Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
24 
 

 
spesifik malların daşınmasında xüsusi şərtlərin və qaydaların 
nəzərə alınması; 

 
beynəlxalq  yüklərin  daşınması  proseslərində  digər  zəruri 
təşkilatı 
tədbirlərin 
müəyyənləşdirilməsi 
informasiya 
mübadiləsi və s. 
 
2.3.  Xarici-iqtisadi  fəaliyyət  nəqliyyat  təminatında 
logistikanın rolu 
 
Son  onilliklərdə  dünyanın  müxtəlif  ölkələrində  milli 
iqtisadiyyatların  beynəlmilləşməsi  proseslərinin  güclənməsi 
fonunda  BNƏ-ri  və  logistikanın  optimal  təşkili  problemləri  üzrə 
dövlət  siyasətinin  diqqət  mərkəzində  saxlanılmasına  zərurət 
artmaqdadır. Bu ilk növbədə dövlətin xarici-iqtisadi fəaliyyət üzrə 
strateji  hədəflərinin  tərkib  hissəsi  kimi  zərurətdən  yaranır.  Digər 
tərəfdən  dövlət  xarici-iqtisadi  fəaliyyət  iştirakçılarının  rəqabət 
qabiliyyətinin  artırılması  üçün  BNƏ-nın  səmərəli  təşkilinin 
vacibliyini  nəzərə  alır.  Bu  proseslərdə  isə  logistika  sistemin 
optimal formalaşdırırlması mühüm əhəmiyyət kısb edir.  
“Logistika”  termininin  anlayışı  –  latıncadan  “logistice” 
sözündən  formalaşmışdır  və  mahiyyəti  “seçmək  məharəti” 
mənasındadır.  Hələ  qədim  Vizantiyada  (bizim  eradan  əvvəl  IX 
əsrdə).  Logistikadan  hərbi  termin  kimi  istifadə  edilməsi 
məlumdur,  mənası  isə  “arxa  cəbhə”,  “ordunun  təchizatı”  kimi 
səslənirdi.  Müasir  dövrdə  logistikaya  münasibət  kompleks 
yanaşma səviyyəsində dərinləşməkdədir. Belə ki, artıq logistikaya 
“ümumi  məsuliyyət”  konsepsiyası  prizmasından  baxılması 
intensivləşməkdədir.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
25 
 
Logistika – kompleks fəaliyyət sahəsi kimi - əslində həm də 
bir  elm  sahəsi  kimi  çıxış  edir.  Burada  hazır  məhsulun  istehsalı, 
bölüşdürülməsi  və  istehlakı  ilə  bağlı  yüksək  effektivli  sistemin 
yaradılması başa düşülür.  
Logistikanın xarici-iqtisadi fəaliyyəti əsas prinsipi – malın 
hərəkətinin  bütün  mərhələlərində  prosesləri  tədqiq  etmək, 
izləmək,  tədbirləri  müəyyənləşdirmək  və  bu  proseslərlə  bağlı 
optimal  nəqliyyat  marşrutlarını  sxemlərini  işləyib  hazırlamaq, 
müxtəlif istiqamətlər üzrə BNƏ-nı modelləşdirməkdir.  
Logistikanın nəqliyyatla bağlı mühüm vəzifələri bunlardır: 

 
nəqliyyat vasitələrinin səmərəli yerləşdirilməsi

 
yüklərin  müxtəlif  nəqliyyat  vasitələri  üzrə  effektivli 
bölüşdürülməsi; 

 
nəqliyyat  xərclərinin  azaldılması  imkanlarının  araşdırılması 
və təkliflərin hazırlanaraq reallaşdırılması; 

 
boşaltma-yükləmə işlərinin operativliyinin və səmərəliliyinin 
təmin olunması; 

 
yük (mal) anbarlarının mobilliyinin gücləndirilməsi

 
yüklərin  (malların)  qablaşdırılması,  markalaşdırılması  və 
sənədlərin  hazırlanması  proseslərinin  optimallaşdırılması  və 
s. 
Nəqliyyat logistikanın istiqamətləri bunlardır: 
1.
 
Makrologistika  –  bu  istiqamət  üzrə  nəqliyyat  logistikanın 
əsas  məqsədi  beynəlxalq  nəqliyyat  koridorunun  yaradılması, 
nəqliyyat  müəssisələrinin  səmərəli  yerləşdirilməsi  və  əsas  yük 
axınlarının formalaşdırılmasıdır; 
2.
 
Mikro-logistika 
– 
ayrı-ayrı 
nəqliyyat 
vasitələri 
müəssisələrinin 
işinin 
optimallaşdırılması 
proseslərinin 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
26 
 
öyrənilməsi 
və 
adekvat 
tədbirlərin 
müəyyənləşdirilərək 
reallaşdırılması ilə bağlıdır.  
Logistika 
sisteminin 
optimallaşdırılmasının 
əsas 
meyarları aşağıdakılardır: 

 
Kontrakt  şərtlərinin  nəqliyyatla  bağlı  müddəalarının 
qorunmasını təmin etmək; 

 
malların (məhsulların) maksimum satışına şərait yaratmaq

 
nəqliyyat xərclərinin minimuma endirilməsini təmin etmək; 

 
nəqliyyat  əməliyyatlarının  intensivliyi  üçün  adekvat 
mexanizmləri  və  tədbirləri,  optimal  nəqliyyat  marşrutlarını, 
yükdaşıma sxemlərini işləyib hazırlamaq; 

 
BNƏ-nin  keyfiyyətinin  artırılmasını  və  bu  əməliyyatlardan 
mənfəətin yüksəldilməsini təmin etmək. 
 
2.4.  Xarici-iqtisadi  fəaliyyətdə  nəqliyyat  təminatının 
maddi-texniki bazası 
 
Nəqliyyat  çoxsahəli  və  çoxfunksiyalı  iqtisadi  fəaliyyət,  həm 
də mühüm xidmət  sektoru olmaqla bərabər, bir  çox sıra iqtisadi-
istehsal-texnoloji  və  təşkilatı  funksiyaları  özündə  birləşdirən 
mürəkkəb  sistemdir.  Belə  bir  sistemin,  şübhəsiz,  güclü  maddi-
texniki  bazası  olmalı  və  bu  bazanın  inkişafı  məsələləri, 
problemləri,  prioritet  hədəfləri  daim  diqqət  mərkəzində 
qalmalıdır.  Nəqliyyat  sistemi  –  yenilənmə  prinsipinə  ciddi  əməl 
etməli, məsrəflərin azaldılması, “yaşıl iqtisadiyyatla” bağlı müasir 
tələblərin  yerinə  yetirilməsi,  effektivli  və  optimal  fəaliyyət 
mexanizmlərinin  işlənib  hazırlanmasını  diqqət  mərkəzində 
saxlanmalıdır.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
27 
 
Nəqliyyat  sisteminin  maddi-texniki  bazasının  əsas 
komponentləri aşağıdakılardır: 

 
Avtomobil və dəmir yolları; 

 
Hava xətləri və dəniz marşrutları; 

 
Boru kəmərləri və kanat yolları; 

 
Terminallar; 

 
Nəqliyyat vasitələri və s. 
Yol qovşaqları nəqliyyat sisteminin mühüm maddi-texniki 
baza komponenti kimi – xüsusilə diqqəti cəlb edir. Bu qovşaqlar 
əsasən  3  növə  -  təbii,  süni  və  yaxşılaşdırılmış  növlərə  bölünür. 
Təbii yol qovşaqları dedikdə - hava və su mühiti nəzərdə tutulur. 
Bu  marşrutlar  nəqliyyat  sisteminin  az  məsrəfli  komponentləridir 
və  carı  xərclər  tələb  etmir.  Süni  yol  qovşaqlarına  xüsusi  olaraq 
tikilmiş  avtomobil  yolları,  dəmir  yolları,  tunellər,  kanallar  və 
s.daxildirlər. Yaxşılaşdırılmış yol qovşaqlarına isə  - səhralar, boş 
ərazilər aiddirlər.  
Terminallar  nəqliyyatın  maddi-texniki  bazasının  mühüm 
strukturu  kimi  –  xarakterizə  olunur.  Burada  yüklərin 
saxlanılması,  boşaldılması  və  yüklənməsi,  qablaşdırılması  və 
markalanması,  ixrac  üçün  yenidən  hazırlanması  və  sair 
əməliyyatlar üçün xüsusi qurğular tikilir, avadanlıqlar quraşdırılır, 
nəqliyyat mexanizmləri yerləşdirilir və s. 
Nəqliyyatın hərəkətdə olan heyyəti nəqliyyat növündən asılı 
olaraq,  müxtəlif  nəqliyyat  vasitələrindən  ibarətdir.  Bunlara  yük 
avtomobilləri, 
avtofurqonlar, 
avtoçənlər, 
dəmir 
yolu 
lokomotivləri,  gəmilər,  tankerlər,  hava  gəmiləri,  helikopterlər  və 
s. aiddirlər.  
 
 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə