Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
32 
 
3.3. Beynəlxalq daşımalarda istifadə edilən – Pula verilən 
konteynerlərə  tətbiq  olunan  Gömrük  rejimi  barədə 
Konvensiya 
 
Bu  Konvensiya  qısaca  olaraq,  Konteyner  pulu  haqqında 
Konvensiya  adlanır.  Konvensiya  21  yanvar  1994-cü  ildə 
Cenevrədə qəbul edilmişdir.  
Konteyner pulu haqqında Konvensiyanın əsas missiyası – 
beynəlxalq  yüklərin  konteyner  daşımalarının  intensivləşdirilməsi 
və  bu  növ  yükdaşıma  xidmətinə  daim  artmaqda  olan  tələbatın 
ödənilməsidir.  Bunun  üçün  ilk  növbədə  konteynerlərdən  effektiv 
istifadə  edilməsi,  inzibati  prosedurların,  gömrük  rejiminin 
sadələşdirilməsi və asanlaşdırılması zəruridir.  
 
3.4.  Beynəlxalq  qarışıq  yükdaşınmaların  mühüm  xətləri 
və müvafiq obyektləri barədə Avropa Sazişi 
 
Bu Saziş – 01 fevral 1991-ci il Cenevrədə qəbul edilmişdir.  
Beynəlxalq  qarışıq  yükdaşınmaların  mühüm  xətləri  və 
müvafiq obyektləri barədə Avropa Sazişinin əsas missiyası və 
başlıca 
məqsədlərinə 

beynəlxalq 
yükdaşınmaların 
asanlaşdırılmasına  yardımçı  olmaq,  ətraf  mühitin  qorunmasına 
əlavə  tövhələr  vermək,  beynəlxalq  ticarət  əməliyyatlarının 
genişləndirilməsinin 
nəqliyyat 
təminatını 
yaxşılaşdırmaq, 
Avropanın  avtomobil  yolu  qovşaqlarında,  xüsusilə  transalp 
magistralında  gərginliyi  azaltmaq,  Saziş  iştirakçısı  olan 
dövlətlərin 
beynəlxalq 
nəqliyyat 
infrastrukturunun 
gücləndirilməsində  fəal  iştirakını  təmin  etmək  və  sairlər 
daxildirlər.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
33 
 
Bu Sazişə əlavə olaraq, iştirakçı dövlətlərin ərazisindən keçən 
mühüm  beynəlxalq  yükdaşıma  xətləri,  sərhəd  məntəqələri, 
stansiyalar və terminallar müəyyənləşdirilmişdir.  
 
3.5. Konteynerlərə aid Gömrük Konvensiyası 
 
Konvensiya 15 noyabr 1975-ci ildə qəbul olunmuşdur.  
Konvensiyanın  əsas  mahiyyəti  –  konteynerlərin  müvəqqəti 
daxil  olması  prosedurlarının  razılaşdırılması,  bu  konteynerlərdən 
istifadə  edilməsi  şərtlərinin  müəyyənləşdirilməsi,  xüsusi  halların 
nəzərə  alınması,  konteynerlərin  yükün  daşınması  məqsədilə 
gömrük prosedurlarının buraxılması və sairlərdən ibarətdir.  
Konvensiyanın  işçi  orqanı  kimi  müqavilə  iştirakçılarının 
Administrativ  Komitəsi  çıxış  edir.  Bu  Komitə  motivasiyalı 
təkliflər hazırlayır, Komitənin iclaslarını təşkil edir və s. 
 
3.6.  Təhlükəli  yüklərin  beynəlxalq  yol  daşımaları 
haqqında Avropa Sazişi 
 
Bu  Saziş  –  30  sentyabr  1957-ci  ildə  Cenevrədə  qəbul 
edilmişdir.  
Sazişin 
əsas 
missiyası 
– 
beynəlxalq 
daşımaların 
təhlükəsizliyinin  təmin  olunmasıdır.  Bu  məqsədlərlə  təhlükəli 
yüklərin  daşınması  şərtləri,  təhlükəsizlik  standartları,  xüsusi 
hallar,  bu  kimi  təhlükəli  yüklərin  siyahıları  və  sairlər 
müəyyənləşdirilərək adekvat tədbirlər həyata keçırməkdir.  
Təhlükəli  yüklər  dedikdə,  ilk  növbədə  bu  kimi  yüklərin  iki 
razılaşmış  tərəflərin  ərazilərindən  keçən  və  müxtəlif  nəqliyyat 
vasitələri  ilə  beynəlxalq  yol  daşımaları  nəzərədə  tutulur. 
Daşımalar  zamanı  təhlükəli  yüklərin  qablaşdırılması  və 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
34 
 
markalaşdırılması xüsusi şərtlər əsasında həyata keçirilir. Bundan 
əlavə, nəqliyyat vasitələrin konstruksiyalarına və onların müəyyən 
edilmiş  beynəlxalq  marşrut  üzrə  yol  hərəkəti  rejiminə  də  xüsusi 
tələblər mövcuddur.  
Sazişin  4-cü  maddəsinin  birinci  bəndinə  əsasən  tərəflərdən 
hər  hansı  birinin  öz  ərazilərindən  keçən  təhlükəli  yüklərin 
reqlamentləşdirilməsinə  və  ya  onların  daşımalarının  qadağan 
edilməsinə hüququ vardır.  
 
3.7.  Avrasiya  İqtisadi  Cəmiyyətinin  Vahid  nəqliyyat 
məkanı Konsepsiyası 
 
Bu 
konsepsiya 

Avrasiya  İqtisadi  Cəmiyyətinin 
Dövlətlərarası  Şurasının  qərarı  ilə  təsdiq  edilmişdir  (25  yanvar 
2008-ci il, № 374).  
Vahid  nəqliyyat  məkanı  Konsepsiyası  dedikdə  -  Avrasiya 
İqtisadi  Cəmiyyətinə  daxil  olan  dövlətlərin  –  üzvlərin  nəqliyyat 
sistemlərinin  məcmusu,  sərnişinlərin,  yük  və  nəqliyyat 
vasitələrinin maneəsiz hərəkəti, nəqliyyat proseslərinin texniki və 
texnoloji qarşılıqlı əlaqəsinin təmin edilməsi, nəqliyyat sahəsində 
qanunvericilik  aktlarının  və  qaydalarının  eyniləşdirilməsi  başa 
düşülür.  Əsas  məqsəd  isə  -  vahid  nəqliyyat  sistemi  və  prosesləri 
yaratmaqdır.  
Vahid  nəqliyyat  məkanı  Konsepsiyasının  əsas  prinsipləri 
aşağıdakılardır: 

 
Beynəlxalq ticarət prinsiplərinin qorunması; 

 
Avrasiya 
İqtisadi 
Cəmiyyətininin 
beynəlxalq 
müqavilələrinin  və  normalarının  bu  cəmiyyətə  daxil  olan  üzv 
ölkələrin qanunvericilik aktlarında üstün olunması; 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
35 
 

 
Nəqliyyat  proseslərinin  transparentnostluğunun,  yəni 
şəffaflağının təmin edilməsi

 
Açıq nəqliyyat siyasətinin formalaşdırılması; 

 
Mübahisələrin həll edilməsi mexanizmlərinə üzv ölkələrin 
daxil ola bilməsi və sairlər.  
Vahid nəqliyyat məkanının prioritet istiqamətləri: 

 
Ümumi nəqliyyat xidməti bazarının yaradılması; 

 
Vahid nəqliyyat sisteminin yaradılması; 

 
Avrasiya  İqtisadi  Cəmiyyətinə daxil olan ölkələrin  tranzit 
nəqliyyat potensiallarının reallaşdırılması; 

 
Cəmiyyətin logistika mərkəzi sisteminin inkişafı və s.  
 Vahid  nəqliyyat  məkanının  təşkilindən  2020-ci  ilədək 
gözlənilən mühüm nəticələr: 

 
Üzv ölkələrin ərazisindən tranzit yükdaşımaların həcminin 
316  mln.  tona  çatdırılması  və  tranzit  potensialının  85  %-dək 
istifadəyə nail olunması; 

 
Qazaxıstanın  yeni  dəniz  limanları  hesabına  tranzit 
potensialının 36 mnl. tondan 100 mln. tona çatdırılması; 

 
Rusiyada  tranzit  potensialının  80  mln.  tondan  150  mln. 
tona qədər artırılması; 

 
Belarusun  tranzit  potensialı  kimi  qiymətləndirilən  100 
mln.  ton  həddinin  reallaşdırılması  (hazırda  50  %  səviyyəsində 
istifadə olunur); 

 
Özbəkistanın  tranzit  göstəricisinin  6  mln.  tondan  10  mln. 
tona qədər artırılması; 

 
Tacikistanın avtomobil nəqliyyatı üzrə tranzit potensialının 
180 min tondan 240 min tona qədər yüksəldilməsi


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə