Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
13 
 
Mövzu 1. Dünya nəqliyyat sistemi və təsnifatı 
 
1.1. Nəqliyyat anlayışı. 
1.2. Dünya nəqliyyat sisteminin mahiyyəti.  
1.3. Dünya nəqliyyat sisteminin təsnifatı.  
1.4.  Beynəlxalq  nəqliyyat  sisteminin  dünya  təsərrüfat 
proseslərində rolu.  
 
1.1.
 
Nəqliyyat anlayışı  
 
 Nəqliyyat dünya iqtisadi proseslərində milli iqtisadiyyatların 
spesifik  sahəsi  kimi  mühüm  əhəmiyyət  daşıyır.  Bu  sahə  ayrıca 
xidmət  sektoru  kimi  hər  bir  ölkə  vətəndaşı,  sahibkarlıq  və  digər 
fəaliyyət  sahələrinin  subyektləri  ilə  ictimai  münasibətlər 
prosesində olur.  
Hələ  ilk  sivilizasiyanın  formalaşdıgı  dövrlərdən  başlayaraq 
insanlar zəruri əşyaları bir yerdən digər istiqamətə daşımaq üçün 
əlverişli  vasitələr  və  marşrutlar  düşünürdülər,  axtarırdılar. 
Zənnimizcə,  nəqliyyat  anlayışının  kökündə  məhz  bu  düşüncələr 
durur.  
Nəqliyyat termininin mahiyyəti – latınca trasporto sözündən 
formalaşmışdır,  gətirirəm,  aparıram,  yerini  dəyişirəm  mənasını 
ifadə  edir.  Başlıca  mahiyyəti  hər  hansı  bir  yüku  və  insanı- 
sərnişini bir yerdən digər yerə çatdırmaqdan ibarətdir. Nəqliyyat, 
hər  hansı  bir  məhsul  istehsal  etmir,  bununla  belə  təyinat 
funksiyasından  asılı  olaraq  vətəndaşlar,  cəmiyyət,  bütövlükdə 
dövlətə isə mühüm və zəruri xidmət göstərir.  
Nəqliyyat maddi istehsal yaratmasa belə, o bu proseslərdə bir 
xərc  subyekti  kimi  iştirak  edir  və  bu  baximdan  hər  hansı  bir 
məhsulun son qiymətinin formalaşmasında ciddi faktor kimi çıxış 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
14 
 
edir.  İqtisadiyyatın  müxtəlif  sahələrində  optimal  təsərrüfat 
nəticələrinin  əldə  olunmasında  nəqliyyatın  təsiri  güclüdür.  Bu 
meyarlar  nəzərə  alınmaqla,  nəqliyyat  iqtisadi  amillə  yanaşı,  həm 
də sosial və siyasi əhəmiyyət kəsb edir.  
Nəqliyyat maddi istehsal prossesinin mühüm tsikllərindən biri 
kimi də xarakterizə edilə bilər. Çünki nəqliyyat daim hərəkətdədir 
və  bununla  da  o,  maddi  istehsal  prossesinin  bir  çox  tsikllərində 
iştirak edir. Nəqliyyat xərcləri təkcə yükün həcmindən deyil, həm 
də  hansı  məsafəyə  daşınacagından  asılı  oldugundan  onun  son 
nəticəyə təsiri bir çox hallarda həlledici rola malik ola bilər.  
 
1.2. Dünya nəqliyyat sisteminin mahiyyəti 
 
Dünya nəqliyyat sistemi mürəkkəb quruluşa və çoxlu sayda 
elementlərə  malikdir.  Bunlara  ilk  növbədə  yüksək  standartlara 
cavab  verən  nəqliyyat  kommunikasiyaları,  nizamlayıcı  nəqliyyat 
heyyətləri  və  nəqliyyat  vasitələri,  yükləmə-boşaltma  mərkəzləri, 
logistika  anbarları,  müştərilərə  xidmət  vasitələri,  yükdaşıma 
proseslərinin  idarə  edilməsi  qurguları  və  strukturları,  beynəlxalq 
nəqliyyat  potoklarının  effektivli  idarə  edilməsi  mexanizmləri, 
nəqliyyat  vasitələrinin  dünyanın  istənilən  yerində  təhlükəsiz  və 
maneəsiz  hərəkətini  təmin  edə  biləcək  beynəlxalq  qaydalar-
rejimlər,  etibarlı  beynəlxalq  hüquq  bazası,  mükəmməl 
konvensiyalar, sazişlər və s. daxildirlər.  
 Dünya  nəqliyyat  sistemi  dünya  ölkələrini  birləşdirən  bir 
mexanizm  kimi-də  xarakterizə  edilə  bilər.  Bu  insanların  bir 
ölkədən digər ölkələrə getmələri və beynəlxalq yük daşimalarının 
təşkili  prosseslərinin  canli  bir  mexanizm  kimi  daimi  olaraq  işlək 
vəziyyətdə, yəni işlək rejimdə olması ilı izah olunur.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
15 
 
 Beynəlxalq  nəqliyyat  sistemi  müxtəlif  nəqliyyat  növləri 
əsasında  formalaşır.  Bunlara  dəniz,  avtomobil,  hava,  dəmir  yolu 
və  boru  kəmərləri  nəqliyyatları  aiddirlər.  Beynəlxalq  yük 
daşımalarında  üstünlük  ilk  növbədə  malların  birbaşa  təyinat 
ünvanına  çatdırılmasını  təmin  edən  nəqliyyat  növlərinə  önəm 
verilir.  Daşıma  xərclərinin  səmərəliliyinə  uygun  nəqliyyat 
vasitələrinin seçilməsi də dünya praktikasında geniş yayılmışdır.  
 
1.3. Dünya nəqliyyat sisteminin təsnifatı 
 
 Dünya 
nəqliyyat 
sisteminin 
formalaşdırılmasını 
şərtləndirən mühüm amillərə aşagıdakıları aid etmək olar: 
-nəqliyyat 
sistemi 
sosial-iqtisadi 
inkişafın 
aparıcı 
sahələrindən biri kimi çıxış edir; 
-nəqliyyat  sisteminin  beynəlmiləlləşməsi  labüd  prossesdir, 
çünki  beynəlxalq  inteqrasiya  proseslərinin  və  dünya  ticarəti 
əməliyyatlarının əsasında BNƏ dayanır; 
-qloballaşma  şəraitində  milli  iqtisadiyyatların  rəqabət 
qabiliyyətinin  artırılmasında  BNƏ-nın  optimallaşdırılması  və 
effektivliyinin artırılması mühüm amillərdan biri kimi baxılır və s. 
 Dünya  nəqliyyat  sisteminin  təsnifatını  aşagıdakı  kimi 
baxmaq olar: 

 
Yerdə  hərəkət  edən  nəqliyyat  vasitələri  (avtomobil  və  dəmir 
yolu); 

 
Su nəqliyyatı (dəniz və çay); 

 
Hava nəqliyyatı (aviasiya və helikopter); 

 
Boru kəmərləri

 
Konveyr qurguları; 

 
Kanat yolları və s. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
16 
 
BNƏ-nın əsas fəaliyyət istiqamətləri aşagıdakılardır: 

 
Beynəlxalq  yük  daşımaları  (Bu  nəqliyyat  əməliyyatları 
beynəlxalq ticarət üzrə daşımaların 80 %-ni təşkil edir. Dünya 
üzrə beynəlxalq yük daşımalarında əsas mallar kimi dəniz və 
dəmir yolu nəqliyyatları vasitəsi ilə daşınan maye məhsullar, 
xam  neft,  neft  məhsulları,  dəmir  filizi,  daş  kömür,  bugda  və 
digərləridir.  Son  onilliklərdə  dəniz  nəqliyyatına  konkurent 
kimi  qitələrarası  yük  daşımalarda  hava  nəqliyyatının 
potensialı  artmaqdadır.  Bu  ilk  növbədə  hava  nəqliyyatı 
vasitəsi  ilə  yüklərin  təyinatı  üzrə  ünvanına  tez  və  itkisiz 
çatdırılması iıə baglıdır); 

 
Beynəlxalq  sərnişin  daşımaları  (Hazırda  yüz  milyonlarla 
insanlar  gundəlik  olaraq  ölkələrarası  və  qitələrarası 
marşrutlara  çıxırlar.  Beynəlxalq  ticarət  əməliyyatlarının 
genişlənməsi 
və 
biznesin 
beynəlmiləlləşməsinin 
intensivləşməsi  sərnişin  daşımalarının  artmasını  şərtləndirən 
amillərdəndir. Bu növ daşımalarda qitələrarası marşrutlar üzrə 
əlverişli  və  şəriksiz  lider  kimi  hava  nəqliyyatı  xüsusilə 
fərqlənir. 
Qitədaxili 
məkanda 
ölkələrarası 
sərnişin 
daşımalarında  avtomobil  və  dəmir  yolu  nəqliyyatının  çəkisi 
çoxdur. Beynəlxalq  kruiz marşrutları  üzrə daşımalarda dəniz 
və çay nəqliyyatının rolu boyükdür).  
 
 1.4.  Beynəlxalq  nəqliyyat  sisteminin  dünya  təsərrüfat 
proseslərində rolu 
 
 Beynəlxalq 
nəqliyyat  sisteminin  tərkib  hissəsinə- 
beynəlxalq  dəmir  yolu,  beynəlxalq  dəniz,  beynəlxalq  hava, 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə