Şəfəq dolu bir nəğmə
29
Hardan biləydim
Səndən uzaqlarda olduğum zaman
Sənsiz alışardım, sənsiz yanardım.
Gecələr sübhəcən səndən xəbərsiz
Səni düşünərdim, səni anardım.
Yaxşı yadımdadır: iki il qabaq
Son dəfə görüşdük bulaq başında.
Palıd üstümüzə kölgə salaraq
Şahid dayanmışdı qoca yaşında.
Yadından çıxdımı o yaz gecəsi-
Ulduzlar min ahəng vurmuşdu göyə.
Ağlar gözlərini zilləyib mənə,
Boynuma sarıldın, sevirəm, -deyə.
Mən hardan biləydim o göz yaşları,
O sözlər, vədələr yalan olacaq?
Mən hardan biləydim, eşqimin barı
Ürək ağrısıyla hicran olacaq?
Əyyub Sabiroğlu
30
Heyf o illərdən, sinəmdə ürək
Səninçün döyündü, səninçün vurdu.
Heyf o günlərdən, keçdi səninlə,
Adımız hər yerdə yanaşı durdu.
Günahkar özüməm, mən özüm yalnız,
Tanıya bilmədim vaxtında səni.
Odur ki, qalmışam meydanda yalqız,
Özüm tək çəkirəm dərdi-qüssəni.
1979
Şəfəq dolu bir nəğmə
31
Qayıt
Xətrinə dəymişəm, bağışla məni,
Bu sınıq könlümün xatirinə sən.
Kiminlə bölüm mən dərdi-qüssəni,
Sən də bir sözümdən inciyib getsən.
İtirmək asandır dostu, yoldaşı,
İblisin evləri yıxdığı qədər.
Qayıt, paralanır bağrımın başı,
Qayıt, üzdü məni bu qəm, bu kədər.
Əyyub Sabiroğlu
32
Sevgilim
Niyə ürəyimi atıb odlara,
Yaramın üstündən vurursan yara?
Mən səndən umurdum könlümə çarə;
Məndən uzaqlara qaçan sevgilim,
Sirrimi özgəyə açan sevgilim.
Əğyara yar oldun, unutdun məni,
Eşqə dönük çıxdın, sevdin özgəni.
Könlümün məlhəmi, eşqimin şəmi-
Məhəbbət bağımdan uçan sevgilim,
Sirrini özgəyə açan sevgilim.
24.07.1977
Şəfəq dolu bir nəğmə
33
Tələbə həyatım
Mən fəhləyəm, qabarlıdır əllərim!
Bir –birindən şərəflidir günlərim!
Zəhmətkeş insanlar sırasındayam,
Qurub – yaradanlar arasındaym!
Gecələr yuxusuz qalsam da bəzən,
Şikayət etmirəm öz taleyimdən.
Gündüzlər fəhləyəm-əli qabarlı,
Axşamlar tələbə -ömrü baharlı.
1977
Əyyub Sabiroğlu
34
YaĢamağa dəyərmi heç
Çıxan əziz canımdısa,
Axan qızıl qanımdısa,
Düşmən dostdan yaxındısa,
Yaşamağa dəyərmi heç?
Gəncliyin bağlanıb baxtı,
Çəkdiyi nalədi, ahdı.
Gələcək qara sabahdı...
Yaşamağa dəyərmi heç?
Kimliyimiz çıxıb yaddan,
Od oğlu diksinir oddan.
Namərdlərdir at oynadan,
Yaşamağa dəyərmi heç?
Namus, qeyrət, ar da getdi,
Ala gözlü yar da getdi,
Vətən adlı var da getdi,
Yaşamağa dəyərmi heç?
Yaşamağa dəyərmi heç?
1990
Şəfəq dolu bir nəğmə
35
Sən getdin
Ey mənim ömrümə nur saçan çıraq,
Sən getdin köksümü parçalayaraq.
Sən getdin -gözümün işığı söndü,
Sən getdin –ürəyim yetimə döndü.
Sən getdin-can evim qaldı viranə,
Sən getdin –mən qaldım tənha, divanə.
Sən getdin-zülmətə büründü cahan,
Sən getdin-üşütdü məni bu hicran.
Bədənim buz kimi, nəfəsim də buz,
Ey ömür yolumda parlayan ulduz.
Sən elə uzaqsan, yetməyir əlim,
Elə uzaqsan ki, dilbər gözəlim...
Mənim harayım da yetməyir sənə,
Nə deyim taleyin bu qismətinə?
Dostları ilə paylaş: |