Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   11   12   13   14   15   16   17   18   ...   147

22 
 
edilməmişdir. Dəfn mərasimindəki dəyişiklikləri  əhalinin həyatında baş verən müxtəlif siyasi hadisələr
ideologiyadakı  dəyişikliklər, Sasanilərin Zərdüştliyi yayması  və onların yerli əhalinin dini görüşlərinə qarşı 
mübarizəsi ilə izah etmək mümkündür. Qəbirlərdə yanğın izlərinə rast gəlinir. Məskənin  ərazisindən e.ə. IV 
əsrdən e.ə. I əsrə aid yerli zərb sayılan Selevki və Makedoniya draxmalarına oxşatma sikkələr tapılmışdır.
94
 
Qədim  Şamaxı  məskəni xarabalıqlardan və  qəbirlərdən başqa maddi mədəniyyət qalıqları ilə yanaşı, 
yerli ustaların  əməyinin məhsulu sayılan müəyyən miqdarda şüşə  məmulatı, qab və  bəzək  şeyləri də  aşkar 
olunmuşdur. Xammal kimi, ehtimal ki, Abşerondakı  Xırdalan qumundan istifadə edilmişdir. Burada şüşə 
istehsalı eramızın ilk əsrlərinə aiddir.
95
 Göstərilən materiallar qədim  Şamaxı  məskəninin beynəlxalq ticarət 
yolunda mühüm iqtisadi mərkəzlərdən biri olduğunu ehtimal etməyə imkan verir. Xınıslıda aparılan arxeoloji 
qazıntılar zamanı bir 
[47 - 48]
 sıra gətirilmə əşyalar: minalı Roma toqqaları, şüşə qablar, bəzək şeyləri, möhürlər, 
Sasani gümüş qabları, sikkələri və i.a. tapılmışdır ki, bu da bir sıra Avropa və  şərq ölkələri ilə iqtisadi əlaqə 
saxlanıldığını göstərir. Şamaxı yaxınlığından qızıl sikkə
*
 ilə birlikdə, ehtimal ki, Roma dövründo bııra gətirilmiş 
eramızın II-III əsrlərinə aid nadir sənət nümunəsi, üzərində yunan mifologiyası  səhnəsi — dənizatı üstündə 
oturmuş Nereidanın təsviri həkk olunmuş gümüş nimçə tapılması da bu əlaqələrin mövcudluğunu bir daha 
təsdiq edir.
96
 
Xınıslı yaşayış  məskəni VII-VIII əsrlərdə ya ərəblərin hücumu, yaxud da dağıdıcı  zəlzələ  nəticəsində 
süquta uğramışdı.
97
 Onu tərk edən əhali yenə əraziyə - Gülüstan qalasına və ondan şimal-qərbə - xarabalıqları 
qalmış Binə - Şirvan tərəflərə köçmüşlər. 
Şamaxıda kəsilmiş ilk sikkə VIII əsrə aiddir. Bu, h.140 (757/8)-cı ildə xəlifə əl-Mənsurun (754-755-ci 
illər) hakimiyyəti dövründə əl-Yəzidiyyədə zərb olunmuş ərəb mis sikkəsi fəlsdir. Sikkənin üzərindəki yazıda 
deyilir: "Bu fəls Allahın şərəfınə yüz qırxıncı ildə əl-Yəzidiyyədə vurulmıışdur".
98
 Əl-Yəzidiyyədə h.149 (766)-
cu və h.150 (767)-ci illərdə zərb olunmuş fəlslər də vardır." 
Yaqutun verdiyi məlumata görə  əl-Yəzidiyyə  Şirvan vilayətində  şəhər adıdır. Qədim zamanlarda o, 
Şamaxı kimi də tanınmışdı.
100 
"Dərbəndnamə"də  Yəzidiyyəni  Ərməniyyənin  ərəb canişini Yəzid ibn Usaydın 
saldırdığı göstərilir.
101
  Yəzid ibn Usaydın hakimiyyət illəri  əl-Yəzidiyyədə  kəsilmiş sikkələrin tarixinə uyğun 
gəlir.
102 
Y. A. Paxomov  və H. Ə. Ciddinin
103
  fərziyyəsinə görə, bu şəhər Gülüstan qalasının xarabalıqlarının 
həndəvərində, indiki Şamaxının 15 kilometrliyində olmuşdur. Göründüyü kimi, əvvəllər Xınıslıda yaşayan əhali 
buraya gəlmişdir. 
Orta  əsrlərdə  Şirvanın tərkibinə daxil olan ən qədim  şəhərlərdən biri də  Dərbənd idi. O, iri iqtisadi 
mərkəz,  Şimali Qafqazı  Cənubi Qafqaza və Yaxın  Şərq ölkələri ilə bağlayan qovşaq məntəqəsi idi. Dərbənd 
mühüm strateji əhəmiyyətə malik idi. E.ə. VIII-VI əsrlərdə burada artıq müdafıə istehkamları mövcud 
olmuşdur.
104
 Sonralar, Sasani hökmdarlarının hakimiyyəti dovründə köçəri  şimal tayfalarının hücumlarının 
güclənməsi ilə əlaqədar burada nəhəng müdafıə qurğuları tikildi. V əsrdə Dərbənd Şərqi Qafqazın iri sənaye və 
iqtisadi mərkəzi, Sasanilər dövlətinin tərkibinə daxil olan (461-ci ildən sonra) canişinliklərdən birinin paytaxtı 
idi. Erməni tarixçiləri və alban salnaməsi "Albaniya tarixi" Sasanilərin  Şərqi Qafqazdakı  ən nəhəng tikinti 
abidələrindən birinin - Dərbənddən 25 km cənubda, Torpaqqala şəhər xarabalığının yerində lokallaşdırılan, 
ətrafında bürcləri və darvazaları olan iri qala divarlarının qalıqları qalmış, Çoğa, Çor, Çol şəhərinin də adını 
çəkirlər. Bu şəhər yerini qısaca təsvir edən Dağıstan 
[48 - 49]
 arxeoloqu M. İsakov onun orta hissəsindəki 
binaların cərgələrlə tikilməsinə diqqət yetirmişdir. O, aşkar olunmuş çoxlu qalın və nazik keramika qırıqlarını 
eramızdan  əvvəlki son əsrlərə  və eramızın ilk əsrlərinə aid edir. M. İsakovun fıkrincə, bu xarabalıqlar 
Ptolomeyin Kaysiya və Alban çaylarının mənsəbləri arasında qeyd etdiyi
105
 Albana şəhərinin qalıqlarıdır. 
K. V. Treverə görə, VII əsrdə  şəhərin  əsas  əhalisi xristian albanlardan ibarət olmuşdur. Çor eramızın 
əvvəllərində Massaget hökmdarlığının paytaxtı idi. V-VI əsrin ortalarında xəzərlərin hücumları ilə  əlaqədar 
yepiskopluq Partav şəhərinə  köçürüldü. Sonralar, Dərbəndin möhkəmlənməsi və bölünməsi ilə bağlı Çoğa 
tənəzzülə  uğrayır və adını tamamilə itirərək, Dərbəndlə  əvəz olunur. VII-IX əsrlərdə o, Xəzəryanı ticarətin 
inkişafı ilə əlaqədar Xəzər dənizi sahilində ən böyük şəhərə və limana çevrildi. Ətraf kəndlərdə yetişdirilən taxıl 
və boyaqotu bir sıra ölkələrə, Hindistana qədər belə aparılırdı. Dərbənd özünün toxuculuq məmulatı, xüsusilə 
bir sıra ölkələrə ixrac olunan kətan paltarları ilə  şöhrət qazanmışdı.  Şirvanın başqa  şəhərlərində olduğu kimi 
burada da müxtəlif sənətkarlıq sahələri - dulusçuluq, dəmirçilik, tökmə, zərgərlik, bənnalıq və s.yüksək 
səviyyəyə çatmışdı. Bağçılıq və üzümçülük inkişaf etmişdi. VII-IX əsrin  əvvəllərində Yaxın  Şərq ölkələrini 
Cənub-Şərqi Avropa, Aşağı Volqaboyu və  Şimali Qafqazla birləşdirən ticarət yolları  Xəzər dənizi hövzəsinə 
keçdi. Volqadan, yaxud Xəzəryanı ölkələrdən gələn gəmilərin dayanması üçün reydi olan Dərbənd Xəzər 
                                                 
*
 Sikkə tapılan kimi itdiyindən müəyyənləşdirilə bilinməmişdir. Şamaxı şəhəri ərazisində son vaxtlar əldə edilmiş antik dövrə, e.o. IV-III 
əsrlərə aid arxeoloji tapıntılar  şərh olunan nöqteyi-nəzəri  şübhə altına alır və  qədİm  Şamaxı ilə  Xınıslının eyniyyətinə yeni İşıq salır. 
Antik dövrə aid materialların diqqətlə öyrənilməsi, ola bilər  Şamaxı  şəhərinin salınma tarixinə yenidən baxmağa vadar etsin. Həmin 
materiallar 1917-ci ildə  Şamaxının  Şəhidlər məhəlləsindəki pirin yaxınlığında islamaqədərki daş qutu qəbirlər tapıldığına dair yerli 
camaatın verdiyi məlumatı təsdiq edir. Skeletin yanında xəncər, bəzək şeyləri, keramika və digər əşyalar olmuşdur.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə