Əyyub Sabiroğlu
50
Xəstəyəm, yetir özün, sevgili canan, ölürəm.
Ayrılıq eyləyibdir könlümü al-qan, ölürəm.
Zamanın hökmü ilə qonaq oldum yad ellərə,
Könlümü şam eyləyib yandırır hicran, ölürəm!
Neçə namə yazmışam elimizə, cavabı yox,
Hər günüm il kimidir, göz yaşım neysan, ölürəm!
Getmir xəyalımdan qoşa gəzdiyimiz xoş günlər,
Könlümün yarasına gəl eylə dərman, ölürəm!
Yuxuda mən bu gecə gördüm sənin gül üzünü,
Gözümü açdığıma oldum peşman, ölürəm.
Əyyubam, Vətənimdə ölmək xoşdur mənə, ey yar,
Qoyma yadlar içində yarın versin can, ölürəm!
10.08.1975
Şəfəq dolu bir nəğmə
51
ADSIZ ġEĠRLƏR
Nazlana- nazlana suya gedəndə,
Bir bizim tərəfə nəzər sal, gözəl.
Dərdindən dəliyəm, xeyli zamandır,
Halımı bacımdan xəbər al, gözəl.
1979
Canımda saxlayıb kədəri, qəmi,
Gəzirəm nə vaxtdır sərsəri kimi.
Könlümün əvvəlki odu səngimiş,
İlahi, nə üçün taleyim dönmüş?
1989
Bir nazlı sənəmin eşqiylə yandın,
Ona könül verdin, ona inandın.
Özünü xoşbəxtlər xoşbəxti sandın,
İndi niyə belə qəmlisən, Əyyub?
Əyyub Sabiroğlu
52
Qaldı ürəyimdə arzum, muradım,
Göyləri titrətdi acı fəryadım.
Gözəllik aşiqi Əyyubdur adım,
Yara xəbər verin, gəlsin, ölürəm.
Getdim görüşünə bir axşamçağı,
Sübhədək gözlədim, o yar gəlmədi.
Xəzan viran qoydu bağçanı-bağı,
Həsrətin çəkdiyim bahar gəlmədi.
1979
Dilimin müqəddəs sözüdür Vətən!
Eşqimin, sevgimin gözüdür Vətən!
Mənim həyatımın özüdür Vətən!
Mən onun ən kiçik bir zərrəsiyəm.
1979
Quduz bir vəhşi tək ulayır külək,
Göstərmək istəyir sanki gücünü.
Kimi ləzzət alır şuba geyərək,
Kimi tək pencəkdə soyuq qış günü.
Şəfəq dolu bir nəğmə
53
Mənə unut dedi.-Necə unudum,
Dilsiz ürəyimə hakim olanı?
Mənə unut dedi.-Necə unudum,
Könlümə əvəzsiz həkim olanı?
Çox-çox uzaqlarda öz Vətənindən
Şair nəğmə yazar-Vətən nəğməsi.
Uzaq bir diyarda duyar dərindən,
Hansı qüdrətdədir Vətən kəlməsi
31.07.1975
Bir ah çəkdim, göyün üzü qaraldı,
Yollara baxmaqdan gözüm saraldı.
Hicran yanğısını belə bilməzdim,
Sənsiz ürəyimi qəm-kədər aldı.
Bu dünya nə yaman fırlanır belə,
Bir yerdən yapışıb dayanmaq olmur.
Bu ürək nə yaman çırpınır belə,
Sevgi röyasından oyanmaq olmur...
06.07.2006
Əyyub Sabiroğlu
54
Gördüm bu dünyanın hər sifətini,
Əllini aşırdım, yüzə xeyli var...
Belə keşməkeşli, sərsəm dünyada
Görəsən, kimlərin yüzə meyli var?
2006
Gecə -gündüz qayalara çarpılan
Damcı-damcı səpələnən mənəm, mən.
Dalğa-dalğa sahillərə can atan,
Həzin -həzin ləpələnən mənəm, mən.
05.02.2002
Yaman qaçhaqaçdır ruzi dalınca,
Ömür necə keçdi, bəndə nə bilsin?
Bir tikə çörəyə əli çatınca,
Bəndə nələr çəkir, kündə nə bilsin?
Yaman uzun çəkdi, yaman bu gecə,
Qəhər boğur məni, ağlayım necə?
Göz yaşım içimdən -içimə axır.
Məni haqsızlıqlar yandırıb-yaxır.
Şəfəq dolu bir nəğmə
55
Tüstülənib yanan ağac,
Qalanmağın yaman, ağac !..
Sən yabanı, biz yabanı,
Şər bürüyüb bu dünyanı,
Şər bürüyüb bu dünyanı.
Yanımdan ötürsən səssiz-səmirsiz,
Ötəri bir nəzər salmadan belə.
Elə bil heç tanış deyilmişik biz,
Üzümə baxırsan yad adam kimi,
Adi salamımı almadan belə...
Ötəri bir nəzər salmadan belə...
Ey könül, çox uyma al yanaqlara,
Mərmər sinələrə, bal dodaqlara.
Çoxdur qələm qaşlı, nazlı gözəllər,
Xeyirdən daha çox görərsən zərər!
Sevin, ay ellər çiçəyi!
Dərməyiniz tər çiçəyi.
Qoruyunuz hər çiçəyi, -
Baharın bir zərrəsidir.
Dostları ilə paylaş: |