Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
17 
 
beynəlxalq  avtomobil,  beynəlxalq  su  (çay)  və  beynəlxalq  boru 
kəməri nəqliyyat vasitələri daxildirlər.  
 Beynəlxalq  nəqliyyat  sisteminin  beynəlxalq  hüquq 
mexanizminə  və  mənbələrinə  -  beynəlxalq  müqavilələr,  o 
cümlədən  konvensiya,  saziş  və  razılaşmalar,  həmçinin  milli 
qanunvericilik  aktları,  məsələn  qanun,  məcəllə  və  nizamnamə 
aiddirlər.  
 Beynəlxalq  nəqliyyat  sisteminin  və  beynəlxalq  nəqliyyat 
əməliyyatlarının  rolunu  xarakterizə  edən  əsas  amillərə 
aşağıdakılar aiddir: 

 
Beynəlxalq nəqliyyat daşımalarının effektivli təşkili

 
Beynəlxalq 
nəqliyyat 
dəhlizlərindən 
və 
kommunikasiyalarından  daha  səmərəli  istifadənin  təmin 
olunması; 

 
Dövlətlərarası  nəqliyyat  münasibətlərinin  təkmilləşdirliməsi 
və genişləndirilməsi; 

 
Beynəlxalq  nəqliyyat  konvensiyalarının  və  sazişlərinin 
qorunması, koordinasiyası və təkmilləşdirilməsi

 
Beynəlxalq  nəqliyyat  daşımlarına  məsuliyyətin  artırılması, 
sığorta və nəqliyyat təhlükəsizliyinin təmin olunması; 

 
Milli  nəqliyyat  qanunvericiliyinin  və  beynəlxalq  nəqliyyat 
münasibətlərinin 
nizamlayıcı 
mexanizmlərinin 
təkmilləşdirilməsi; 

 
Beynəlxalq  yük,  sərnişin  və  baqaj  daşımaları  qaydalarının 
nizamlanlması; 

 
 Nefit,  qaz  və  digər  məhsulların  beynəlxalq  boru  kəmərləri 
nəqliyyatı  vasitəsilə  nəqli  zamanı  yaranan  nəqliyyat-daşıma 
münasibətlərinin formalaşdırılması və nizmalanması; 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
18 
 

 
Beynəlxalq nəqliyyat hüquqi mexanizminin tənzimlənməsi və 
s. 
 
Özünüyoxlama sualları:  
 
1.
 
Nəqliyyat anlayışını izah edin. 
2.
 
Beynəlxalq nəqliyyat sisteminin mahiyyətini bildirin. 
3.
 
Beynəlxalq nəqliyyat sistemi necə formalaşır? 
4.
 
Dünya  nəqliyyat  sisteminin  formalaşdırılmasını  şərtləndirən 
mühüm amillər hansılardır? 
5.
 
Dünya nəqliyyat sisteminin təsnifatinı izah edin. 
6.
 
BNƏ-nın əsas fəaliyyət istiqamətlərini söyləyin. 
7.
 
Beynəlxalq nəqliyyat sisteminin tərkib hissəsini açıqlayın. 
8.
 
Beynəlxalq 
nəqliyyat 
sisteminin 
beynəlxalq 
hüquq 
mexanizmini və mənbələrini bildirin. 
9.
 
Beynəlxalq  nəqliyyat  sisteminin  və  beynəlxalq  nəqliyyat 
əməliyyatlarının  rolunu  xarakterizə  edən  əsas  amillər 
hansılardır? 
 
 İstifadə edilmiş ədəbiyyat: 
 
1.
 
Əliyev E.Ə. Beynəlxalq nəqliyyat hüququ. Bakı.-2009, 868 s. 
2.
 
Azərbaycan  Respublikasının  nəqliyyat  qanunvericiliyi.  Bakı, 
2005-820 s. 
3.
 
Əliyev  E.Ə.  Qloballaşma  dövründə  beynəlxalq  nəqliyyat 
daşımaları: hüquqi aspektlər. Bakı, 2006-360 s. 
4.
 
Назаренко 
В.М., 
Назаренко 
К.С. 
Транспортное 
обеспечение  внешнеэкономической  деятельности.  – 
Москва – 2000.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
19 
 
5.
 
Внешнеторговые транспортные организации и логистика. 
Учебное  пособие  /  под  ред.  Проф.  Д.С.  Николаева.  – 
Москва, 1998.  
6.
 
Гудин  Ю.Г.  Сущность  и  основы  международных 
траспортных 
операций 
(Электронные 
ресурсы: 
https://abc.vvsu.ru/Books/u_op/page0002/asp). 
7.
 
Зимовец  А.В.  Международные  транспортные  операции. 
Таганрог (Россия), 2008. 
8.
 
Международный  транспорт  и  его  место  в  системе 
современной 
логистики. 
(Электронные 
ресурсы: 
https://pb-logistics.ru). 
9.
 
Классификация видов транспорта (Электронные ресурсы: 
https://knowledge.allbest.ru). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
20 
 
Mövzu 2. Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyatın 
rolu 
 
2.1. Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyat təminatının 
mahiyyəti. 
2.2. Xarici-iqtisadi fəaliyyətin səmərəliliyində nəqliyyat amili. 
2.3. Xarici-iqtisadi fəaliyyət nəqliyyat təminatında logistikanın 
rolu. 
2.4.  Xarici-iqtisadi  fəaliyyətdə  nəqliyyat  təminatının  maddi-
texniki bazası. 
 
2.1.  Xarici-iqtisadi  fəaliyyətin  təşkilində  nəqliyyat 
təminatının mahiyyəti 
 
Xarici  iqtisadi  fəaliyyatin  effektivli  təşkili  kompleks 
mürəkkəb  tədbirlərin  reallaşdırılmasını,  bu  prosesdə  bir  qrup 
mühüm komponentlərin nəzərə alınmasını şərtləndirir. Bunlardan 
biri də - nəqliyyat amilidir.  
Xarici-iqtisadi  fəaliyyətin  təşkilində  nəqliyyat  təminatı  – 
özündə  nəqliyyat  növünün  uğurlu  seçılməsi,  onun  maddi-texniki 
bazasının  formalaşdırılması,  nəqliyyat  parkının  potensialının 
yaradılması,  əlverişli  nəqliyyat  şərtlərinin  müəyyənləşdirirlməsi, 
mümükün qədər nəqliyyat  xərclərinin optimallaşdırılması, xarici-
iqtisadi  əlaqələr  və  xarici-iqtisadi  fəaliyyət  iştirakçılarının 
qarşılıqlı  öhdəliklərinin  yerinə  yetirilməsində  nəqliyyatla  bağlı 
öhdəliklərin  vaxtında  və  kontrakt  şərtlərinə  uyğun  yerinə 
yetirilməsi,  səmərəli  nəqliyyat  logistikası  şəbəkəsinin  təmin 
olunması və sairləri birləşdirir.  
Məlumdur  ki,  xarici-iqtisadi  fəaliyyətlə  bağlı  kontraktların 
icrası  zamanı  müxtəlif  həcmli  və  xarakterli  yüklərin  təyinat 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə