SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

2. Həmçinin, bilirik ki, bu kitabların mislindən Allah qatında da vardır:

Uca Allah buyurur:



“De: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim.”

42

3. İman edirik ki, bu kitablar başqa birinin kəlamı deyil, yalnız Allahın kəlamıdır. Həqiqətən də

Allah bunları həqiqi şəkildə və istədiyi kimi danışmışdır.

4. İman edirik ki, Kitablara inanmaq, onların içində olan bütün şəri hökmlərə inanmaq deməkdir.

Həqiqətən də, o (kitablar) tabe olmaq və onunla əməl etmək üçün nazil olmuşdur.

5. Həqiqətən də, bu kitablar bir-birini yalanlamamış, əksinə təsdiqləmişdirlər.

6. Bu kitablar özlərindən əvvəlki kitabları nəsx etmişdir. (Hökmdən salmışdır.) Necə ki, Quran 

özündən əvvəlki bütün səmavi kitabları nəsx etmişdir. Uca Allah buyurur:



“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq 

nazil etdik.”

43

Həmçinin uca Allah buyurur:



“Halbuki bu (Quran) aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.”

44

7. Kitablara imanı ümumi şəkildə əhatə edən şeylərə ümumi, təfsilatlı olan şeylərə isə təfsilatlı 

iman edirik.

Sual 36.

Vəhyin növləri hansılardır?



Cavab:

1. Vəhyin növlərindən - eşitmə və ya hicab arxasından, yaxud da, arada heç bir vasitə olmadan 

olan vəhy. Necə ki, Allah Musa (aleyhissələm) ilə heç bir vasitə olmadan danışdı. Uca Allah 

buyurur:


“Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı.”

45

2. Vəhyin növlərindən – Allahın vəhyi çatdıran mələyə eşidib, o vəhyi insanların elçisinə 

çatdırmasını əmr etməsidir. Uca Allah buyurur:

 “Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da 

(Allahın )izni ilə Onun istədiyini vəhy edir.”

46

Sual 37.

42

 Şura, 15



43

 Maidə, 48

44

 Qələm, 52



45

 Əraf, 143

46

 Şura, 51



15


Quranda adları zikr edilən kitablar hansılardır?

Cavab:

Allah Musaya nazil etdiyi kitabı Tövrat, İsaya nazil etdiyi kitabı isə İncil, Davuda nazil etdiyi 

kitabı isə Zəbur adlandırmışdır. Muhəmmədə (sallAllahu aleyhi və səlləm) nazil olanı isə Quran 

adlandırmışdır. Uca Allah İbrahimin və Musanın səhifələrini də zikr etmişdir. Onlara Allahın 

salamı olsun. Bu kitablara bu cür olunan təfsilatlı şəkildə iman edirik. Adları çəkilməyib ümumi 

şəkildə adları zikr olunan (kitablara isə) ümumən iman edirik. Uca Allah buyurur:



“De: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim.”

47

Sual 38.

Allahın sonuncu nazil etdiyi kitab hansıdır?



Cavab:

Allahin sonuncu peyğəmbərinə nazil etdiyi kitab Qurandır. O, (Quran) sonuncu səmavi kitabdır 

və ondan sonra kitab yoxdur.

Sual 39.

Qurana aid sifətlər hansılardır?



Cavab:

1. Özündən əvvəlki kitabları nəsx etmişdir. Ümumən insanlar və cinlər üçün nazil olub.

2. İnsanın dinində və dünyasında ehtiyacı olan hər şeyi əhatə etmişdir. Uca Allah buyurur: “Bu 

gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin 

üçün İslamı bəyənib seçdim.”

48

3. Elə bir möcüzədir ki, heç bir insan onun mislində nəsə gətirə bilməz. Uca Allah buyurur: “De:



“Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-

birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər”.”

49

4. (Quran) artırılmaqdan və azalmaqdan qorunur.

Uca Allah buyurur:

“Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.”

50

Yeddinci dərs

47

 Şura, 15



48

 Maidə, 3

49

 Isra, 88



50

 Hicr, 9


16


Aləmlərin Rəbbinin rəsullarına səhih etiqadla inanmaq

Sual 40.

Rəsullara iman necə olur?



Cavab:

1. Qəti bir imanla təsdiq etmək lazımdır ki, həqiqətən Allah bütün ümmətlərə, Allahın tək olub

Onun heç bir şəriki olmadığına dəvət edən və Ondan başqa ibadət edilən şeylərə küfr etməyə 

dəvət edən elçilər göndərmişdir.

2. Həqiqətən də, hər biri doğru danışan, təsdiqləyən, saleh, müjdələyən, hörmətli salehlər, təqva 

sahibləri, əmin olanlar və yola hidayət edənlərdir. Onlar Allahın göndərdiyini (dini) insanlara 

çatdıranlardır.

3. Həqiqətən də, Allah İbrahimi özünə dost seçmişdir. Həmçinin Muhəmmədi də (sallAllahu 

aleyhi və səlləm) özünə dost seçmişdir. Musa ilə danışmışdır. İdrisi uca bir məqama 

yüksəltmişdir. Həmçinin İsa Allahın qulu və elçisidir. Həmçinin, Onun Məryəmə göndərdiyi 

kəlimə və ondan olan bir ruhdur.

4. Həqiqətən də, Allah bəzilərini digərlərindən fəzilətli etmişdir. Bəzilərinin dərəcəsini 

digərlərindən üstün etmişdir. Həqiqətən də, Muhəmməd (sallAllahu aleyhi və səlləm) Adəm 

övladının seyyididir (ağasıdır.) Bu fəxr deyildir. (yəni, o quldur.)

5. Birincisindən sonuncusuna qədər dəvətlərində ixtilaf olmamış və hamısı dində əsas olana 

(tövhidə) çağırmışdırlar və bu Allahı Rububiyyətində, Uluhiyyətində və Ad və Sifətlərində 

təkləşdirməsidir.

Uca Allah buyurur:



“Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!”

51

Sual 41.

Nəbilərin və Rəsulların sayı neçədir?



Cavab:

Rəsulların sayı 315-dir. Nəbilərin sayı isə 124.000-dir. Bu saylar Allah rəsulundan (sallAllahu 

aleyhi və səlləm) Əbu Uməmənin və Əbu Zərrin rəvayətində sabit olmuşdur.

Sual 42.

Rəsul ilə Nəbinin fərqi nədir?



Cavab:

51

 Ali İmran, 19



17


Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə