Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   7   8   9   10   11   12   13   14   ...   147

18 
 
(V  əsr) adındandır. Spandaran - Peroj (İsfəndiyar Perozun təhrif olunmuş  şəkli) və Hörmüz - Peroj adları, 
ehtimal ki, məbədlər olan vilayətlərdə, zərdüştlük kultu - oda sitayişlə bağlıdır. Hürmüz-Peroz toponiminin adı 
Sasanilər dövlətində  Zərdüştlüyün yeddi əsas məbədindən biri kimi VII əsrin  əvvəlinə aid "Sasani 
qanunnaməsi"ndə adı  çəkilir.
52
 Bizcə, o Muğanda lokallaşır. "Coğrafiya"nın müəllif Paytakaranda Mil və 
Muğan, Şirvan və Arranın bir sıra rayonlarında bol pambıq və dəmyə arpa yetişdiyini qeyd 
[40 - 41] 
edir. Arran 
və  Şirvanda Firuzun adı ilə bağlı Perozapat (Partav - Bərdə)
53
, habelə indiki Quba rayonunda lokallaşdırılan 
Firuz-Qubad
54
  şəhərləri məlumdur. Adları  əvvəlcə  çəkilən iki toponimin harada yerləşdiyi 
müəyyənləşdirilməmişdir, yalnız onların Zərdüştliyinin nüfuzunun xüsusilə güclü olduğunu Şirvan bölgəsində, 
Muğanda olmaları ehtimal edilə bilər. 
Paytakarana aid edilən son termin Alevan, görünür, Quba rayonundakı Alpan kəndinə müvafıqdir, 
Ehtimal ki, Alpan - Albana öz adını albanlardan götürmüşdür. 
Albaniya əyalətinə daxil edilən Şake toponimi, çox güman ki, sakların adı ilə bağlı olub, müasir Şəki 
rayonunda lokallaşan həm vilayət, həm də şəhər bildirmişdir. 
"Albaniya tarixi"ndə bizim Şirvanda lokallaşdırdığımız aşağıdakı məskən və şəhərlərin adı çəkilir: Çoğa 
(Çola, Tçor, Zur)- Dərbənddən cənubda Torpaqqala şəhər yerinin yerində qala və  şəhər; Kapaqa (Qəbələ) - 
vilayət və  şəhər; Aqven (Alven, ehtimal ki, antik müəlliflərdəki Albana); Baqasakan - vilayət və  şəhər (Mil 
düzü, Beyləqan şəhəri); Şake, Dərbənd - şəhər-qala.
55
 
Gevondun (VIII əsr) "Xəlifələrin tarixi" əsərində Baqasan çölünün (Dəşti - Beyləqan), Dərbəndin, 
Maskutlar məmləkətinin (Quba rayonu), Aşti-Baquan (Bakı odları), Spatar - Peroz, Hürmüz - Peroz 
vilayətlorinin adları  çəkilir. Gevond Kürün şimal tərəfındə Xecar (Ucar), Kaqa (Qala), Ostani-Mərzpanyan 
(Qəbələ), Geqavu (Gelavu- Kalva), Şəki, Xeni (Göynük), Xozmas (Xaçmaz; keçmiş Vartaşen, indiki Oğuz 
rayonunda) kənd və qala
56
 yer adlarını qeyd edir. 
Şirvanın adları çəkilən şəhərləri Şirvanşahlar dövlətinin mühüm inzibati və siyasi mərkəzləri idi. Orta 
əsr  ərəb və fars mənbələri  Şirvan  şəhərlərinin qədimliyini və müxtəlif köçəri tayfaların  Şimaldan Sasanilər 
İranının və sonralar Xilafətin zəngin vilayətlərinə talançı basqınlarının qarşısında sipər olan bu vilayətin mühüm 
iqtisadi və siyasi əhəmiyyətini qeyd etmişlər. 
Şirvanın  əhalisi ta qədimdən sıx olmuşdur. Onun ərazisində aparılan arxeoloji qazmtılar nəticəsində 
burada Mezolit (Qobustan), Tunc dövrlərinə və erkən orta əsrlərə aid inkişaf etmiş təsərrüfat həyatına malik bir 
sıra məskənlər aşkara çıxarılmışdır. Bu bölgədə  məskunlaşmış  qədim tayfalar maldarlıqla,  əkinçiliklə, 
balıqçılıqla və müxtəlif sənət növləri ilə məşğul olurdular. Bu tayfalar qonşu Qafqaz və Şərq əhalisi ilə iqtisadi 
və  mədəni  əlaqə saxlayırdılar. Məhsuldar qüvvələrin və mübadilənin inkişafı ibtidai icma münasibətlərinin 
dağılmasına, tayfa daxilində mülki bərabərsizliyin inkişaf etməsinə, siniflərin yaranmağa başlamasına səbəb 
oldu. Eramızın ilk əsrlərində erkən feodal münasibətlərinin meydana gəlməsi üçün zəmin yarandı. Bu 
münasibətlərin sonrakı inkişafı erkən orta əsr  şəhərlərinin yaranmasına gətirib çıxardı. Azərbaycanda belə 
şəhərlər, başlıca olaraq, hücum qorxusu və  hərbi təhlükə ilə  əlaqədar müdafıə bürcləri olan qala divarları ilə 
əhatə edilmiş  qədim məskən yerlərində meydana gəlirdi. Həmin  şəhərlər vilayətlərin inzibati və siyasi 
mərkəzləri idi. Bəzi  şəhərlər möhkəmləndirilmiş düşərgələrdən yaranır, bəziləri isə  təbii sərvətlərin (mis və 
dəmir fılizi, neft, duz və digər faydalı qazıntılar) istismarı ilə  əlaqədar salınırdı. Məlumdur ki, sosial-iqtisadi 
kateqoriya kimi orta əsrlər feodal şəhərinin meydana gəlməsində  həlledici amil məhsuldar qüvvələrin 
(sənətkarlıq) və ticarətin inkişafıdır. Erkən orta əsr Şirvan şəhəri kənd mühiti - əkinçilik və 
[41 - 42]
 bostançılıqla 
bağlı idi. Mənbələrdə  Şirvanın  şəhərləri haqqında olduqca dağınıq və cüzi məlumat verilir, onların arxeoloji 
tədqiqi isə  hələlik kafi deyüdir. Ona görə  də bu şəhərlərin yaranması  və inkişafı  məsələsi gələcək arxeoloji 
kəşflərlə bağlı olan öyrənilmiş problem olaraq qalır. 
Sasanilər dövründə  Şirvanda erkən orta əsr  şəhərlərinin intensiv sürətdə yaranması  və inkişafı qeyd 
edilir. Pəhləvi və ərəb mənbələri (İbn Xordadbehin "Şəhristan hayi-İran" əsəri, Qudama, Bəlazuri, İbn Havqəl 
və b.) mövcud Şirvan və Azərbaycan şəhərlərinin möhkəmləndirilməsindən, İranın Sasani hökmdarlarının yeni 
şəhərlər saldırmasından xəbər verirlər. Belə ki, Qəbələ, Beyləqan və Bərdənin salınmasını I Qubadın (488-531-
ci illər), Şəbəran, Kərkər
*
, Bab əl-Əbvab və Məsqət şəhərlərinin salınınmasını isə  Ənuşirəvanın (531 -579-cu 
illər) adına çıxırlar.
57
 Lakin məlumdur ki, Azərbaycanın bir sıra şəhərləri V-VI əsrlərdən xeyli əvvəl mövcud 
olmuşdur. 
Şirvanın  ən qədim  şəhərlərindən biri ən azı eramızın 1-ci əsrindən başlayaraq, paytaxtın VI əsrdə 
Partava (Bərdəyə) köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri olan Qəbələdir. Qəbələ Böyük Plinidə 
(23-79-cu illər) xatırlanan Kabalaka (Cabalaca)
58
 və Ptolomeydə (70-147-ci illər) adı çəkilən "Alban və Kaysi 
(Alazan və Samur – S. A. )  çayları arasındakı"
59
 Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa 
Kalankatlıda Kavalaka
60
, "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani - Mərzpan
61
 kimi çəkilir. VIII 
                                                                                                                                                                       
 
*
 Yaqut Həməvinin verdiyi məlumata görə, Kərkər şəhəri Beyləqan yaxınlığında olmuşdur və onu Ənuşirəvan saldırmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə