbinə heç kəsi şərik qoşmasın!””

53

Həmçinin Uca Allah buyurur:



“De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir 

deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik 

toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”.”

54

Onlar (rəsullar) risalə ilə şərəflənmişdirlər və Allahın qullarından bir qul olduqlarına iman edirik.

(Allah) onları qul kimi ən uca məqamda vəsf etmişdir.

Sual 45.

Ən sonuncu nəbi kimdir?



Cavab:

52

 Nisa, 164



53

 Kəhf, 110

54

 Əraf, 188



18


İman edirik ki, Allah bütün risalətlərə Muhəmmədin (sallAllahu aleyhi və səlləm) risaləti ilə son 

qoyub. Allah onu ümumən – cinlər və insanlar üçün göndərmişdir. Uca Allah buyurur:



“De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm.”

55

Həmçinin Uca Allah buyurur:



“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik.”

56

Sual 46.

(Öncəki) rəsullar bizim peyğımbər haqqında müjdə vermişdirlərmi?



Cavab:

Bəli. Rəsullar, Muhəmmədin (sallAllahu aleyhi və səlləm) göndərilməsi haqda artıq xəbər 

vermişdirlər. Uca Allah buyurur:

“Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə 

göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək 

Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın 

dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.”

57

Səhih Muslimdə Əbu Hureyra buyurur ki, Allah rəsulu dedi: “Muhəmmədin nəfsi əlində olana 

and olsun ki, bu ümmətdən istər yəhudi, istər nəsrani mənim adımı eşidib və risalətimə iman 

etməzsə, o, od əhlindədir.”

58

Sual 47.

Muhəmmədin risalətini yalan sayanın hökmü nədir?



Cavab:

Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) risalətini yalan sayan icma ilə kafir olmuşdur. 

Hətta öz rəsullarına iman edib, onlara tabe olduğunu zənn etsə belə.

Uca Allah buyurur:



“Nuh tayfası da elçiləri yalançı saydı.”

59

(Allah) onları bütün rəsulları inkar etmiş kimi zikr edir, bununla yanaşı Nuhdan qabaq rəsul 

olmamışdır.

Sual 48.

Muhəmməddən (sallAllahu aleyhi və səlləm) sonra peyğəmbərlik iddia edənin hökmü nədir?



Cavab:

İman edirik ki, Muhəmməddən (sallAllahu aleyhi və səlləm) sonra peyğəmbər gəlməyəcək. Kim 

ondan sonra peyğəmbərlik iddia edərsə kafir olmuşdur.

55

 Əraf, 158



56

 Səba, 28

57

 Saff, 6


58

 Muslim, 103

59

 Şuəra, 105



19


Uca Allah buyurur:

“Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur.”

60

Sual 49.

Nəbilərin birinin risalətini inkar edənin hökmü nədir?



Cavab:

Kim nəbilərdən birinin göndərilməsini inkar edərsə kafir olmuşdur.

Uca Allah buyurur:

“Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz (o 

elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol 

tutmaq istəyənlər məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab 

hazırlamışıq.Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq 

qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.”

61

Səkkizinci dərs

Axirət gününə inanmaqda səhih əqidə

Sual 50.

Axirət günü nədir?



Cavab:

O (Axirət günü) Qiyamətdə baş verən bütün şeylər və hadisələrdir. Əhli-Sünnət buna yəqinliklə 

inanır.

Uca Allah buyurur:



“O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə 

inanırlar.”

62

Uca Allah buyurur:



“Özündən başqa ilah olmayan Allah, (baş verəcəyinə) şübhə edilməyən Qiyamət günü sizi 

mütləq( bir yerə) toplayacaqdır. (Verdiyi) xəbərdə Allahdan daha doğru (söyləyən) kim ola 

bilər?”

63

Uca Allah buyurur:

60

 Əhzab, 40



61

 Nisa, 150-152

62

 Bəqərə, 4



63

 Nisa, 87

20



Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə