Əyyub Sabiroğlu
62
Yeni il
Yenə ömrümüzə güldü yeni il!
Yaşımız üstünə bir il də gəldi.
Əziz dost, gül, oyna, qəm yeri deyil,
Çox da ki, ömrümüz bir il gödəldi.
İllər gəlib -keçər, dolarıq yaşa.
Bir də görəcəksən ömrün qışıdır.
Qəmdən uzaq dolan, firəvan yaşa,
Həyat həm sevincdir, həm göz yaşıdır.
01.01.1979
Şəfəq dolu bir nəğmə
63
Bahar
Bir azdan kürkünün ətəklərini
Dağların başına qış çəkəcəkdir.
Ilin bahar adlı gözəl gəlini
Yeri nəfəsiylə isidəcəkdir.
Yenidən bozumtul dağ yamacları
Öz yaşıl donuna bürünəcəkdir.
Dağların döşüylə zirvəyə sarı
Bulud karvanları sürünəcəkdir.
Özgə don geyəcək bütün kainat,
Hər şey gözümüzdə gözəlləşəcək.
Nəğməyə dönəcək büsbütün həyat
Yaşmaq eşqimiz tüğyan edəcək.
Əyyub Sabiroğlu
64
Keçdimi
Samur çayı, səndən sual eylərəm:
Bu körpüdən dağlar qızı keçdimi?
Qara gözlü, qara zəncir hörüklü
Dağıstanın ağlar qızı keçdimi?
Uşaqlıqdan mən o gülü sevmişəm,
Öz dərdimə onu dərman bilmişəm,
Bu yerlərə yarı deyib gəlmişəm,
Söylə, burdan dağlar qızı keçdimi?
1979
Şəfəq dolu bir nəğmə
65
Ġlk nəğmə
Günlərin bir günü nalə çəkərək,
Sevirəm söyləyib inlədi ürək.
Özüm də bilmədən bir nazlı sənəm
Qayğısız könlümə bağışladı qəm.
O nazlı sənəmin baxışlarıyla
Eşqin hədəfinə dönəndə sinəm,
İnləyən könlümün göz yaşlarıyla
Yazmağa başladım ilk nəğməmi mən.
1980
Əyyub Sabiroğlu
66
Məni
Qəlbi qırıq bir aşiqəm,
Düz qəddimi əyibdi qəm.
Niyə seçib görən həmdəm
Qüssə məni, kədər məni?..
İllər gəlib ötüşəcək,
Saçlarıma dən düşəcək,
Ömrüm boyu üşüdəcək
Hicran məni, qəhər məni.
1994
Şəfəq dolu bir nəğmə
67
Olar
Ürəyimi çəkib dara,
Getmə məndən uzaqlara.
Ahım dönər buludlara,
Göz yaşlarım neysan olar.
Sən mənim nazlı yarımsan,
Gül üzlüm, vəfadarımsan,
Bu dünyada qərarımsan,
Sənsiz ömrüm tufan olar.
1994
Əyyub Sabiroğlu
68
Səni sevən bir ürək var
Aylı, nurlu gecələrdə ulduzlara
baxıb hərdən,
Köks ötürmə sən dərindən.
Ağırdısa xatırlamaq,
xatırlama məni, gülüm,
xatırlama məni, gülüm.
Amma birdən çətinliyə, dara düşsən,
səslə məni.
Mənim nazlı qızılgülüm,
səslə məni!
Mən yetərəm harayına harda olsam,
Özüm belə darda olsam.
Bil, hardasa səni sevən bir ürək var,
Sənə səadət arzular,
Sənə səadət arzular.
16.07.1988
Dostları ilə paylaş: |