Şəfəq dolu bir nəğmə
75
EĢqimin pərvanəsiyəm
Mən bu eşqdən yorulmadım,
Qismətimdi.
Tanrı mənə qanad verdi,
pərvazlandım,
Mən bu eşqin dövrəsində pərvanə tək.
Bir az qorxdum alışmaqdan,
amma alışdım yanmağa.
Doymadım bu sevdadan.
Doymadım odlu baxışlardan,
odlu öpüşlərdən...
Əyyub Sabiroğlu
76
Ey könül
Ey könül, nə üçün belə qəmlisən,
Niyə yaşamaqdan doydum deyirsən?
Sən ki bilməz idin nə qəm, nə kədər,
Özünə əziyyət vermə bu qədər.
Əzəldən vəfasız olub bu dünya,
Niyə yalvarırsan o bivəfaya?
İnan, vəfasızdır gözəlləri tək,
Gündə min don geyən o nazlı mələk.
Ey könül, ey mənim bircə həmdəmim,
Sonu olacaqmı bu dərdin, qəmin?..
14.04.1977
Şəfəq dolu bir nəğmə
77
Təbəssümün bir hədiyyə
Sevgilim, arabir baş çəkməyə gəl,
Qoy yadlar deməsin kimsəsizəm mən.
Demirəm dünyanı özünlə gətir,
Şirin bir təbəssüm gətir mənə sən.
Qoy könül açılsın göyün üzü tək,
Kədər buludları uçub dağılsın.
Yenə bağ-bağçamız açsın gül-çiçək,
Mahnı sədaları göyə ucalsın.
Əyyub Sabiroğlu
78
Sözümü söz etdilər
Bir söz dedim, söz etdilər,
Sinəm üstə köz etdilər,
Yarımla üz-göz etdilər.
Düşmən elə içimdəymiş.
Nə dedim ki, yara dəydi?
Yar həsrəti qəddim əydi.
Yarəb, mənim suçum nəydi?..
Çölüm kaldı, içim dəymiş.
Dərdlə gəzdim bu dünyanı,
Dərdə əlac edən hanı?..
Yeri-göyü, asimanı
Xəlq edən nə «biçimdəymiş»?..
Şəfəq dolu bir nəğmə
79
Sevgi nəğməsi
Nə gözəl gecədir: aylı-ulduzlu...
Lap nağıllardakı gecəyə oxşar.
Sənin söhbətlərin məzəli, duzlu.
Sənin söhbətlərin ruhumu oxşar.
Tutub üzümüzü göy qübbəsinə,
Göy otun üstündə uzanmışıq biz.
Səs verib suların axan səsinə,
Bir vurur nəbzimiz, ürəklərimiz.
Bizimdir oxunan sevgi nəğməsi,
Axan bulaqların şırıltısı da.
Bizimdir bu çəmən, o göy qübbəsi,
Uzaq ulduzların parıltısı da.
1979
Əyyub Sabiroğlu
80
Məsnəvi
Hər vaxt köməksizə əlini uzat,
Ona kömək eylə, imdadına çat.
Bir zaman ömrümüz gedəcək bada,
Ancaq yaxşılıqlar qalar dünyada.
Çalış, yaxşılıqla olsun adın yad,
Çalış, təmiz qalsın həmişə o ad.
Yaxşı insanların adı qalacaq,
Hər yerdə hörmətlə çəkilər ancaq.
Pis insan köçsə də qoca dünyadan,
Nifrətlə çəkilir adı hər zaman.
Onunçün qoyulmuş məzar daşı da,
Yanacaq elinin qəzəb odunda.
03.08.1971
Şəfəq dolu bir nəğmə
81
BEYTLƏR
Artar aşiqlərin kədəri, qəmi,
Gəlib çatan zaman ayrılıq dəmi.
Aşiqi ayırsan nazlı dilbərdən,
Onunçün nə qalar?-Ürəksiz bədən.
Xəbislik bürüsə səni ey ürək,
Döyünmə sinəmdə, ömrümə sədd çək!
Yanmaqçün yaranmış ürək əzəldən,
Onun istisiylə qızınır bədən.
Sevgisiz ürəyə həmdəm- kədərdir.
Sevgisiz insanın ömrü hədərdir.
Əyyub Sabiroğlu
82
Ey könül, uzaq gəz qəmdən, qüssədən,
Nə qədər əzaba dözəcək bədən?
Ağıl dedi:Sevmə, sevgi bəla gətirər!
Ürək dedi:Sev, o mənə şəfa gətirər.
Həsrətin içində böyüyən yetim,
Xoşbəxt gələcəyə necə inansın?
Hər il yaşdan-yaşa düşdüm,
Mən həyatı başa düşdüm.
Mən dərdimi sənə dedim,
Nə vaxtacan sinə didim?
Çəkdim başıma eşq camını, könlüm alışdı.
Məst etdi məni, yandı bədən, həddini aşdı.
Gündə bir şeir yazan Bakıda peyda olur,
Gündə bir qarğa dönüb bülbülü-şeyda olur.
Şəfəq dolu bir nəğmə
83
Vahidin qəbri önündə Əyyub hər gün baş əyər,
Çün, onun hər qəzəli mülkü-Süleymana dəyər!
Həmişə harasa tələsir insan,
Çatır ömür sona hiss olunmadan.
Kaş hər vaxt mehriban olaydı hamı,
Sevinc bürüyərdi bütün dünyanı.
1980
Ay da gözəllikdə sənlə yarışır,
Gül, əzizim, sənə gülmək yaraşır!
Sevgilim, səninlə keçən bir anı,
Dünyanın varına dəyişməz könül.
Ürək ağrıyar sən qəmlənən zaman,
Şirin gülüşündür könlümə dərman.
Əzazil, bir loğmanın dərmanıyla sağaldı,
Ona nicat verənin səhər canını aldı.
Əyyub Sabiroğlu
84
Od tutub yandı könül, oldu pərişan sənsiz,
Döndü zindana gözümdə bütün cahan sənsiz.
Gül, əzizim, qəm yaraşmır o qara gözlərinə,
Əyyubun dərdinə dünyada çarə gözlərin.
Sənsiz gözlərimə çökər qaranlıq,
Sanaram bu dünya zülmət gecədir.
Bir bülbül idim, mən bahar eşqiylə yaşardım,
Bir bülbül idim, şəninə min nəğmə qoşardım.
Yaşamaq çətindir dünyada, məncə,
Dərdə şərik olan dostlar olmasa.
Qınına çəkilmiş xəncər kimiyəm,
Əlim tiyəsində titrəyir mənim.
1980
Şəfəq dolu bir nəğmə
85
Bahar lövhəsi
Elə ki yurduma gələcək bahar,
Güllə örtüləcək bağlar, bağçalar.
Bülbül oxuyacaq öz nəğməsini.
Çoban qaldırcaq tütək səsini.
Üfüqdən boylanıb günəş güləcək,
Tarladan zəhmətkeş səsi gələcək.
Güldən dəstə tutub xoşbəxt balalar,
Rəngbərəng çələnglər toxuyacaqlar.
1979
Təzad
Kimin dünya qədər böyükdü dərdi,
Kiminsə sevinci dünya qədərdi.
Həyat bir qayğısız saqiyə bənzər,
Kimə şərbət süzər, kiməsə zəhər.
Dünya başdan-başa təzaddı, təzad,
Bir ürək istərəm qüssədən azad.
1979
Əyyub Sabiroğlu
86
Vətən
İstərəm ən uca zirvəyə qalxım,
Vətən torpağına doyunca baxım.
Ordan seyrə dalım axan çayları,
Xəzərdə oynaşan şən dalğaları.
Ruhumu oxşasın Xəzərim mənim,
Mənə ilham versin azad Vətənim!
Əzəldən vurğunam xoş əməllərə,
Yaradan əllərə, quran əllərə.
Hər yeni abadlıq, yeni tərəqqi
Könlümdən qoparır incə bir şərqi.
Şirin arzuların yolçusuyam mən,
Mənə ilham verən sənsən, ey Vətən!
Şəfəq dolu bir nəğmə
87
Sonda bəlli aqibət
Özümüzdən olan adam,
Hər söhbəti yalan adam,
Qanımızı içən adam,
Ürəyindən peyğəmbərlik
keçən adam,
Dinlə məni, yaxşı dinlə,
Hər işini görmə kinlə.
Dünya qəribə dünyadı,
Hələ gördüyün röyadı...
Dünyanın min havası var,
Hərə birin çalar gedər.
Öz başına olsa adam,
Hərc-mərclik baş alar gedər.
Tanrı yazıb alnımıza
Hərənin öz havasını,
Vədə tamam olan kimi,
Dəyiş deyər libasını.
Əyyub Sabiroğlu
88
Sonra başlar sorğu-sual,
Qıl körpüsü, İnkir- Minkir.
Onda durub laldan da lal,
Eyləyərsən min bir fikir.
Imtahandan necə çıxım?
Işlətdiyim günahları,
Çəkdirdiyim o ahları
Kimlərin üstünə yıxım?
Yalan, filan keçməyəcək,
O məclisdə oturanlar,
Qohum-qardaş seçməyəcək.
Bax, onda tək qalacaqsan,
Cəhənnəmlik olacaqsan.
Cəhənnəmlik olacaqsan.
1990
Şəfəq dolu bir nəğmə
89
Mündəricat:
Duyğuların şəfəqləndiyi poeziya ................................. 3
Analar ........................................................................... 16
Ata yurdum-Xanobam .................................................. 17
Bənövşə ......................................................................... 20
Yada sal məni ................................................................ 21
Bir qız ağlayırdı, nənə yaşında .................................... 22
Ayrılıq ........................................................................... 23
Xatirələr aynasında ....................................................... 24
Xəstəxanada .................................................................. 25
Röya ............................................................................. 27
Sevgilim ........................................................................ 28
Hardan biləydim ............................................................ 29
Qayıt ............................................................................. 31
Sevgilim ........................................................................ 32
Tələbə həyatım .............................................................. 33
Yaşamağa dəyərmi heç .................................................. 34
Əyyub Sabiroğlu
90
Sən getdin ...................................................................... 35
Yaman xətrimə dəymisən .............................................. 37
Ay ürək ......................................................................... 38
Ürəyinə dəyən söz ........................................................ 39
Ayrılıq ........................................................................... 40
Sənsizlik ........................................................................ 41
Düşüb ............................................................................ 42
Qəzəllər ......................................................................... 43
Adsız şeirlər .................................................................. 51
Rübailər ......................................................................... 58
Könül istəyi ................................................................... 61
Yeni il ........................................................................... 62
Bahar ............................................................................ 63
Keçdimi ......................................................................... 64
İlk nəğmə ....................................................................... 65
Məni .............................................................................. 66
Olar ................................................................................ 67
Səni sevən bir ürək var ................................................. 68
Şəfəq dolu bir nəğmə
91
İlk məhəbbət .................................................................. 69
Vəfasıza ......................................................................... 70
Qələmim ........................................................................ 71
Hardasa .......................................................................... 72
Qanlı 20 Yanvar ............................................................ 73
Güllə səsi ....................................................................... 74
Eşqimin pərvanəsiyəm .................................................. 75
Ey könül ....................................................................... 76
Təbəssümün bir hədiyyə ................................................ 77
Sözümü söz etdilər ........................................................ 78
Sevgi nəğməsi ............................................................... 79
Məsnəvi ......................................................................... 80
Beytlər ........................................................................... 81
Bahar lövhəsi ................................................................. 85
Təzad ............................................................................ 85
Vətən ............................................................................. 86
Sonda bəlli aqibət ........................................................ 87
Əyyub Sabiroğlu
92
«Елм вя Тящсил» няшриййатынын директору:
профессор Надир МЯММЯДЛИ
Дизайнер: Zahid Məmmədov
Техники редактор: Yadigar Bağırova
Korrektor:
Xəyal Əlibəyli
Йыьылмаьа верилмиш 31.01.2013.
Чапа имзаланмыш 20.02.2013.
Шярти чап вяряги 5,7. Сифариш № 15.
Каьыз форматы 70х100 1/32. Тираж 500
.
Китаб «Елм вя Тящсил» няшриййат-полиграфийа
мцяссисясиндя сящифяляниб чап олунмушдур.
E-mail:
elm_ve_tehsil@box.az
Тел: 497-16-32; 050-311-41-89
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.
Dostları ilə paylaş: |