SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

Etiqadımız – Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) səhabələrini sevmək, onları dost 

tutmaq, onlardan razı qalmaq, onlar üçün bağışlanma diləmək və onlar haqqında xoş söz 

söyləməkdir. 

Uca Allah buyurur:



Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların

ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar 

üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. 

Bu, böyük uğurdur.

94

Allah (səhabələrdən) “gözəl şəkildə tabe olmaq” şərtini qoymadan belə razı olmuşdur. Onlara 

tabe olanlardan isə, səhabələrə gözəl şəkildə tabe olduqca razı qalar. Allah kimdən razı qalarsa, 

ona bir daha qəzəbi tutmaz.

Səhih Muslimdə Allah rəsulununun (sallallahu aleyhi və səlləm) belə buyurduğu varid olmuşdur:

“Ağac altında beyət edənlər oda (Cəhənnəmə) girməcəklər!”

95

Sual 75.

Mühacirlərin fəziləti haqqında danış?



Cavab:

Allah mühacirləri (kitabında) zikr etmiş və onları sadiqlər adlandırmışdır. Uca Allah buyurur:



(Qənimət həmçinin) yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul 

mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha 

və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.

96

Sual 76.

Ənsarların fəziləti haqqında danış?



Cavab:

Allah ənsarları (kitabında) zikr etmiş və buyurmuşdur:



(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına 

hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta 

özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından 

qorunan kimsələr nicat tapanlardır.

97

94

 Töbvə, 100



95

 Muslim, 2496

96

 Həşr, 8


97

 Həşr, 9


30


Ənəsdən rəvayət edir ki, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) dedi:

Ənsarları sevmək imanın, dil uzatmaq isə münafiqliyin əlamətlərindəndir.

98

Sual 77.

Səhabələrdən sonra gələnlərin mövqeyi necə olmalıdır?



Cavab:

Allah (Öz kitabında) onları, Allah rəsuluna (sallAllahu aleyhi və səlləm) və səhabələrə gözəl 

şəkildə tabe olan möminlər kimi zikr etmişdir.  

Uca Allah buyurur:



(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş 

qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey 

Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”

99

Sual 78.

Səhabələrə dil uzadanların hökmü nədir?



Cavab:

Uca Allah buyurur:



Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə 

mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən 

görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə

onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş,

o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah 

möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah 

onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.

100

İmam Məlik (Allah ona rəhmət etsin) buyurur:

“Kim səhər oyandıqda qəlbində Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) əshabına qarşı 

qəzəb hiss edərsə, bu ayənin hökmü altına düşər”

101

Sual 79.

Səhabələrin hər birinin dərəcəsi eynidirmi? Yoxsa bir-birilərindən üstünlükləri vardır?



Cavab:

Uca Allah buyurur:



Sizlərdən (Məkkənin) fəthindən əvvəl xərcləyib döyüşənlər (başqaları ilə) eyni deyillər. 

Onların dərəcəsi (mallarını fəthdən )sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma 

98

 Buxari



99

 Həşr, 10

100

 Fəth, 29



101

 Hilyətul Əuliyyə, 3/113

31



Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən 

xəbərdardır.

102

Bu ayə dəlildir ki, onlar eyni dərəcədə deyildirlər. Onlar dərəcə baxımından bir-birilərindən 

fərqlənirlər.

Sual 80.

Səhabələri söyməyin qadağan olunması haqda dəlilləri zikr et.



Cavab:

İki Səhihdə (Buxari və Muslim) Əbu Səid əl-Xudri rəvayət edir ki, Allah rəsulu (sallAllahu 

aleyhi və səlləm) dedi: “Mənim səhabələrimi söyməyin. Əgər sizdən biriniz Uhud dağı qədər 

qızıl (Allah yolunda) xərcləyərsə, onların bir ovuc, hətta yarısına belə çatmaz.”

103

Hədisin mənası: Onların ödədikləri, səhabələrin nə fəzilətinə, nə də ödədiklərinin yarısına belə 



çatmaz.

Sual 81.

Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) səhabələrə xeyirdə şahidliyini zikr et.



Cavab:

İki Səhihdə (Buxari və Muslim) İmran ibn Huseyn rəvayət edir ki, Allah rəsulu (sallAllahu 

aleyhi və səlləm) buyurdu: “Ən xeyirli insanlar mənim əsrimdə yaşayanlardır, sonra onlardan 

sonra gələnlər, sonra onlardan sonra gələnlərdir.”

104

Sonra İmran öz əsrindən sonra iki yoxsa üç əsr dedi.



Sual 82.

Bədr əhlinin fəzilətini zikr et!



Cavab:

İki Səhihdə (Buxari və Muslim) Əli ibn Əbu Talib rəvayət edir ki, Allah rəsulu (sallAllahu 

aleyhi və səlləm) Hatim ibn Bəltanın hədisində (səhabəyə) dedi: “Həqiqətən, o Bədri görüb 

(vuruşub). Səni düşündürən nədir? Allah Bədr əhlinə baxıb demişdir: “İstədiyinizi edin, artıq sizi

bağışladım!””

105


Sual 83.

Ridvan beyəti etmiş səhabələrin fəzilətini zikr et.



Cavab:

102


 Hədid, 10

103


 Buxari, 4674; Muslim, 2041, 2154

104


 Buxari, 2651; Muslim, 2544

105


 Buxari, 4007; Muslim, 2494

32



Səhih Muslimdə Cabir ibn Abdullah (Allah ondan razı olsun) dedi: Ummu əl-Mubəşşirmənə 

xəbər verdi ki, Allah rəsulunun (sallallahu aleyhi və səlləm) Hafsın yanında belə dediuini eşidib: 

“Allahın izni ilə ağac altında beyət edən səhabələrin oda (Cəhənnəmə) girməyəcəklər.”

Onların ümumi sayı min dörd yüzdən çox idi. Əbubəkr, Ömər, Osman və Əli (də onlardandır.)



Sual 84.

Səhabələrin fəzilətcə dərəcələri necədir?



Cavab:

Əhli-Sünnə etiqad edir ki, Allah rəsulundan (sallAllahu aleyhi və səlləm) sonra ümmətin ən 

fəzilətli insanı Əbu Bəkr əs-Siddiqdir. Sonra Ömər əl-Fəruqdur. Bu səhabə və tabiinlərin 

icmasıdır. Onlardan heç kim bu məsələdə ixtilaf etməmişdir. Əhli-Sünnə üçüncü olaraq Osman 

ibnul Əffanı dəyənləndirir. Dördüncü isə Əlini dəyərləndirir. (Allah onlardan razı olsun)

On üçüncü dərs

Allah Nəbisinin əhli-beytinə olan səhih əqidə

Sual 85.

Allah nəbisinin (sallAllahu aleyhi və səlləm) Əhli-Beyti haqqında əqidəmiz nədir?



Cavab:

Allah nəbisinin (sallAllahu aleyhi və səlləm) əhli-beytinin sevilməsi, onların fəziləti və şərəfi 

əqidəmizdəndir. Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) vəsiyyətinə əməl edərək: “Əhli-

beyt haqqında sizə Allahı xatırladıram, əhli-beytim haqda sizə Allahı xatırladıram.”

106

Sual 86.

Allah nəbisinin (sallAllahu aleyhi və səlləm) həyat yoldaşları əhli-beytdəndirmi?



Cavab:

Bəli. Uca Allah onlara müraciətində demişdir: “Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə



olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət 

edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. 

Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, (hər 

şeydən) Xəbərdardır”

107

İbn Kəsir (Allah ona rəhmət etsin) təfsirində demişdir: “Bu ayə dəlildir ki, Allah nəbisinin 

(salAllahu aleyhi və səlləm zövcələri əhli-beytdəndir. Çünki onlar (zövcələr) bu ayənin nazil 

106


 Muslim, Səhih

107


 Əhzab, 33-34

33



olma səbəbidirlər. Ayənin nazil olmasına səbəb olmaq, bir sözlə o ayənin hökmünə daxil olmaq 

deməkdir.”

108

On dördüncü dərs

Övliyaların kəramətində səhih əqidə

Sual 87.

Övliyaların kəraməti haqqında əqidəmiz nədir? Kəramətlər baş verirmi?



Cavab:

Əhli-Sünnə vəl cəmaa (Quran və Sünnədə) varid olan çoxsaylı dəlillərlə, Allahın övliyalarında 

kəramətin olmasına etiqad edir.

Sual 88.

Övliyaların tərifi nədir?



Cavab:

Övliya – şəriətin əmr etdiklərini edən və çəkindirdiklərindən çəkinən kimsədir. Uca Allah 

buyurur:

Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar 

iman gətirmiş və (Allahdan) qorxmuşlar.

109

Övliyalıq iman və təqva ilə olur.



Sual 89.

Kəramətin tərifi nədir?



Cavab:

Kəramət – İnsanların adət etdiyi şeylərdən xaric bir şeydir. Allah onu öz övliyalarından olan bir 

övliyanın əli ilə edir. Onun üçün dini və dünyasına kömək edir. Lakin Allah dostlarının kəraməti 

peyğəmbərlərin möcüzələrinə çatmır.



Sual 90.

Allahın övliyalarında verdiyi bəzi kəramətləri zikr elə.



Cavab:

108


 İbn Kəsirin təfsiri, 2/114

109


 Yunus, 62-63

34



Allahın övliyalarına (verdiyi) kəramətlərdən:

1 – Kəhf camaatının hekayəsi

2 – Məryəmin (Allahın ona salamı olsun) hekayəsi. O zaman ki, doğum sancıları onu bir xurma 

ağacının gövdəsinə tərəf gətirdi. Allah ona (ağacı) gövdəsindən sirkələməyi əmr etdi ki, üzərinə 

təzə xurmalar tökülsün. Yay vaxtı qış meyvələrinin, qış vaxtı isə yay meyvələrinin olması 

Allahın ona (Məryəmə) verdiyi ruzilərdən idi.

3 – Allahın yüz il öldürüb sonra diriltdiyi kişinin hekayəsi

4 – Rahib Cureyhin hekayəsi

5 -  Bəni İsraildən olan üç nəfərin hekayəsi. Hansılar ki, mağaraya daxil oldular və mağaranı 

böyük bir daş bağladı. 

Bunlardan başqa da, elm əhlinə bəlli olan, Quran və Sünnədə isbat olunanlar vardır. Həmçinin, 

sələfi-salehin və onlardan sonra gələnlərin həyatında...



Sual 91.

Kəramətin olması bitmişdir, yoxsa hələ də davam edir?



Cavab:

Kəramət bu ümmətdə Qiyamət saatına qədər olacaqdır. Çünki onun (kəramətin) səbəbi (Allahla) 

dostluqdur. Dostluq da, Qiyamət saatına qədər mövcuddur.

Sual 92.

Hər qeyri-adi bir şey edən övliya sayılırmı?



Cavab:

Kim insanların adətlərinə uyğun olmayan bir şeylə gələrsə, bu onun Allah qatında təmizə 

çıxarmaq və onun dostu olmasına dəlil deyildir. Hətta bütün əməlləri Kitab və Sünnəyə uyğun 

olmadıqca. Həmçinin gərək o ikisinə (Quran və Sünnəyə) müvafiqliyi və tabeçiliyi, zahirən və 

batinən bilinsin.

On beşinci dərs

Müsəlmanların əmr sahiblərinə qarşı olan səhih əqidə

Sual 93.

Əhli-Sünnənin əmr sahiblərinə qarşı olan etiqadı nədir?



Cavab:

35



Əhli-Sünnə etiqad edir ki, Uca Allah möminlərə, əmr sahiblərinə (Allah və rəsuluna) asiliyindən 

başqa (hər bir şeydə) itaət etməsini vacib etmişdir. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) 

Ubədə ibnus Samitin hədisində buyurmuşdur: “Çətinliyində və asanlığında, xoşladıqda və 

xoşlamadıqda, sənə əta etdikdə. Əgər malını yesə, arxandan vursa belə, asiliyindən başqa (hər 

işdə əmr sahiblərini) eşit və itaət et!”

110


Sual 94.

Əmr sahiblərinə qarşı çıxmaq olarmı?



Cavab:

Olmaz! Əhli-Sünnə vəl camaat, hakimlərə qarşı çıxmağı pislik v ə zülm etsələr belə haram 

olduğunu etiqad etmişdir. Hətta onlarda Allahdan (Kitab və Sünnətdən) açıq-aşkar küfrə dəlalət 

görmədikcə. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) demişdir: “Əgər kiminsə üzərinə başçı 

təyin edilərsə və ondan Allaha asilik görərsə, gətirdiyi asili inkar etsin. Əlini onun (başçının) 

itaətindən çəkməsin.”

111

Sual 95.

Hakimlərə qarşı çıxanların aqibəti nədir?



Cavab:

Camaatdan ayrılanı Allah bu dünyada və Axirətdə etdiyinə qarşılıq olaraq şiddətli cəza ilə 

qarşılayacaq.

Buna aiddir: “Kim itaətdən çıxmış və camaatdan ayrılmış halda ölərsə, ölümü cahillik ölümü 

kimidir. Kim camaatı bölərsə, bu əzəmətli günahına görə kitabındakılardan (yazılanlardan) 

soruşulmaz. Kim camaatı böləraə, Qiyamət günü Allah qatında onun heç bir hüccəti (dəlili) 

olmaz”

Sual 96.

Sələfilər başçıya dua etməyi müstəbəh saymışdırlar. Bunu açıqla.



Cavab:

Əmr sahiblərinə - onların islahı və bağışlanması üçün dua etmək bəyənilən və təkid ediləndir. 

Həmin kəsin əhli-sünnədən olmasına bir işarədir. Fudeyl ibn İyəd buyurur: “Əgər mənim (qəbul 

olan) bir duam olsaydı, onu sultandan başqasına etməzdim.”

Əgər azğınlıq edib zülm etsələr belə, onların əleyhinə deyil, islahı üçün dua etməyə əmr 

olunmuşuq. Çünki azğınlıq öz nəfsləri və müsəlmanlar üçün, islahları da öz nəfsləri və 

müsəlman üçündür. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurur: “Əmr sahiblərini 

110


 İbn Hibban öz Səhihində (4645) yaxşı sənədlə rəvayət etmişdir. Hədisin əsli iki səhihdədir. (Buxari və Muslim)

İbn Əbi Asim Sünənində rəvayət edib. (2/225) Şeyx Albani, Ziləli əl-Cənnəti – də səhihləşdirmişdir.

111 

Muslim – Auf ibn Məlikdən rəvayət etmişdir. 



36


aldatmayın, söyməyin və qəzəbləndirməyin! Allahdan qorxun və səbr edin. Hesab günü 

yaxındır!”

112

On altıncı dərs

Dində mübahisə etməyin qadağan olunması

Sual 97.

Dində mübahisə etmək haqda Əhli-Sünnənin mövqeyi nədir?



Cavab:

Əhli-Sünnə vəl cəməa dində cədəl və mübahisə etməyi qadağan etmişdir. Artıq peyğəmbər 

(sallAllahu aleyhi və səlləm) bundan çəkindirmişdir. Tirmizi və İbn Məcədə Əbu Umamədən 

rəvayət edilir ki, Allah rəsulu dedi: “Heç bir qövm üzərində olduğu haqdan, (dində) mübahisə 

etməyincə azmadılar. Sonra bu ayəni oxudu: “Onlar bunu sənə yalnız höcət etmək üçün 

dedilər.””

113

Sual 98.

Dində bəyənilməyən mübahisə nədir?



Cavab:

O – batilə mübahisə etmək, yaxud bəyanından sonra haqla, yaxud mübahisə etdiyi şeydə dəlili 

bilmədən, yaxud Quranda mütəşabihlərlə (bənzər ayələrlə) mübahisə etmək, yaxud saleh (doğru)

niyyət olmadan və s.dir.



Sual 99.

Dində bəyənilən mübahisə nədir?



Cavab:

O, elmlə, saleh niyyətlə və mübahisənin ədəblərinə əməl edib haqqı üzə çıxarmaq və onu bəyan 

etmək üçün edilən mübahisədir. Bu bəyəniləndir. Uca Allah buyurur: “(İnsanları) Rəbbinin 

yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et.”

114

Sual 100.

Dinimizdə olan mübahisələri zikr et



Cavab:

112 


İbn Əbu Asim Sünnəsində rəvayət etmişdir. (1015); Beyhəqi, Şuabul İmən, 7264

113


 Zuxruf, 58

114


 Nəhl, 125

37



Uca Allah bizə İbrahimin öz qövmü ilə və Musanın Fironla mübahisəni zikr etmişdir. Sünnədə 

isə Adəmin Musaya hüccət gətirməsi. Sələfi salehdən çoxlu mübahisələr nəql olunmuşdur. 

Hamısı bəyənilən mübahisələrdir ki, özündə bunları cəm etmişdir:

1. Elm


2. (Saleh) niyyət

3. (Sünnəyə) tabeçilik

4. Mübahisənin ədəbləri

On yeddinci dərs

Həva (Bidət) əhli ilə oturmaqdan çəkindirmək

Sual 101.

Həca (bidət) əhli ilə oturmaqda əhli-sünnənin mövqeyi nədir?



Cavab:

Əhli-Sünnə vəl Cəməat həva və bidət əhli ilə oturmaqdan şiddətli şəkildə çəkindirmişdir. Çünki 

onların məclislərində Allahın əmrinə müxaliflik vardır. Onları və onların məclislərini sevmək, 

onların azğınlığının arxasınca getmək və batil üzərində onlara tabe olmaq kimi təhlükəlidir.

Uca Allah buyurur: 

Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan 

üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə 

oturma.

115

İbn Abbas (Allah ondan razı olsun) buyurur: “Dində hər bir yenilik edən və hər bir bidətçi 

Qiyamət gününə qədər bu ayənin hökmünə daxildir.”

Qurtubi bunu öz təfsirində ondan (İbn Abbasdan) nəql edərək demişdir: “Həva (bidət) əhli ilə 

oturma! Çünki onların məclisləri qəlbləri xəstələndirir.”

116


Sual 102.

Bidət və həva əhli kimlərdir?



Cavab:

İbn Teymiyyə buyurur: O bidət ki, Kitab və Sünnəyə müxalifətdə elm əhli arasında məşhurdur, 

onu edən kişi həva əhli (bidətçi) sayılır.

117


115

 Ənam, 68

116

 Təfsir Bəğavi, 2/401



117

 Fətəva əl-Kubra, 4/194

38



Mündəricat

Birinci dərs

Rububiyyət tövhidində səhih əqidə  ....................................................................................4

İkinci dərs

Ad və sifətlər tövhidindəki səhih 

əqidə  ...........................................................................................................................................6

Üçüncü dərs

Üluhiyyət (ibadət) tövhidində səhih əqidə  ........................................................................8

Dördüncü dərs

İmanın altı şərtində səhih əqidə  ...........................................................................................10

Beşinci dərs

Mələklərə imanda səhih əqidə  .............................................................................................11

Altıncı dərs

Nazil olunmuş kitablarda səhih əqidə  ................................................................................16

Yeddinci dərs

Aləmlərin Rəbbinin rəsullarına səhih etiqadla inanmaq ................................................19

39



Səkkizinci dərs

Axirət gününə inanmaqda səhih əqidə  ...............................................................................23

Doqquzuncu dərs

Qəza və qədərdə səhih iman  ..................................................................................................26

Onuncu dərs

İmanda səhih əqidə  .................................................................................................................28

On birinci dərs

Böyük günah edənin hökmündə səhih əqidə  ....................................................................31

On ikinci dərs

Allah rəsulunun səhabələrinə qarşı olan səhih əqidə  ......................................................34

On üçüncü dərs

Allah Nəbisinin əhli-beytinə olan səhih əqidə  .................................................................38

On dördüncü dərs

Övliyaların kəramətində səhih əqidə  ..................................................................................39

On beşinci dərs

Müsəlmanların əmr sahiblərinə qarşı olan səhih əqidə  ..................................................41

On altıncı dərs

Dində mübahisə etməyin qadağan olunması  ....................................................................43

On yeddinci dərs

Həva (Bidət) əhli ilə oturmaqdan çəkindirmək  .................................................................44

40

Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə