Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   4   5   6   7   8   9   10   11   ...   147

15 
 
Xilu adlı iki kəndin adını  çəkir
45
, 13 əsr  ərzində doyişikliyə  uğramadan dövrümüzədək saxlanıb qalmış Xile 
adının tarixi Azərbaycanın  ərəblər tərəfindən istilasına gedib çıxır.  İraqda müstəqil  əmirliyə malik olduqları 
Hillədən buraya köçüb gəlmiş  rəbiə tayfaları kompakt halda Bərdədə,  Şamaxıda və  Şirvanın digər yerlərində 
məskən salırdılar.
46
 Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hilənin adı ilə adlandırılmışdır. Belə ki, burada 
məhz həmin yerdən gəlmiş və sonralar türklərlə qaynayıb-qarışmış ərəblər məskən salmışdılar. Lakin ərəblər bu 
yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skiflərin yaşadıqlarını təsdiq 
edən arxeoloji tapıntılar xəbər verir.
47
 
Şirvanın toponimikasının təhlili bizi aşağıdakı  nəticələrə  gətirib çıxarır. Qədim zamanlarda Şirvan 
ərazisində buranın toponimikasında iz qoyan müxtəlif tayfalar məskən salmışlar. Mənbələr və toponomik 
məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət yerli əhali eramızın əvvəlindən etibarən 
köçəri türklərlə intensiv surətdə qaynayıb-qarışmışdır. Türk tayfalarının burada dərin kök salması Azərbaycan 
xalqının etnogenezində mühüm komponentlərindən biri olmuşdur. 
Azərbaycanda məskunlaşmış ərəb tayfaları yerli əhali ilə qaynayıb-qarışmış, dilləri aradan çıxmış, onun 
izləri yalnız toponımıkada və məhəlli leksikada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk və İran 
ünsürlərinin davamlı və sabit olduğunu göstərir.
48
 
 
§3. Şirvanın şəhər və kəndləri 
 
"Erməni coğrafıyası"nın müəllifi Albaniyada şəhər və kəndlərin mövcud olduğunu qeyd edir: "Burada 
bərəkətli çöllər, şəhərlər, qalalar, kəndlər, çoxlu çay və qamışlıqlar var"
1

Şirvan  ərazisində aparılan qazıntı  işləri nəticəsində burada Mezolit və Tunc dövrlərinə aid qədim 
yaşayış məskənləri, I-II əsrlər antik müəlliflərinin verdikləri məlumatların da təsdiq etdiyi qədim və erkən orta 
əsrlərə aid şəhərlər aşkara çıxarılmışdır. 
Böyük Plini (23-79-cu illər) yazırdı ki, Albaniyanın  əsas  şəhəri Kabalakadır.
2
 Yunan coğrafiyaşünası 
Ptolomey (70-147-ci illər) Qafqaz Albaniyasında 29 şəhər və kənd olduğunu xəbər verirdi. O, bunların arasında 
Xabala, Moseqa, Albana, Samexiya, yaxud Kamexiya, Ketara, Baruka və başqalarının adını çəkir.
3
 Bəzi alimlər 
(d'Anvil, Tomaşek, Tsellari, Barbye və b.) həmin adları  Qəbələ (Cabalaca, Chabala), Dərbənd (Albania), 
Şamaxı (Samechia, Camechia), Bakı (Gaetara, Baruca) şəhərləri ilə eyniləşdirilir. Ptolomeyin xatırladığı 
Moseqa (Mosega) toponimində ola bilər ki, Quba rayonunda və Abşeronun cənub sahillərini əhatə edən ərazidə 
yaşamış massaget - maskut tayfasının adı əks olunmuşdur. 
Mitilenli Zəkəriyyənin (555-ci il) salnaməsində aşağıdakı məlumatlar verilir: "... bu şimal məmləkətində 
iyirmi dörd yepiskopu olan beş mömin xalq yaşayır. Qurzan və Ermənistan dilləri 
[35 - 36]
 yunan dilinə bənzəyən 
bir yerdir, onların İran şahına tabe olan xristian hakimi var. Arran da öz dili, xaçpərəst xalqı olan bir diyardır. 
Onların İran şahına tabe olan hökmdarları var... Bazqun öz dilinə malik olub, hunlar ölkəsi hüdudlarına yerləşən 
Xəzər qapısına və sahilinə qədər uzanan bir ərazidir..."
4
 Yuxarıda adı çəkilən mətndə VI əsrdə hökmdarları fars, 
yəni Sasani şahlarına tabe olan Gürcüstan və Arrandan -Albaniyadan danışılır. Onların öz dilləri gürcü və Arran 
dilləri var idi və xristian dininə etiqad edirdilər. Beləliklə, Z. M. Bünyadovun haqlı olaraq göstərdiyi kimi "...nə 
Qurzan, nə Arran, etnik və ya siyasi cəhətdən Ermənistanın bir hissəsi olmamışlar. Bu birlik təkcə dini 
birlikdir..."
5
 Sonra Zəkəriyyə dili Arran dilindən fərqlənən Bazqun ölkəsini qeyd edir. Markvarta görə, mətndə 
göstərilən ərazi hüdudları xəzər sahili boyunca Xəzər qapısına (Dərbənd keçidi) qədər uzanan Maskut ölkəsinə 
məxsusdur.
6
 Bazqunun Kürün Xəzər dənizi boyunca uzanan sağ sahil vilayəti Balasakanın adının təhrif edilmiş 
şəkli (Bazkan-Bazqun) olmasına dair N. Adontsun fərziyyəsi daha inandırıcıdır. Maskut-alanlar artıq eramızın 
1-ci  əsrində burada özlərinin dövlətini yaratmış irandilli tayfalar idi.
8
 Ona görə  də Böyük Plini 1-ci əsrdə 
Albaniya ilə yanaşı "Massagetlər olkəsi"nin də Arran - Albaniyadan fərqlənən ayrıca siyasi və etnik birlik kimi 
adını çəkir. Bunu Ravenli Anonimin IV-V əsrlərə aid olan məlumatları da təsdiq edir. Zaqafqaziya ölkələrinin 
siyasi qurumlarından danışarkən onlar patria Siunia Caucasorum (Siunik), patria Albania, patria Masageton, 
patria Caspiae (Balasakan – S. A. ) və i.a. adlarını çəkirlər. Göründüyü kimi, patria Masageton Zaqafqaziyanın 
siyasi qurumları sistemində müəyyən yer tuturdu.
9
 
VI  əsrin  əvvəlində Massaget Arşakilər hökmdarlığı Sasanilər tərəfindən aradan qaldırıldıqdan sonra 
Şabrançay və Gilgilçay hövzələri arasındakı ərazidə Şirvanşahlar adlı kiçik feodal məlikliyi yarandı.
10
 Sonralar 
X  əsrdə  Şirvanın  ərazisi xeyli genişləndi.  Şimali  şərqdə  Dərbənd,  şimal-qərbdə  Şəki və  cənubda Muğan 
müəyyən vaxtlarda onun tərkibində olmuşdur. "VII əsr erməni coğrafıyası"na görə  Şirvana aşağıdakı  şəhərlər 
daxil idi: Şirvan, Xsran, Dərbənd, Təvəspar, Xeçmatak, Xenok, Xenuki, İjamax, Bakan, Maskut.
11
 Bütün bu 
toponimlər etnonim formasında verilmişdir. Sonra Şirvanın da daxil olduğu Albaniya bölməsində  Şake,  şərq 
tərəfdən Vostani Martspan (yəni fars canişini - mərzbanın paytaxtı) adlandırılan Kavaqak (Qəbələ) şəhərlərinin 
adı çəkilir. "Erməni coğrafiyası"nda və Gevondda adı  çəkilən Geqavu - Gelavu toponimi, ehtimal ki, Şamaxı 
şəhərinin yaxınlığındakı Kalva kəndi ilə lokallaşdırılır.
12
 
[36 - 37]
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə