SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

Cavab:

Ümumi təkfir – ümumi əzab (vədi) kimidir. Lazımdır ki, söz ümumi, qeydsiz deyilsin. Necə ki, 

imamlarımız deyiblər ki, kim “Quran məxluqdur!” desə, o kafirdir. İbn Xuzeymə dediyi kimi, 

kim Allahın yeddi qat səmanın üzərində olmasını deməsə kafirdir. Qanı da, malı da halaldır və 

onun malı qənimətdir.



Müəyyən təkfir (xüsusi təkfir) – Onun üçün şərtlərin yerinə gəlməsi və maneələrin aradan 

qalxması lazımdır. Ümumi təkfir xüsusi təkfiri vacib etmir. Hansısa bir şəxsdə (küfr) baş veribsə,

şərtlər yerinə  gəlmədikcə və maneələr aradan qalxmadıqca o kəs təkfir olunmur.

On birinci dərs

Böyük günah edənin hökmündə səhih əqidə

Sual 68.

Böyük günah edənin hökmü nədir?



Cavab:

Etiqad edirik ki, (insanda) – halal bilmək və vacibləri inkar edərək tərk etmək kimi -  küfr vəsfi 

baş verməyə qədər, şirkdən başqa digər bütün böyük günahlar insanı dindən çıxartmır. Şirkdən 

aşağı günahlar sahibini əbədi olaraq Cəhənnəmə salmır.

Uca Allah buyurur:

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi

kimsəyə bağışlayar. 

85

Bu ayə dəlildir ki, günah sahibləri Allahın istəyi altındadır. Əgər Allah istəsə öz minnəti və 

rəhməti ilə bağışlayar, əgər istəsə günah müqabilində onu oda daxil edər ki, onun günahlarını 

odla təmizləsin, daha sonra isə onu oddan tövhidinə görə çıxartsın və Cənnətinə salsın!



Sual 69.

Böyük günah sahibləri kamil imana sahibdirlərmi?



Cavab:

Xeyr! O mömindir, lakin naqis imanlıdır. Çünki uca Allah öz kitabında həddi aşmaq və digər 

günahları sadalayaraq, onu edəndə imanın olduğunu isbat etmişdir. O imanı ilə mömin, günahları

ilə fasiqdir. Uca Allah buyurur:



Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad 

olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin 

varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və 

85

 Nisa, 48



27


(qanbahası) ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə 

və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır.

86

Uca (Allah) öldürəndə də, öləndə də imanın olduğunu isbat etdi və möminlərdən saydı.



Sual 70.

Bir insanı fasiq  və müsəlman adlandırmaqda maneə varmı?



Cavab:

Fisq əməledənə ümumən fasiq demək də, maneə yoxdur. İnsanın müsəlam adlandırılması isə ona

İslam əhkamlarının tətbiq olunmasıdır. Abdullah adlı səhabənin hekayəsi buna dəlildir  ki, 

Buxari öz Səhihində bu məsələni açıqlanması üçün rəvayət etmişdir. O zaman ki, Abdullah içki 

içərək Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) yanına gəlir və səhabələrdən biri: “Artıq 

neçə dəfədir ki, onla (yəni, içərək) gəlir” deyir. Allah rəsulu (sallAllahu aleyi və səlləm) buyurur:

“Ona lənət etmə, həqiqətən, o, Allah və rəsulunu sevir!”

87

İnsan İslamdan mücərrəd böyük günah etməklə çıxmır. Əksinə (Allah rəsulu) onda imanı təsdiq 



etmişdir. Baxmayaraq ki, o bu cür böyük günah etmişdir.

Sual 71.

Küfrün, şirkin, zülmün və fisqin qismləri hansıdır?



Cavab:

Hər bir küfr, şirk, zülm, fisq, nifaq şəri dəlillərlə iki qismə bölünmüşdür:

1. Böyük. İnsanı millətdən çıxarır və dinin əslini yox edir.

2. Kiçik. İmanın kamilliyinə zərər verir və sahibini imandan çıxarmır. Bu cür qismlərə bölgü 

yalnız sələfilərə aiddir. (Allah onlara rəhm etsin!) Bu ümmətin böyük alimi, Quranın tərcüməçisi

olan İbn Abbas (Allah ondan razı olsun) isbat etmişdir ki, həqiqətən də, dindən çıxarmayan küfr, 

zülmə aparmayan zülm və fasiq etməyən fisq vardır.

Sual 72.

Böyük küfrə, böyük zülmə və böyük fisqə aid misallar zikr elə.



Cavab:

1. Böyük şirkə misal: Allahdan başqasına dua etmək.

Uca Allah buyurur:

Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə, 

onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!

88

2. Böyük zülmə misal: Allahdan qeyrisinə dua etmək.

86

 Bəqərə, 178



87

 Buxari


88

 Muminun, 117

28



Uca Allah buyurur:

Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə 

etsən, sözsüz ki, zalımlardan olarsan.

89

3. Böyük fisqə misal: İblisin fisqi

Uca  Allah buyurur:

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. 

(İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi.

90

Sual 73.

Kiçik küfrə, kiçik zülmə, kiçik fisqə aid misal zikr elə.



Cavab:

1. Kiçik şirkə misal: Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim Allahdan 

başqasına and içərsə, artıq küfr etmişdir.”

91

2. Kiçik zülmə misal: 



Uca Allah buyurur:

Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və 

onlar yandırıb-yaxan oda girəcəklər.

92

3. Kiçik fisqə misal: Allah rəsulu (sallAlahu aleyhi və səlləm) buyurur: 

“Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür!”

93

On ikinci dərs



Allah rəsulunun səhabələrinə qarşı olan səhih əqidə

Sual 74.

Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələrinə qarşı olan əqidəmiz nədir?



Cavab:

89

 Yunus, 106



90

 Kəhf, 50

91

 Tirmizi rəvayət etmişdir (1400), Albani öz səhihində səhihləşdirmişdir. (2042)



92

 Nisa, 10

93

 Buxari, 40; Muslim, 116



29


Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə