Əyyub Sabiroğlu
22
Bir qız ağlayırdı, nənə yaĢında
Bir gənc öz əhdinə çıxdı vəfasız,
Uzaq bir diyarda ailə qurdu.
Yolunu həsrətlə gözlədi bir qız,
Ömrünü təkliklə üz-üzə durdu.
Qürbətdən bir tabut gəldi Vətənə...
O gəncin adıydı məzar daşında.
Sərib tər çiçəklər qəbri üstünə,
Bir qız ağlayırdı... nənə yaşında.
Şəfəq dolu bir nəğmə
23
Ayrılıq
Qəlbimə od salıb getdi o dilbər,
Dalınca həsrətlə baxdı gözlərim.
Dəyişdi yerini bir-bir fəsillər,
Ürəyimdə qaldı ürək sözlərim.
İçdim ayrılığın qəm şərbətini,
Alışdım hicranın oduna şam tək.
Yandırır bu atəş, bu həsrət məni,
Qismətin hökmüdür, dözəsən gərək !
17.08.1974
Əyyub Sabiroğlu
24
Xatirələr aynasında
Ensiz bir cığırda xatirə dolu,
Ayaq izlərimi axtarıram mən.
Bir vaxt qayğısızca getdiyim yolu,
Ürək yanğısıyla indi gedirəm.
Yenə həzin-həzin oxuyur bülbül,
Görünür, halına yoxdur yananı.
Meşə də xəyala dalıb elə bil,
Başını alıbdır həsrət dumanı.
«Məlixan meşəsi» bilmirəm nədən
Pərişan görünür gözümə bu gün?!
Bəlkə, çoxdan bura gəlmədiyimdən
Qonmuş yarpağına kədər söyüdün?
«İllərdən hörülmüş hasar» dalından
Şirin xatirələr boylanıb baxır...
«Balax bulağı» ndan su içən zaman
Sanki xatirədir, könlümə axır.
Uşaqlıq çağlarım şirin yuxu tək,
Şirin bir xəyal tək görünür indi.
Bir vaxt qayğısızca döyünən ürək,
Gəncliyin eşqiylə döyünür indi.
Şəfəq dolu bir nəğmə
25
Xəstəxanada
(Ömür-gün yoldaşıma)
Ayrıldıq, kövrəldin körpə uşaq tək,
Göz yaşın süzülüb axdı üzündən.
Sıxıldım, dözmədi sinəmdə ürək,
Öpdüm yanağından, öpdüm gözündən.
Zərif əllərində sıxıb əlimi,
Hönkürdün, elə bil son görüşdü bu...
Sənə bağlamışam öz taleyimi,
Üşüdür qəlbimi hicran qorxusu.
Biz hələ doyunca sevinməmişik,
Kam da almamışıq həyatdan hələ.
Hələ görməmişik oğul toyunu,
Rəqs də etməmişik verib əl-ələ.
Kədər yaman yerdə haqladı məni,
Gözünün içinə baxa bilmirəm...
Mən sənə deyərdim min bir dərdimi,
Bu dərdi, bu dərdi deyə bilmirəm.
Əyyub Sabiroğlu
26
Qarşında durmuşam günahkar kimi,
Dilim quruyubdur, dilim lal olub.
Lap kövrək olmuşam uşaqlar kimi,
Əvvəlki sevincim bir xəyal olub.
Bu dilsiz yollara dikib gözümü,
Yolunu gözlərəm hər səhər, axşam.
Məndədir Əyyubun səbri, dözümü,
Müqəddəs bir eşqə arxalanmışam
Bilirəm, bir səhər şirin gülüşün,
Yenə
evimizə yayılar sənin.
Ömrümdə bayrama dönəcək o gün,
Üzdükcə qoynunda ilk məhəbbətin.
1994
Şəfəq dolu bir nəğmə
27
Röya
Nə şirin yuxuydu, nə şirin xəyal,
Nə yaxşı taleyin bu qisməti var.
Həyatda olsam da qarşısında lal,
Röyada onunla idim bəxtiyar.
Qol-boyun olmuşduq sarmaşıq kimi,
Suya təşnə kimi dodaq - dodağa.
Gizlin saxladığım məhəbbətimi,
Röyada açmışdım o ay qabağa.
Yalnız ikimizdik o göy çəməndə,
Tamam unutmuşduq kədəri, qəmi.
Səadət salmışdı bizi kəməndə,
Necə də şirindir bu vüsal dəmi.
Həsrətin çəkdiyim o zərif əllər,
O lalə yanaqlar mənimki idi.
O gözlər, o qaşlar, pərişan tellər,
O qönçə dodaqlar mənimki idi.
Mən idim dünyanın ən xöşbəxti mən,
Bilmədim nə zaman açıldı səhər.
Röyada bir vüsal yaşadım dünən,
Elə bir vüsal ki, bir ömrə dəyər!
16.06.1988
Əyyub Sabiroğlu
28
Sevgilim
Bir könlüm var-kədər dolu, qəm dolu,
Onu da çəkmisən dara, sevgilim.
Arabir küsürsən heç nəyin üstə,
Vurursan sinəmə yara, sevgilim.
Günah axtarırsan hər bir sözümdə,
Günah axtarırsan özün-özündə.
Sən ki günahsızsan mənim gözümdə,
İnan səni sevən yara, sevgilim.
Deyirlər taleyin öz yazısı var,
Onun hökmüylə də insan yaşayar.
Nə sən günahkarsan, nə mən günahkar,
Qoyma könlüm sinə yara, sevgilim.
02.11.1993
Dostları ilə paylaş: |