Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   6   7   8   9   10   11   12   13   ...   147

17 
 
sonralar, VIII əsrdə Gevond Atşi-Baquan
35
  şəklində xatırlamışdır. Atəşi-Bağavan toponimi Bağavanın odu, 
allah şəhərinin odu demək olub, Baknın ərazisi ilə lokallaşdırılır. Gürcü salnaməsində Bakının "VII əsr erməni 
coğrafıyası"nda 
[38 - 39]
 qeyd edilmiş  qədim adı - Bağavan qorunub saxlanmışdır ki, bu da hər iki adı 
eyniləşdirməyə imkan verir.
36
 
Məlumdur ki, Bakı bölgəsi hələ erkən orta əsr mənbələrində sönməyən odların yandığı yer kimi 
xatırlanır. Bu barədə ilk məlumata V əsr Bizans müəllif Panili Priskdə rast gəlinir. Skifiyadan Midiyayadək yolu 
sonralar "ittifaq bağlamaq üçün Romaya gəlmiş" hun başçılarının dilindən təsvir edən Panili Prisk nəql edir ki
farslar tərəfındən təqib olunan hun qoşunlan ölkəni qarət edərək Midiyadan Skifiyaya "... sualtı qayalarından 
alov qalxan... (ex petra maritim tlamma ardet)" başqa yolla qayıtdılar.
37
 N. Xanıkovun fikrincə, bu məlumat 
"şəksiz,  əbədi Bakı odlarına aiddir".
38
 Abşeron yarımadasında Pirallahı adasında, Suraxanı  kəndində, Bakı 
buxtasında, Qız qalası yaxınlığında sahildə,  şubanı dağında yanar qazların yer səthinə  çıxmasını orta əsr 
müəllifləri qeyd etmişlər. 
Neft və yanar qaz mənbələri ilə zəngin olan Abşeron da Paytakaran əyalətinə daxil idi. Ehtimal ki, Atəş-
i Bağavan adı  qədim zamanlarda Bakı  həndəvərində, yaxud Abşeronda mövcud ola bilən qədim atəşpərəstlik 
məbədləri ilə bağlıdır. Təsadüfi deyildir ki, Bakı  əhalisi arasında indiyədək belə bir rəvayət dolaşır ki, İçəri 
şəhərdəki Cümə  məscidi qədim atəşpərəstlik məbədinin yerində tikilmişdir. 1873-cü ildə Bakıda Cümə 
məscidini görmüş səyyahların təsvirinə görə məscidin ortasında üstləri örtülməmiş dörd tağ ucalırdı. Bu tağlar 
məsciddən qədim olub, müsəlmanların məscidə cevirdikləri qədim atəşpərəstlik məbədinin qalıqları idi.
39
 
Gətirilən toponomik məlumatlar və yazılı  mənbələr, ehtimal ki, Zaqafqaziyada Zərdüştliyin mərkəzi 
olan Abşeron bölgəsində və Bakıda ta qədimdən oda sitayişin mövcud olduğunu göstərir. 
IX əsrdən etibarən və sonralar ərəb, fars və türk mənbələri Bakıdan atəşpərəstlərin yaşadığı əbədi odlar 
şəhəri kimi bəhs etmişlər. 862-ci ildə Xilafətin uyğur xaqanı Bögü xanın yanına göndərdiyi səfır yolüstü Bakıda 
olmuş və xaqana Bakı haqqında əbədi odlar diyarı kimi danışmışdır.
40
 
"VII  əsr erməni coğrafıyası"nda Paytakaran əyalətində-Yeotnporakian - Bagink toponiminin adı 
çəkilir.
41
 Yeotnporakian -Bagink qədim erməni dilində "yeddi oyulu məbəd" deməkdir. Bu toponimin adı, 
görünür, atəşpərəstlərin ibadətgahı, yaxud Abşeronda məşhur yanar qazların çıxması ilə bağlıdır.
42
 Burada 
söhbət məzdəgizmin sitayiş abidəsindən kənd adına 
[39 - 40]
 çevrilmiş atəşpərəstlik məbədindən gedir.
43
 
Abşerondakı Suraxanı kəndində bir çox yerdə yanar qaz üzə çıxırdı. Bu barədə orta əsr mənbələrində məlıımat 
verilir. 1863-cü ildə  səyyah Kempfer Suraxanı odlarının təsvirini vermiş, bu yeri "yanan çöl" adlandırmışdır. 
Kempfer xəbər verir: “...qədim fars tayfası nəslindən olan iki nəfər, gəlmə atəşpərəst hındlilər tikdikləri divarın 
ətrafında hərəkətsiz halda oturaraq, əbədi tanrıya dua oxuyur, yerdən çıxan alova baxaraq ona səcdə edirdilər”. 
O, sonra yazır: "...əvvəllər buradan beş yüz metr kənarda aralarında bir vaxtlar bu alovun yandığı yan-yana 
yeddi oyuq görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır" 
4
 Kempferin 
təsvirinə  əsasən həmin yerdə XVII əsrin sonunadək və  XVIII  əsrdə    Suraxanıda ibadətgahdan və hind 
atəşpərəstlərinin hücrələrindən ibarət Atəşgah tikilməsindən (həmin atəşgah dövrümüzədək gəlib çatmışdır) 
xeyli əvvəl atəşpərəstlərin “Yeddi oyuqlu ibadətgahı"olmuşdur. Yeotnporakian - Bagink – yeddi oyuqlu məbəd 
adı altında Kempferin yeddi sönmüş oyuq kimi təsvir etdiyi od məbədinin gizləndiyi də ehtimal edilə bilər. 
Bunu Suraxanı adı da təsdiq edir. 
Suraxanı adı tat, (İran) leksikasına mənsubdur. Məlumdur ki, Suraxanıda qədimdən irandilli tatlar 
məskunlaşmışlar. Suraxanı toponimi iki komponentdən ibarətdir: surax - fars və tat dillərində çala, çuxur, oyuq, 
deşik
45
, xanı isə  mənbə, qaynaq, çeşmə, fəvvarə deməkdir. Beləliklə, Suraxanı oyuqdan, deşikdən qaynayıb 
daşan, fəvvarə vuran deməkdir. Əl-Məsudi Suraxanıdan od püskürən mənbə kimi bəhs etmişdir. Bütün bunlar 
bizə onu Yeotnporakian -Baginklə - yeddi oyuqlu ibadətgahla eyniləşdirməyə imkan verir. 
"VII  əsr erməni coğrafiyasında Dəşti-Bazkan
46
 (Dəşti- Balasakanın
47
 müxtəsər variantı), yəni Bazkan 
çölü, yaxud Balasakan çölü toponiminin
 
də adı  çəkilir. Mənası sakların allahının çölü demək olan Dəşti-
Balasakan Muğan çölündə lokallaşdırılır. Qeyd olunan coğrafiyada haqqında bəhs olunan xalqların adlarının 
öyrənilməsi göstərir ki, bir sıra  şəhər və vilayətlərin adları bu yerlərdə  qədimdən məskunlaşmış  qəbilə  və 
tayfaların adından götürülmüşdür. Bu fərziyyəni Şirvan toponimikasının öyrənilməsi də təsdiq edir. Bəhs edilən 
coğrafiya kitabında Albaniyada Yexni-Xeni toponiminin və Şəki rayonundakı Baş Göynük, Aşağı Göynük kənd 
adlarının nəşət etdiyi xenok, xenuk, xenut
48
 tayfalarının adları çəkilir. Bunu Xeni mahal və şəhər toponiminin 
"İberiyanın və Aquan (Alazan)
49
 çayının, yəni  Şəki rayonunun adları  çəkilən kəndlərinin yerində 
lokallaşdırılması da təsdiq edir. Xeni toponimi və xenok, xemık etnonimlərində Strabonun
50
 qeyd etdiyi və 
ehtimal ki, Albaniyaya Qara dənizin  şərq sahillərindən köçüb gəlmiş  qədim Qafqaz tayfası genioxların adı 
əksini tapmışdır. 
Paytakaranda Spandaran - Peroj və Hürmüz – Peroj
51
 terminlərinin də adları çəkilir. Bu toponimlərdəki 
ikinci söz adı Şirvan, Arran və Muğan vilayətlərinin toponimikasında qalmış Sasani hökmdarı Peroz - Firuzın 
                                                 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə