Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
28 
 
Özünüyoxlama sualları: 
 
1.
 
Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyat təminatı. 
2.
 
Xarici  iqtisadi  fəaliyyətin  təşkilində  nəqliyyatın  rolunu 
xarakterizə edən əsas xüsusiyyətlər.  
3.
 
Xarici-iqtisadi fəaliyyətin səmərəliliyində nəqliyyat amilləri.  
4.
 
Xarici-iqtisadi  fəaliyyətdə  nəqliyyat  xərclərinə  əsas  təsir 
göstərən amillər.  
5.
 
 “Logistika” terminin anlayışı. 
6.
 
Logistika – kompleks fəaliyyət sahəsi kimi. 
7.
 
Logistikanın xarici-iqtisadi fəaliyyətinin əsas prinsipi. 
8.
 
Logistikanın nəqliyyatla bağlı mühüm vəzifələri.  
9.
 
Nəqliyyat logistikasının istiqamətləri. 
10.
 
Logistika sisteminin optimallaşdırılmasının əsas meyarları. 
11.
 
Nəqliyyat 
sisteminin 
maddi-texniki 
bazasının 
əsas 
komponentləri. 
12.
 
Yol  qovşaqları  nəqliyyat  sisteminin  mühüm  maddi-texniki 
baza komponenti kimi. 
13.
 
Terminallar  nəqliyyatın  maddi-texniki  bazasının  mühüm 
strukturu kimi.  
14.
 
Nəqliyyatın hərəkətdə olan heyyəti. 
 
İstifadə edilmiş ədəbiyyat: 
 
1.
 
 Дзикович, Н.Г. Международные транспортные операции 
и логистика. Минск (Беларусь), 2007. – 195 с. 
2.
 
Синецкий 
Б.И. 
«Внешнеэкономические 
операции: 
организация и техника». Москва, 1989 г.-520 с. 
3.
 
Грачев  Ю.Н.  Транспортировка  товаров  при  экспортно-
импортных операциях. Москва, 1995 г. – 215 с. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
29 
 
4.
 
Кузнецова 
Е.Ю. 
Регулирование 
транспортного 
обеспечения 
внешнеэкономической 
деятельности 
региона. Дисс. доктора экон. наук. Москва, 2000 г.  
5.
 
Внешнеторговые  транспортные  операции  и  логистика. 
Учебное  пособие  /  Д.С.Николаев,  Л.Б.  Березовиков, 
В.М.Назаренко, Т.Н.Полянова и др. Москва, 1998 г. – 318 
с. 
6.
 
Гончарук О.В. Управление транспортом: вопросы, теория 
и практика. Санкт-Петербург, Наука, 1994 г. – 220 с. 
7.
 
Назаренко 
В.М., 
Назаренко 
К.С. 
Трансортное 
обеспечение 
внешнеэкономическойдеятельности. 
Москва, 2000 г. 
8.
 
Неруш  Ю.М.  Логистика.  Москва,  Изд-во  «Проспетк», 
2007 г.  
9.
 
Плужников  К.Н.,  Чинтомова  Ю.А..  Транспортные 
условия 
внешнеторговых 
контрактов. 
Москва, 
Росконсульт, 2002 г. 
10.
 
Мировая  экономика  и  международные  экономические 
отношения/  Под  ред.  А.С.Булатова,  Н.Н.Ливенцева, 
Москва, 2008 г. 
11.
 
Транспортные 
операции 
[Интернет-ресурсы: 
https://way2success.ru]. 
12.
 
Международные 
перевозки.  Роль  транспорта 
во 
внешнеэкономической 
деятельности. 
Материально-
техническая 
база 
транспорта 
[Интернет-ресурсы: 
https://ock.ru]. 
13.
 
Шамагдиев 
А.Ш.Международные 
транспортные 
перевозки. Ташкент (Узбекистан), 2007 г. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
30 
 
Mövzu 3. Beynəlxalq Sazişlər və Konvensiyalar 
 
3.1.   Beynəlxalq yüklərin qarışıq daşınması üzrə Konvensiya. 
3.2.  Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin 
razılaşdırılması haqqında Beynəlxalq Konvensiya. 
3.3.  Beynəlxalq  daşımalarda  istifadə  edilən  –  Pula  verilən 
konteynerlərə  tətbiq  olunan  Gömrük  rejimi  barədə 
Konvensiya. 
3.4.  Beynəlxalq  qarışıq  yükdaşınmaların  mühüm  xətləri  və 
müvafiq obyektləri barədə Avropa Sazişi. 
3.5. Konteynerlərə aid Gömrük Konvensiyası. 
3.6.  Təhlükəli  yüklərin  beynəlxalq  yol  daşımaları  haqqında 
Avropa Sazişi. 
3.7.  Avrasiya  İqtisadi  Cəmiyyətinin  Vahid  nəqliyyat  məkanı 
Konsepsiyası. 
3.8. Nəqliyyat Nazirlərinin Avropa Konfransı. 
 
3.1.  Beynəlxalq  yüklərin  qarışıq  daşınması  üzrə 
Konvensiya 
 
Konvensiyanın  yaranma  tarixi  –  BMT-in  səyləri  ilə 
bilavasitə  bağlıdır.  Bu  Konvensiya  12-30  noyabr  1979-cu  ildə 
Cenevrədə qəbul  edilmişdir (I hissə) və bu Konvensiya üzrə əsas 
müddəalar 8-24 may 1980-ci il sessiyasında qəbul olunmuşdur.  
Beynəlxalq 
yüklərin 
qarışıq 
daşınması 
üzrə 
Konvensiyanın  əsas  missiyası  –  dünya  ticarətinin  inkişafına 
əlavə  köməklik  göstərməkdir.  Konvensiyada  nəzərdə  tutulan 
tədbirlərin  reallaşdırılması  və  qaydaların  qorunması  yüklərin 
qarışıq  daşınmasının  maneəsiz  hərəkətinə,  yükdaşımaların 
səmərəli  və  effektivli  təşkilinə,  iştirakçı  ölkələrin  beynəlxalq 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
31 
 
yükdaşıma  dövriyyəsinin  artırılmasına,  tranzitivlik  amilindən 
faydalanmasına, 
beynəlxalq 
nəqliyyat 
əməliyyatlarının 
intensivləşdirilməsinə, gömrük prosedurlarının sadələşdirilməsinə, 
informasiya  mübadiləsinin  aparılmasına,  adekvat  və  operativ 
tədbirlərin görülməsinə imkan verir.  
 
3.2.  Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi 
şərtlərinin razılaşdırılması haqqında Beynəlxalq Konvensiya 
 
Konvensiya  21  oktyabr  1982-ci  ildə  Cenevrədə  qəbul 
olunmuşdur.  
Konvensiyanın əsas missiyası – beynəlxalq yük daşımaların 
yaxşılaşdırılmasıdır.  Belə  ki,  yüklərin  sərhəd  nəzarətindən 
keçirilməsinin optimallaşdırılması, bu proseslərin asanlaşdırılması 
aktuallığı ilə daim diqqət tələb edir.  
Konvensiyanın əsas  məqsədi - sərhəd nəzarətinin  keçirilmə 
müddətinin  azaldılması  və  bununla  bağlı  formal  prosedurların 
sadələşdirilməsi,  milli  və  beynəlxalq  səviyyədə  bu  işlər  üzrə 
koordinasiyanın 
sistemləşdirilməsidir. 
Bu 
məqsədlərlə 
Konvensiyanı qəbul etmiş ölkələr – iştirakçılar arasında ikitərəfli 
və çoxtərəfli Sazişlər imzalanır, müqavilələr bağlanılır və s.  
Konvensiya  üzrə  sərhədlərdə  yüklərin  nəzarətdən 
keçirilməsinin əsas şərtləri bunlardır:  

 
Tibbi-sanitar nəzarət; 

 
Veterinar nəzarəti

 
Fitosanitar nəzarəti; 

 
Texniki standartların uyğunluğu nəzarəti

 
Keyfiyyət nəzarəti və s. 
 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə