Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   2   3   4   5   6   7   8   9   ...   147


 
 
 
MÜNDƏRİCAT 
I fəsil Məxəzlərin və ədəbiyyatın qısa xülasəsi 
II fəsil 
Şirvanşahlardövləti VI əsr-IX əsrin birinci yarısında 
§ 1. 
Şirvanın tarixi-coğrafi xarakteristikası 
§ 2. 
Şirvanın əhalisi 
§ 3 
Şirvanın şəhər və kəndləri 
§4 Erkən Şirvanşahlarvə Şirvanın ərəblərtərəfindən istila edilməsi 
§ 5 
Köçəri şimal tayfalarının Şirvan və Arrana gəlmələrinə dair 
§ 6 
Qədim Şirvanın incəsənəti 
III fəsil. Məzyədi Şirvanşahlar dövləti (IX əsrin ikinci yarısı - XI əsrin 
birinci rübu) 
§ 1 
Məzyədi Şirvanşahlar 
§ 2 
Şirvanın şəhər və kəndləri. İqtisadi vəziyyət (hasilat sənayesi
sənətkarlıq, ticarət) 
IV fəsil.  Şirvanşahlardövləti XI-XIV əsrlərdə 
§ 1 
ŞirvanşahlarXI-XIV əsrlərdə (Siyasi tarix-səlcuqların və 
monqolların hücumu) 
§2 XI 
əsrin əvvəli -XIII əsrin birinci rübündəşəhərlərin inkişafı 
§ 3 
Şirvan şəhərləri monqol hökmranlığı dövründə (XIII-XIV 
əsrlər). 
§4. XI-XIV 
əsrlərdə Şirvanın sosial strukturu və şəhər quruluşu 
§ 5 
Torpaq mülkiyyəti formaları və vergilər 
§6. XI-XIII 
əsrin birinci rübündə Şirvanın mədəniyyəti 
V fəsil. Dərbəndi Şirvanşahlar dövləti (XIV-XVI əsrlər) 
§ 1 
Dərbəndi Şirvanşahlar süialəsi və onların müstəqillik uğrunda 
mübarizəsi 
§ 2. 
Şirvanda Səfəvilər  əleyhinə üsyanlar və  Şirvanşahlar dövlətini 
bərpa etmək 
uğrunda mübarizə (1548-1578-ci illər) 
§ 3. 
Şirvan türk işğalı dövründə 
§4. 
Şirvanın şəhərləri XV-XVI əsrlərdə 
§ 5. 
XV-XVI əsrlərdə Şirvanda feodal bəxşişləri 
 
Nəticə. 
 
AŞURBƏYLİ SARA BALA BƏY QIZI 
 
ƏSİLZADƏ AŞURBƏYOVLAR NƏSLİ 
 
AŞURBƏYOVLAR BU GÜN VƏ SABAH 
 SARAXANIM 
AŞURBƏYLİ MÜASİRLƏRİN 
XATİRƏLRİNDƏ 
 
Mənbələr 



 
 
I FƏSİL 
 
MƏXƏZLƏRİN VƏ ƏDƏBİYYATIN 
QISA XÜLASƏSİ 
 
Əsərin həcmi monoqrafiyada istifadə olunmuş  məxəzlərin və  ədəbiyyatın geniş  təhlilinə imkan 
vermədiyi üçün onlardan yalnız ən mühümlərini qeyd edək. 
Əsər antik (yunan, latın), Azərbaycan, erməni, gürcü, ərəb, fars, türk, rus və  Qərbi Avropa (fransız, 
ingilis, alman, italyan) mənbələrinin verdiyi məlumatlar əsasında yazılmışdır. 
Yunan və latın müəlliflərinin (Plini, Sekund
1
, Ptolomey və b.
2
) məlumatları, başlıca olaraq, Şirvanın 
tarixi coğrafiyasına aiddir. 
VII  əsr alban tarixçisi Musa Kalankatlının 3 hissədən ibarət «Albaniya tarixi» əsərində  Şirvanın təbii 
sərvətlərinə  və  xəzərlərin Zaqafqaziyaya hücumlarına dair əhəmiyyətli məlumatlar vardır.  Əsərin birinci və 
ikinci hissələri təsvir olunan VII əsr hadisələrinin  şahidi tərəfindən yazılmışdır. Üçüncü hissəsi isə X əsr 
müəllifi Movses Dasxuranlıya aid edilir. Həmin  əsər dövrümüzədək erməni dilində  gəlib çatmışdır.  Əsər 
K. Patkanov tərəfindən rus dilinə, S. C. Dausett tərəfondən ingiliscəyə tərcümə olunmuşdur. Biz yeddi erməni 
əlyazması əsasında edilmiş daha dəqiq olan sonuncu tərcümədən istifadə etmişik. 
Erməni müəllifləri (Yeğişe, Favstos Buzand, «VII əsr erməni coğrafiyası», Gevond və b.) Şirvanın tarixi 
coğrafiyasına, bunların, sabirlərin, xəzərlərin və digər türk tayfalarının, ərəblərin Zaqafqaziyaya hücumları ilə 
bağlı  hərbi hadisələrə dair qiymətli məlumatlar vermişlər. «Erməni coğrafiyası» – «Aşxarasuys» 
S. T. Yeremyan  tərəfindən erməni dilində  nəşr edilmişdir. Biz K. Patkanovun müxtəsər kitabçasından və 
«Erməni coğrafiyası»nın Arsen Sukri tərəfındən buraxılmış mükəmməl nəşrindən (ermənicə  mətni və fransız 
dilinə tərcüməsi), habelə Robert Hyuzenin geniş müqəddimə və şərhlərlə ingilis dilində nəşr etdirdiyi mətndən 
bəhrələnmişik. 
XI-XVI əsrlərdə Şirvanda Şirvanşahlarla bağlı hərbi və digər hadisələrin tendensiyalı mövqedən təsvir 
olunmasına baxmayaraq, gürcü məxəzləri – «Kartlis tsxovreba» və «Hökmranların vəsfı» də mühüm 
əhəmiyyətə malikdir.  
Şirvan şəhərləri haqqında ərəb mənbələrinin verdiyi məlumat son dərəcə müxtəlif olub, əsasən, ölkənin 
təbii sərvətlərinin və faydalı qazıntılarının - ipəyin, pambığın, zəfəranın, neftin, duzun təsvirindən və 
sənətkarların istehsal etdikləri malları, məmulatların siyahısından ibarətdir. Onlarda, həmçinin  Şirvanda baş 
vermiş  hərbi  əməliyyatlar təsvir olunur. IX-XIII əsrlər  ərəb müəllifləri  əl-Bəlazuri,  əl-Yəqubi,  əl-İstəxri,  əl-
Məsudi, Əbu Düləf, Əbu Hamid, əl-Əndəlusi əl-Qərnati, Yaqut Həməvi, Zəkəriyyə əl-Qozvini və başqalarınınn 
məlumatları bu qəbildəndir. Əsərdə ilk dəfə olaraq, Azərbaycanda ərəb istilaları dövründə Şirvanda baş verən 
hərbi  əməliyyatları obyektiv şərh edən  əl-Kufinin
3
  məlumatları tam şəkildə  gətirilir.  İzahların  əhatəliyi və 
obyektivliyi baxımından həmin hadisələrin yaşıdı və  şahidi olan İbn-əl-Əsirin monqolların 
[15 - 16]
 basqını və 
Şirvanın  şəhərlərini zəbt etməsinə dair məlumatları xüsusilə qiymətlidir.  Əl-Məsudi,  İbn Havqəl, Yaqut 
Həməvi, Zəkəriyyə əl-Qəzvini vo başqalarının əsərlərində də Şirvanşahlar haqqında müəyyən məlumatlar var. 
Həmin müəlliflərin tərcümeyi-halları  və  əsərlərinin xarakteristikası  İ. Y. Kraçkovskinin
4
  əsərlərində  ətraflı 
işıqlandırıldığından biz onların üzərində dayanmayacağıq.  Şirvanın  şəhərlərinin tarixinə dair ən mühüm 
məxəzlərdən biri IX-XI əsrlərdə Şirvanşah Məzyədilər dövlətinin siyasi tarixində böyük bir boşluğu dolduran 
«Tarix-i  əl-Bab»  əsəridir. XI əsrin son rübünün əvvəlində yazıb-yaratmış müəllifin adı dövrümüzədək gəlib 
çatmamış, onun Şirvan və  Dərbəndin tarixinə aid salnaməsindən isə yalnız türk tarixçisi Münəccimbaşının 
(1702-ci ildə Məkkədə ölmüşdür) ərəbcə əsərinə daxil etdiyi ayrı-ayrı fəsillər qalmışdır. Həmin fəsillər ingilis 
və rus dillərinə tərcümələri, geniş şərhlər və ərəbcə mətni ilə birlikdə V. F. Minorski
5
 tərəfindən nəşr edilmişdir. 
Əslən bakılı olub əl-Bakuvi kimi tanınan Əbdürrəşid ibn Salih ibn Nuri adlı müəllifin XV əsr ərəbdilli 
mənbədəki məlumatlarının da əhəmiyyətini qeyd etmək lazımdır. Bakuvinin «Təlxis əl-əsar və əcaib əl-malik 
əl-qəhhar» adlı tarixi coğrafi əsəri h.806 (1403)-cı ildə yazılmış və dövrümüzədək üzü 1614-cü ildə köçürülmüş 
və hazırda Paris Milli kitabxanasında 5299 nömrəsi altında saxlanılan  ərəb  əlyazmasında gəlib çatmışdır. Bu 
əlyazması 1799-cu ildə de Gin tərəfmdən bəzi ixtisarlarla fransız dilinə  tərcümə olunmuşdur
   
 1971–ci ildə 
Z. M. Bünyadov  Bakuvinin  əsərini  ərəbcə  mətni və rus dilinə  tərcüməsi ilə birlikdə  nəşr etdirmişdir. Bakuvi 
Şərqin müxtəlif ölkələri barədə məlumat verir, Arran və Şirvanın şəhərlərini, o cümlədən ehtimal ki, yaşadığı 
Bakını təsvir edir. Bakuvi şəhər, onun qala tikililəri, iqtisadiyyatı, neft və duz hasilatı, əhalisi haqqında olduqca 
qiymətli məlumatlar verir. Onun Bakı haqqında verdiyi məlumatlar orijinal olub, əvvəlki müəlliflərin 
əsərlərində təsadüf edilmir. XVI əsrin əvvəllərində Bakuvinin məlumatlarını İbn İyas təkrar etmişdir. XVI əsrin 
Şirvan tarixi üçün mühüm məxəzlərdən biri də  Şirvanşah Dərbəndilər sülaləsinin nümayəndələri haqqında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə